Türkiyənin Qaziantep Universitetinin Türk Musiqi Dövlət Konservatoriyasında Azərbaycan saz ifaçılıq sənətinin ustadlarından sayılan Dədə Şəmşirin büstü qurulub. Bu barədə universitetin azərbaycanlı professoru İlqar İmamverdiyev məlumat verib.
O deyib:”Büst böyük ifaçının 125 illiyi münasibətilə uçaldılıb. İndi Dədə Qorqud, Farabi, Buhurizade Mustafa (Itri), Aşıq Veysəl, Tabmuri Cemil Bey, Muzaffer Sarısözen, Nida Tüfekçi, Yücel Paşmakçı və Mehmet Özbey kimi Türkiyənin ən məşhur və ünlü sənətkarlarının heykəlləri sıarasında Dədə Şemşirin büstünün də yer alması bizləri çox fərəhləndirir. Bu, qardaş Türkiyədə Azərbaycan ifaçısına verilən qiymətlə yanaşı, həm də iki ölkə arasında dostluq və qardaşlığın rəmzidir. İndu universitetimizdə saz-bağlama ifaçılığını öyrənən tələbələr Azərbaycan aşıq havalarını da öyrənirlər”.