Cümə günü, 09 oktyabr 2026
     

Yunus Oğuzun yeni nəşr olunan “Atabəy Eldəniz” tarixi romanının təqdimatı keçirildi - FOTO

Image


Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda yazıçı-publisist, tarixi əsərlər müəllifi Yunus Oğuzun yeni nəşr olunan "Atabəy Eldəniz" tarixi romanının təqdimatı keçirilib.Tədbiri giriş sözü ilə açan "525-ci qəzet"in baş redaktoru, yazıçı Rəşad Məcid kitabın əhəmiyyəti haqqında danışıb və kitabın tariximizin öyrənilməsi baxımından mühüm vəsait olduğunu diqqətə çatdırıb.

Yunus Oğuzun düzgün yol tutduğunu qeyd edən Milli Məclisin deputatı Nizami Cəfərov bildirib ki, o, Azərbaycan tarixi romanşunaslığını daha da zənginləşdirir. N.Cəforov qeyd edib ki, müstəqil Azərbaycanda tarixi romandan danışanda Y.Oğuz birincidir: "Yunus Oğuz həm tarixi, həm tarixin fəlsəfəsini, həm dili yaxşı bilir, romanlarını hər kəsin aydın başa düşəcəyi üslubda təqdim edir. Yunus Oğuzun romanlarında bir xronoloji ardıcıllıq var, Azərbaycan tarixini də, demək olar ki, bütövlükdə əhatə edir". Deputat qeyd edib ki, "Atabəy Eldəniz" romanı gənc tarixçilər, siyasətçilər üçün çox zəngin materialdır və burada bütün məsələlər araşdırılaraq ətraflı şəkildə təqdim olunub: "Onun yaradıcılığında başqa müəlliflərdə müşahidə olunmayan üslub var. Bu üslub ondan ibarətdir ki, Yunus Oğuz qələmə aldığı dövrdəki münaqişələr sistemini dərindən araşdırır, onları düşünülmüş şəkildə xronoloji ardıcıllıqla düzür. Məlum olduğu kimi, belə əsərlər ərsəyə gələnə qədər türk xalqlarının müstəqil xalq kimi təqdimatında ziddiyyətlər mövcud idi. Çünki siyasi, çoğrafi, mənəvi, dil baxımından bu xalqlar fərqli idi. Konkret olaraq 16-cı əsrə qədər bu xalqların kimə aid olmasını araşdırmaq çox çətin idi. Yunus Oğuz isə əsərlərində siyasi ziddiyyətləri, dini baxışlar sistemini, təriqətləri köklü şəkildə araşdırıb". Millət vəkili əlavə edib ki, "Atabəy Eldəniz" romanında da ciddi tarixi araşdırmalar əksini tapıb: "Bu baxımdan hesab edirəm ki, bu kitabı gənc tarixçilrər və siyasətçilər mütləq oxumalıdırlar. Çünki romanda tariximizlə bağlı zəngin materiallar var. Xüsusən Atabəy Eldənizin maraqlı tərcümeyi-halı hamı üçün maraqlıdır. Yunuz Oğuzun yaradıcılığında o xüsusiyyət var ki, tarixi bədii estetiklə dəyişmir. Tarixə münasibətdə süjet texnologiyasından məharətlə istifadə edir. Bu əsərdə də saray münaqişələrini çox gözəl təsvir edib".

Yunus Oğuzun həyat və fəaliyyətinə nəzər salan şair-publisist Sabir Rüstəmxanlı bildirib ki, Y.Oğuz tariximizin ən parlaq səhifələrindən biri olan xalq hərəkatında fəal iştirak edib: "Yunus Oğuz həmişə öz fəallığı ilə seçilib. Bəlkə də onun tariximizə marağı oradan başlayıb. O, səmimi, gizli yox, açıq iddiası olan gənc idi. Beləliklə, o, demokratik hərəkatda yetişdi və bizim həyatımızın bir hissəsinə çevrildi. Bu baxımdam Yunus Oğuzun tarixi romanlar yazmasını təsadüfi hesab etmək olmaz. Xüsusən onun qədim türk xalqlarının tarixinin etimologiyasını araşdırması maraqlı məsələdir. Çünki hər tarixçi bu işlə məşğul ola bilməz. Bu onun xüsusi istedadı idi. Məlum olduğu kimi, bir vaxtlar Azərbaycan türkünün tarixini görməmək bir xəstəlik idi. Məhz Yunus Oğuz bu məsələdə öz qəti mövqeyini ortaya qoydu ki, indi həmin mövqe müasir baxışlarla üst-üstə düşür". Onun sözlərinə görə, Y.Oğuz bu romanda öz mövqeyini ortaya qoyub: "Bu roman Yunus Oğuzun öz baxışları, araşdırmaları nəticəsində ərsəyə gələn bir romandır. Tarixi romanları yazmaq üçün tarixi, onun fəlsəfəsini yaxşı bilmək lazımdır. Yunus Oğuz tarixi yaxşı bildiyi üçün onun romanları tarixi romanlar içərisində seçilir. Məsələn, Nadir şah barədə xeyli əsərlər yazılıb, ancaq Yunus Oğuzun bu tarixi şəxsiyyətə baxışı özünəməxsus idi. Ümumiyyətlə o, tarixi şəxsiyyətlərin təqdimatında müxtəlif yaradıcılıq üslublarından məharətlə istifadə edib. Ona görə də onun əsərləri digərlərindən seçilir".

Milli Məclisin deputatı Qənirə Paşayeva romanın əhəmiyyətindən danışaraq, bu romanın xaricdə də təbliğatının vacibliyini bildirib: "Mən Yunus Oğuzun oxucusu olmaqla yanaşı, həm də onun əsərlərinin ən yaxşı təbliğatçısıyam. İstənilən xarici ölkəyə səfər etdikdə onun kitablarının təbliği ilə məşğul oluram. Çünki bu kitabların təbliği tariximizin təbliğatıdır və hər birimiz tariximizi təbliğ etməliyik". Q.Paşayeva romanın gənc nəsillər üçün vacib əhəmiyyətini qeyd edərək vurğulayıb ki, tarixi faktların doğru şəkildə yazılması tariximizin düzgün şəkildə gələcək nəsillərə çatdırılması üçün vacib əhəmiyyət kəsb edir: "Hesab edirəm ki, Yunus Oğuzun əsərlərinin orta məktəblərdə təbliğinə ehtiyac var. Yunus Oğuzun ən böyük xidmətlərindən biri ondan ibarətdir ki, gənc nəslin tariximizə marağının artmasında bu kitabların böyük təsiri var. Məlum olduğu kimi, indiki gənclər tarixi romanlar oxumağa meylli deyillər. Yunus Oğuz isə öz romanları ilə gənclərdə tariximizə həvəs oyatdı. Bundan başqa, tarixin dolğun şəkildə gələcək nəslə çatdırılmasında da onun xidmətləri danılmazdır. Onun tarixə münasibətdə "qəhrəmandan güc, tarixdən ibrət" xətti gənclərə işıqlı yol göstərir".

Millət vəkili Aqil Abbas qeyd edib ki, Yunus Oğuzun tarixi romanlarının hamısı maraqla qarşılanıb: "Yunus Oğuz tarixi araşdırmaq kimi çətin bir missiyanı öz üzərinə götürüb. Elə yazıçılar var ki, cəmi 1-2 tarixi roman qələmə alıblar. Yunus Oğuz isə bu sahədə peşəkarlaşıb. Güman edirəm ki, bu istiqamətdə yaradıcılığı davamlı olacaq". Millət vəkili əlavə edib ki, Y.Oğuzun kitabları təkcə Azərbaycanda deyil, bir sıra xarici ölkələrdə də geniş yayılır: "Mən deyərdim ki, indi tarixi romanlara maraq daha çoxdur. Bu baxımdan təklif edərdim ki, onun tarixi romanları orta məktəblərdə ən azından sinifdənkənar oxu üçün təqdim olunsun. Nəzərə almaq lazımdır ki, rəqəmsiz tarix insanların yaddaşında daha yaxşı qalır. Güman ki, Təhsil Nazirliyi bu məsələni nəzərə alacaq".

Kitabın redaktoru, yazıçı Elçin Hüseynbəyli qeyd edib ki, əsərdə personajlar xəlqi dildə danışdırılır. Bu da romanı maraqlı və oxunaqlı edir: "Romanda çox ciddi tarixi faktlar əksini tapıb. Məsələn, mən xaşxaşilər haqqında bu kitabdan öyrəndim. Hesab edirəm ki, kitabın geniş təbliğinə ehtiyac var".

Filoloq-tarixçi, türkçü-alim, professor Əjdər Tağıoğlu qeyd edib ki, fəxr edilməlidir ki, ədəbiyyatımızda Yunus Oğuz kimi ədəbi fədaimiz var: "Bu insan başdan ayağa türkdür. Yazdığı əsərlərində türk tarixini geniş araşdırıb. Biz tariximizə, kökümüzə qayıtmalıyıq. Çox təəssüf ki, 200 illik imperiya dövründə türkü kökündən ayırmışdılar. Bu gün isə yeni tarix yaranıb. Belə bir məqamda Yunus Oğuz kimi yazarlara ehtiyac var ki, tarixi faktları araşdırıb ortaya qoysun. Çünki türkün öz tarixi kökünə qayıtması vacib şərtdir". Onun sözlərinə förə, Yunus Oğuz tarixi şəxsiyyətlərin timsalında türkün real tarixini qələmə alıb: "O, təkcə Attila yazmayıb. O, Attilanın təsvirində türkün tarixini yazıb. Yunus Oğuzu ona görə sevirəm ki, o, əsərləri ilə gəncləri silkələyib ayıltdı. Daha doğrusu, bütün yaradıcılıq fəlsəfi-estetik fəndlərindən istifadə edib bütün gəncləri oyatdı".

Y.Oğuzun həyat və yaradıcılığından söz açan "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı diqqətə çatdırıb ki, onun ərsəyə gətirdiyi bütün tarixi romanlar oxunaqlıdır: "Atabəy Eldəniz" romanı da eyni yaradıcılıq üslubunu özündə saxlaya bilib. Romanın üslübu, tarixi faktların təqdimatı olduqca gözəldir. Romanda tarixi şəxsiyyətlərə yanaşma tərzi isə fərqlidir. Məhz bu xüsusiyyətlər onun əsərlərini oxunaqlı edir".

Romanın müəllifi Yunus Oğuz bildirib ki, "Atabəy Eldəniz" romanı 2017-ci ildə yazdığı növbəti kitabdır: "Əsər Azərbaycan tarixinin çox qaranlıq, keşməkeşli dövrünü əhatə edir. Roman 1136-cı ildən 1225-ci ilə qədərki dövrü əhatə edən Azərbaycan Atabəylər dövlətinin yaradılması və onun fəaliyyəti haqqındadır. Təbii ki, bu dövlətin də yaradıcısı Atabəy Eldənizdir. Onun da ən böyük yol yoldaşı xanımı Möminə xatundur. Əsas məsələlərdən biri də odur ki, deyirdilər ki, Azərbaycan adlı dövlətin tarixi Şah İsmayıldan başlayır. Amma, faktiki olaraq, Azərbaycanda dövlətin yaranmasının 400 il əvvələ təsadüf etdiyi görünür. Başqa sözlə, Azərbaycan dövlətinin coğrafi mənadan daha çox siyasi mənada 12-ci əsrə təsadüf etdiyi aşkar olunur. Romanda o dövrün təlatümü, keşməkeşi, o dövrdə yaradılmış xaşxaşilər mübarizəsi əksini tapıb. Xaşxaşilər də İsmayillər deyilən siyasi terror təşkilatı idi və Ələmut qalasında oturaraq kimdən xoşu gəlmirdisə, kim ona vergi vermirdisə, onları terror edirdilər. Hələ monqollar gələndə də Atabəylər dövləti mövcud olmuşdu. Sonuncu Atabəy Özbək bəy 1225-ci ildə Atabəylər dövlətinin nümayəndəsi olub".

Sonda "Atabəy Eldəniz" tarixi romanının müəllifi Yunus Oğuza "Uluslararası Barış Elçisi" fəxri diplomu təqdim edilib.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ