Cümə günü, 09 oktyabr 2026
     

Yunus Oğuz müstəqil Azərbaycan ədəbiyyatında tarixi dövr məktəbi yaratmaqda iddialıdır

Image


Azərbaycan Milli Elmlər Akademiyasın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda  yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuzun "Atabəy Eldəniz" tarixi romanının ictimai müzakirəsi keçirilib. İctimai müzakirədə AMEA-nın sözügedən institutunun alim və mütəxəssisləri, yazıçılar, millət vəkilləri və kütləvi informasiya vasitələrinin rəhbərləri iştirak edib.

İctimai müzakirəni giriş sözü ilə açan AMEA-nın vitse prezidenti, Ədəbiyyat Institutunun direktoru, akademik Isa Həbibbəyli bildirib ki, Yunus Oğuzun əsərlərində tarixilik və bədiilik vəhdət təşkil edir. Hər iki məqamın Yunus Oğuzun əsər və romanlarında öz əksini tapdığını deyən İsa Həbibbəyli onu da qeyd edib ki, yazıçının qələmə aldığı əsərlərdə üçüncü mühüm nüans müasirliklə bağlıdır və bu məqamın da Yunus Oğuz yaradıcılığında öz yeri var.

İsa Həbibbəyli: “Yunus Oğuz qələmə aldığı əsərlərdə, romanlarda dövlətçiliyimizin əsaslarını ortaya qoyur”

AMEA-nın vitse-prezidenti qeyd edib ki, Yunus Oğuz tarixi romanlar yazarkən bəzən tarixçilərdən belə artıq şəkildə araşdırma, təhlil aparır: “Yunus Oğuzun əsərlərində tarixi yenidən öyrənmək olur.  Yunus Oğuz gerçək tariximizi Azərbaycan cəmiyyətinə təqdim edir. Xüsusilə onun əsərlərində millilik əks olunur. Yunus Oğuz əsərlərində milli dəyərləri əsas tutaraq onu cəmiyyətə təqdim edir”. İsa Həbibbəyli bildirib ki, Yunus Oğuz müasir dövr, müstəqillik dövrü tarixi ədəbiyyatımıza roman yaradıcılığında bir yenilik gətirib. O, əsərlərində qeyd etdiyim kimi milliliyi, azərbaycançılığı əsas götürür. Həmçinin Yunus Oğuz qələmə aldığı əsərlərdə, romanlarda dövlətçiliyimizin əsaslarını ortaya qoyur”.  AMEA-nın vitse-prezidenti çıxışını Yunus Oğuzun "Atabəy Eldəniz" kitabına yönəldərək qeyd edib ki,  bu tarixi roman həm də elmi əsər hesab edilə bilər. Çünki bu əsərin yazılmasında elmi araşdırmaların nəticələrindən istifadə olunub: “Atabəy Eldəniz romanı elmi və bədii ədəbiyyatın yeni bir ədəbi abidəsidir. Müəllifin digər əsərləri də eyni zamanda Azərbaycan ədəbiyyatının mühüm nailiyyətlərindədir. “Atabəy Eldəniz” romanı müstəqil dövlətimizin idealları ilə uzlaşır”. İsa Həbibbəyli bildirib ki, müstəqillik dövründə həm kəmiyyət, həm də keyfiyyət baxımından yüksək səviyyəli tarixi romanlar ortaya qoyulub: "Onun oxucuya dediyi sözün içində millilik, azərbaycançılıq da var .Yunus Oğuz tarixi romanlarını tarixilik naminə yazmır. O, əsərlərini yazarkən dərindən araşdırma aparır. Yunus Oğuz müstəqil Azərbaycan ədəbiyyatında tarixi dövr məktəbi yaratmaqda iddialıdır". İsa Həbibbəyli onu da diqqətə çatdırıb ki, müstəqillik dövrü Azərbaycan ədəbiyyatında tarixi roman janrına yenidən qayıdış xalqın milli-mənəvi özündərk proseslərinin dərinləşdirilməsinə, çoxəsrlik təcrübə və ənənə əsasında müasir mərhələdə müstəqil dövlətçiliyin daha da möhkəmləndirilməsinə xidmətin ifadəsidir: “Müxtəlif ədəbi nəsillər bu ənənəvi janrda tarixə müasirlik işığında yanaşmanın fərqli örnəklərini nümayiş etdirirlər. Bu baxımdan tarixi roman janrına ardıcıl olaraq müraciət edən Yunu Oğuzun yaradıcılığı xüsusilə diqqət cəlb edir. Əvvəla, Yunus Oğuz müstəqillik dövründə Azərbaycan ədəbiyyatının ümumi mənzərəsində tarixi roman janrının mövqeyinin möhkəmlənməsi sahəsində mühüm addımlar atır. İkincisi isə Azərbaycan dövlətçilik tarixinin böyük ədəbi salnaməsini yaradır, tarixi şəxsiyyətlərin xidmətlərinin yaddaqalan bədii vasitələrlə xalqa çatdırılmasına geniş meydan açır. Son onillikdə bu janrda yazdığı əhəmiyyətli bədii əsərlərlə Yunus Oğuz yeni dövrün müasir tarixi romançısı kimi böyük ad qazanıb. Yunus Oğuz “Nadir şah”, “Təhmasib şah”, “Əmir Teymur-Zirvəyə doğru”, “Əmir Teymir-Dünyanın hakimi”, “Şah arvadı və cadugər”, “Sultan Alp Arslan” və s. romanlarında Azərbaycanın və türk dünyası tarixinin müxtəlif dövrlərini bütün yönləri ilə əhatəli şəkildə təsvir etməklə müasirlərimizin milli gen yaddaşının oyanışına və dövlətçilik təfəkkürünün qüvvətlənməsinə məsuliyyətlə və şərəflə xidmət edir. Yazıçının romanlarındakı milli dövlətçilik ideyası və azərbaycançılıq  ruhu tarixi mövzuların müasir dövrlə, yeni tarixi epoxa ilə üzvü surətdə əlaqələndirilməsinə geniş imkan yaradır. Onun hər romanı ümumtürk tarixinin və Azərbaycan gerçəkliyinin böyük bir epoxasının mahiyyətinin açılmasına, dövlətçilik ənənələrimizin reallıqlarının diqqət mərkəzinə çəkilməsinə işıq salır”. İsa Həbibbəyli bildirib ki, Yunus Oğuz Azərbaycan tarixində mühüm yer tutmuş görkəmli dövlət xadimlərinin romanını yaratmaqla yeni nəsillərdə köklər və budaqlar haqqında obyektiv və dolğun təsəvvürlərin formalaşmasına böyük töhfə verir”.

Nizami Cəfərov: “Atabəy Eldəniz” romanı dəyərli əsərlər sırasına daxil olacaq”

Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat Institutunun Azərbaycan ədəbiyyatı şöbəsinin əməkdaşı Elnarə Qaragözova "Yunus Oğuzun "Atabəy Eldəniz " romanında tarix və şəxsiyyət faktoru" adlı məruzə ilə çıxış edib. O qeyd edib ki, tarixi faktların bədii formada təqdim edilməsi onun daha asan qavranmasına səbəb olur: "Tarixi faktların mistik fikirlər olmadan təqdim edilməsi tarixin gənc nəslə çatdırılması üçün çox əhəmiyyətlidir. Bu baxımdan "Atabəy Eldəniz " əsərində tarixi şəxsiyyət yaradılıb. Tarixi şəxsiyyəti səciyyələndirən əsas xüsusiyyət inadkarlıq və cəsarətdir. Yunus Oğuz əsərində bunu yarada bilib".Elnarə Qaragözova əlavə edib ki, əsərdə tarixi faktlara söykənməyən yeganə obraz "Baş dədə" obrazıdır. O da hadisələri kənardan izləyir, öz fikirlərini bildirir: "Onun üçün əsas olan tarixin taleyidir". Natiq Yunus Oğuzun “Atabəy Eldəniz” romanında azərbaycançılıq ideologiyası, türkçülüyün çox dəqiq şəkildə göstərildiyini diqqətə çatdlrlb. Elnarə Qaragözovanın sözlərinə görə,  əsəri daha cəlbedici və oxunaqlı edən amillərdən biri də ondan ibarətdir ki, əsərdə Atabəy Eldəniz və Mömünə Xatun bütün müsbət cəhətləri özündə cəmləşdirib: “Bu əsər həmçinin hər bir gəncə bir mesajdır ki, bizlər keçmişimizi, tariximizi unutmayaq. Ona sahib çıxaq”.

Atatürk Mərkəzinin direktoru, millət vəkili Nizami Cəfərov deyib ki, Azərbaycanda Atabəylər dövrünə maraq həmişə mövcud olub. Və nəticə etibarilə bir sıra elmi, eləcə də bədii əsərlər yaradılıb: “Onlardan ikisini-akademik Ziya Bünyadovun “Azərbaycan Atabəylər dövləti (1136-1225)” monoqrafiyası ilə xalq şairi Nəriman Həsənzadənin “Atabəylər” mənzum dramını ayrıca qeyd etmək lazım gəlir. Və mən heç şübhə etmirəm ki, Yunus Oğuzun “Atabəy Eldəniz” romanı da həmin mövzuda qələmə alınmış dəyərli əsərlər sırasına daxil olacaq.  Millət vəkili Nizami Cəfərov deyib ki, Yunus Oğuzun əsərlərində kolorit, uzun təfsilatlara yol verməməsi onu digərlərindən fərqləndirən əsas xüsusiyyətlərdən və üstünlüklərindən biridir. Yunus Oğuzun əsərlərində müasirliyin də xüsusi rol oynadığını deyən Nizami Cəfərov qeyd edib ki, müəllif əsərlərində bu gün ilə keçmişi əlaqələndirir. Nizami Cəfərov yazıçı ilə bağlı bir maraqlı məlumatı da qeyd edib. Bildirib ki, Yunus Oğuz kifayət qədər emosional birisidir. Millət vəkili yazıçıda bu emosionallığı Özbəkistana səfər zamanı da gördüyünü də diqqət çatdırıb. Bildirib ki, Yunus Oğuzun müəllifi olduğu “Əmir Teymur” tarixi romanının Özbəkistanda təqdimatı zamanı bunun əyani şahidi olub: “Hər birimiz bilirik ki, özbəklər Əmir Teymuru özlərinin qəhrəmanı sayır və onun özbək olduğunu bildirirlər. Ancaq Yunus Oğuz Özbəkistanda “Əmir Teymur” kitabının təqdimatını keçirərkən özbəklərə təkid edir və onları inandırmağa çalışırdı ki, Əmir Teymur türk olub. Özbək alimləri hər dəfə Yunus Oğuzun bu fikrinə etiraz etdikdə isə o, tarixi faktlar, dəlilləri ortaya qoyurdu. Beləcə Özbəkistanın mərkəzində Yunus Oğuz özbəklərə açış şəkildə deyirdi ki, Əmir Teymur özbək olmayıb.

Sonra çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Tehran Əlişanoğlu  Yunus Oğuzun ədəbiyyatımızda böyük xidmətlərinin olduğunu diqqətə çatdırıb. Bildirib ki, Yunus Oğuzun əsərləri, tarixi romanlarında Azərbaycan dövlətçiliyi, millilik xüsusi qabarıq tərzdə verilir, təqdim olunur. Tehran Əlişanoğlu deyib ki, Yunus Oğuz əsərləri ilə müasirliyə xidmət edir və o, kamil bir romançıdır.

Musa Qasımlı: “Yunus Oğuzun bütün əsərlərində, romanlarında azərbaycançılıq öz əksini tapır”

Filologiya üzrə elmlər doktoru Əlizadə Əsgərli də deyib ki, Yunus Oğuz əsərlərində türkçülüyün tarixinə xüsusi diqqət yetirilir. Natiq Yunus Oğuzun “Atabəy Eldəniz” tarixi romanında atabəylər tarixinin ətraflı şəkildə araşdırıldığını diqqətə çatdırıb. Filologiya üzrə fəlsəfə doktoru Lalə Həsənova da çıxış edərək Yunus Oğuzun “Atabəy Eldəniz” romanı barədə fikirlərini çatdırıb.

Millət vəkili Musa Qasımlı da çıxışında qeyd edib ki, Yunus Oğuzun bütün əsərlərində, romanlarında azərbaycançılığın öz əksinin tapdığını vurğulayıb. Adətən tarixi romanlar yazmağın çətin olduğunu deyən Musa Qasımlı Yunus Oğuzun bu çətinliyin öhdəsindən layiqincə gəldiyini və müntəzəm olaraq Azərbaycan oxucularına yeni-yeni əsərlər. romanlar təqdim etdiyini söyləyib. Millət vəkili yazıçı Yunus Oğuza bədii və elmi fəaliyyətində uğurlar arzulayıb və bundan sonra da yeni-yeni dəyərli əsərləri, romanlarını  oxuculara təqdim edəcəyinə əminlik ifadə edib.   Müəllifin romanını türkcəyə uyğunlaşdıran  Hüseyn Adıgözəlov deyib ki, türk dünyasının tarixi təhrif olunub. Buna görə də türk dünyasının tarixinin yenidən təqdim edilməsinə ehtiyac var. Hüseyn Adıgözəl bildirib ki, Yunus Oğuzun “Türkün tarixinə yeni bir baxış” əsərini oxuyandan sonra türk tarixinin necə saxtalaşdırıldığı barədə ətarflı, müfəssəl məlumata sahib olub. Yunus Oğuzun vətənə, millətə, türklüyə bağlı bir adam olduğunu deyən Hüseyn Adıgözəl Yunus Oğuzun "Atabəy Eldəniz " romanını da yüksək dəyərləndirib. Natiq Yunus Oğuzun türk dünyasının tarixinə tamam yeni baxışla baxdığını söyləyib. O, bundan sonra da Yunus Oğuzla birgə əməkdaşlığın davam edəcəyini söyləyib və yazıçıya yeni-yeni uğurlar arzulayıb.

Yazıçı Elçin Hüseynbəyli də “Atabəy Eldəniz” romanı haqqında fikirlərini ifadə edib. O bildirib ki, Yunus Oğuzun hər bir tarixi romanı kimi, “Atabəy Eldəniz” tarixi romanı da oxunaqlı, xalqın, cəmiyyətin başa düşəcəyi tərzdə yazılıb. Elçin Hüseynbəyli onu da vurğulayıb ki, Yunus Oğuzun azərbaycançılıq, türkçülük sevgisi böyükdür. Bildirib ki, Yunus Oğuz vətənə, millətə bağlı bir yazardır. Daha sonra millət vəkili Aqil Abbas çıxış edib. O, da Yunus Oğuzun qələmə aldığı tarixi romanları yüksək qiymətləndirib və yazıçının bütün əsərlərinin oxunaqlı olduğunu söyləyib. Günümüzdə tarixi romanların ərsəyə gəlməsi, yazılmasını olduqca əhəmiyyətli hesab edən Aqil Abbas Yunus Oğuzun bunun öhdəsindən layiqincə gəldiyini ifadə edib. Millət vəkili onu da deyib ki, Yunus Oğuzun əsərləri, romanları içərisində ən çox sevdiyi roman isə “Nadir şah” olub. Çünki Nadir şahı Yunus Oğuz oxuculara tamam başqa bir formada təqdim edib. Yazıçı indiyə qədər Nadir şahın qaniçən obrazının təqdim edilməsini bu əsəri ilə alt-üst edib. Və Nadir şah barədə indyə qədər deyilənlər, yazılanların cəfəng olduğunu təsdiqləyib.  Sonda müəllif özü çıxış edib. Yunus Oğuz belə bir müzakirənin təşkil edilməsindən dolayı Azərbaycan Milli Elmlər Akademiyasının  Ədəbiyyat Institutuna təşəkkür edib.
Sonda akademik İsa Həbibbəyli qeyd edib ki, Yunus Oğuzun əsərinin Ədəbiyyat Institutunda müzakirə edilməsi də üçün böyük fəxrdir. Tarixi romanlar yazmağın tarixçəsi barədə qısaca danışan Yunus Oğuz deyib ki, bundan sonra da bacardığı qədər tariximizin araşdırılıb üzə çıxarılması, gerçək tariximizin gənc nəslə çatdırılması istiqamətində yaradıcılıq fəaliyyətini davam etdirəcək.

Süleyman



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ