Cümə günü, 09 oktyabr 2026
     

Avstriyada yaşayan azərbaycanlı şair… - FOTO

Image


Qaraxan Əkbəroğlu: “Güman edirik ki, komissiya mənim ədəbiyyatda etdiyim yenilikləri dəyərləndirəcək”

“Türkiyənin kino şirkətlərindən biri ilə müqavilə imzalamışam, müqaviləyə əsasən, onlar mənim romanım əsasında ssenari yazıb serial çəkəcəklər”

 

Bilmirəm oğul tək, yoxsa şair tək,
Məni öz qoynuna alıbdı dağlar.
Səhər oxu deyir, axşam yaz deyir,
Şeirə meylini salıbdı dağlar.

Vətəndən uzaqlarda - Avstriyada yaşayan və Azərbaycanı, azərbaycançılığı öz poeziyasında yaşadan, yurd-yuva həsrətini şeir misralarına köçürən soydaşımız şair Qaraxan Əkbəroğlu fərqli bir söz adamıdır. Qərbi Azərbaycanda doğulan Q.Əkbəroğlu öz şeir və nəsr əsərlərində erməni tapdağında qalan ata ocağının hənirini də yaşadır, erməni vandalizmini kəskin ifşa edir.   

Bu yaxınlarda məlumat aldıq ki, Q.Əkbəroğlunun əsərləri “Nobel” mükafatına təqdim edilib. Əlbəttə, qəriblikdə yaşayan və Azərbaycan ədəbiyyatını, poeziyasını təmsil edən bir soydaşımızın əsərlərinin dünya çaplı mükafata təqdim edilməsi sevindirici haldır.

Q.Əkbəroğlu ilə internet üzərindən əlaqə saxladıq və onun yaradıcılığı, eləcə də “Nobel” mükafatına təqdim edilən əsərləri barədə danışdıq.

- Qaraxan müəllim, qürbətdə yaşayırsınız. Yəqin ki, Vətəndən çox-çox uzaqlarda yaşamaq qisməti bir şair kimi Sizin yaradıcılığınızda ayrıca bir iz buraxıb. Qürbətdən Vətən necə görünür?

- Əslində, məni şair edən doğma torpağımdan didərgin düşməyim, eləcə də ata-ana itkisi olub. Bilirsiniz ki, mən Qərbi Azərbaycanda, Pəmbək mahalının, Hamamlı rayonunun Qursalı kəndində doğulmuşam. Sizə şeir yazmağıma səbəb olan bir məsələni də deyim. Mən kliniki ölüm keçirmişəm və ayılandan sonra şeir yazmağa başlamışam. Mən Azərbaycanda olanda çox az yazmışam, amma qürbətdə yaşayandan sonra şeir yazmadığım gün yoxdur. Demək olar ki, hər gün yazıram və hətta elə olub ki, bir gündə 10 şeir yazmışam.

- Bildiyim qədər, yaşadığınız Avstriyada da Sizin yaradıcılığınıza maraq var və hətta bu ölkə tərəfindən əsərləriniz “Nobel” mükafatına təqdim edilib. “Nobel”ə hansı əsərləriniz təqdim olunub?

- Bəli, əsərlərim “Nobel” mükafatina təqdim edilib. Deyim ki, yaşadığım ölkənin rəsmiləri tərəfindən mənim “Nobel” almağıma ciddi dəstək var. “Nobel” mükafatına təqdim etməyin öz qaydaları var. Birincisi, bu ideyanı Avstriyadakı şair həmkarlarım verdi, yəni avstriyalılar. Qaydaya görə, şeir hansı dildə yazılıbsa, o dildə də şeiriyyəti bilənlər, mütəxəssislər rəy verməlidirlər. Mənim yaradıcılığım haqqında xalq şairi Nəriman Həsənzadə gözəl, məzmunlu bir rəy verib. Eyni zamanda da Avstriya alimləri və Avropa deputatlarının da verdiyi rəy kifayət edir ki, sənədlər “Nobel” komissiyası tərəfindən qəbul edilsin. “Nobel” mükafatına 65 janrda seçilmiş şeirlər kitabım təqdim edilib. Kitabda son 6 ayda ədəbiyyatda ilk dəfə 25 janrda yazılan seirlərimdən 11 ədədi də yer alıb. Kitabda cəmi 65 janrda şeirim var. Bu kitabda “Nobel” mükafatına təqdimatda əsas 11 yeni janrdan söhbət gedir. Niyə bu 11 janrı deyirəm, çünki onlarla ədəbiyyata yenilik gətirmişəm. Güman edirik ki, komissiya mənim ədəbiyyatda etdiyim yenilikləri dəyərləndirəcək. Gələn il isə qalan 14 janr təqdim ediləcək. Əlimdə yeni kitab işləyirəm, onu noyabrda çapa verəcəyəm. Bu ay “Ömür yolu” kitabım çapa verilib, çox güman ki, bir həftəyə çapdan çıxar.

- Üzr istəyirəm, yaratdığınız janrlar haqqında danışa bilərsiniz? Söhbət hansı yeniliklərdən gedir?

- Mən çox məhsuldar işləyirəm və iki aydan bir yeni kitabım çapa verilir. Bu il həm də “Ömür yuxusu” romanımın I cildi çapdan çıxıb, dekabr ayında isə II cildi çapa verəcəyəm. Şeirlərimin əsas motivini Vətənə sevgi, haqsızlıqlara üsyan, ata-anaya məhəbbət təşkil edir.

Yaratdığım janrlara gəlincə, bu yeniliklər Azərbaycan aşıq poeziyasının unikal nümunələri sayılan təcnislə bağlıdır. Mən özüm yeni təcnis janrları yaratmışam.

“Qaytarma təcnis”, “Qaraxan təcnisi”, “Dodaqdəyməz Qaraxan təcnisi”, “Çal-çarpaz Qaraxan təcnisi”, “Dodaqdəyməz hərfi təcnis”, “Beşlik yeddiliklər”, “Gəraylı Qaraxan təcnisi”, “Gəraylı Qaraxan dodaqdəyməz təcnisi”, “Gəraylı çal-çarpaz Qaraxan təcnisi” və s.

Bu janrlar kitabımda var. 200-dən cox yeni janrda şeirim var. Son 6 ayda cəmi 85 janrda şeir yazmısam.

- Əsərləriniz Avstriya dilinə tərcümə edilibmi?

- Romanımı türk dilinə tərcümə edirlər. O romanı kino şirkətlərindən birinə satdığım üçün, mən onu hansısa dilə tərcümə etdirmək hüququna sahib deyiləm. Onlar özləri tərcümə edirlər.

- Söhbət hansı romanınızdan gedir?

- “Ömür yuxusu” romanımdan. Kim oxuyubsa, çox böyük təəssürat qazanıb. Deyiblər ki, heç belə maraqlı roman oxumamışıq. Çox rəngarəng insan taleyindən bəhs edir. Əkiz qardaşlardan birinin ermənilər tərəfindən oğurlanması, iki əkizin taleyi, onların 20 ildən sonra görüşməsi çox təsirlidir. Mən öz əkiz tayımı 20 il sonra tapdım…

- Qaraxan müəllim, öz taleyinizi yazmısınız...

- Bəl.

- Yaşadığınız ölkədə Azərbaycan ədəbiyyatının, mədəniyyətinin təbliğatı hansı səviyyədədir?

- Avstriyada Azərbaycan ədəbiyyatına maraq deyərdim ki, bizim indiki gənclərdən daha yüksəkdir. Buradakı gənclər Azərbaycan dilini bilməsələr də, tərcümə proqramları ilə mənim əsərlərimi oxuyurlar. Bizim klassiklərimizdən Nizami Gəncəvini, Füzulini, müasir şairlərimizdən xalq şairi Nəriman Həsənzadənin əsərlərini mütaliə edirlər. Avstriyalılar kitab oxuyan və yüksək intellektli bir xalqdır. Metroda, avtobusda, qatarda kimi görürsən, hamısı kitab oxuyur, mütaliə edir.

Onlar, əlbəttə, Azərbaycan xalqını da yüksək mədəniyyətə sahib bir xalq kimi tanıyırlar. Burada Motsarta necə böyük sevgi varsa, şairə də elə sevgi var.

Mənim yeni janrlarıma çox heyrətlə və rəğbətlə yanaşırlar. Hər tədbirdə məndən şeir oxumağı xahiş edirlər. Demək olar ki, bütün dövlət tədbirlərinə dəvət edilirəm. 25 oktyabrda Avstriyanın Milli bayramıdır, artıq ora dəvət almışam. Prezident Aparatının tədbirlərinə də qatılıram.

- Ən həssas yaramız olan Qarabağ ağrısından yazırsınızmı?

- Bəli, bu mövzuda şeirlərim çoxdur. Şəhidlərimizə şeirlər həsr etmişəm. Aprel döyüşçülərinə, Ramil Səfərova, Mübariz İbrahimova həsr edilən nümunələrim var. Türkiyə və Azərbaycan qardaşlığını əsk etdirən poemam var. “Əkiz qardaşlar” poeması yazmışam. Eyni zamanda da Sarkisyanın iç üzünü açan, erməni vandalizmini ifşa edən, əsirlərin başına gətirilən işgəncələri əks etdirən şeirlərim var. Mənim “Dünyaya axıdılan qanlar” romanım var və romanda rusların və ermənilərin iç üzünü açmışam.

- Orada əsas işiniz nədən ibarətdir?

- 16 ildir burada yaşayıram, bu ölkənin vətəndaşıyam. Mən doktoranturanı burada oxumuşam. Azərbaycanda Respublika Əczaçılar İttifaqının sədri işləmişəm. Bakıxanov qəsəbəsində dərman zavodu tikmişəm.

Sonra ev tikintisi ilə məşğul oldum. Avstriyada da ev tikintisi ilə məşğul olurdum. Bu ilin yanvar ayından isə sırf yaradıcılıqla məşğul oluram. Romanımı kino üçün yüksək qiymətləndirirlər.

- Dediniz ki, hansısa kino şirkəti ilə müqavilə bağlamısınız...

- Bəli, Türkiyənin kino şirkətlərindən biri ilə müqavilə imzalamışam, müqaviləyə əsasən, onlar mənim romanım əsasında ssenari yazıb serial çəkəcəklər. Türkiyədə əsərə görə daha çox qonorar verirlər.

- Romanın müəllifi kimi adınız qeyd ediləcək?

- Sözsüz.

- “Nobel” qazanacağınıza ümidiniz varmı?

- Bəli. Burada da hamı deyir ki, şansım 99 faizdir, çünki ədəbiyyata yenilik gətirmişəm. Mən şeirlərimi tərcümə etməyə icazə vermirəm, ona görə ki, tərcümə şeirin gözəlliyini itirir. Xüsusən də təcnisi tərcümə etmək mümkün deyil. Tərcümə edilsə, təcnis təcnisliyini itirəcək. Mənim 171 təcnisim var. Bu təcnisləri qırğız dilinə tərcümə etmək istədilər, amma icazə vermədim.

- Azərbaycanda necə, kinoda işləmək istərdinizmi?

- Azərbaycanda kino çəkmək istəyən şirkətlərə əsər sataram. Mənim əsas işim Avstriyada oturub yazmaq, bədii yaradıcılıqla məşğul olmaqdır. Azərbaycanda olanda məhsuldar yaza bilmirəm. Ən azı, sakitlik yoxdur, Bakı qaynar şəhərdir. Amma Vyanada sakitlikdir. Evim dağlar arasında, çay qırağında yerləşir. Təbiət gözəldir. Vyananın düz qırağında yaşayıram.

- Azərbaycan Yazıçılar Birliyinin üzvüsünüz?

- Xeyr, üzvü deyiləm. Dediyim kimi, Azərbaycan Respublikası Əczaçılar İttifaqının sədri idim. İxtisasca əczaçıyam.

- Bəs hansı yazıçı və şairlərlə dostluq edirsiniz?

- Nəriman Həsənzadə, Nizami Cəfərov, Xeyrəddin Qoca, Flora Xəlilzadə, Məhərrəm Qasımlı, Şakir Nadiroğlu və başqaları ilə səmimi dostluq münasibətlərim var.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ