şənbə günü, 26 sentyabr 2026
     

BMT tarixində növbəti ilk nümunəni Azərbaycan yaratdı-şəhərsalmanın qalıcı irsi...

Image


Rizvan Qarabağlı: "Müasir şəhərsalmaya istiqamət vermək baxımından Azərbaycan ilk addımını beynəlxalq səviyyədə atdı"

Bakının ev sahibliyi ilə keçirilən XIII Ümumdünya Şəhərsalma Forumu (WUF13) müasir Azərbaycanın şəhərsalma modelini nümayiş etdirmək üçün böyük imkanlar açdı.

Azərbaycan WUF13-ə yaşıl urbanizasiya, postmünaqişə ərazilərində "Böyük Qayıdış" bərpa təcrübəsi və tarixi irsin qorunması paradiqmaları ilə töhfə verib. Forum ölkənin dayanıqlı inkişaf modelini dünyaya nümayiş etdirmək və beynəlxalq əməkdaşlığı gücləndirmək üçün strateji irsə çevrilib.

Ekspertlər hesab edirlər ki, Azərbaycanın WUF13-ün gündəliyinə də əhəmiyyətli dərəcədə substantiv töhfə verdi və unikal təcrübəsini paylaşdı. Burada söhbət Azərbaycanda müasir şəhərsalma zamanı zəngin və qədimi arxitektura ənənələrinin qorunması, işğaldan azad edilmiş ərazilərimizdə Azərbaycanın öz maliyyə və insan resurslarına genişmiqyaslı bərpa və quruculuq işlərinin həyata keçirilməsi, urbisidə, ekosidə və kultursidə məruz qalmış 9 şəhər və 100-dən artıq kəndin yenidən inşa edilməsi, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıdışının təmin edilməsi məqsədilə "Böyük Qayıdış" Proqramının icrası, bərpa və quruculuq işlərinin aparılması zamanı ətraf mühitin qorunmasına diqqətin yetirilməsi, dayanıqlı infrastrukturun qurulması, "ağıllı" şəhər və "ağıllı" kənd konsepsiyalarının tətbiqi məsələlərindən gedir.

Ekspertlər deyir ki, Azərbaycan COP29-da olduğu kimi, WUF13-ün də qalıcı irsini yaradıb.

Azərbaycan Memarlar İttifaqının üzvü, memarlıq üzrə fəlsəfə doktoru, dosent Rizvan Qarabağlı baki-xeber.com-a bildirdi ki, Azərbaycan beynəlxalq səviyyəli tədbirə ev sahibliyi etməklə şəhərsalma ilə bağlı olan kriteriyaları, onun inkişaf məsələlərini, modernizmi dəstəkləklədiyini bir daha təsdiqlədi. R.Qarabağlı vurğuladı ki, Azərbaycanın WUF13-ün gündəliyinə verdiyi mühüm töhfəsi qalıcı irs yaratmasıdır ki, bu da qlobal şəhərsalma məsələsində istinad nöqtəsi olacaq. "Azərbaycan burada öz şəhərsalma təcrübəsini paylaşdı. Bu çox mühüm məqamdır. Biz modernizmi, müasirliyi qəbul edirik, şəhərsalma prosesində milliyimizi də qoruyuruq, qorumalıyıq".

R.Qarabağlı vurğuladı ki, işğaldan azad edilmiş ərazilərdə-Qarabağ və Şərqi Zəngəzurda qısa müddətdə "Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyaları əsasında inşa edilən yaşayış məntəqələri, beynəlxalq hava limanları və müasir infrastruktur qlobal urbanizasiya gündəliyinə daxil edilib.

Ekspertə görə, Şəki, Şuşa, Şamaxı, Naxçıvan və İçərişəhərin qədim memarlıq ənənələrinin qorunması ilə müasir şəhərsalma arasında balans məsələsi də diqqətdə olub.

R.Qarabağlı bildirdi ki, Azərbaycan müasir şəhərsalma ənənələrində tarixiliyə, milli memarlıq üslübüna, memarlıq məktəblərinin xüsusiyyətlərinə böyük önəm verir.

Ölkəmizin şəhərsalma prosesi dəstəklədiyini qeyd edən alim deyir ki, bu sahəyə biz də öz töhfələrimizi veririk: "Biz beynəlxalq səviyyədə həyata keçirilən bu məsələləri dəstəkləyirik, prosesə töhfələr veririk, bütün bunlarla yanaşı milliliyimizi də qoruyuruq və qorumalıyıq. Əsas məqsədimiz budur.

Müasir şəhərsalmaya istiqamət vermək baxımından Azərbaycan ilk addımını beynəlxalq səviyyədə atdı, beynəlxalq dəstək də qazandı. Vaxtilə dağılmış ərazilərimizdə 100-dən çox kənd var. Viran qalmış yerlərimizin, şəhər və kəndlərimizin bərpasına xarici investorlar, xarici ölkə bərpaçıları, tikinti şirkətləri cəlb edildi. Azərbaycan bu məsələləri BMT səviyyəsində qaldırdı. BMT səviyyəsində deyəndə dünya səviyyəsində qaldırıldığını nəzərdə tuturam. Bütün bunları rəsmi səviyyədə, yazılı şəkildə, vizual formada təqdim etdi. Bunun olduqca böyük əhəmiyyəti var və bu proses artıq ənənə şəkli alacaq. İllər keçəcək, bu kimi tədbirılər başqa ölkələrdə də keçiriləcək. Bu ümumi şəhərsalma prinsiplərinin bir-birinə inteqrasiyasıdır, yəni şəhərlərin. Ancaq burada təhlükəli nədir? Belə götürüləndə şəhərlər eyni tipdə tikilə bilər, yəni bir-birinə bənzəyər. Onda görürsünüz göydələn binalar bir-birinə bənzəyir. Hansı ölkəyə getsən, göydələn binaya baxsan, bir neçəsi fərqlənir. O yaşayış binaları, göydələnlər ki, var onlar bir-birindən heç fərqlənmir. Bax, bu təhlükə var. Buna modernləşmə deyirlər, yəni modernizm. Ona görə də forumdakı kiçik çıxışımda da vurğuladım ki, ənənəni unutmaq olmaz, ənənəni yaddan çıxarmamalıyıq. Necə tikirik, hansı memarlıq üslubundan, eklektikadan istifadə etsək də, burada mütləq ənənə, milli memarlıq üslubu yaddan çıxmamalıdır. Azərbaycanda 4 memarlıq məktəbi var. Hətta orada regionalizmi deyilən bir məsələ var. Azərbaycanda region memarlıq məktəblərini qabartmaq lazımdır ki, şəhərsalmanın hər bir regionun şəhərsalma memarlıq üslubu olmalıdır. Məsələn, Aran, Şirvan, Maraga, Naxçıvan, Qəzvin, Həmədan şəhər memarlıq üslubu və s. var. Yəni burada regionalizmin modernizm məsələsi var. O modernizmi tətbiq edirik, amma regionalizm də region memarlıq məktəbini yaşatmaq lazımdır. Ulu Öndər deyirdi ki, nəyi tikirsiniz, necə tikirsiniz tikin, amma milli memarlıqdan, millilikdən uzaqlaşmayın.

Memarlıqda hansı yeniliklər olmalıdır? Birincisi, memarlıq yerində saya bilməz. Əgər dünya inkişaf, texnika inkişaf edirsə, memarlıq da inkişaf etməlidir. Burada innovativ məsələlər də var. Yəni bunların hamısı inkişafdadır. Bilirsiniz, bununla ayaqlaşmalıyıq, ayaqlaşmasaq inkişafdan qalarıq. Ölkə inkişaf edir. Xarici ölkələr, Avropa ölkələri, Yaponiya, Çin görürsüz necə inkişaf edir. Bizim də memarlığımız inkişaf etməlidir. Ancaq burada ənənəni, Azərbaycan memarlığı üslubunu unutmaq olmaz. Çünki şəhərsalma xalqın simasıdır. Prezident xalqın siması olan kimi şəhərsalma, şəhərlər də xalqın simasıdır. Ümumi Azərbaycan memarlığı aydındır, öz yerində. Ancaq bu regionalizm məsələsində region memarlıq məktəbləri də seçilməlidirlər. Məsələn, biz burada durub Qəbələyə getsək, Qəbələ şəhərinə baxanda qəbələlilər, orada yaşayan insanları bir növ biz xatırlamış, düşünmüş oluruq. Eləcə də cənub bölgəsinə, məsələn, Lənkəran zonasına getsək, oranın iqlim şəraiti burada əsas götürülür? Lənkəran, Şəki zonasında o binaların damlarının ətəkləri divardan xeyli irəli çıxarılır. Nəyə görə? Çünki orada yağıntının miqdarı çoxdur. Ona görə memarlıqda iqlim şəraiti mütləq öyrənilməlidir. Deyək ki, Çikaqoda tikilən göydələn binaları gətirib Şəki ərazisində inşa də bilmərik".

R.Qarabağlı qeyd etdi ki, Qarabağda dağılmış şəhərlərin bərpası zamanı tarixilik mütləq şəkildə qorunmalıdır.

"Tarixiliyi qorumaq üçün o evlərin tökülmüş daşlarını yerinə qoymaq lazımdır. Bərpa da o daşlardan yararlanmaq mütləqdir. Dünya şəhər salması öz yerində, amma biz gərək öz binalarımızı inşa edərkən prosesin öz yaradıcılıq süzgəcimizdən keçirək. Onu regionalizmin memarlıq məktəblərinin süzgəcindən keçirək və tətbiq edək. Ola bilər ki, bizim binalarımız betondan, şüşədən olsun. Ancaq burada da bir memarlıq var. Bizim şəbəkəmiz var. Tarixən pəncərələrimizin şəbəkələri olub. Memarlıqda o şəbəkələrdən istifadə etmək lazımdır orada milliliyimiz görünsün". R.Qarabağlı onu təkrar vurğuladı ki, memarlıq ənənəmizi unutmamalıyıq. "Amma müasirliklə, modernizmlə ayaqlaşaq, onu qəbul edək, onunla daba-daba zidd olmayaq, əksinə ona inteqrasiya edək. Modernizm olsun, amma millimiz orada öz yerində olmalıdır"-deyə R.Qarabağlı vurğuladı.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

25.09.2026 / 18:37
Büdcəmizin 8 faizi Qarabağın bərpasına ayrılacaq...

25.09.2026 / 18:22
Prezident İlham Əliyev Tokayevə başsağlığı verdi

25.09.2026 / 18:10
Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 90,8 milyarda çatdı...

25.09.2026 / 17:51
TRİPP Hörmüz boğazının ən güclü alternativinə çevrilə bilər...

25.09.2026 / 17:27
Formula 1 - Corc Rassel sıralama turunu birinci sırada bitirdi

25.09.2026 / 17:22
Ermənistan Azərbaycana görə xarici siyasətini tamam dəyişir...

25.09.2026 / 17:16
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzura yatırdığı investisiyanın həcmi açıqlandı - 6 ildə 25 milyard dollar...

25.09.2026 / 17:05
Tarix və Etnologiya İnstitutunun əməkdaşları Qəbəldə ekspedisiyada olublar...

25.09.2026 / 16:59
Paşinyan Zəngəzurdan qabaq Türkiyə ilə keçidin açılmasına inamını hələ itirməyib...

25.09.2026 / 16:45
Azərbaycan-Ermənistan sərhəd delimitasiyası ilyarımdır dayanıb...

25.09.2026 / 16:30
Erməni həyasızlığının son həddi - QAİ revanşistərin saxta iddialarını alt-üst etdi...

25.09.2026 / 16:12
Naxçıvana yeni təhsil naziri təyin edildi

25.09.2026 / 15:57
Gürcüstan Patriarxlığı da erməni kilsəsinin yolunu tutdu - Azərbaycan XİN-dən sərt açıqlama gəldi...

25.09.2026 / 15:48
Lənkəranda keçmiş məhkum 14 kq narkotiklə tutuldu

25.09.2026 / 15:36
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik etdi

25.09.2026 / 15:33
Trampın Körfəz ölkələri ilə anti-İran toplantısına Ərdoğan niyə qatılıb?..

25.09.2026 / 15:32
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları təltif edildi - SİYAHI

25.09.2026 / 15:31
Allahverən İsmayılova “general-leytenant” ali hərbi rütbəsi verildi

25.09.2026 / 15:16
Hörmüz boğazı 7 gündən sonra açılacaq - İrandan Vaşinqtona yeni təklif...

25.09.2026 / 15:07
Zaqatalada əməliyyat - iranlıdan aldığı narkotiki satarkən yaxalandı...

25.09.2026 / 14:55
Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub

25.09.2026 / 14:46
"Azərbaycan Orta Dəhlizin inkişafında mühüm mövqeyə malikdir" - ABŞ səfirliyinin müvəqqəti işlər vəkili

25.09.2026 / 14:30
İkinci Beynəlxalq İnvestisiya Forumunda ölkəmizin regionlar arasında strateji keçid kimi rolu müzakirə olundu

25.09.2026 / 14:25
Rusiya Kiyevdə Ali Ədliyyə Şurasının binasını vurdu… - FOTO

25.09.2026 / 14:12
Dövlət qulluğuna qəbul elə çətinləşdirildi ki, tək-tək adamlara qismət olacaq...

25.09.2026 / 14:02
Zəngəzurun açılması üçün sürətləndirici mexanizmlər işə salınır...

25.09.2026 / 13:59
Xüsusi şərtlərlə pensiyaya çıxan dövlət qulluqçularının pensiyaları dəyişildi

25.09.2026 / 13:45
Ukraynanın dron zərbələri Rusiyanın daha bir neft zavodunu iflic etdi…

25.09.2026 / 13:42
Suriya-Azərbaycan Birgə Biznes Şurası yaradıldı

25.09.2026 / 13:32
Vaşinqton Ukrayna-ABŞ-Rusiya danışıqlarının BƏƏ-də keçirilməsini təklif etdi…

25.09.2026 / 12:58
Bu şəxslərə dövlət qulluğu vəzifəsini tutmaq qadağan edilir...

25.09.2026 / 12:43
Suraxanıda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

25.09.2026 / 12:38
"İnvestisiyalara yanaşmamız yalnız kapital cəlb etməklə məhdudlaşmır" - Prezident İlham Əliyev

25.09.2026 / 12:29
Prezident: "TRIPP Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək"

25.09.2026 / 12:26
"Azərbaycan getdikcə daha çox ölkə üçün etibarlı enerji tərəfdaşıdır" - Prezident

25.09.2026 / 12:21
Mikayıl Cabbarov Azərbaycanın iqtisadi inkişafında rol oynayan əsas amilləri açıqladı

25.09.2026 / 12:19
Prezident “Global Infrastructure Partners” şirkətinin rəhbərini qəbul edib - FOTO

25.09.2026 / 12:05
Prezident İlham Əliyev İrakli Kobaxidzeyə zəng etdi

25.09.2026 / 12:03
Prezident 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət etdi

25.09.2026 / 12:02
Prezident İlham Əliyev “Brookfield Asset Management” şirkətinin baş icraçı direktorunu qəbul edib - FOTO

25.09.2026 / 11:47
Prezident “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktorunu qəbul edib - FOTO

25.09.2026 / 11:34
“Birliyin Gücü – 2026” təlimində aviasiya vasitələri şərti hədəflərə zərbələr endirdi - FOTO/VİDEO

25.09.2026 / 11:21
Prezident İlham Əliyev Tacikistanın Baş nazirini qəbul etdi - FOTO

25.09.2026 / 11:05
Məhkəmə Trampı jurnalistləri Ağ Evə buraxmağa vadar etdi

25.09.2026 / 10:59
Azərbaycanın Mərkəzi Asiyada hərbi təsir gücü də sürətlə artır

25.09.2026 / 10:38
Xəzərdə itkin düşən daha iki qazax hərbçinin meyiti tapıldı...

25.09.2026 / 10:15
Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir

25.09.2026 / 10:02
Formula 2 - Sprint yarışında zəncirvari qəza baş verib

25.09.2026 / 09:10
Azərbaycan və Ermənistan birbaşa dialoqu davam etdirmək barədə razılığa gəldi - FOTO

25.09.2026 / 07:25
Bu dəfə Netanyahunun “radar”ında Nyu-York meridir - qarşılıqlı ittihamlar baş alıb getdi

25.09.2026 / 07:10
Qazaxıstanda hərbi təlimdə faciə - 12 hərbçi Xəzərdə batdı…

25.09.2026 / 06:52
Çin lideri Trampla görüş öncəsi “şərti şumda kəsdi” - həm də 4 şərti…

24.09.2026 / 23:37
İran qonşu ölkələrdəki hava limanlarını bağlamaqla hədələdi - ABŞ-a qoşulsalar...

24.09.2026 / 23:18
“Üç dövlətin taleyi: İngiltərənin Azərbaycan siyasəti (1918–1920)”

24.09.2026 / 22:14
“Azərbaycandan da qaz alacağıq” - Ermənistan TŞ katibi

24.09.2026 / 21:55
Paşinyan hakimiyyəti ilə diaspor arasında ölüm-dirim savaşı başladı

24.09.2026 / 21:32
BMT-də Tramp-Pezeşkian görüşü baş tutmadı...

24.09.2026 / 21:16
İran səfiri Azərbaycanla Ermənistan arasında “real güc balansı” deyilən ziyanlı narrativ verdi...

24.09.2026 / 20:50
Türk dünyasında hərbi təlimə - hələlik 3 dövlət qatıldı - İlham Əliyev tarixi təşəbbüs qaldırdı...

24.09.2026 / 20:33
Milyarder Əlişir Usmanova görə Zelenski Makronu bağışlamayacaq...

24.09.2026 / 20:31
Nazirlər Kabinetində geniş iclas keçirilib

24.09.2026 / 20:16
Naxçıvanın Qızıldağ massivində sovet dövründəki “erməni qəsdi” açılır... Prezident ipucu verdi...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ