Cümə günü, 09 oktyabr 2026
     

Klip çəkilişlərinin azalmasının əsas iki səbəbi…

Image


Cəvahir Səlimqızı: “Bu onunla bağlıdır ki, son illər hitə çevrilən mahnı yoxdur”
Tural Mürsəlov: “Mahnıların səviyyəsi aşağı olduğu üçün, tamaşaçılar o kliplərə baxmır”

 

Bir vaxtlar şou-biznes aləminin varlığının əsas göstəricilərindən birinə çevrilən klip çəkilişləri hədsiz dərəcədə geniş vüsət almışdı. Şou-biznes təmsilçiləri gündəmə qalmaqalla yanaşı, həm də çəkdirdikləri kliplərlə gəlirdilər. Klip çəkilişləri o qədər aktual idi ki, müğənnilər ardıcıl olaraq klip çəkdirir, yeni ifa etdikləri mahnıları bu formatda təqdim edirdilər. Klip çəkilişləri müğənnilərin büdcəsinə pul gətirmirdi, əksinə, cibindən pul aparırdı.

Bununla belə, onlar klip çəkdirməyə ciddi maraq göstərirdilər. Burada mənfi cəhətlərdən biri o idi ki, bu iş kütləvi xarakter almışdı və ifaçılıq qabiliyyəti, istedadı olan da, olmayan da klip çəkdirirdi. Kim gündəmə gəlmək istəyirdisə, ya qalmaqal salırdı, ya da klip çəkdirirdi. Başqa hansı yolla gündəmə gələ bilirdilər ki?

Son bir-iki ildir şou-biznes nümayəndələri klip çəkdirməyə üstünlük vermir. Demək olar ki, klip çəkilişləri sıradan çıxmaq üzrədir. Müğənnilər klip çəkdirməkdənsə, yeni ifalarını fotolarının fonunda “YouTube”da yerləşdirirlər. Bu gün şou əhli mahnılarının radiolarda, telekanallarda, internet resurslarında yayılmasında, səslənməsində daha maraqlıdır, nəinki klip çəkdirməkdə.

Şou-biznes mühitini yaxından izləyən rejissorlar bildirirlər ki, bu sahənin adamlarının klip çəkdirməyə marağının azalmasının kökündə bir deyil, bir neçə səbəb dayanır. Onların bildirdiyinə görə, bu əsasən müğənnilərin öz sponsorlarını itirməsi ilə bağlıdır. Son illər dünyada baş verən iqtisadi çətinlik müğənnilərin sponsorlarından da yan ötməyib. Klip çəkilişlərinə, müğənnilərin geyiminə, saç düzümünə və s. külli məbləğdə pul xərcləyən sponsorlar daha bu sahəyə pul xərcləmək istəmirlər.

Mədəniyyət sahəsi üzrə mütəxəssis Cəvahir Səlimqızı bizimlə söhbətində bildirdi ki, artıq klip çəkilişləri dəbdən düşüb, bu səbəbdən də müğənnilər klip çəkdirməyə maraq göstərmirlər: “Bilirsiniz, bu gün klip çəkilişlərinə marağın azalmasının bir səbəbi vizual sahənin bu növünün dəbdən düşməsidirsə, digər tərəfdən, başqa diqqətçəkən səbəb var. Bu onunla bağlıdır ki, son illər hitə çevrilən mahnı yoxdur. Hitə çevrilən mahnı olarsa, ona klip çəkmək olardı”.

Gənc rejissor Tural Mürsəlovun fikrincə isə klip çəkilişlərinin arxa plana keçməsi və sıradan çıxmaq üzrə olması birbaşa o kliplərə tamaşaçı marağının olmaması ilə bağlıdır. Şou müğənnilərinin çəkdirdiyi kliplərə tamaşaçıların maraq göstərməməsi bu sahənin iflic vəziyyətə düşməsinə səbəb olub: “Bir vaxtlar Azərbaycanda şou müğənniləri bir-birinin bəhsinə daha pullu sponsor tapıb klip çəkdirirdilər. Bu kliplər də bilirsiniz ki, baha başa gəlirdi. Sponsor bu kliplərə güclü pul xərcləsə də, klipin satışı sıfır vəziyyətdə idi. Nə satılırdı, nə də tamaşaçı qazanırdı. Bu halda, sponsor niyə havayı pul xərcləməlidir ki? Müğənni var idi ki, səsi yox idi, amma Gürcüstandan, Ukraynadan klipmeyker, rejissor dəvət edib klip çəkdirirdi. Bu da havayı başa gəlmirdi. Xaricdə müğənnilərin kliplərini televiziya şirkətləri, internet kanalları yüksək qonorar qarşılığında alıb tamaşaçıya təqdim edirdilər, bu qonorar o qədər yüksək olurdu ki, sponsor şirkət də pulunu ala bilirdi, müğənni də. Amma bizdə müğənni pul verib mahnı alırdı, pul verib klip çəkdirirdi, pul verib efirdə nümayiş etdirirdi. Müğənninin bu işdən bir qəpik də olsa gəliri olmurdu. Bu da təbii ki, problem yaradırdı. Mahnıların səviyyəsi aşağı olduğu üçün, tamaşaçılar o kliplərə baxmır. Amma internet belədir ki, məcburiyyət yoxdur, mahnı xoşuna gəlir, qulaq asırsan, xoşuna gəlmir, yox. Baxılmayan kliplər isə arxivlərdə yer alıb. Digər tərəfdən də müğənnilər sponsorlarını itiriblər. Dünyada mövcud iqtisadi problemlər onlardan da yan ötməyib. Bu səbəbdən artıq maliyyə xərcləyib klip çəkdirmək istəmirlər. Bu gün internet imkanları boldur və onlar mahnılarını yaymaqla məşğul olurlar. Bu halda, onların daha az xərci çıxır. Yəni klip çəkilişlərinin sıradan çıxması və bu sahəyə marağın azalması müğənnilərin tamaşaçılarını itirməsi və iqtisadi çətinliklə bağlıdır. Mən bu problemi belə görürəm”. 

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ