Cümə günü, 09 oktyabr 2026
     

Tarixdə iz buraxanlar: Mikayıl Müşfiq

Image


Mikayıl Əbdülqədir oğlu İsmayılzadə 1908-ci il iyun ayının 5-də Bakıda ziyalı ailəsində anadan olub. Atası Mirzə Əbdülqədir, anası Züleyxa xanımdır. Erkən yaşlarından valideynlərini itirən Mikayıl qohumlarının himayəsində böyüyüb. İbtidai təhsilini inqilabdan əvvəl rus-tatar məktəbində alıb. Hələ məktəb yaşlarından ədəbiyyatla maraqlanıb, “Bu gün” adlı ilk şerini 1926-cı ildə yazıb və tezliklə tanınan şairlərdən birinə çevrilib.

1931-ci ilin mayında Müşfiq Geoloji İnstitutun buraxılış gecəsində Dilbər adlı bir qızla tanış olur. Dilbər xanım Müşfiqin əmisi arvadı Fəramuşla tələbə yoldaşı olub. Tanınmaqda olan gənc şairlə Dilbəri əmisi arvadı tanış edib. Təsadüfi bir neçə görüşdən sonra Müşfiq Dilbər xanıma sevgi məktubları göndərib, hər görüşə yeni şeirlə gəlib. Müşfiq növbəti görüşlərin birində Dilbər xanıma elçi göndərmək və tez vaxtda nişanlanmaq istədiyini bildirib. 1932-ci ilin aprel ayında cütlük nişanlanıb. Onların kəbini isə təxminən bir il sonra, 1933-cü il iyun ayının 20-də kəsilib.

Həmin dövrlərdə şair “Azərnəşr”də redaktor, 18 nömrəli məktəbdə isə müəllim işləyirmiş. Şagirdlərdən biri sevimli müəllimlərini belə xatırlayır: “Müşfiq müəllim dərs deyəndə zəng səsini eşitməzdik. Dərs zamanı şagirdlərə şeir oxumağı öyrədəndə başqa müəllimlərimiz də gəlib bizim sıralarda oturardı. Çoxumuza “qızım”, “oğlum” deyə müraciət edərdi. Əslində bu ifadə onun yaşına uyğun deyildi. Ancaq mehriban olduğu qədər təvəzökar olan Müşfiq müəllimə bu sözlər çox yaraşırdı…”

Mikayıl Müşfiq özünün ən birinci vəzifəsini insanları təhsilə, elmə yönəltməkdə, şagirdlərdə ədəbiyyata maraq oyatmada görürdü. Müşfiq nadir hafizə sahibi idi. O öz hafizəsinə arxayın olub, çox vaxt qoşduğu şeiri uzun müddət vərəqə köçürməyib, şeirlərini, eləcə də bir çox klassik şairlərin əsərlərini əzbərdən bilirmiş.

Sosializm quruculuğu illərində həyata keçirilən bir sıra reformalardan Müşfiq çox razı olub. Ərəb əlifbasının latın əlifbası ilə əvəz olunması haqda şair hətta şeir də yazıb. Amma həmin illərdə tarın qadağan olunması ilə bağlı söz-söhbət Müşfiqi də, yaxın dostu tarzən Qurban Pirimovu da bərk sarsıdıb. Müşfiq evlərinə qonaq gələn Pirimova tarın qadağan olunmasının xalqa ancaq ziyan vuracağını deyib. “O, ustaddan tarı götürüb çalmasını xahiş etdi. Qurban müəllim tarı sinəsinə sıxıb “Yetim segahı” çalmağa başladı. Tar dilə gəldi, tar inildədi, tar hönkürdü… Tarın qopardığı nalələr anında Müşfiq özünü çəkdiyi papirosun dumanlarına bürümüşdü. Birdən onu gördüm ki, Müşfiqin yanıqlı səsi tarın naləsinə qarışdı və həmin günlərdə yazdığı “Oxu tar” şeirini söyləməyə başladı. Xoşbəxtlikdən, onların həyəcanı uzun sürmədi. Tar qadağan edilmədi…”– deyib Müşfiqin həyat yoldaşı Dilbər xanım.

Azərbaycanın poeziya tarixinə adını qızıl hərflərlə yazdırmağı bacaran Mikayıl Müşfiqin şeirləri, yaşlı nəsillə bərabər, gənclərin də dillər əzbəridir. Maraqlısı isə odur ki, ziyalılarımızın, böyüklərimizin, gənclərin kitaba, şeirə marağının azlığından şikayətləndiyi bir dövrdə M.Müşfiqin şeirləri ən passiv gənclərin belə yaddaşına həkk oluna bilir.

Yəqin çox az adam tapılar ki, M.Müşfiqin “Yenə o bağ olaydı” şeirini ömründə heç olmasa bircə dəfə eşitməmiş olsun. M.Müşfiqin şeirlərini oxuyarkən adama elə gəlir ki, o, yazdığı şeirlərdə gənclərin tərbiyəsi üçün bir konsepsiya tərtib edib. Onun vətən, ana, sevgili haqqında yazdığı şeirlərdən bəhrələnən, o şeirləri bütün varlığı ilə dərk edən gənclik yalnız yaxşı insan kimi formalaşa bilər. Sanki Mikayıl Müşfiqin bütün şeirləri insanın, gəncliyin mənəvi tərbiyəsi üçün yazılıb. Onun şeirlərində qadına yönəlmiş xüsusi diqqət, qadının bəşəriyyət üçün nə qədər uca varlıq olduğunun göstərilməsi hər bir gəncdən ötrü örnəkdir. Bu şeirləri dərk edən oğullar vətəninə, anaya məhəbbəti öyrənməklə yanaşı, qadına hörməti də öyrənmiş olur. Mikayıl Müşfiqin şeirlərini dərk edən, onun vətənə, anaya, qadına, sevgiliyə həsr etdiyi şeirləri anlayan insan heç zaman cəmiyyətdə pis ad çıxara bilməz. Çünki bu mənəvi tərbiyə insana ən ülvi, ən romantik, ən müqəddəs hissləri duymağı öyrədir. Elə Müşfiqin şeirlərinin bütün nəsillər, xüsusilə də gənclər tərəfindən sevilməsinin ən böyük səbəblərindən biri də, yəqin ki, onun gəncliyin nəbzini tuta bilməsi olub.

Mikayıl Müşfiqin, yəqin ki, ən təsirli şeirlərindən biri onun “Ana” şeiridir. Bu şeirin hər bir misrasını oxuyarkən insan təəccübünü gizlədə bilmir. İki aylığında anasını itirən M.Müşfiq “Ana” şeirində onu elə vəsf edir ki, bəlkə də uzun ömür yaşayan və bütün həyatı boyu ana nəvazişi ilə böyüyən bir şair belə, ananı belə tərənnüm edə bilməz.

Ana dedim, ürəyimə yanar odlar saçıldı,

Ana dedim, bir ürpəriş hasil oldu canımda,

Ana dedim, qarşıma bir gözəl səhnə açıldı,

Ana dedim, fəqət onu görməz oldum yanımda…

Vətənini dərin bir məhəbbətlə sevən Mikayıl Müşfiq onu hər zaman abad, müstəqil, azad görmək istəyirdi. Azərbaycanın istiqlalını arzulayan, Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasını alqışlayan gənc şair bu münasibətlə gözəl şeirlərini yazıb cümhuriyyəti təbliğ edirdi. Müşfiq “Ey dan ulduzu” deyib ölkəsinin yeni baharını alqışlayır, arzularını dilə gətirirdi. Beləcə, sonralar Müşfiqi aradan götürmək üçün “qırmızı imperiyanın” əlinə bəhanə verirdi. Müşfiqi “məhşər ayağına” çəkənlər ondan bu şeirlərin “əvəzini” çıxırdılar, hesab sorurdular. Amma onun yazdığı şeirlər yaz səhərində parlayan və heç vaxt sönməyəcək parlaq ulduz idi.

1930-cu illərdən başlayaraq Moskva ədəbiyyat adamları arasında özünə carçılar axtarmağa başlayır və bədnam 37-ci il repressiyaları Azərbaycan ədəbi cameəsindən də yan keçmir. Ədəbiyyat adamlarının 1937-ci ilin oktyabr ayında başlanan kütləvi həbsləri xofun yeni, daha qanlı mərhələsi olur. Yazıçılar İttifaqının 60-a yaxın üzvündən 27 nəfəri repressiyaya məruz qalır, Azərbaycan ədəbiyyatının, mədəniyyətinin görkəmli simaları məhv edilir. Mikayıl Müşfiqin bu məşhur kəlamı insana çox şey deyir:

Ah, mən gündən-günə bu gözəlləşən

İşıqlı dünyadan necə əl çəkim?

Bu yerlə çarpışan, göylə əlləşən

Dostdan, aşinadan necə əl çəkim?

Həyat dedikləri bu keşməkeşdən,

Qəlbimdə, qanımda yanan atəşdən,

Gecədən, gündüzdən, aydan, günəşdən,

Bu əngin fəzadan necə əl çəkim?

Qara buludlar getdikcə gənc şairə də yaxınlaşır. Mətbuatda Müşfiq haqqında təhqir, böhtan dolu kəskin tənqidi məqalələr görünməyə başlayır. Saf qəlbli şair bütün bunlardan çox mütəəssir olur. Yazıçıların növbəti plenumunda Müşfiqə əksinqilabçı damğası vurulur. O, 1937-ci il iyun ayının 4-də evində həbs edilir, əksinqilabçı milli təşkilatın üzvü, sovet hakimiyyətinə qarşı silahlı üsyana hazırlıqdan xəbərdar olmaqla ittiham edilir.

Həbsdən qabaqkı axşam oxucuları ilə görüşdən gec qayıdan şair evdə onu gözləyən Dilbərin yanına tələsdiyindən, yaxınlıqda dayanan qara maşına fikir vermir. Müşfiq mənzilə daxil olduqdan sonra qapının zəngi çalınır. Gələn adamlar M.Müşfiqi heç yaxınları ilə də vidalaşmağa qoymur...

1938-ci il yanvar ayının 5-də SSRİ Ali Məhkəməsinin hərbi səhra kollegiyasının 20 dəqiqəlik məhkəmə iclası M.Müşfiqin barəsində güllələnmə qərarı verir. Hökm bir neçə saat sonra - yanvar ayının 6-na keçən gecə icra olunur.

Deyirlər, həyatının ən son saatlarına qədər o, ölümünə inanmayıb. Həyat yoldaşı Dilbər xanım xatırlayır ki, həbsxanada son görüşlərində Müşfiq kədərli halda ölümqabağı hisslərini gizlətməyə çalışaraq deyib: “Sən narahat olma. Əvvəl-axır, tez ya gec hər şey aydınlaşacaq. Biləcəksiniz ki, bizim heç nədə təqsirimiz olmayıb...”

Təxminən 20 il keçəndən sonra ölkə şəxsiyyətə pərəstişin dəhşətindən özünə gəlib və Azərbaycanın məşhur yazıçıları M.Müşfiqin işinə yenidən baxılması barədə müraciət etilbər. 1956-cı il mayın 23-də SSRİ Ali Məhkəməsinin hərbi kollegiyasının qərarına əsasən Mikayıl Əbdülqədir oğlu İsmayılzadə bəraət qazanıb.

Cəmi 29 il ömür yaşasa da, özündən sonrakı nəsillərə bəlkə də yaşlı bir qocanın belə ömrünə sığmayacaq qədər romantik şeirlər irsi qoyub Mikayıl Müşfiq.

Bəxtinə 29 il ömür düşən Müşfiq anadan şair doğulmuşdu. Bunu onun məhəbbət dolu şeirlərinin axıcılığı da bizlərə diqtə edir. Cəsədləri Xəzərin qorxulu fırtınalarına yem olan 37-nin faciə qəhrəmanlarından biri də Müşfiqdir. Həyatının baharında cismi yox edilib, ruhu incidilən Müşfiq!.. Nə idi bu istedadlı şairimizin günahı?!. Hətta ona qəbiri də çox gördülər. Bu nurun işığından gözləri qamaşanlar öz alayarımçıq bacarıqlarından qorxdular, qorxdular ki, Müşfiq sağ olsa, onlar Müşfiqin yanında çox solğun, üzgün, cılız, acız görünəcəklər. Elə ona görə də şeirləri ilə könülləri ovsunlayan, ürəkləri riqqətə gətirən şairi susdurdular. Onlar təkcə Müşfiqin özünə yox, həyat işığı görməmiş neçə-neçə şeirlərinin də qətlinə fərman verdilər. Onlar ədəbiyyatımızı, kitab rəflərimizi Müşfiqin doğulmamış əsərlərinə həsrət qoydular. Onlar ən nəhayət, mənəviyyatımıza zərbə vurdular – Mikayıl Müşfiq, Hüseyn Cavid, Əhməd Cavad kimi şairləri məhv etməklə… Bu gün pula-vara hərislər, beşgünlük ailə həyatı quranlar, doğulan uşaqların həyatını faciə dolu ömürlə qol-boyun edənlər Mikayıl Müşfiq şeirlərindən bəhrələnsəydilər, sevginin ucalığını, həyatın şirin olduğu qədər də acı olduğunu dərk edərdilər. Çünki Müşfiqin şeirlərində yüksək həyat eşqi, sevginin yenilməzliyi, möhtəşəmliyi insan ürəyində məhrəmanə hisslər oyadır, nəinki öz sevdiyinə kəc baxmağa, əksinə, adamı bu ilahi hissə sadiq qalmağa səsləyir. Cizmən onu məhv etdilər, həyatının çiçəkləndiyi vaxtda onu sevməyə, sevilməyə həsrət qoydular. Onu gülüzlü yarından ayırdılar, ona “vətən xaini”, “xalq düşməni” damğası vurdular. Onun şair ruhunun qarşısında tələ qurub bir sədd kimi durdular. Fəqət, mənən onu həyatdan apara bilmədilər…

Allah rəhmət eləsin.

Fazil QARAOĞLU
professor



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ