Cümə günü, 09 oktyabr 2026
     

Mədəniyyət Nazirliyinə bəzi hökumət səlahiyyətləri...

Image


Aysel İbrahimli: “Bu məsələnin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müəyyən ediləcəyinə gəlincə, bu qurum da öz səlahiyyətlərindən istifadə edərək...”
Aytəkin İmranlı: “Əsas bu sahələrin hansı qurum tərəfindən müəyyən edilməsi deyil, vacib məsələ odur ki, bu sahədə qanunlar işlək olsun”

 

Tarixi-arxeoloji abidələrin mühafizəsi, şəhərsalma, monumental abidələrin salınmaı və s. məsələlərə dövlət səviyyəsində böyük diqqət ayrılır. Bilirik ki, son illər şəhərsalma işində, monumental sənət abidələrinin qurulmasında inkişaf nəzərə çarpır.

Qeyd edək ki, indiyə qədər mədəniyyətə aid olan bəzi sahələr Mədəniyyət və Turizm Nazirliyinin deyil, birbaşa Nazirlər Kabinetinin səlahiyyətlərinə aid idi. Artıq mədəniyyət sahəsi ilə birbaşa əlaqəsi olan bəzi sahələr Mədəniyyət və Turizm Nazirliyinin balansına keçirilib. Yerli KİV-lərin yaydığı məlumata görə, bununla bağlı Nazirlər Kabineti “Mədəni sərvətlərə mühafizə dərəcəsinin tətbiqi Qaydası”nda dəyişiklik edib. Belə ki, Azərbaycanda tarixi, arxeoloji, şəhərsalma, arxitektura və monumental sənət abidələrinin, təbii-landşaft obyektlərinin mühafizə zonaları Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müəyyən ediləcək.

“Trend.az”ın məlumatına görə, sənədin indiyədək mövcud olan variantına əsasən, tarixi, arxeoloji, şəhərsalma, arxitektura və monumental sənət abidələrinin, təbii-landşaft obyektlərinin mühafizəsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həmin obyektlərin mühafizə zonaları müəyyən edilirdi.

Yeni dəyişikliklərə əsasən isə, tarixi, arxeoloji, şəhərsalma, arxitektura və monumental sənət abidələrinin, təbii-landşaft obyektlərinin “(“İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının əraziləri istisna olmaqla)” mühafizəsini təmin etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi” tərəfindən həmin obyektlərin mühafizə zonaları müəyyən ediləcək.

Ekspertlərin fikrincə, sözügedən məsələlərin nazirlik tərəfindən müəyyən edilməsinin əsas müsbət göstəricilərindən biri bu məsələyə daha peşəkar və davamlı münasibət formalaşdıracaq. Onlar hesab edirlər ki, son illər Azərbaycanda tarixi abidələrə, arxitekura obyektlərinə, eləcə də digər göstərilən məsələlərə yeni yanaşma metodu mövcuddur. Ekspertlərin qənaətinə görə, nazirliyə verilən yeni səlahiyyətlər bu işə kompleks yanaşmaya şərait yaradır.

Mədəniyyətşünas Aysel İbrahimlinin sözlərinə görə, Azərbaycanda tarixi, arxeoloji, şəhərsalma, arxitektura və monumental sənət abidələrinin, təbii-landşaft obyektlərinin mühafizə zonaları Nazirlər Kabinetinin nəzdində olanda da burada müsbət istiqamətdə işlər görülüb. O hesab edir ki, bu sahəyə Mədəniyyət və Turizm Nazirliyinin münasibəti o cəhətdən faydalı olacaq ki, bu işlə daha peşəkar adamlar məşğul olacaq. İndiyə qədər şəhərsalma işində uğurlar əldə olunduğunu deyən ekspert hesab edir ki, son illər paytaxtda çoxsaylı unikal memarlıq bina və qurğuları istismara verilib. Onun sözlərinə görə, buraya “Flame Towers” kompleksi, “Muğam mərkəzi”, “Xalça muzeyi”, unikal Heydər Əliyev Mərkəzi, müasir idman qurğuları, möhtəşəm Olimpiya stadionu, “Ağ şəhər” kompleksi, otellər və s. aiddir. O bildirdi ki, Dənizkənarı bulvar, Füzuli küçəsi boyunca olan bulvar, bütün respublika ərazisində onlarla park və bağların istifadəyə verilməsi bu uğurlu işlərin nəticəsidir. Onun sözlərinə görə, bu uğurlu işlərə Azərbaycan Prezidenti İlham Əliyev və Mehriban xanım Əliyeva xüsusi diqqət ayırıb və bu işlərin başa gəlməsində yaxından iştirak ediblər.  O vurğuladı ki, Prezident İlham Əliyev şəhərsalmaya olduqca böyük diqqət göstərir və tarixi ənənələrin inkişafı üçün böyük layihələrin həyata keçirilməsinə dəstək olur: “Bütün bu uğurlu layihələr gözlərimiz önündə baş verir. Son illər bir sıra mədəniyyət və dövlət xadimlərinin, böyük şəxsiyyətlərin, Milli Qəhrəmanların, şəhidlərin abidə-kompleksləri istifadəyə verilib. Bütün bu işlər böyük nailiyyətdir. Muzey və qoruqların qorunması, tarixi-arxeoloji abidələrin mühafizəsi yüksək səviyyədə təşkil olunur. Azərbaycanda tarixi, arxeoloji, şəhərsalma, arxitektura və monumental sənət abidələrinin, təbii-landşaft obyektlərinin mühafizə zonalarının müəyyən edilməsi nazirliyə tapşırılıb. Bu məsələnin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müəyyən ediləcəyinə gəlincə,  bu qurum da öz səlahiyyətlərindən istifadə edərək, bu sahələri daha da inkişaf etdirəcək. Bilirsiniz ki, illər əvvəl şəhərsalma məsələsində müəyyən nöqsanlar yaşanmışdı, ancaq indi bu məsələ də qaydasına düşüb. Artıq bu məsələyə daha diqqətlə yanaşılır. Düşünürəm ki, Mədəniyyət və Turizm Nazirliyi bu sahədə əlindən gələni edəcək ki, nöqsan olmasın. Azərbaycan bir sıra beynəlxalq konvensiyalara qoşulub və dövlətimiz bu öhdəlikləri yerinə yetirir. Biz öz tariximizi, abidələrimzi qoruyuruq, şəhərsalma mədəniyyətimzi daha da inkişaf etdiririk. Fikrimcə, nazirlik də bu sahəyə ciddi nəzarət edəcək və nöqsanlar olmayacaq. Burada vətəndaşlardan da məsuliyyət tələb olunur. Onlar harada gəldi ev tikmək, torpaq almaq istəyində olmasınlar. Bəzən görürsən ki, tarixi abidə yerləşən bir sahənin yaxınlığında ev tikiblər. Bu yolverilməzdir. “Yanardağ” qoruğunun ətrafınada nə qədər ev var. Hesab edirəm ki, bu məslələrə də diqqət ayrılacaq”.

Tarixi arxitektura abidələr üzrə ekspert Aytəkin İmranlı bizimlə söhbətində bildirdi ki, əsas səlahiyyətin hansı qurumdan alınıb hansı quruma verilməsi deyil, burada konkret iş görülməsindədir: “Bu səlahiyyətlər əvvəllər Nazirlər Kabinetində idi, indi Mədəniyyət və Turizm Nazirliyinə verilib. Əsas bu sahələrin hansı qurum tərəfindən müəyyən edilməsi deyil, vacib məsələ odur ki, bu sahədə qanunlar işlək olsun. Qanunlar işlək olanda sahələr inkişaf edir və neqativ hallar olmur. Çox istərdim ki, tarixi abidələrin mühafizəsinə daha çox diqqət yetirilsin. Bəzən görürük ki, İçəri Şəhərdə tikinti gedir. Bu olmamalıdır. Düşünürəm ki, əsas qanunun işləməsi və bu məsələlərə qanun çərçivəsində münasibətdir. Belə olsa, nöqsanlar da aradan qalxar”.

İradə SARIYEVA 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ