Cümə günü, 09 oktyabr 2026
     

İrəvan Dövlət Azərbaycan Dram Teatrında narazılıq böyüdü, Prezidentə və məhkəməyə müraciət olundu…

Image


C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının işdən azad olunan aktyoru Əjdər Zeynalovla bağlı Prezident İlham Əliyevə müraciət olunub.

APA-nın məlumatına görə, mədəniyyət və incəsənət xadimləri, elmi müəssisələrin nümayəndələri və jurnalistlərdən ibarət 30 nəfərin imza atdığı müraciətdə qeyd olunub ki, İftixar Piriyevin teatra rəhbərlik etdiyi müddət ərazində xalq artistləri Elmira İsmayılova, Tamilla Abdullayeva, əməkdar artistlər Vidadi Əliyev, Dilarə Əliyeva, Tünzalə Əliyeva, rejissor Anar Sadıqov, aktyorlar Mehman Piriyev, Rəşad Səfərov, Midhət Aydın, Ramil Məmmədov, Rada Nəsibova, Samir Bayramlı, Emin Seyfullayev, Elçin Nəcəfov, Elşən Mehdizadə, Səadət Həsənalıyeva, Xaqani Əliyev, Emin Sevdiməliyev, Zəka Ziya, Tutu Əliyeva, Könül Əbilova, Samirə Hacıyeva, Mərahim Nəsibov, Ruhiyyə Yəhyayeva və başqaları teatrı tərk edib.

Müraciətdə o da bildirilib ki, İftixar Piriyevin teatrın yaradıcı kollektivi ilə sərt davranışı və münasibətləri şəxsi qərəzlik üstündə qurması nəticəsində teatrın aparıcı aktyoru Əjdər Zeynalov da uydurma və saxta ittihamla işdən azad edilib.

Məsələ ilə bağlı APA-ya açıqlama verən İrəvan Dövlət Azərbaycan Dram teatrının direktoru İftixar Piriyev bildirib ki, Əjdər Zeynalov əmək intizamını dəfələrlə kobud şəkildə pozub: “Rəhbərlik onu dəfələrlə intizama dəvət edib. Amma o bunu qulaqardına vurub. Qəsdən, bilərəkdən intizamı pozub. Buna dair məlumatlar, aktlar hamısı qanuni şəkildədir. Hətta bu yay Əjdər Zeynalov kollektivin və teatrın nüfuzunu aşağı salmaq məqsədilə dəfələrlə Ənvər Börüsoy kimilərə qoşulub teatrı nüfuzdan salacaq addımlar atıb. Məsələn, heç bir əsası olmayan müsahibələr verib. Onun ölkə başçısına və Mədəniyyət və Turizm Nazirliyinə müraciəti olub. Nazirlik onun şikayətinə əsasən teatrda monitorinq keçirib. Monitorinqdə göstərdiyi arqumentlərin heç biri təsdiqini tapmayıb. Biz dəfələrlə çağırış etdik ki, Əjdər Zeynalov bu əməllərdən əl çəksin. Daha sonra kollektivin 30 nəfərdən ibarət qrupu Əjdər Zeynalova sosial şəbəkələr vasitəsi ilə müraciət etdi ki, teatrı nüfuzdan salacaq hərəkətlər etməsin. Amma o buna da məhəl qoymadı”.

Teatrın direktoru əlavə edib ki, mədəniyyət ocağının bir çox əməkdaşı Əjdər Zeynalovla bir yerdə işləmək istəmədiyinə dair müraciət edib: “Bunların heç birini teatrın rəhbərliyi əks mənada dəyərləndirmədi, əksinə, Əjdər Zeynalovun mövqeyini müdafiə etdi, kollektivi sakitləşdirməyə çalışdı. Bütün bunlara baxmayaraq, o yenə də öz əməllərindən əl çəkmədi. O, işdən qanuni şəkildə çıxarılıb. Bunu araşdırmağın tək yolu məhkəməyə müraciət etməkdir. Biz hüquqi dövlətdə yaşayırıq, hər şey qanunla tənzimlənir. Müraciət etsin, qanun pozuntusu varsa, məsələ qanunla tənzimlənəcək. Bu tipli müraciətlərin olunması da haqsızlığa işarədir. Müraciətə imza atanların teatrın daxilindən xəbərləri yoxdur. Hər gün çayxanada çay içən, müxalif mövqedə dayanan adamlarla əlbir olub müraciət etmək doğru deyil. Müraciətdə adı çəkilən və guya mənim işdən çıxardığım adamların heç biri qərəzli, qeyri-qanuni işdən çıxarılmayıb. Bir qrupu yaş həddinə görə qanun əsasında işdən getmək məcburiyyətindən qalıb. Hətta mən onların işdən getməmələrinə çalışmışam. Hətta müqavilə ilə saxlamışam. Sonra isə qanun yol verməyib. Yerdə qalan bir neçə adam isə öz ərizəsi əsasında işdən azad olunub. Onların adlarını yalandan yazmaqla özünə dayaq axtarmaq doğru deyil”.

İftixar Piriyev əlavə edib ki, Mədəniyyət və Turizm Nazirliyi bir müddət əvvəl ona töhmət elan edib: “Məhz Əjdər və Əjdər kimi əməkdaşların başqa yerdə işləmələrinə şərait yaradıldığıma görə, davamiyyət kitabında onların imzaları olmadığına görə mənə töhmət verilmişdi. Hazırda teatrda çox sağlam proses var. Mənim 17 illik fəaliyyətim dövründə teatr daim yüksəlişə doğru inkişaf edib. Bunu sübut edən çoxlu sayda material var. Müxtəlif ölkələrə dəfələrlə qastrol səfərlərinə getmişik. Həmin səfərlər “Xocalıya ədalət” kampaniyası çərçivəsində, ulu öndər Heydər Əliyevin ideyalarını təbliğ etmə kontekstində olub. Bundan başqa, İrəvan Teatrında hazırlanan tamaşaları aylara böldükdə hər ilə 8-12 premyera düşür. Bu, İrəvan Teatrının aktiv fəaliyyətinə işarədir. Teatr haqqında neqativ yazılar məqsədli şəkildə yazılır. “YARAT” İncəsənət Mərkəzində 136-cı mövsümün açılışı olacaq. Xalid Hüseyninin “Min möhtəşəm günəş” əsərini tamaşaya hazırlamışıq. Ümumiyyətlə, bizim teatrda hər zaman yaradıcı proses olub. Qərəzli adamları çıxmaq şərti ilə İrəvan Teatrında daim sağlam, yaradıcı mühit olub, həmin mühit bu gün də davam edir”.

“Ölkə başçısına müraciət mənim sənət yoldaşlarımın təşəbbüsü idi. Mən də etiraz etmədim. İşdən qeyri-qanuni çıxarılmağımla bağlı isə məhkəməyə müraciət etmişəm”.

Bunu isə APA-ya açıqlamasında işdən azad olunan Əjdər Zeynalov deyib. O bildirib ki, Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən işdən xaric edilib: “Guya mənim peşəkarlıq səviyyəm aşağıdır, işdə əmək intizamını pozmuşam. İftixar Piriyevin məni hansı əsasla işdən çıxarmağını kimə göstərirəm, gülürlər ki, o, qanunları bilmir. Mən 30 ildir teatrda işləyirəm. Azərbaycan serialları və filmlərinin doxsan faizində varam. İndi necə oldu qeyri-peşəkar oldum? 30 ildə nizam-intizamı pozmadım, iki gündə pozdum? Sadəcə, iki günün içində düzüb-qoşdular, töhmət verməmiş şiddətli töhmət elan etdilər, sonra işdən çıxardılar. Direktor kimi onun savadı olsaydı, hüquqşünas çağırardı, məsləhətləşərdi ki, bunu hansı maddə ilə çıxarım. Bəli, mən İftixar Piriyevin yarıtmaz fəaliyyəti haqqında müsahibələr vermişəm. Ona görə də gözətçiyə, yanğınsöndürənə, mühasibə, süpürgəçiyə qol çəkdirib ki, guya mən işə gecikmişəm. Amma həqiqət odur ki, mən gələndə onların heç biri işdə olmayıb. Mənə deyir ki, "əcəb edirəm, get kimə istəyirsən, şikayət et". Direktor belə danışar? Müsahibələr verib demişəm ki, İftixar Piriyev kimi insanlar mədəniyyətdən uzaqlaşmalıdırlar. O uzaqlaşsa, bəlkə İrəvan Teatrı ağ gün gördü. Bizə üç-dörd adamın qabağında şeir oxutdurur. Ayıbdır axı. Biz uşaq deyilik. Dərnəkdə, xalq teatrında uşaqlara şeir söylətdirərlər. Biz professional aktyorlarıq”.

Əjdər Zeynalov əlavə edib ki, 1989-cu ildən İrəvan Teatrında çalışır, teatrın yaradılmasında onun da rolu var: “Hər zaman bu teatrda baş rollarda oynamışam. Teatrın yaradılmasında əziyyəti olan adam ona xələl gətirərmi? Mənim İftixar Piriyevlə problemim yaradıcı məsələlərlə bağlıdır. Dedi ərizə yaz, yazmadım. Teatrda cəmi 14 aktyor qalıb. Onların da əksəriyyəti qorxusundan söz deyə bilmir. İnsanlar kimisə işdən çıxarmaq üçün qol çəkməkdən beziblər. Bizdə kadrlar şöbəsində Nərmin adlı xanım işləyir. Ona da qol çəkdirmişdi. O da deyib ki, bezdim qol çəkməkdən, uşaqların üzünə baxa bilmirəm, məni niyə qatır bu işə? İftixar Piriyev professional aktyorların hamısını teatrdan qaçırıb. Mən dövlətimizə, cənab Prezidentimizə inanıram. İnanıram ki, mənə qarşı olan qeyri-qanuni əməl ədalətli qiymətini alacaq”.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov isə APA-ya açıqlamasında bildirib ki, C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında baş verənlərlə bağlı nazirlik məlumatlıdır: “Nazirlik tərəfindən bir müddət əvvəl İrəvan Dövlət Azərbaycan Dram Teatrında yoxlama aparılıb. Yoxlamanın nəticəsi olaraq teatrın rəhbəri İftixar Piriyevə töhmət verilib. Səbəb kimi onun əməkdaşların davamiyyətinə nəzarət edə bilməməsi göstərilib. Teatrın direktor müavini Həsən Həsənov isə öz ərizəsi ilə işdən azad olunub”.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ