Cümə günü, 09 oktyabr 2026
     

Qulu Kəngərlinin özbək dilinə tərcümə və çap etdirdiyi kitabların təqdimatı keçirildi… - FOTO

Image


Oktyabrın 12-də Beynəlxalq Mətbuat Mərkəzində AZƏRTAC-ın Orta Asiya və Pakistan üzrə xüsusi müxbiri Qulu Kəngərlinin Daşkənddə Azərbaycan şair və yazıçılarının, alimlərinin özbək dilinə tərcümə və çap etdirdiyi kitabların təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə açan Əməkdar Jurnalist Tahir Aydınoğlu Qulu Kəngərlinin keçdiyi həyat yoluna və yaradıcılığına nəzər salıb. Bildirib ki, Azərbaycanın beynəlxalq jurnalistikasında öz dəst-xətti ilə seçilən Qulu Kəngərli peşəkar media mənsublarından biri kimi bu sahədə uzun illərdir fəaliyyət göstərir. O, jurnalist kimi bir çox ilklərə imza atıb. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına böyük əmək sərf edib. Belə ki, Qulu Kəngərli qanlı 20 Yanvar günlərində qırğına məruz qalmış vətəndaşlarımızın fotolarını ilk olaraq dünyaya yaymağa müvəffəq olub. Həmçinin qanlı Yanvar hadisələrinə dair film ssenarisi yazıb.

Qeyd edilib ki, Qulu Kəngərli 1990-cı il 20 Yanvar faciəsindən sonra "Şəhidlər", "Şəhidlər-2" bukletlərini çap etdirib.

1991-ci ildə Azərbaycan və rus dillərində "Qanlı Yanvar şəhidləri" kitabı işıq üzü görüb.

Tahir Aydınoğlu deyib ki, Qulu Kəngərli həm də yaradıcı insandır. Onun zəhməti hesabına Azərbaycan ədiblərinin əsərləri Daşkənddə özbək dilində çap olunub. Beləliklə, bu dildə 17 kitab işıq üzü görüb. Bu nəşrlərin tərtibçisi kimi onun əməyi böyükdür. Bu işlərin, sözsüz ki, reallığa çevrilməsində Q.Kəngərlinin çalışdığı AZƏRTAC-ın da böyük rolu var. Bundan sonra "Erməni lobbisi: Azərbaycan faciəsi", "Qanlı şənbəyə gedən yol" kitabları çap olunub. 1991-ci ildə onun ssenarisi əsasında 20 Yanvar faciəsindən bəhs edən "Bakıda insan ovu" sənədli filmi çəkilib. Diqqətə çatdırılıb ki, Özbəkistanda yaşadığı ilk günlərdən azərbaycanlıların Orta Asiya və Qazaxıstana sürgün edilməsi ilə əlaqədar materiallar yazıb və Daşkənddə onun ssenarisi əsasında "Sürgün" sənədli filmi çəkilib. Hazırda Orta Asiyada yaşayan tanınmış azərbaycanlıların həyatı və fəaliyyəti ilə bağlı kitab üzərində işləyir.

Tədbirdə çıxış edən Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov Qulu Kəngərlinin gördüyü işləri yüksək qiymətləndirib. Bildirib ki, onun özbək dilinə tərcümə etdirdiyi kitablar Azərbaycanın tanınması baxımından müstəsna rol oynayır. Qulu Kəngərli Özbəkistanda davamlı olaraq Azərbaycanla bağlı kitabların çap edilib yayılmasında böyük xidmətlər göstərir. Nizami Cəfərov bu sırada Sabir Rüstəmxanlı, tarixi romanlar müəllifi Yunus Oğuz, eləcə də digər müəlliflərin kitablarının Özbəkistanda geniş yayıldığını diqqətə çatdırıb və Qulu Kəngərlıinin əməyini yüksək qiymətləndirib. Millət vəkili deyib ki, Özbəkistan türk dünyasının ən böyük mədəniyyət mərkəzlərindən biridir və burada Oğuz cəmiyyəti yaşayır. Nizami Cəfərov Qulu Kəngərlinin bu fəaliyyətinin Azərbaycan-Özbəkistan əlaqələrinin, xüsusilə iki ölkə arasında mədəni sahədə əməkdaşlığın inkişaf etdirilməsinə mühüm töhfə verdiyini diqqətə çatdırıb. Xalq şairi Sabir Rüstəmxanlı da Qulu Kəngərli fəaliyyətini təqdir edib. Alqışlayıb. Bildirib ki, Qulu Kəngərlidə ədəbiyyata, mədəniyyətə aşiqlik var. Son illərdə ortaq türk dili, ədəbiyyatı barədə çox danışdığımızı, lakin bu istiqamətdə konkret heç bir addım atmadığımızı deyən xalq şairi deyib ki, Qulu Kəngərlinin fəaliyyəti, ədəbi yaradıcılığı əslində ortaq dil və əlifbanın formalaşmasına təkan verir. Məhz bu kimi fəaliyətlərin Azərbaycan-Özbəkistan əməkdaşlığına da müsbət təsir göstərdiyini deyən Sabir Rüstəmxanlının sözlərinə görə, Bakı ilə Daşkənd arasında ədəbi və bədii sahələrdə əlaqələrin inkişafında böyük xidmətləri olmuş şəxslərdən biri də məhz Qulu Kəngərlidir. Tədbirdə çıxış edən AZƏRTAC-ın baş redaktoru Yaşar Quluzadə, ədəbiyyatşünas, tərcüməçi-publisist Ramiz Əsgər və digərləri Qulu Kəngərlinin Azərbaycan ədəbiyyatına, mədəniyyətinə dəyərli töhfələr verdiyini vurğulayıblar. Həmçinin qeyd edilib ki, Qulu Kəngərli bu fəaliyyəti ilə Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafına da öz töhfəsini verir. Yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuz Özbəkistanda indiyə qədər 4 kitabının tərcümə edilərək yayıldığını və beşinci kitabı üzərində iş getdiyini deyib. Bildirib ki, bütün bunların ərsəyə gəlməsində Qulu Kəngərlinin əməyi böyük olub. Yunus Oğuz "Əmir Teymur" kitabının Özbəkistanda tərcümə olunub yayılması barədə ətraflı məlumat verib: "Özbəkistanda kitab sərgisində Sabir Rüstəmxanlı məni Usman Kuçkarla tanış etdi. Usman Kuçkar Əmir Teymur haqqında kitab yazdığımı bildikdən sonra onu özbək dilinə tərcümə etmək istəyini ifadə etdi. Təxminən 2 ay sonra mənə zəng edərək kitabın özbək dili variantının hazır olduğunu dedi və mən də Özbəkistana səfər etdim. Ancaq bir neçə gün biz həmin kitabın təqdimatının keçirilməsinə nail olmaq üçün heç bir iş görə bilmədik və hansı idarəyə, təşkilata getdiksə, bizi qapıdan qaytardılar". Yunus Oğuz deyib ki, o zaman Qulu Kəngərli mərhum Özbəkistan prezidenti İslam Kərimova teleqram vurmağı məsləhət görüb: "Qulu Kəngərli bildirdi ki, İslam Kərimov xarici ölkədən gələn teleqramlara xüsusi diqqət edir. Mən də Azərbaycandan İslam Kərimovun adına teleqram vurdum və niyyətimi açıqladım. İki həftə sonra Usman Kuçkar mənə zəng vurub dedi ki, 13 vərəqlik tərcümeyi hal lazımdır və kitabın təqdimatı keçiriləcək. Beləliklə, həmin kitabın Özbəkistanda geniş təqdimat mərasimi keçirildi və Usman Kuçkarı da o zaman nəşriyyatın baş direktoru təyin etdilər". "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli Qulu Kəngərlinin media təmsilçisi kimi də yüksək peşəkarlıq nümayiş etdirdiyini söyləyib. Bildirib ki, Qulu Kəngərlinin Özbəkistan-Azərbaycan mədəni əlaqələrinin inkişafında xidmətləri əvəzsizdir. Elçin Mirzəbəyli deyib ki, Qulu Kəngərli Azərbaycan mədəniyyətini yüksək səviyyədə təmsil edir. Tanınmış özbək yazıçısı Şöhrət Barlas da Qulu Kəngərlinin fəaliyyətini təqdir edərək onun gördüyü işlərin iki ölkə arasında əlaqələrin inkişafında misilsiz rol oynadığını bildirib. Sonda çıxış edən Qulu Kəngərli bu istiqamətdəki fəaliyyətini bundan sonra da davam etdirəcəyini söyləyib. Bildirib ki, bu fəaliyyəti özünə borc bilir və maksimum dərəcədə Azərbaycan mədəniyyəti, ədəbiyyatını təbliğ etməyə, yaymağa çalışacaq. Qulu Kəngərli yaxın vaxtlarda daha bir neçə kitabın da özbək dilində bu ölkədə yayılacağına diqqət çəkib. Qulu Kəngərli bu işdə ona Özbəkistanda fəaliyyət göstərən Heydər Əliyev adına Mədəniyyət Mərkəzi və şəxsən Mərkəzin rəhbəri Samir Abbasovun yaxından dəstək verdiyini söyləyib. Bildirib ki, hətta Samir Abbasov bu kimi işlərin görülməsi üçün Mərkəzin binasında Qulu Kəngərli üçün otaq da ayırıb. Qulu Kəngərli bundan sonra da media ilə yanaşı. ədəbi və bədii sahədə fəaliyyətini davam etdirəcəyini vurğulayıb.

S.İsmayılbəyli



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ