Cümə günü, 09 oktyabr 2026
     

Tarixdə iz buraxanlar: Süleyman Rüstəm

Image


Azərbaycanın Əməkdar İncəsənət xadimi Süleyman Rüstəm 1906-cı il mart ayının 12-də Novxanı kəndində anadan olub. Atası Əliabbas, anası Xırdaxanım xanımdır. Onun uşaqlıq illəri öz doğma kəndi Novxanıda - Xəzərin sahilində keçib.

Süleyman Rüstəm, kasıb həyat tərzi, çətin uşaqlıq illəri keçirməsinə baxmayaraq, ədəbiyyata, poeziyaya böyük maraq göstərib, yaradıcılığında da fəhlə, kəndli əməyinə, torpağa və zəhmətə qiymət verməyi işıqlandırıb.

Süleyman Rüstəm Nəriman Nərimanov adına Bakı Sənaye Texnikumunda təhsil alıb. “Gənc işçi” qəzeti redaksiyasında ədəbiyyat şöbəsinin müdiri kimi fəaliyyətə başlayıb. Eyni zamanda Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olub və 1929-cu ildə Moskva Dövlət Universitetinin ədəbiyyat və incəsət fakültəsinə köçürülüb. Onun “Unudulmuş gənc” adlı ilk şeiri “Maarif və ədəbiyyat” jurnalında çap edilib, bundan sonra onun şeirləri dövri mətbuatda müntəzəm olaraq yer alıb. Süleyman Rüstəm XX əsrin 20-ci illərində öz şeir, məqalə və çıxışları ilə yeni həyatı tərənnüm edirdi. Süleyman Rüstəmin ilk çapdan çıxmış “Ələmdən nəşəyə” adlı şeirlər kitabı onun bütün yaradıcılığının əsas kompozisiyasını təşkil edir.

İkinci Dünya müharibəsi şairin yaradıcılığına çox böyük təsir edib. Alman faşizminə qarşı gedən müharibə zamanı Süleyman Rüstəmin əsərləri Azərbaycan gənclərində, azərbaycanlılarda vətənpərvərlik hisslərinin inkişaf etməsində, qəhrəmanlıq nümunələrinin yayılmasında, genişlənməsində çox böyük rol oynayıb. Onun vətənpərvərlik mövzusunda yazdığı əsərləri bu dövrə təsadüf edir. Bir-birindən maraqlı və dillər əzbəri olan “Ana və poçtalyon”, “Ana ürəyi”, “Gün o gün olsun ki”, “Durnalar” bu dövrdə çapdan çıxıb. Süleyman Rüstəmin o zaman yazdığı şeirləri bu günümüzdə də aktualdır.

Süleyman Rüstəm Cənub mövzusunda yazmaqla Azərbaycan poeziyasına poetik çələng gətirmiş olub. O, Cənubi Azərbaycanda olaraq, orada yaşayan soydaşlarımızın ağır həyat tərzini görüb və könlündən keçənləri qələmə alıb. Onun “Təbrizim” adlı şeiri bu səpkili şeirlərindən ən təsiredicisidir. Bundan başqa, “Könlümə Təbriz düşdü”, “İşıq”, “Yenə Araz qırağında”, “Yaralarım”, “Görsəm” kimi şeirlərində vətənpərvər şair Vətən həsrəti çəkən, əzablı, cəfalı günlər keçirən soydaşlarımızdan danışır. Süleyman Rüstəmin Cənub şeirləri vüsal və birlik mahnılarıdır. Onun həsrət üzərində köklənmiş hər misrasında ümid var, inam var, arzusunda olduğu xoşbəxt günlərin tərənnümü var. O, ancaq yazıb-yaratdığı günlərin deyil, həm bu günümüzün, həm də gələcəyin böyük şairi idi.

Süleyman Rüstəm ədəbiyyatımızda tərənnüm, vəsf və ithaf şeirlərinin ən məhsuldar yaradıcılarından biri idi. O, nədən və hansı mövzudan yazıbsa, sevərək, inanaraq, ilhamının qüdrətilə poetik dilə gətirib.

Ötən əsrdə yaşayıb-yaratmış şair bəzi həmkarları ilə müqayisədə, əslində bəxti gətirən qələm sahiblərindən olub. 1937-ci ilin repressiyası millətin seçilən oğullarını qara tufanlara, qarşısıalınmaz tufanlara salırdı. Ağır və amansız dövrün ölüm qoxulu təqiblərinin hədəfindən qurtararaq yaşamaq, yaratmaq hər kəsə nəsib olmurdu. Bu bir tərəfdən Uca Yaradanın yazısı, digər tərəfdən də öz başını qovğalardan salamat çıxarmağı bacarmaq demək idi. Süleyman Rüstəm məhz qara qüvvələrin gözündən məharətlə yayındığından təzyiqlərə, həbslərə tuş gəlmədi. Nə yaxşı ki, belə oldu. Çünki onun yazıb-yaratdıqları ədəbiyyatımızın solmayan səhifələrini təşkil edir. XX əsr Azərbaycan poeziyasının çoşqun ruhlu, novator şairlərindən biri məhz Süleyman Rüstəm idi.

Süleyman Rüstəm hələ sağlığında tədqiqatçıların daim diqqət mərkəzində olan söz sahiblərindən olub. Onun ədəbi irsi ilə bağlı yetərincə araşdırmalar var, müxtəlif fikir və rəylər formalaşıb. Vaxtilə onu sovet ədəbiyyatının ən ünlü və görkəmli nümayəndəsi hesab ediblər.

Süleyman Rüstəmin əsərlərini bu günün gözü ilə nəzərdən keçirəndə maraqlı nəticələrə gəlmək olur. Şairin bütün yaradıcılığı sovet həyat tərzinin əks-sədasıdır. Amma həqiqətin gözünə dik baxmaq lazımdır. Hər şeyi öz adı ilə çağırmaq çox vacibdir. Məhz 1937-ci ilin qurbanlarından savayı elə bir qələm sahibi tapmaq mümkün deyil ki, sovet dövründə yaşaya-yaşaya bu quruluşun diqtəsindən kənarda fəaliyyət göstərsin və dövrünü tərənnüm etməsin. Bu mənada Süleyman Rüstəm də istisna deyildi. Bu məsələyə görə də onu qınamaq olmaz. Çünki sovet dövrü, bütün ziddiyyətləri ilə bərabər, həm də Azərbaycana oyanış, intibah gətirdi. Bu dövrdə təhsilin, elmin, mədəniyyətin inkişafı üçün yeni üfüqlər açıldı. Səməd Vurğun, Osman Sarıvəlli, Əhməd Cəmil, Məmməd Rahim kimi şairlər dövrün sağlığından vəcdə gələrək yeni-yeni əsərlər yazıb-yaratdılar. Bu zamandan etibarən Süleyman Rüstəm də yeni epoxanın şairi kimi qələmə sarılıb.

Bəzən gənc ədəbi qüvvələr Süleyman Rüstəmi “sovet şairi” kimi səciyyələndirərək onun bütün yaradıcılığının üzərindən qara xətt çəkməyə çalışır. Bu çox yanlış fikir və insafsızlıqdır. Çünki Süleyman Rüstəm “bu dəmir çəpərli” rejimin içində poetik məzmunu və mövzusu son dərəcə dəyərli olan əsərlər də yaradıb. “Oxuyun, bir qızıl kitabam mən”– deyən Süleyman Rüstəm özünü oxucusuna inqilab şairi kimi təqdim etməklə bir daha təsdiqləyib ki, onun poeziyası mübariz, döyüşkən bir ruhla həyatın içinə atılıb. Əslində o, novator bir şair idi. Bu səbəbdən də yaşadığı həyatın yüksəlişini, yeniləşməsini, yaxşıya doğru irəliləyişini tərənnüm etməkdə, vəcdə gəlməkdə haqlı idi. 70 il içərisində yaşadığımız bir quruluşda həm bu dövrün ab-havasını qələmə almaq, həm də millətin, vətənin xeyri üçün mükəmməl, poetik nümunələr yazmaq həqiqətən böyük istedad tələb edirdi. Bu baxımdan Süleyman Rüstəm Tanrı vergili bir şair idi.

Azərbaycanın elə bir guşəsi yoxdur ki, Süleyman Rüstəm ora şeir qoşmasın. Uşaqlıq illəri Novxanı bağlarında, dəniz sahillərində keçdiyindən, o, Xəzərə xüsusi bir məhəbbət bəsləyirdi. Azərbaycan şairləri arasında Xəzərə ən çox şeir qoşan şair də məhz Süleyman Rüstəmdir. “Xəzərdə”, “Xəzər nəyə bənzəyir”, “Xəzərdə gecə”, “Xəzərin səhəri”, “Xəzər və durnalar”, “Xəzərim olsun” və s. şeirlərində o, bu mavi gözəli xəyallar qanadında tərənnüm edib. Öz xəyalının qanadlarını Xəzərin dalğaları ilə qovuşduran şair bu mavi gözəli tərənnüm etməkdən doymayıb.

Süleyman Rüstəmin yazdığı bütün əsərlər sevgidən, inamdan qaynaqlanıb. O, Azərbaycan ədəbiyyatının çox görkəmli nümayəndələrindən biridir. Onun hər bir əsəri ədəbiyyatımızın solmayan səhifələrini təşkil edir. O öz yaradıcılığında Azərbaycanın bütün dilbər guşələrini vəsf edib, vətənə, torpağa məhəbbət, əməyə qiymət onun poeziyasının mayasını təşkil edir. Könlünü vətəninə verən, onun uca dağlarını, gur çaylarını, yaşıl zəmilərini, geniş düzlərini, zəhmətkeş, sədaqətli insanlarını məhəbbətlə tərənnüm edən Süleyman Rüstəm yazırdı:

Ey nazlı Vətən, mən sənə öz könlümü verdim,

Qarşında günahkarsa, Süleymanı bağışla!

Cürət və qüdrətlə öz doğma yurduna ilhamlı nəğmələr qoşan şairin bu etirafı çox-çox mətləblərdən xəbər verir. Onun şeirləri, bədii yaradıcılığı çox rəngarəngdir və bir çox nəsillərin təhsilinə, mənəviyyatına, formalaşmasına böyük təsir edib.

Süleyman Rüstəmin “Əzizlərdən əzizlərə” adlı lirik bir poeması var və bu poemada şairin bütün fikri gələcək illərə, nəsillərə yönəlir. O burada müharibə illərindən XX əsrin bu dəhşətli insan faciəsindən bəhs edir. Süleyman Rüstəm bir şair, vətəndaş kimi bu müharibənin bütün acılarını yaşayaraq, onu şeirlərində böyük bir şair nəfəsi ilə ifadə edib. Elə müharibə başlanan kimi o, bütün yaradıcılığını səfərbərliyə alıb, poeziyasının bütün mənəvi qüvvəsini və imkanlarını vətəni, xalqı, ölkənin ləyaqətini qorumaq işinə sərf edib. Müharibə ölüm-dirim müharibəsi idi, düşmən güclü və amansız idi. Fəqət buna baxmayaraq, şair qələbəyə inanırdı, həm də bu inamı insanlara aşılayırdı. Müharibə dövrünün poeziyasında ifadə olunan hiss geniş və miqyaslı hiss idi. Bu hisslər içərisində iki böyük hiss əsas aparıcı idi. Bunlardan biri and hissi, vətən və tarix qarşısında məsuliyyət hissi, ikincisi isə qələbəyə, gələcəyə inam hissi idi. Bunların hər ikisi Süleyman Rüstəm lirikasında nəinki əsas və aparıcı idi, həm də bu hisslər onun əsərlərində üzvü bir vəhdət təşkil edirdi. Məhz buna görə də onun müharibənin başladığı zaman yazdığı şeirlərdən biri “And” idisə, digəri “Gün o gün olsun ki” şeiri dərin bir inam ifadə edən poetik parça idi. Bu inam hissi şairin dərindən yaşadığı bir hiss olub.

Şair üçün ən böyük səadət ümumxalq məhəbbətini qazanmaq, könüllərdə məskən salmaqdır. Hansı sənətkarın ki, yaradıcılığını gənclər də, qocalar da, alim də eyhi hərarətlə izləyir, oxuyur, sevir, o sənətkar xoşbəxtdir. Süleyman Rüstəm də məhz belə sənətkarlardan olub. Ömrünün çoxunu qaynar ədəbi mühitə, yaradıcılıq ehtirası ilə rənglənən mənalı bir aləmə həsr edən Süleyman Rüstəmin qələmi ilə ürəyi eyni vəhdət zəminində yaşayıb-yaradıb. Bəli, sənətkar əsl yaradıcı, əsl vətəndaş olanda onun könül aləmi ilə ifadə, müraciət tərzi arasında fərq aparmaq əbəsdir.

Süleyman Rüstəm bəzi məsul vəzifələrdə də işləyib. 1934-cü ildə Azərbaycan Yazıçılar

Birliyinin üzvü seçilən şair 1943-cü ildə Azərbaycan Əməkdar İncəsənət xadimi, 1960-cı ildə Azərbaycan Xalq Şairi adını alıb. 1960-cı ildə SSRİ Dövlət Mükafatı Laureatı olub, “Ədəbiyyat” qəzetinin baş redaktoru, M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrının direktoru, “Azərbaycan”, “Kirpi” jurnallarının və “Sovetski pisatel” nəşriyyatının redaksiya heyətinin üzvü, Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Ali Sovetinin deputatı olub. Xidmətlərinə görə 1976-cı ildə Sosialist Əməyi Qəhrəmanı adını alıb, iki dəfə “Qırmızı Əmək Bayrağı” ordeni, üç dəfə Lenin Komitəsinin Fəxri Fərmanı və bir sıra medallarla təltif olunub. Yəni onun xalq, vətən qarşısındakı xidmətləri layiqincə qiymətləndirilib. İctimai xadim kimi şöhrət qazanıb.

Süleyman Rüstəmin gərgin, şərəfli və məhsuldar yaradıcılıq illəri onu dövrün, poeziyanın, həyatın ağır sınaqlarından ləyaqətlə çıxarıb və bütün aləmdə, Vətənimizin hüdudlarından da çox-çox uzaqlarda sevdirərək məşhurlaşdırıb. Onun yaradıcılığı xalqımızın milli sərvətidir. O, ömrünün sonuna qədər Azərbaycan seirinin, ədəbiyyatının inkişafına sədaqətlə xidmət edərək böyük, şərəfli bir ömür yaşayıb. Belə insanlar Uca Yaradanın verdiyi fitri istedadı fədakarlıqla xalqına, millətinə sədaqətlə birləşdirib belə zirvələrə qalxa bilir. Bu dünyaya gələn hər kəs bir gün bu dünyadan gedəcək. Ancaq xoşbəxt o kəsdir ki, dünyada böyük iz qoyur. Süleyman Rüstəm Azərbaycan xalqının həyatında böyük iz qoyub dünyasını dəyişən görkəmli şəxsiyyətlərdən biridir. Süleyman Rüstəmin parlaq yaradıcılığı, onun əsərləri, böyük siması bizim qəlbimizdə əbədi yaşayacaq.

Allah rəhmət eləsin.

Fazil QARAOĞLU
professor



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ