Cümə günü, 09 oktyabr 2026
     

Azərbaycanda musiqi məktəbləri tikintisi də genişlənir…

Image


Aytən Qəmbərova: “Musiqi məktəbləri yalnız paytaxtda deyil, bölgələrdə də açılır”

 

Uşaqların mənəvi tərbiyəsində, bədii-estetik zövqünün formalaşmasında musiqinin xüsusi rolu var. Azərbaycanda uşaqların musiqiyə cəlb edilməsinə, musiqi təhsilinin inkişafına xüsusi diqqət yetirilir. Yeni uşaq musiqi məktəblərinin açılması, onların yeni bina ilə təmin edilməsi, eləcə də uşaq musiqi məktəblərinin binasının əsaslı şəkildə təmir edilməsi artıq ənənəyə çevrilib. Bu onu göstərir ki, dövlət uşaq musiqi məktəblərinin inkişafına, uşaqlarımızın təfəkkürünün, musiqi zövqünün formalaşmasına xüsusi diqqət yetirir.

İndiyə qədər saysız musiqi məktəbi inşa edilib. Bu musiqi məktəblərində Azərbaycan və dünya musiqisi tədris edilir. Son bir ildə Bakıda və respublikamızın bir neçə bölgəsində, o cümlədən də Naxçıvan Muxtar Respublikasında bir neçə uşaq musiqi məktəbinə yeni bina inşa edilib. Əlbəttə, bütün bunlar olduqca əhəmiyyətlidir. Ekspertlər hesab edirlər ki, Cənubi Qafqaz bölgəsində müşahidə aparsaq görərik ki, heç bir respublikada bu məsələyə Azərbaycandakı qədər diqqət yetirilmir.

Yalnız bu ilin dekabr ayında iki musiqi məktəbi binasının açılması burada onlarla uşağın professional musiqi təhsili almasına şərait yaradıb. Bu günlərdə 34 nömrəli Uşaq Musiqi Məktəbinin binasının əsaslı təmirdən sonra açılışı baş tutub. Açılışda çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev musiqi məktəbi binasının əsaslı təmir və bərpadan sonra istifadəyə verilməsini mədəni ictimaiyyət üçün əlamətdar hadisə kimi dəyərləndirib. Paytaxtımızda və regionlarda mədəniyyət ocaqlarının yenidən qurulduğunu, yeni mədəniyyət müəssisələrinin inşa edildiyini diqqətə çatdıran Ə.Qarayev bu sahəyə göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirib və mədəniyyətin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu vurğulayıb.

Qeyd edək ki, 1985-ci ildən fəaliyyətə başlayan məktəb 7 otaqdan, 1987-ci ildən isə 16 sinif otağı, zal, qəbul otağı, direktor otağından ibarət olub. 2017-ci ildə məktəb binasında aparılan əsaslı təmir işlərindən sonra binada istilik sistemi çəkilib, akt zalı, otaqlar genişləndirilib, yeni otaqlar və zəruri musiqi ədəbiyyatı ilə təchiz olunmuş kitabxana yaradılıb. Məktəbin bütün avadanlığı və inventarı təzələnib. Məktəbdə ayrı-ayrı ixtisaslar üzrə ( fortepiano, skripka, klarnet, violonçel, fleyta, saksafon, qoboy, vokal, tar, kamança, balaban, qarmon, nağara, xanəndə, saz ) 300-ə yaxın şagird təhsil alır. 4 şöbə fəaliyyət göstərir (fortepiano, xalq çalğı alətləri, simli və nəfəs alətləri, nəzəriyyə) və 77 müəllim çalışır.

Xatırladaq ki, bu ilin dekabr ayının 6-da isə Bakıda Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli onbirillik musiqi məktəbinin yeni binasının açılış mərasimi olub. Qeyd edək ki, açılış mərasimində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva da iştirak edib.

Bu musiqi məktəbi 1967-ci ildən fəaliyyət göstərib. 1997-ci ildə sabiq prezident Heydər Əliyevin sərəncamı ilə məktəbə Leopold və Mstislav Rostropoviçlərin adı verilib. 2014-cü ildə məktəbin köhnə binası sökülərək yerində yenisinin inşasına başlanıb.

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında mədəniyyət sahəsinin inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 14 avqust 2017-ci il tarixli Sərəncamına əsasən, musiqi məktəbinin tikintisinin və təchizatının tamamlanması üçün vəsait ayrıldı. Qısa vaxt ərzində görülən işlər nəticəsində məktəb şagirdlərini yenidən qəbul etməyə hazırdır.

Hazırda bu məktəbdə 600 şagird təhsil alır. Onlara 114 müəllim-professor, Bakı Musiqi Akademiyasının müəllimləri, əməkdar incəsənət xadimləri, xalq artistləri sənətin sirlərini öyrədirlər. Musiqi məktəbində 110 yerlik akt zalı, 34 sinif otağı, habelə 5 inzibati otaq, kitabxana və səsyazma studiyası var. Məktəbin bütün avadanlığı və inventarı təzələnib, o cümlədən təhsil müəssisəsinə 12 royal, 24 fortepiano alınıb. Burada 7 yaşından təhsillərinə başlayan şagirdlər fortepiano, simli və nəfəs alətləri və xalq çalğı alətləri şöbələrində musiqi biliklərinə yiyələnirlər. Son 10 il ərzində məktəbin 23 şagirdi Prezident təqaüdünə layiq görülüb. Həmçinin son iki ildə məktəbin 25 şagirdi beynəlxalq və respublika müsabiqələrinin qalibi olub. Onların əksəriyyəti nadir ixtisaslar – saksofon, fleyta və trambon üzrə qalib olanlardır. Bu gün musiqi məktəbinin məzunları simfonik, kamera orkestrlərində ifa edirlər.

Azərbaycanda uşaq musiqi məktəblərinə göstərilən qayğının əvəzsiz olduğunu qeyd edən musiqişünas Aytən Qəmbərovanın sözlərinə görə, musiqi məktəblərinin inkişafına bizim ölkədə böyük maraq göstərilir: “Musiqi məktəblərinin açılması, onların işıqlı, təmin olunan binalarda fəaliyyət göstərməsi mühüm hadisədir. Düşünürəm ki, heç bir qonşu respublikada uşaq musiqi məktəblərinin inkişafına bu qədər ciddi önəm verilmir. Azərbaycan dövləti uşaq və gənclər üçün fəaliyyət göstərən musiqi məktəblərinə böyük qayğı göstərməklə istedadlı musiqiçilərə, gələcəyin böyük sənətkarlarına dayaq olur. Musiqi məktəbləri yalnız paytaxtda açılmır, bölgələrdə də bu işə xüsusi əhəmiyyət verilir. Azərbaycanda professional musiqinin unkişafına hər cür şərait yaradılıb”.

Onun sözlərinə görə, vaxtilə musiqi məktəblərinin çoxu Sovet dövründən qalma köhnə, təmirsiz, şəraitsiz binalarda fəaliyyət göstərirdilər. O bildirdi ki, lakin dövlətimizin iqtisadi gücü artdıqdan sonra musiqi məktəbləri üçün yeni binalar tikilib və bu məktəblər bütün lazımi avadanlıqlarla təzhiz edilib: “Burada təhsil alan istedadlı uşaqlar Azərbaycan musiqisinin gələcəyidir. Dövlət istedadlı uşaqlara həmişə dəstək olur. Onu da vurğulayım ki, musiqi məktəbləri uşaq və yeniyetmələrin, gənclərin öz vaxtlarını faydalı keçirməsi, musiqi bilikləri qazanması üçün əlverişli bir məkandır. Musiqi məktəbləri nə qədər çoxdursa, bu o deməkdir ki, bu məktəblərə uşaqların kütləvi marağı var. Uşaqlar gedib haradasa vaxtını boş keçirmir, musiqi məktəblərində musiqi ilə məşğul olurlar. Bu da uşaqların mənəvi tərbiyəsində əvəzsiz rol oynayır”.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ