şənbə günü, 26 sentyabr 2026
     

Daşkəsənli şəhid anası -“köç karvanı ilə oğullarımızın ruhu o yerlərə dönür”...

Image


Yağı tapdağında olan torpaqların gözü yolda idi, oğullarını gözləyirdi, oğullar da o torpaqları gözü yolda qoymadılar, qeyrət qılıclarını sıyırıb torpaqlarımızın hər qarışını işğaldan azad etdilər. Vətən oğullarının qanı hopan torpaqlarımızın hər guşəsində şəhidlərimizin ruhu yaşayır.

İşğal altında olan torpaqlarımızı azad edən oğulların adlarının və xatirəsinin əbədiləşdirilməsi missiyasını öz çiyinlərinə götürən və bu müqəddəs işi layiqincə yerinə yetirən Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyanı ərsəyə gətirdiyi “44 Gün-Tarixi zəfər” IV cildliyinin II, III və IV cildlərini şəhid ailələrinə təqdim etmək üçün bu dəfə yolunu Cumhuriyyətimizin ilk paytaxtı, qəhrəman Cavad xanın, ulu Nizaminin, Məhsətinin ruhu yaşayan Gəncə şəhərinə saldı. Nəzakət Məmmədovanın rəhbərlik etdiyi Respublika Xatirə Kitabı Redaksiyasının əməkdaşları ilə mayın 21-də Gəncə şəhərində olduq. Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyası Gəncə şəhər Məhsəti Gəncəvi Mərkəzində 44 günlük Vətən mü­haribəsində həlak olanların adlarının və xatirələrinin əbədiləşdirilməsi məqsədilə çap etdirdiyi “44 gün – Tarixi Zəfər” adlı ki­ta­bın II, III və IV cildlərinin təqdimatı keçirdi.

Gəncə, Naftalan, Daşkəsən, Göygöl və Samuxdan olan Vətən müharibəsi şəhidlərinin adlarının əbədiləşdirildiyi nəşrlərin təqdimatında onların ailə üzvləri, rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar iştirak etdilər.

Anaların və ataların simasında oğul həsrətinin açdığı cizgiləri gördük, ürəklərindən axıb gələn nisgil cilalı sözləri eşitdik. Yarası ağrıyan anaların səsindən qopan tikrək xatirələr ürəyimizi göynətdi. Oğul həsrətli analar “44 Gün-Tarixi Zəfər”in cildlərini doğma övladları kimi bağırlarına basdılar. Axı orada oğullarının adları, şəkilləri həkk olunmuşdu. Bu kitablar onlara oğul qədər əzizdir bu səbədən...

Anaların göz yaşları, ataların bağır dələn sükutu içimizi qanatdı...

Tədbiri Respublika Xatirə Kitabı Redaksiyanın əməkdaşı, şair-publisist Hikmət Məlikzadə açdı. “Nizami babamızın, Məhsəti nənəmizin yurdunda, əsrlərin şairi Məhəmməd Hadini qeybə çıxaran Gəncə torpağında-Məhsəti Gəncəvi Mədəniyyət Mərkəzinin hamınızı xoş gördük” dedi.

H.Məlikzadə qeyd etdi ki, Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının Vətən müharibəsində həlak olmuş şəxslərlə bağlı hazırladığı "44 Gün-Tarixi zəfər" adlı çox cildliyin ikinci, üçüncü və dördüncü cildləri şəhid ailələrinə təqdim edilir. “Vətən müharibəsi, ümumiyyətlə bütün müharibələr Azərbaycan xalqına böyük itkilər verib. Müharibə sözünün ümumi rakursda geniş anlamı məhz itki, ölüm, dəhşət, acı və fəlakət deməkdir. Təəssüflər olsun ki, Azərbaycan xalqı mövcud olduğu gündən məhz müharibələrin cəngindədir. Minlərlə, on minlərlə gənc oğullarımız bu müharibələrin qurban olub. Digər tərəfdən Böyük Vətən Müharibəsi, İkinci Dünya Müharibəsi, Birinci Dünya Müharibəsi, eləcə də nankor qonşularımızın başlatdığı Birinci Qarabağ və Vətən müharibəsi o gəncləri əlimizdən alıb. Əslində, bu müharibələrin heç biri xalqa xeyri olmayıb. Eləcə də Azərbaycan xalqına xeyir olmadı. Minlərlə gənc oğlumuz öz şirin canlarından oldular. Onların xatirəsini əbədiləşdirmək məsuliyyətini dərk edir və bunu öz müqəddəs vəzifəmiz hesab edirik. Otuz ilə yaxındır üzərində böyük bir məsuliyyət daşıyan, missiya həyata keçirən Respublika Xatirə Kitabı haqqında qısaca məlumat vermək istəyirəm Respublika Xatirə Kitabı ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsi, bilavasitə göstərişi ilə yaradılıb. Respublikada xatirə işinin təşkili məsələsi məhz Respublika Xatirə Kitabına tapşırılıb. Bu müddəa ümumi qanunun üçüncü maddədə öz əksini tapıb. Nəzərinizə çatdırmaq istəyirəm ki, Azərbaycan Respublikasında nə qədər şəhid varsa, hamısının xatirəsinin, adlarının əziz tutulması işi məhz Respublika Xatirə Kitabı üzərində bir məsuliyyətdir”.

H.Məlikzadə dedi ki, şəhid oğullar vətəni atadan, anadan, doğmalardan, hətta öz doğma balalarından belə çox istəyiblər, əvvəlki müharibələrdə də, Vətən müharibəsində də bu qəhrəman oğullar bir daha həmin o aksiomanı təsdiq elədilər. “Əgər onlar ailələrinin, ata-analarının onlardan sonra gözlərinin ağlar qalacağını düşünsəydilər özlərini Vətənə qurban verməzdilər”.

Respublika Xatirə Kitabı Re­dak­si­yasının baş redaktoru Nəzakət Məmmədova bildirib ki, rəhbərlik etdiyi redaksiyanın üzərinə çox böyük missiya düşüb və kollektiv bu işi uğurla həyata keçirir:"Bizim işimiz həqiqətən də çətin və gərgindir. Çünki hər bir şəhid haqqında məlumat toplamaq, o məlumatları dəqiqlışdirdikdən sonra kitab halına salmaq və gələcək nəsillər üçün yadigar qoymaq çox böyük dəqiqlik və əmək istəyir. Bu işin çətinliyini əməkdaşlarımız yaxşı bilir. Həmişə deyirəm ki, bizim əməkdaşlarımız çox gərgin və məsuliyyətlə işləyirlər. Onlara təşəkkür edirəm ki, bu cür ağır və məsuliyyətli işin öhdəsindən uğurla gəlirlər".

N. Məmmədova qeyd edib ki, adlarını Azərbaycan tarixinə qızıl hərflərlə həkk edən oğulların adlarının unudulmaması, gələcək nəsillərə çatdırılması üçün redaksiya kollektivi çox böyük zəhmət çəkib. "Müharibə qansız-qadasız ötüşmür. Amma qələbəni bizə yaşadanları xatırlatmasaq bizim üzərimizə düşən böyük günah olar.

Xatirə Kitabı olaraq bu işə İkinci Dünya müharibəsindən başlamışıq".

Birinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinin əbədiləşdirilməsindən danışan N. Məmmədova qeyd etdi ki, redaksiya belə bir məsuliyyətli vəzifəyə hazırlaşır. "Vətən mü­haribəsini qələbə ilə başa çatdırdıq. Biriinci Qarabağ müharibəsində şəhid olanlarla bağlı məlumatlar toplayırıq, siyahı dəqiqləşdirilir. Dəqiqləşdirməyə ciddi ehtiyac var. O dövrdə psrakəndəlik idi. Vəziyyət hər kəsə məlum idi. Ona görə də onların adları tamamilə dəqiqləşdirilir. Mən buradan sizə də səslənirəm. Birinci Qarabağ müharibəsində şəhid olan şəxslərlə bağlı kimin ətraflı məlumatı varsa, fotoşəkillər varsa bizə təqdim etsin. Bu bizim üçün çox vacibdir. Çünki bəzən onların ailələri ilə əlaqə yaratmaq çətin olur.

İndi isə "44-Gün-Tarixi zəfər"in II, III və IV cildlərinin təqdimatını keçiririk. Biz bir neçə il əvvəl bu nəşrin I cildini təqdim etmişik. Kitabda Aprel döyüşlərində, Tovuz döyüşlərində, 44 günlük Vətən mü­haribəsində, antiterror tədbirlərində, Qisas əməliyyatında, mina terrorunda şəhid olmuş insanların xatirəsi əbədiləşdirilib.

N. Məmmədovanın sözlərinə görə, müasir Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli lider Heydər Əli­yevin qayğısı və təşəbbüsü ilə yaradılmış, onun xeyir-duası ilə fəaliyyətə baş­lamış Respublika Xatirə Kitabı insan resurslarını əbə­di­ləş­dirən tarixi sənəd, tarixlə cəmiyyət arasındakı həqiqətləri, müharibə ağrılarını özündə geniş əks etdirən ənsiklopedik salnamədir. Bu kitabda İkinci Dünya müharibəsi, Əfqanıstan döyüşləri, 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş, itkin düşmüş, əsir götürülmüş vətəndaşlarımız, Milli Qəhrəmanlarımız haqqında ensiklopedik materiallar dərc edilir.

Respublika Xatirə Kitabının indiyədək iyirmiyə yaxın cildi çap olunub. Redaksiya əlavə olaraq, itkin düşmüş, əsir götürülmüş vətəndaşlarımız haqda iki dildə (Azərbaycan və ingilis) 4 cilddə kitab dərc etdirib. Eyni zamanda, redaksiya 44 günlük Vətən müharibəsində şəhid olmuş şəxlərin adlarının və xati­rələrinin əbədiləşdirilməsi məqsədilə “44 gün – Tarixi Zəfər” adlı dörd cilddə kitab nəşr etdirib, həmin kitablar şəhid ailələrinə təqdim edilib və proses bu gün də davam etdirilir. Bu çoxcildlik ensiklopedik nəşrlər icti­mai müstəvidə xüsusi rol oynayır.

Redaksiyanınhazırladığı “Qələbə - 75” və “Qələbə - 80: Azərbaycan xalqının mübarizə əzmi” kitabları da tarixlə cəmiyyət arasındakı faktiki prosesləri özündə ehtiva edir. Bu kitablarda faşizm üzərində qələbənin 75 və 80 illiyi geniş təqdir olunub, 1941-1945-ci illərdə alman faşizminə qarşı döyüşən Azərbaycan vətəndaşlarının qəhrəmanlıq və şücaəti xüsusi rakursda xarakterizə edilib, Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş azərbaycanlılar, müharibədə örnək hünər göstərmiş cəsur qadınlarımız barədə tutarlı və maraqlı fikirlər yer alıb.

Respublika Xatirə Kitabı Redaksiyası həmçinin, “Bakı Xəbər” qəzeti ilə birgə layihəsi əsasında “Şəhidlər ölməz, Vətən bölünməz!” silsiləsindən Qarabağ müharibəsində həlak olanların adlarının və xatirələrinin əbədiləşdirilməsi məqsədilə bir neçə kitab nəşr edib, həmin kitabların təqdimatını keçirib.

Redaksiya,eyni zamanda, “Vətən daşı... və ya 44 günün dastanı” adlı layihə əsasında 8 sənədli film çəkib. Bu filmlər geniş ictimaiyyətə təqdim olunub.

Redaksiyanın hazırladığı “Heydər Əliyev Xatirə Kitabının yaradıcısıdır” kitabı Ümummilli Lider Heydər Əliyevin 100 iliyi münasibətilə çap edilib, kitabda Ulu Öndərin həyat və fəaliyyəti geniş şəkildə xarakterizə olunub. Respublika

Xatirə Kitabı yaddaşımızın tarix salnaməsidir və redaksiya dövlət başçısı İlham Əliyevin diqqət və qayğısı altında bugünkü və gələcək strateji işlərini də eyni məhəbbət və həvəslə davam etdirmək üçün əzmlə çalışır.

Naftalan Rayon İcra Hakimiyyətinin müavini Kəmalə Hüseynova bildirdi ki, otuz ildən çox işğal altında olan torpaqlarımız Prezident İlham Əliyevin Dəmir yumruq siyasəti nəticəsində azad olundu. “Torpaqlarımız azad olundu. Amma torpaqlarımız uğrunda siz anaların, ataların böyütdüyü, tərbiyə etdiyi övladlarınız şirin canlarlndan keçdilər, şəhid oldular, ali mərtəbəyə yüksəldilər. Düzdür, sizin üçün çox ağırdır. Mən deyərdim ki, hər bir Azərbaycan vətəndaşı üçün bu ağırdır. Naftalan şəhəri də 44 günlük Vətən müharibəsində hərbi və mülki şəhidlər verdi. Bu gün həmin şəhid analarından biri bu tədbirdə iştirak edir. Onun oğlu Bəhruz Quliyev də 44 günlük Vətən müharibəsində şəhid oldu və bu gün onun qız balası böyüyür. Hər dəfə şəhid ailələri ilə görüşdükdə biz də o acını bir daha onlarla birgə yaşayırıq. Azərbaycan xalqı bu acını yəni heç vaxt, heç zaman unutmayacaq. Nə qədər ki Azərbaycan xalqı yaşayır, şəhidlərimizin xatirəsi əbədi olaraq yaşayacaqdır. Bu cür kitabların ərsəyə gəlməsində əziyyət çəkən hər kəsə öz təşəkkürümü bildirirəm. Əlbəttə, bəlkə də deyərsiniz ki, bir kitabdır, bir kağız parçasıdır. Amma heç də elə deyil. Deyərdim ki, ən azından sizin üçün bir təskinlikdir. Ən əsası da bu gələcək gənc nəsillərimiz üçün örnəkdir. Gələcək gənclərimiz bu şəhidlərimizin hansı vətənpərvər ruhda böyüdüyünün şahidi olacaqlar, onları özlərinə örnək biləcəklər”.

Gəncə Şəhər İcra Hakimiyyətinin Müharibə İştirakçıları və Şəhid Ailələri ilə işin təşkili sektorunun müdiri Əli Həsənzadə bildirdi ki, ölkə rəhbərliyi tərəfindən şəhid ailələrinə daim diqqət və qayğı göstərilir. “Bu gün burada elə bir auditoriya yığışmışıq ki, sizin qarşınızda hər hansı bir söz demək bizim üçün çox çətindir. Çünki tarix yazan övladlarımızın, şəhidlərimizin ailə üzvləri burada oturub”.

Şəhid Seyidzadə Mirhüseynin atası Miryunis Seyidzadə isə təklif etdi ki, Gəncədə şəhidlər muzeyi yaradılsın. “Gəncədə Şəhidlər Muzeyinin yaradılmasını təklif edirəm. Birinci Qarabağ müharibəsi, Aprel döyüşləri, Tovuz döyüşləri, lokal antiterror tədbirləri şəhidlərinə həsr olunmuş muzeyin yaradılmasına zərurət var. Şəhidlərimizin yaddaşlarda yaşaması üçün bu muzeyin yaradılmasının əhəmiyyəti böyük olardı. Bu bizim şəhidlərimiz qarşısında borcumuzdur.

Xatirə Kitabı Redaksiyası şəhidlərimizin adlarının və xatirələrinin əbədiləşdirilməsi məqsədilə kitablar çap edir. Xatirə Kitabı Redaksiyasının gördüyü işlər çox əhəmiyyətlidir. Kitab tarixdir, yaddaşdır. Eyni zamanda hesab edir ki, şəhidlərimiz barədə silsilə filmlər çəkilməlidir. Necə ki, vaxtilə İkinci Dünya müharibəsində şəhid olan oğullara bağlı filmlər çəkilirdi, indi də şəhidlərimiz barədə çəkilməlidir"-deyə şəhid atası qeyd etdi.

Gəncə Mədəniyyət Regional İdarəsinin rəhbəri Nail Məmmədov da çıxış etdi və şəhidlərin adlarının və xatirələrinin əbədiləşdirilməsi işində Respublika Xatirə Kitabı Redaksiyasının fəaliyyətinin əhəmiyyətindən danışdı.

Daşkəsən rayonundan olan şəhid Rüfət Sadıqovun anası Tərifə Ağacanova da danışdı. “Mən də bir qəhrəman oğul anası kimi bu tədbirə qatılmaqda qürur hissi keçirirəm. Hər gün televiziya verilişlərində kök görürəm. O köç karvanı ilə oğullarımızın ruhu o yerlərə dönür. Hesab edirəm ki, şəhidin ruhları onları düz getdiyi ünvana çatdırır, müşayiət edir. Bu qəhrəman oğullar analarını sevən oğullar olublar. Amma onlar vətənin üstün tutdu. Çünki vətən olmasa idi, ana da olmazdı. Oğullarımızı xatırlayan, onlardan yazan, xatirələri əbədiləşdirən hər kəsə təşəkkür edirəm.

Azərbaycan övladları 1941-1945-ci il savaşında da böyük qəhrəmanlıqlar göstərdilər”.

Tədbirdə çıxış edən hər kəs Respublika Xatirə Kitabı Redaksiyasının həyata keçirdiyi missiyanın şəhidlərimizin irsinin təbliği üçün mühüm olduğunu dilə gətirdilər.

Sonda “44 Gün-Tarixi zəfər” kitabının cildləri şəhid analarına və atalarına, oğul həsrətli insanlara paylandı.

Yağışlı bir gündə doğma Gəncə şəhərindən ayrılırıq, qəhrəmanlar yurdunun başı üzərində şəhidlərimizin müqəddəs ruhları pərvaz edir. Qəhrəmanlar şəhəridir Gəncə, igidlər oylağıdır. Hər zaman Vətənin dirəyi və dayağı olan oğullar yetirir, müqəddəs Gəncə torpağı...

İradə SARIYEVA

Gəncə-Bakı



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

25.09.2026 / 18:37
Büdcəmizin 8 faizi Qarabağın bərpasına ayrılacaq...

25.09.2026 / 18:22
Prezident İlham Əliyev Tokayevə başsağlığı verdi

25.09.2026 / 18:10
Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 90,8 milyarda çatdı...

25.09.2026 / 17:51
TRİPP Hörmüz boğazının ən güclü alternativinə çevrilə bilər...

25.09.2026 / 17:27
Formula 1 - Corc Rassel sıralama turunu birinci sırada bitirdi

25.09.2026 / 17:22
Ermənistan Azərbaycana görə xarici siyasətini tamam dəyişir...

25.09.2026 / 17:16
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzura yatırdığı investisiyanın həcmi açıqlandı - 6 ildə 25 milyard dollar...

25.09.2026 / 17:05
Tarix və Etnologiya İnstitutunun əməkdaşları Qəbəldə ekspedisiyada olublar...

25.09.2026 / 16:59
Paşinyan Zəngəzurdan qabaq Türkiyə ilə keçidin açılmasına inamını hələ itirməyib...

25.09.2026 / 16:45
Azərbaycan-Ermənistan sərhəd delimitasiyası ilyarımdır dayanıb...

25.09.2026 / 16:30
Erməni həyasızlığının son həddi - QAİ revanşistərin saxta iddialarını alt-üst etdi...

25.09.2026 / 16:12
Naxçıvana yeni təhsil naziri təyin edildi

25.09.2026 / 15:57
Gürcüstan Patriarxlığı da erməni kilsəsinin yolunu tutdu - Azərbaycan XİN-dən sərt açıqlama gəldi...

25.09.2026 / 15:48
Lənkəranda keçmiş məhkum 14 kq narkotiklə tutuldu

25.09.2026 / 15:36
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik etdi

25.09.2026 / 15:33
Trampın Körfəz ölkələri ilə anti-İran toplantısına Ərdoğan niyə qatılıb?..

25.09.2026 / 15:32
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları təltif edildi - SİYAHI

25.09.2026 / 15:31
Allahverən İsmayılova “general-leytenant” ali hərbi rütbəsi verildi

25.09.2026 / 15:16
Hörmüz boğazı 7 gündən sonra açılacaq - İrandan Vaşinqtona yeni təklif...

25.09.2026 / 15:07
Zaqatalada əməliyyat - iranlıdan aldığı narkotiki satarkən yaxalandı...

25.09.2026 / 14:55
Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub

25.09.2026 / 14:46
"Azərbaycan Orta Dəhlizin inkişafında mühüm mövqeyə malikdir" - ABŞ səfirliyinin müvəqqəti işlər vəkili

25.09.2026 / 14:30
İkinci Beynəlxalq İnvestisiya Forumunda ölkəmizin regionlar arasında strateji keçid kimi rolu müzakirə olundu

25.09.2026 / 14:25
Rusiya Kiyevdə Ali Ədliyyə Şurasının binasını vurdu… - FOTO

25.09.2026 / 14:12
Dövlət qulluğuna qəbul elə çətinləşdirildi ki, tək-tək adamlara qismət olacaq...

25.09.2026 / 14:02
Zəngəzurun açılması üçün sürətləndirici mexanizmlər işə salınır...

25.09.2026 / 13:59
Xüsusi şərtlərlə pensiyaya çıxan dövlət qulluqçularının pensiyaları dəyişildi

25.09.2026 / 13:45
Ukraynanın dron zərbələri Rusiyanın daha bir neft zavodunu iflic etdi…

25.09.2026 / 13:42
Suriya-Azərbaycan Birgə Biznes Şurası yaradıldı

25.09.2026 / 13:32
Vaşinqton Ukrayna-ABŞ-Rusiya danışıqlarının BƏƏ-də keçirilməsini təklif etdi…

25.09.2026 / 12:58
Bu şəxslərə dövlət qulluğu vəzifəsini tutmaq qadağan edilir...

25.09.2026 / 12:43
Suraxanıda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

25.09.2026 / 12:38
"İnvestisiyalara yanaşmamız yalnız kapital cəlb etməklə məhdudlaşmır" - Prezident İlham Əliyev

25.09.2026 / 12:29
Prezident: "TRIPP Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək"

25.09.2026 / 12:26
"Azərbaycan getdikcə daha çox ölkə üçün etibarlı enerji tərəfdaşıdır" - Prezident

25.09.2026 / 12:21
Mikayıl Cabbarov Azərbaycanın iqtisadi inkişafında rol oynayan əsas amilləri açıqladı

25.09.2026 / 12:19
Prezident “Global Infrastructure Partners” şirkətinin rəhbərini qəbul edib - FOTO

25.09.2026 / 12:05
Prezident İlham Əliyev İrakli Kobaxidzeyə zəng etdi

25.09.2026 / 12:03
Prezident 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət etdi

25.09.2026 / 12:02
Prezident İlham Əliyev “Brookfield Asset Management” şirkətinin baş icraçı direktorunu qəbul edib - FOTO

25.09.2026 / 11:47
Prezident “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktorunu qəbul edib - FOTO

25.09.2026 / 11:34
“Birliyin Gücü – 2026” təlimində aviasiya vasitələri şərti hədəflərə zərbələr endirdi - FOTO/VİDEO

25.09.2026 / 11:21
Prezident İlham Əliyev Tacikistanın Baş nazirini qəbul etdi - FOTO

25.09.2026 / 11:05
Məhkəmə Trampı jurnalistləri Ağ Evə buraxmağa vadar etdi

25.09.2026 / 10:59
Azərbaycanın Mərkəzi Asiyada hərbi təsir gücü də sürətlə artır

25.09.2026 / 10:38
Xəzərdə itkin düşən daha iki qazax hərbçinin meyiti tapıldı...

25.09.2026 / 10:15
Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir

25.09.2026 / 10:02
Formula 2 - Sprint yarışında zəncirvari qəza baş verib

25.09.2026 / 09:10
Azərbaycan və Ermənistan birbaşa dialoqu davam etdirmək barədə razılığa gəldi - FOTO

25.09.2026 / 07:25
Bu dəfə Netanyahunun “radar”ında Nyu-York meridir - qarşılıqlı ittihamlar baş alıb getdi

25.09.2026 / 07:10
Qazaxıstanda hərbi təlimdə faciə - 12 hərbçi Xəzərdə batdı…

25.09.2026 / 06:52
Çin lideri Trampla görüş öncəsi “şərti şumda kəsdi” - həm də 4 şərti…

24.09.2026 / 23:37
İran qonşu ölkələrdəki hava limanlarını bağlamaqla hədələdi - ABŞ-a qoşulsalar...

24.09.2026 / 23:18
“Üç dövlətin taleyi: İngiltərənin Azərbaycan siyasəti (1918–1920)”

24.09.2026 / 22:14
“Azərbaycandan da qaz alacağıq” - Ermənistan TŞ katibi

24.09.2026 / 21:55
Paşinyan hakimiyyəti ilə diaspor arasında ölüm-dirim savaşı başladı

24.09.2026 / 21:32
BMT-də Tramp-Pezeşkian görüşü baş tutmadı...

24.09.2026 / 21:16
İran səfiri Azərbaycanla Ermənistan arasında “real güc balansı” deyilən ziyanlı narrativ verdi...

24.09.2026 / 20:50
Türk dünyasında hərbi təlimə - hələlik 3 dövlət qatıldı - İlham Əliyev tarixi təşəbbüs qaldırdı...

24.09.2026 / 20:33
Milyarder Əlişir Usmanova görə Zelenski Makronu bağışlamayacaq...

24.09.2026 / 20:31
Nazirlər Kabinetində geniş iclas keçirilib

24.09.2026 / 20:16
Naxçıvanın Qızıldağ massivində sovet dövründəki “erməni qəsdi” açılır... Prezident ipucu verdi...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ