Cümə günü, 09 oktyabr 2026
     

Azərbaycanda xatirə ədəbiyyatı problemi...

Image


Nəzakət Məmmədova: “Yada düşdü” jurnalının məqsədi Azərbaycan memuar ədəbiyyatını ölkəmizdə təbliğ etmək, onu gənc nəslə çatdırmaqdır”
“Firuz Mustafa dedi ki, bütün dünyada ən oxunaqlı ədəbiyyat memuar ədəbiyyatı olduğu halda, hələ Azərbaycanda bu ədəbiyyat öz layiqli yerini tapmayıb”

 

Dünya ədəbiyyatında dəbdə olan janrlardan biri xatirə, memuar janrıdır. Bu janrda yazılan  əsərləri oxucular bütün məziyyət və göstəricilərinə görə daha maraqla qarşılayırlar. Ədəbiyyatşünaslar bildirirlər ki, xatirə ədəbiyyatına ədəbiyyatşünaslıqda memuar deyilir. Onlar qeyd edirlər ki, görkəmli şəxslər ömürlərinin ixtiyar çağında keçmişə nəzər salır, öz xatirələrini qələmə alırlar ki, bu tip əsərlərə xatirə ədəbiyyatı, yaxud memuar deyilir. Cəlil Məmmədquluzadənin “Xatiratım”, Məmməd Səid Ordubadinin “Qanlı sənələr”, Anarın “Sizsiz” əsərləri memuarın gözəl nümunələri hesab oluna bilər.

Ekspertlər qeyd edirlər ki, son illər bu tip əsərlərə oxucu marağı daha geniş vüsət alıb və memuar janrında yaranan ədəbiyyat dünya üzrə ən çox tələbat olan kitablardır. Onu da vurğulayaq ki, xalq yazıçıları Manaf Süleymanov, Hüseyn Abbaszadənin, xalq şairi Sabir Rüstəmxanlının xatirə kitabları Azərbaycan oxucusu tərəfindən maraqla qarşılanıb. Onu da vurğulayaq ki, memuar müəllifin iştirakçısı olduğu hər hansı bir dövrün mənzərəsini yaratmaqda əvəzsiz bir janrdır.
Daha çevik, yığcam epik janrlardan olan esse tənqid və ədəbiyyatşünaslığın, eləcə də həyatın müəyyən problemlərinə həsr edilən nəzəri-fəlsəfi düşüncələr şəklində yazılmış məqalədir.

Tanınmış fransız yazıçısı M.Monten 1580-ci ildə yazdığı “Esse” əsəri ilə bu janrın əsasını qoyub. Dünyanın görkəmli yazıçı və fılosofları: F.Bekkon, C.Lokk, Q.Fildinq, B.Şou, R.Rollan və başqaları essenin maraqlı nümunələrini yaratmışlar. Bizim dilimizdə ilk nümunələri yaradılan esse Azərbaycan ədəbiyyatı üçün nisbətən yeni janrlardandır.

Ekspertlər onu da qeyd edirlər ki, xatirə, yaxud memuar oçerk kimi faktiki həyat materialı və sənədlilik əsasında yazılır. Amma oçerkdən fərqli olaraq, xatirədə konkret bir şəxsdən bəhs etmək məhdudiyyəti yoxdur. Xatirədə əsas şərt müəllifin iştirak etdiyi, şahidi olduğu hadisələri təsvir etməkdir. Bundan əlavə, xatirədə həcm məhdudiyyəti də yoxdur. Xatirə həcmcə oçerkdən xeyli böyük ola bilər. Yazıda Cəlil Məmmədquluzadənin “Xatiratım” əsərinin adını çəkdik. Ondan başqa Abdulla Şaiqin “Keçmiş günlər”, Ömər Faiq Nemanzadənin “Xatirələrim”, Süleyman Rüstəmin “Unudulmaz müəllim”, Mehdi Hüseynin “Bir ay, bir gün” əsərləri xatirə nümunələridir. Dəqiqlik, tarixi həqiqətin gözlənilməsi memuar janrının mühüm xüsusiyyətləridir. Bu janrda yazılan əsərlərdə şəxsiyyətlərə, hadisələrə müəyyən fərqli yanaşmalar da ola bilər.

Azərbaycanda vaxtilə memuar janrının çox gözəl örnəkləri yaranıb və bu nümunələr müasir oxucuların da diqqətindən yayınmır.

Onu da bildirək ki, “Xan” nəşriyyatı tərəfindən “Xatirə ədəbiyyatı” seriyasından bu janrda yazan dünya və yerli yazarların əsərləri silsilə şəklində çap edilib.

Azərbaycan memuar ədəbiyyatının bəzi örnəkləri mühacirətdə yaranıb. Bu örnəkləri yaradanlardan biri də Səməd Ağaoğludur. Azərbaycan əsilli görkəmli türk yazıçısı, siyasətçi və dövlət xadimi S.Ağaoğlu (1909-­1982) çağdaş Türkiyədə memuar ədəbiyyatının görkəmli nümayəndələrindən biri kimi tanınır. Onun oxuculara təqdim olunan “Atamın dostları” kitabında atası, XX əsrin ilk onilliklərində Azərbaycanın və Türkiyənin fikir həyatında müstəsna xidmətlər göstərmiş Əhməd Ağaoğlunun (1869-­1939) türkçülük hərəkatında, sənət və siyasət aləmində, yeni Türkiyənin qurulması uğrunda mübarizədə çiyin-­çiyinə addımladığı bir sıra görkəmli şəxsiyyətlərin portretləri yaradılıb. Müəllifin ad çəkmədən son dərəcə səciyyəvi cizgilərlə əks etdirdiyi bu portretlər özlərinin, eləcə də Əhməd Ağaoğlunun həyatının, mübarizə və ideallarının bir sıra xüsusiyyət və keyfiyyətlərini aşkara çıxarır. “Xan” nəşriyyatının qeydinə görə, kitab tarixçilər, politoloqlar, Türkiyə­-Azərbaycan münasibətləri ilə məşğul olan mütəxəssislər, habelə geniş oxucu kütləsi üçün maraqlı ola bilər.

Kitabı türk dilindən çevirən, müqəddimə, şərhlər və bioqrafik məlumatların müəllifi professor Vilayət Quliyevdir.

Azərbaycan memuar ədəbiyyatının maraqlı örnəklərindən olan “Bir cavanın dəftəri” və “Həyatımın iyirmi ili” adlı əsərlərin müəllifi isə görkəmli yazıçımız Yusif Vəzir Çəmənzəminlidir. Biz bu silsiləyə Mişkinaz və Turan Cavidin “Cavid haqqında xatirələr” kitabını da aid edə bilərik. Memuarda böyük Azərbaycan mütəfəkkiri Hüseyn Cavidin ailə üzvlərinin - həyat yoldaşı və qızının ədib haqqında xatirələri toplanıb.

“Həyatım və mühitim” memuar nümunəsi ilə Məmməd Səid Ordubadi yaşadığı dönəmi detallı şəkildə oxucuya çatdıra bilir. Görkəmli teatr xadimi Əli Zeynalovun “İki ömrüm olsaydı” kitabı da sahəyə verilən böyük töhfədir. Biz bu sahəyə “Mirzə Ələkbər Sabir haqqında xatirələr” kitabını, Dilbər Axundzadənin “Müşfiqli günlər”ini, Əli İldırımoğlunun “Mənim rəncbər atam” xatirə-romanını, Fransada yaşayıb-yaratmış Ümmülbənin (Banin) “Qafqaz günləri” avtobioqrafik romanını, Məhəmməd Əmin Rəsulzadənin “Stalinlə İxtilal xatirələri” məqalələrini, Azərbaycanın ilk xalq artistlərindən olan Hacıağa Abbasovun “Xatirələrim” kitabını, Əliağa Şıxlınskinin  “Xatirələrim” kitabını, Sabir Əhmədlinin “Yazılmayan yazı” memuar romanını, “Kənan Hacı Yaddaş kartı” avtobioqrafik əsərini aid edə bilərik.

Kənan Hacının və bəzi müəlliflərin əsərlərini çıxmaq şərti ilə, adları qeyd edilən digər əsərlər XX əsrdə qələmə alınıb. Bu gün Azərbaycanda memuar ədəbiyyatına oxucu marağı böyük olsa da, bu janrda yeni əsərlər meydana çıxmır.

Ədəbiyyatşünasların bildirdiyinə görə, memuar ədəbiyyatı həssaslıq, dəqiqlik tələb etdiyi üçün, əksər yazıçılar bu sahəyə müraciət edə bilmirlər. Onların fikrincə, xatirə ədəbiyyatı yaradan müəllif yazdığı əsərə fantaziyasını əlavə etməli deyil, hadisələr sırf real, ancaq bədii və obrazlı şəkildə ifadə olunmalıdır.

Bu gün Azərbaycanda memuar ədəbiyyatına marağın böyük olduğunu deyən “Yada düşdü” jurnalının təsisçisi, Azərbaycan Respublikası “Xatirə Kitabı” redaksiyasının baş redaktoru Nəzakət Məmmədova bizimlə söhbətində bildirdi ki, “Yada düşdü” dərgisinin nəşr edilməsi səbəblərindən biri də memuar, xatirə ədəbiyyatını, yazılarını geniş oxucu kütləsinə çatdırmaqdır: “Memuar ədəbiyyatı bütün dünyada ən oxunaqlı ədəbiyyatdır. Bilirsiniz ki, dünya ədəbiyyatında memuar ədəbiyyatının çox görkəmli simaları var və onların da əsərləri ilə Azərbaycan oxucusu, ziyalılar, ədəbiyyat adamları yaxşı tanışdırlar. Azərbaycanda da xatirə ədəbiyyatının gözəl örnəkləri var. Vaxtilə çox görkəmli qələm adamlarımız, ictimai-siyasi xadimlərimiz, hərbçilərimiz memuar ədəbiyyatının çox maraqlı örnəklərini yaradıblar. Bu gün isə təəssüf ki, müəyyən istisnaları nəzərə almasaq, bu janrda yazanlar elə də çox deyil. “Yada düşdü” jurnalı hazırda bu janrın təbliğatçısı rolunu oynayır. Jurnalımızın ilk sayları nəşr ediləndən sonra bizi Azərbaycan Radiosuna dəvət etdilər. Qonaqlar mən idim, İlyas Tapdıq, Firuz Mustafa, Nahid Hacızadə də dəvət olunmuşdular. “Yada düşdü” sırf memuar ədəbiyyatı ilə, xatirə janrı ilə bağlı jurnal olduğu üçün, böyük maraq doğurdu. Çünki bu jurnalla sözügedən sahəyə bir nəfəs gəldi. Orada Firuz Mustafa dedi ki, bütün dünyada ən oxunaqlı ədəbiyyat memuar ədəbiyyat olduğu halda, hələ Azərbaycanda bu ədəbiyyat öz layiqli yerini tapmayıb. Onun sözündə böyük həqiqət var. Bizim jurnal ədəbi-bədii, eyni zamanda da nostalji jurnaldır. Biz mütəmadi olaraq memuar ədəbiyyatı nümunələri çap edirik. Burada böyük yazıçılarımızın, şairlərimizin müxtəlif şəxsiyyətlər haqqında xatirə janrında yazdıqları əsərləri, hekayətləri nəşr olunur. “Yada düşdü”, bir növ, yaddaş jurnalıdır. Bu jurnal gənc nəslə öz keçmişini,  böyük şəxsiyyətlərimizi tanıdır. Çox maraqlı memuar ədəbiyyatı nümunələri təqdim edirik. Bilirsiniz ki, bu janrda həcm məhdudiyyəti yoxdur, o qısa da ola bilər, geniş də. Baxır müəllifin yanaşmasına. Bu yaxınlarda professor Maarifə Hacıyeva jurnala Qarabağ xanı İbrahim xanın qızı Ağabəyim haqqında maraqlı bir yazı təqdim etdi. Bilirsiniz ki, o çox maraqlı tarixi şəxsiyyət, şairə olub. Bu yazı o qədər maraqlı idi ki, özünə böyük oxucu kütləsi qazandı. Bundan başqa, bizdə Şəmistan Nəzirlinin görkəmli generallarımız haqqında yazıları gedir. O, çar dövründəki generalların həyatını, fəaliyyətini araşdırıb, Rusiyanın bir çox arxivlərində çalışaraq böyük nümunələr yaradıb. Bu gün “Yada düşdü”nün ən ucqar yerlərdə belə oxucuları var. Buna çox sevinirəm ki, mətbuat bolluğunda buna nail ola bilmişik. Xatirə ədəbiyyatı maraqlı janr olduğu üçün, jurnalımız öz oxucularına bu nümunələri təqdim edir. Jurnalımız ədəbiyyatımıza, tariximizə, dövlətimizə xidmət edir. Bizdə elə şəxsiyyətlər, şairlərlə bağlı xatirələr dərc edilir ki, oxucular bu yazıları böyük sevgi ilə qarşılayırlar. Siyavuş Sərxanlı haqqında Elmira xanım özü gəlib danışmışdı. O qədər maraqlı xatirələri vardı. O deyirdi ki, S.Sərxanlıya veriləcək “Qızıl qələm” mükafatı hansısa bədxahların əli ilə siyahıdan çıxarılmışdı və şair bunu çox böyük ağrı ilə yaşamışdı”.

Azərbaycan memuar ədəbiyyatı nümunələrinin geniş təbliğ olunmamasına gəlincə, N.Məmmədova bildirdi ki, bunun səbəbi özümüzdədir. O hesab edir ki, Azərbaycanın görkəmli şəxsiyyətlərinin memuarları ancaq Azərbaycanda deyil, xarici ölkələrdə də yayılmalıdır. N.Məmmədovanın sözlərinə görə, bu nümunələr o qədər maraqlı, müxtəlif tarixi dövrlər haqqında, şəxsiyyətlərlə bağlı məlumatlarla zəngindir ki, onlarla başqa xalqlar da tanış olmalıdırlar: “Yada düşdü” jurnalının məqsədi Azərbaycan memuar ədəbiyyatını ölkəmizdə təbliğ etmək, onu gənc nəslə çatdırmaqdır. Jurnal bu sahədə əlindən gələni edir. Bu nümunələrin xarici dillərə tərcümə edilərək dünyaya çıxarılması da vacib məsələdir. Çünki bu memuarları yazanlar tarixi şəxsiyyətlərdir və onların yazdıqları dünya oxucuları üçün maraqlıdır. Təəssüf ki, son zamanlar bizdə belə bir ənənə yaranıb, indi insanlar bir-biri haqqında xoş söz deməkdən, xatirə danışmaqdan yayınırlar. Çoxları özünü reklam etməklə, tanıtmaqla məşğuldur. Fürsət olan kimi öz yazılarını dünyaya çıxarmaq istəyirlər. Halbuki, dostluq münasibətində olan tarixi şəxsiyyətlər bir-biri haqqında xatirələr yazmalıdırlar.   Müasir yazarların memuar ədəbiyyatı janrına müraciət etməsi vacibdir. Hesab edirəm ki, bu əsərlər maraqla qarşılanar. Yeri gəlmişkən, Sona xanım Vəliyevanın Həsən bəy Zərdabinin ömür yoluna həsr etdiyi “İşığa gedən yol” əsəri bu janrın çox dəyərli nümunələrindəndir. Mən bu əsəri milli ideologiyamıza, tariximizə, Həsən bəy Zərdabi irsinə verilən böyük töhfə sayıram. Bu əsər artıq dünyaya çıxır, bildiyim qədər, bir neçə dilə tərcümə edilib”.

N.Məmmədova hesab edir ki, xatirə ədəbiyyatı janrının inkişafına, bu janrın daha geniş şəkildə təbliğinə ehtiyac var. Onun sözlərinə görə, müasir yazarlar arasında maraqlı memaur ədəbiyyatı nümunələri yaradanlar olsa, o, həmin əsəri jurnalda dərc etməkdə maraqlıdır. Yazıçı Hüseynbəylinin “İki od arasında” tarixi romanından danışan N.Məmmədova bu əsərin də jurnalda hissə-hissə çap edilməsinin maraqlı ola biləcəyini bildirdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ