Cümə günü, 09 oktyabr 2026
     

Çağdaş Azərbaycan ədəbiyyatında kriminal janr…

Image


Rövşən Yerfi: “Kriminal sahədən yazan yazıçı cinayət və cəzadan, hüquqdan məlumatlı olmalıdır”
“İndi cinayətlərlə bağlı bütün əsərləri detektiv janrı adı altında qarışdırırlar”
Təbriz Vəfalı: “Kriminal ədəbiyyat gənc nəslə mənfi psixoloji təsir göstərir”

 

Kriminal ədəbiyyat çağdaş Azərbaycan oxucusunun, əsasən də gənc nəslin ən çox müraciət etdiyi janrdır desək yəqin ki, yanılmarıq. Onu da vurğulayaq ki, hazırda kitab mağazalarında ən çox tələbat kriminal və detektiv janrda yazılan kitablaradır.

Ədəbiyyatşünaslar, tədqiqatçılar detektiv ədəbiyyat haqqında kifayət qədər araşdırma aparsalar da, kriminal janrın tədqiqi bir qədər kölgədə qalıb. Azərbaycanda kriminal ədəbiyyatın müəllifləri sayca az olsa da, onların yaratdığı əsərlərin təsir gücü və daşıdığı tərbiyəvi əhəmiyyəti çoxdur. Cinayət varsa, sözsüz ki, onu törədənlərin cəzası da var. Cinayət törədib həbsxanaya düşən insanların həyatı faciəlidir. Bu faciəli həyat bədii ədəbiyyatın dili ilə təsvir edilir və gənclər ondan dərs götürməlidirlər.

Azərbaycanda kriminal ədəbiyyatın tarixi, nümayəndələri, çağdaş kriminal ədəbiyyat yaradıcılarının kimliyi təbii ki, həmişə diqqət çəkir. Kriminal ədəbiyyatdan danışarkən biz bu sahədə son illər yaranan əsərləri və onların adlarını qeyd etməliyik. Mərhum yazıçımız Yusif Əhmədovun yaratdığı kriminal hekayələr və ustad yazıçının “Qara Kəmər” əməliyyatı ilə bağlı qələmə aldığı 2 cildlik “Ələkeçməzlər” romanı, Bəhram Çələbinin kriminal əsərləri, eləcə də bu sahədə öz sözünü deyən yazıçı Rövşən Yerfinin bu mövzuya həsr etdiyi əsərlər oxucuların maraqla qarşıladığı əsərlərdir.

Kriminal ədəbiyyatı bəzən detektiv ədəbiyyat janrı ilə qarışdırırlar. Əslində, onlar fərqli janrlardır.

Kriminal yazar Rövşən Yerfi bizimlə söhbətində kriminal ədəbiyyat haqqında fikirlərini bölüşdü: “Doğru qeyd edirsiniz ki, indi cinayətlərlə bağlı bütün əsərləri detektiv janrı adı altında qarışdırırlar. Mən isə bunları hüquq nöqteyi-nəzərindən iki əsas növə bölürəm: həbsə qədərki cinayətlərdən bəhs edənlər və həbs həyatından, həbsdə baş verənlərdən bəhs edənlər. Həbsə qədərki cinayətlərdən, yəni azadlıqda baş verənlərdən danışılan əsərləri həqiqətən detektiv əsərlər hesab etmək düzgündür. Bu janrın Azərbaycan ədəbiyyatında əsasını ötən əsrin 50-ci illərində Cəmşid Əmirov qoyub. Müstəqillik dövründə ədəbiyyatımızda detektiv yazan onlarla müəllif meydana gəlib və bu janrın bir neçə növü yaranıb.

Amma həbsdə baş verənləri təsvir edən əsərləri isə mən detektiv deyil, “məhbəs nəsr” hesab edirəm. Əlbəttə, söhbət poeziyadan yox, nəsr əsərlərindən gedir. Son iki əsrdə özümüzə mayak hesab etdiyimiz rus ədəbiyyatında belə əsərlər müvafiq olaraq “tyuremnaya literatura” (məhbəs ədəbiyyatı), “tyuremnaya proza” (məhbəs nəsri) adlanır.

Azərbaycan ədəbiyyatında məhbəs poeziyası XII əsrdə yaşamış Fələki Şirvani ilə, məhbəs nəsri isə 1992-ci ildə çap olunmuş Çingiz Ələkbərzadənin “Zindan” romanı ilə başlayıb. Bu romandan əlavə Ç.Ələkbərzadə daha iki kitab (“Qumarbaz” və “Türmə mənim ahımdır”) yazıb. Onun ardınca Qənimət Əlisaoğlunun “Lənət qapısı”, “Bayıldan başlayan yol”, “Qırmızı türmə” adlı üç sənədli romanı - kriminal trilogiyası oxucular arasında Azərbaycan bestselleri kimi nüfuz qazanmışdı. 1996-cı ildə Oqtay Əhmədovun “Cəhənnəm yolu”, “Volqodon əsirləri”, 2000-ci ildə isə İsmayıl Qarayevin arxivindən “Sxodka” və “Budaqlar” əsərləri oxuculara təqdim olunub. Məhbəs nəsrinə dair son nümunə Faiq Balabəylinin “Bayıldan bayıra” kitabıdır.

Mən də bu sahədə əsərlər yazan müəlliflərdənəm. 2004-cü ildən başlayaraq indiyədək bir roman, üç povest, iki pyes yazmağa müvəffəq olmuşam. Qismət olarsa, ardını davam etdirmək niyyətindəyəm.

Kriminal sahədən yazan yazıçı cinayət və cəzadan, hüquqdan məlumatlı olmalıdır. Bir də kriminal dünyasının adamları – istər cinayətkar, məhkum, istərsə də əməkdaşlar qarşısında alnıaçıq, adı təmiz olmalıdır. Bu keyfiyyət və xüsusiyyətləri olmayan yazıçının yazdığının da dəyəri olmaz”.

Yazıçı-publisist, qalmaqallı “Mafiya. Zor və ağlı özündə birləşdirən məxfi qurum” adlı kitabın müəllifi Təbriz Vəfalı bildirir ki, keçmiş SSRİ dövründə təkcə Azərbaycanda deyil, digər sovet respublikalarında da kriminal hadisələrə yanaşma tərzi indikindən tamamilə fərqli olub. O qeyd edir ki, hətta həmin dönəmlərdə kriminal xəbərlərin mətbuat orqanlarında yayılmasını qadağan edən senzura sistemi mövcud idi: “SSRİ dövründə Azərbaycan SSR Mərkəzi Komitəsində “Baş ədəbiyyat şöbəsi” (“Qlavlit”) fəaliyyət göstərirdi və bu şöbə “kriminal avtoritet”lərdən, cəmiyyətdə və ictimaiyyətdə psixoloji gərginlik yarada biləcək hadisələrdən bəhs edən kitabların yazılmasını qadağan edirdi. Kitablardakı hər sətir, hər söz diqqətlə oxunur və senzuradan keçirilirdi. Bəzi yazarlarımız iddia edirlər ki, Sovet dönəmində də kriminal ədəbiyyat çap olunub. Əslində, onlar sovet psixologiyasının, keçmiş milis və dövlət təhlükəsizliyi orqanlarının fəaliyyətlərindən, həmin orqanların əməkdaşlarının xidməti vəzifələrinin öhdəsindən layiqincə gəlmələrindən, ən qatı cinayətkarların da həbs olunmasından, hətta ağır cinayət işlərinin üstlərinin açılmasından bəhs edirdilər. Məsələn, “Qara Volqa”da qatı cinayətkarların fəaliyyətlərindən, cinayət əməllərindən və milis əməkdaşlarının onlara qarşı həyata keçirdikləri operativ və uğurla nəticələnən əməliyyatlarından bəhs edilib. Şübhəsiz ki, bu cür ədəbiyyatları oxuyanlar və “Qara Volqa” kimi filmləri izləyənlər heç vaxt belə cinayətləri törətmək, həbsxana həyatı yaşamaq və ən ağır cəzalara layiq görülmək istəməyiblər. Ancaq Sovet İttifaqı dağıldıqdan sonra, Azərbaycanın müstəqillik qazandığı ilkin dövrdə SSRİ-dən qalmış senzura sistemi ləğv olundu. Reytinq qazanmaq uğrunda mübarizənin ciddiləşməsi üzündən bəzi yazarlarımız milli mentalitetdən kənar şeyləri, həm də açıq-saçıq şəkildə yazmağa və dərc etdirməyə başladılar. Kriminal ədəbiyyat da məhz həmin zaman meydana çıxdı və zaman-zaman populyarlıq qazandı. Həm senzura sisteminin olmaması, həm də açıq bazar iqtisadiyyatı dövrü olduğu üçün, kriminal ədəbiyyat digər ədəbiyyatları üstələməyə başladı. Bu üstələmənin digər bir səbəbi isə insanların qaranlıq həyata, həbsxana həyatına maraq göstərməsi ilə əlaqədar oldu”.  

Həmsöhbətimiz deyir ki, bəziləri həbsxanada yazılmış əsərləri kriminal ədəbiyyat adlandırırlar. Ancaq bu yanlış fikirdir. Çünki həbsxanadakı bəzi məhbuslar romanlar, povestlər, xatirələr, hekayələr və şeir kitabları da yazıblar. O bildirir ki, hətta ictimaiyyətdə və cəmiyyətdə siyasətçi, tanınmış şəxslər də olub ki, onlar məhbusluq həyatı yaşadıqları zaman siyasi mövzularda kitabları ərsəyə gətiriblər: “Məsələn, Vladimir İliç Leninin “Rusiyada kapitalizmin inkişafı”, Migel del Servantesin “Don Kixot” romanı, Amerika yazıçısı Harri Qreyin “Quldurlar” romanı və digər kitablar həbsxanada yazılıb və onların həbsxana həyatı ilə heç bir əlaqəsi yoxdur. Kriminal ədəbiyyatlar isə daha çox həbsxana həyatında baş verənlərdən, “avtoritet”lərin həyatından, türmədə və azadlığa çıxdıqdan sonrakı dövrlərdə fəaliyyətlərindən, cinayət hadisələrindən bəhs edilir. Düzdür, bəzi kriminal ədəbiyyatlar həbsxana həyatı yaşamış məhbuslar tərəfindən yazılsa da, digər müəlliflər məhbusluq həyatı yaşamayıblar. Məsələn, Qənimət Əlisaoğlu uzun müddət həbsxanada olub. Öz başına gələnləri, şahidi olduğu və eşitdiyi hadisələri yazaraq onları “Lənət qapısı”, “Qırmızı türmə” və “Bayıldan başlayan yol” adlı kitablarında dərc etdirib. Amma bəzi yazıçılarımız və yazarlarımız da var ki, onlar azadlıqdan məhrum edilməyiblər və həbsxanada olmayıblar. Onlar, sadəcə, “kriminal avtoritet”lərin həyatlarını araşdırıblar. Bunun üçün sözügedən “avtoritet”lərin həbsxana yoldaşları, ailə üzvləri, dostları, qohumları və tanışları ilə ətraflı söhbətlər aparıblar, qeydlər götürüblər. Məsələn, tanınmış yazıçımız Bəhram Çələbi kriminal ədəbiyyatın şah əsərləri sayılan “Lotu Bəxtiyar”, “Diktator Ağakərim”, “Dağlı Cavanşir”, “Sabirabadlı Hikmət” və digər kitabları məhz öz araşdırmaları nəticəsində götürdüyü qeydlər əsasında yazıb”.

T.Vəfalı vurğulayır ki, azərbaycanlı yazıçıların yazdıqları kriminal kitabların əksəriyyətini oxuyub və həmin kitablar onun dünyagörüşünün formalaşması, intellektual səviyyəsinin yüksəlməsində mühüm rol oynayıb. Ancaq, bununla belə, həmsöhbətimiz kriminal ədəbiyyatın yazılmasının və dərcinin əleyhinədir: “Çünki mən heç vaxt özümü hansısa “kriminal avtoritet”ə bənzətmək, onun hərəkətini təqlid etmək fikrində olmamışam. Amma kriminal ədəbiyyatı oxuyan əksər gənclər və yeniyetmələr mənim kimi düşünmürlər. Onlarda belə bir rəy yaranıb ki, həbsxanadan çıxanlar, keçmiş məhbuslar təhlükəli insanlardır və onlardan hər kəs qorxur. Ona görə də gənclərimiz və yeniyetmələrimiz düşünürlər ki, asan yolla, əziyyət çəkmədən, reketçilik edərək çoxlu var-dövlət toplayacaqlar, villalara və ən bahalı avtomobillərə sahib olacaqlar. Kriminal ədəbiyyatı oxuyan əksər gənclərimiz və yeniyetmələrimiz hesab edirlər ki, həbsxanada olmuş insanlar böyük hörmətə, izzətə sahib olurlar. Buna görə də onları xüsusən bəzi qadınlar və qızlar xoşlayır və sevirlər. Hətta bəzi gənclərimiz və yeniyetmələrimiz düşünürlər ki, əsl kişi olmaq üçün mutləq cinayət törətmək və həbsxanada cəza çəkmək lazımdır. Belə faktları çox sadalamaq olar. Ümumilikdə götürdükdə kriminal ədəbiyyatın gənc nəslin psixologiyasına mənfi təsir göstərdiyini, əksər gənclərimizin və yeniyetmələrimizin halal zəhmətlə, alın təri ilə, əziyyətlə çörəkpulu qazanmaq əvəzinə, “qaz vurub qazan doldrumaq” yolunu seçməyə cəhd göstərdiklərini, onların təhsildən yayınmalarına birbaşa şərait yaratdığını və azyaşlılarımızın xəyalpərəst kimi yetişməsində böyük rol oynadığını deyə bilərəm. Ona görə də kriminal ədəbiyyatın yazılmasının və dərcinin əleyhinəyəm. Ancaq yazıçı həmkarlarımızın gəlir sahəsi olduğu üçün, bu cür kitabların yazılmasının, dərcinin və satışının qadağan olunacağına inanmıram. Ona görə də yaxşı olar ki, kriminal ədəbiyyatın gənclərə və yeniyetmələrə satılmasına qadağa qoyulsun. Eyni zamanda, valideynlər öz övladlarının gələcəyini təhlükəyə atmamaq üçün, onların kriminal ədəbiyyat oxumaqdan uzaq durmasını təmin etsinlər”.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ