Cümə günü, 09 oktyabr 2026
     

Müasir ədəbiyyatımızda elmi-fantastik janr böhranı…

Image


Leyla Məmmədəliyeva: “Azərbaycan elmi-fantastik ədəbiyyatının görkəmli nümayəndəsi sözsüz ki, Emin Mahmudovdur”
Sevinc Nuruqızı: “Bu gün dünya ədəbiyyatında bu janr özünün böyük inkişaf mərhələsinə qədəm qoyub”
Təranə Turabqızı: “Elmi-fantastik janr məhz yeniyetmə və gənclər üçün nəzərdə tutulurdu”

 

Fantastika, əslində, heç vaxt mövcud olmayan bir düşüncə tərzidir. Müəyyən qədər də elmi düşüncə, riyazi və dəqiq hesablamalarla əlaqəlidir. Sözsüz ki, ədəbiyyatda, kinoda, təsviri incəsənətdə hər sənətkar fantastik janrdan istifadə edə bilmir. Ümumiyyətlə, Azərbaycanda fantastik janr elə də güclü inkişaf etməyib. Amma, bununla belə, bu janrın tələblərinə cavab verən əsərlər yaranıb.

Bəzi ədəbiyyatşünaslar hesab edirlər ki, fantastik janr insanları gələcəyə, başqa dünyalara aparan bir ədəbiyyat janrıdır.

Qeyd edək ki, dünya ədəbiyyatında bu janrın təmsilçiləri olan Jül Vern, Ayzek Əzimov, Rey Bredberi və başqalarının əsərlərində rast gəlinən bir sıra kəşflər sonralar elmdə öz təsdiqini tapıb. Azərbaycanda fantastik janrın əsas nümayəndələrindən biri Emin Mahmudovdur. Bu janrda yazanlardan biri isə Namiq Abdullayev olduğu bildirilir. N.Abdullayev (“Sehirli oğlan”, “Balaca kiberin macəraları, “Gecələr uzanaydı”, “Piyada vəzirə çevrilir”) və Emin Mahmudov (“Kainat gəmisi”, “Veneranın göyləri od içindədir”, “Qeyb olmuş səslər”, “Dəmir necə ayaq açdı”, “Zülmət dənizi”, “Ulduzlar yolumuzu gözləyir”, “Qüdrətli pillə“, “Günün nəfəsi”, “Atlant qızı“ və s.)  fantastik janrda bir neçə kitabın müəllifidirlər. Bəzi ədəbiyyatşünaslar hesab edir ki, xalq yazıçısı Anarın “Əlaqə” povesti də bu janrda yazılan maraqlı əsərlərdən biridir. Elmi-fantastik janrda yazanlar sırasında riyaziyyat elmləri doktoru, professor Elmira Zamanova, Çingiz Abdullayev və digər müəlliflərin adlarını çəkmək olar. Ancaq təəssüf ki, bu gün həmin janrda yazan müəlliflərin bəziləri artıq həyatda yoxdur.

Ədəbiyyatşünas Leyla Məmmədəliyeva bizimlə söhbətində bildirdi ki, bu janr hazırda Azərbaycanda yazıçıların marağını çəkmir. Onun sözlərinə görə, indi elm-fantastik janrda müəyyən əsərlərə rast gəlinir. O hesab edir ki, Anarın “Ağ qoç, qara qoç” əsəri də sırf bu janrda yazılıb: “Anarın “Qırmızı limuzin” əsəri özü fantastik əsərdir. Ancaq təəssüf ki, bu gün bu janrda yazanlar çox azdır. Fantastik janr ədəbiyyatımızda çox solğun görünür. Onu da vurğulayım ki, elmi fantastikanın ilk nümunəsini “Yeni Atlantida” adlı əsəri ilə F.Bekon yaradıb. “Elmi fantastika” termini özü isə çox sonralar formalaşıb. İlk dəfə Hüqo Hernsbek 1920-ci ildə Amerikada məşhur fransız fantast yazıçısı Jül Vernin əsərlərini oxuyandan sonra bu termini işlədib. Qeyd edək ki, Jül Vern dünya ədəbiyyatında fantastik janrın banisi hesab olunur. Azərbaycan ədəbiyyatında isə elmi-fantastik janrın ilk nümunəsi Yusif Vəzir Çəmənzəminlinin 1933-cü ildə yazdığı “Gələcək şəhər” hekayəsidir.

Anarın “Əlaqə” povestinin də bəzən elmi-fantasik janr nümunəsi kimi önə çəkildiyini qeyd etmək istəyirəm. Bu barədə mərhum professor Qara Namazov “Azərbaycan uşaq ədəbiyyatı” kitabının “Elmi-fantastika” bölməsində belə qeyd edirdi: “Son illərdə ədəbiyyatımızda yaranan elmi-fantastik əsərlər içərisində Anarın “Əlaqə” povesti orijinal mündəricəyə malikdir”. Professorun fikrindən də göründüyü kimi, Anarın əsəri bu tələbata cavab verir. Azərbaycan elmi-fantastik ədəbiyyatının görkəmli nümayəndəsi sözsüz ki, Emin Mahmudovdur. Məlum olduğu kimi, Azərbaycan ədəbiyyatında elmi-fantastika janrı gənc janrdır və bu üslubda yazan yazıçıların sayı da çox deyil. Belə yazıçılardan biri də, qeyd etdiyim kimi, E.Mahmudovdur. O yalnız yazıçılıq fəaliyyəti ilə məşğul olmamış, həm də tərcüməçi, jurnalist, publisist, redaktor kimi tanınıb. Elmi-fantastika janrında yazılan ədəbiyyat həm dəqiq, həm təbiət elmləri, həm də humanitar elmlər

sahəsində fantastik ideyalara, fikirlərə, bəzən də spekulyasiyalara əsaslanır. Elmi fantastika təxəyyül məhsulu olan texnologiyaları və elmi kəşfləri, insana məxsus olmayan şüurla əlaqəni, mümkün gələcəyi və tarixin alternativ inkişafının gedişatını, həmçinin, bütün bunların insan cəmiyyətinə və şəxsiyyətinə təsirini təsvir edir. Bu janrda yazılmış əsərlərdə hadisələr adətən gələcəkdə baş verir”.

L.Məmmədəliyeva bildirir ki, bu janrın meydana çıxması XIX əsrdəki sənaye inqilabı ilə bağlıdır. O hesab edir ki, ilk əvvəllər elmi-fantastika elm və texnikanı, onların inkişaf perspektivlərini təsvir edən elmi janr kimi yaranıb. Bu dövrdə gələcək daha çox utopiya şəklində təsvir olunurdu. “Qeyd etdiyim kimi, E.Mahmudov bu sahədə yazan ilk yazarlarımızdan biri olduğu üçün, müəyyən

çətinliklərlə qarşılaşıb. Lakin rus və dünya elmi-fantastik janrının ən gözəl nümunələrini mütaliə etməsi, elm və texnikanın nailiyyətləri ilə yaxından tanış olması ona böyük kömək edib. E.Mahmudov zaman keçdikcə, daha irihəcmli əsərlər yazmağa başlayıb. Yazıçı elmi-fantastika janrında povestlərin və çox sayda hekayənin müəllifidir. Görkəmli yazıçımızın əsərləri əsasən uşaq və yeniyetmələrə ünvanlandığı üçün, bu əsərlərin xüsusilə uşaq kitabxanalarında təbliğinə böyük ehtiyac var” - deyə bildirən ədəbiyyatşünas qeyd edir ki, E.Mahmudov Azərbaycandan Amerika Birləşmiş Ştatlarına köçüb və 2009-cu ildə orada vəfat edib. Ədəbiyyatşünas qeyd etdi ki, E.Mahmudovun “RT-1” adlı ilk elmi-fantastik hekayəsi 1952-ci ildə “Pioner” jurnalında dərc edilib. Yazıçının “Günəş şəhəri” adlı ilk elmi-fantastik hekayələr toplusu 1953-cü, “Muğanda qütb parıltısı” adlı hekayələr toplusu isə 1954-cü ildə çapdan çıxıb: ”E.Mahmudov elmi-fantastika janrında “Kainat gəmisi”, “Veneranın göyləri od içindədir”, “Zülmət dənizi”, “Atlant qızı” və s. povestlərin müəllifidir. Hesab edirəm ki, elmi-fantastik janrı uşaq və yeniyetmələr arasında təbliğ etmək lazımdır. Bu onlar üçün həm faydalı olar, həm də hədsiz dərəcədə maraq kəsb edər. Düşünürəm ki, bu məqsədlə uşaq kitabxanalarında, məktəb, lisey və gimnaziyalarda E.Mahmudovun və elmi-fantastik janrın digər nümayəndələrinin əsərləri təbliğ edilməlidir. Elmi-fantastik əsərlər uşaqların dünyagörüşünün formalaşmasında müstəsna rol oynayır”.

Uşaq yazıçısı Sevinc Nuruqızı da hesab edir ki, bu gün Azərbaycan ədəbiyyatında fantastik janrın yeri görünür. Yazıçı hesab edir ki, elmi-fantastik janr uşaqların yaddaşında böyük bir cığır açır. Bu janrda kitablar mütaliə edən uşaq və yeniyetmələrin gələcəyə daha məqsədyönlü şəkildə getdiyini deyən S.Nuruqızı qeyd etdi ki, bu janrın təbliğatına önəm verilməlidir: “Bu gün Azərbaycan

ədəbiyyatında fantastik janrda boşluq var. Bir-iki əsərlə bu janrın yerini doldurmaq olmaz. Hazırda peşəkar səviyyədə fantastika janrında yazan yazıçılarımız yoxdur desəm yanılmaram. Bu sahədə əsərlər var, amma azdır. Bu gün dünya ədəbiyyatında bu janr özünün böyük inkişaf mərhələsinə qədəm qoyub. Bu sahədə yeni maraqlı əsərlər yaranır. Ümumiyyətlə, elmi-fantastik janrda yazan adam həm savadlı, həm duyğusu güclü olmalı, eyni zamanda da dəqiq elmləri bilməlidir. Çünki vaxtilə fantastika yazan yazıçıların əsərlərində toxunulan məsələlər sonradan əksər hallarda elmi kəşfə çevrilib. Yəni əsərdə əks olunan bir məsələ sonra hansısa bir alim tərəfindən kəşf edilib”.

Ədəbiyyatşünas Təranə Turabqızının qənaətinə görə də Azərbaycanda fantastik ədəbiyyatın inkişafına böyük ehtiyac var. O hesab edir ki, bu gün yazıçılar sanki bu janrdan qaçırlar: “Elmi-fantastik janr bu gün dünyada həqiqətən də özünə böyük oxucu kütləsi qazanıb. Vaxtilə bizdə də fantastik janrda yazan yazıçıların əsərləri şagirdlərin stolüstü kitabı idi. Bu gün də o əsərlərin yenidən çapına və təbliğinə böyük ehtiyac var. Düşünürəm ki, Sovet dövründə uşaq və yeniyetmələr üçün yaranan ədəbiyyat nümunələrinə bu gün də diqqət ayrılmalıdır. Bu gün o meyar itsə də, Sovet dövründə hər yaş kateqoriyasının özünə aid ədəbiyyat vardı. Bu gün də belə olmalıdır. Pis, yaxşı uşaq ədəbiyyatı var, böyüklər üçün də ədəbiyyat yaranır, amma yeniyetmə və gənclər üçün ədəbiyyat yaranmır. Elmi-fantastik janr məhz yeniyetmə və gənclər üçün nəzərdə tutulurdu. Düşünürəm ki, elmi-fantastik janrda yazanlar olmalıdır. Əslində, bu janra dünya ədəbiyyatında tələbat çox böyükdür. Vaxtilə bu janrda çox olmasa da, yazanlar olub. Bugünkü yazıçıları qınamıram, bu çox çətin janrdır. Bu janrda yazmaq üçün gərək yazıçının elmi bilikləri olsun”.  

T.Turabqızı bildirir ki, bu sahədə gənclər öz qələmlərini sınaya bilərlər. Bu gün gənclər arasında istedadlı yazarların olduğunu deyən T,Turabqızı hesab edir ki, bu sahədə müsabiqələr élan edilərsə, gənclər arasında bu janra maraq artar. “Elm sahəsində yazmaq qabiliyyəti olan gənclər var. Onlara stimul vermək lazımdır ki, öz yaradıcılıq potensiallarını üzə çıxara bilsinlər”- deyə ədəbiyyatşünas qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ