şənbə günü, 26 sentyabr 2026
     

ÖZBƏKİSTAN- SADƏCƏ COĞRAFİYA DEYİL... TÜRK TARİXİNİN,MƏNƏVİYYATININ YAŞAYAN YADDAŞIDIR.

Image


Vətən-anam kimi isti bir qucaq,

Dağında səslənər uşaqlıq soraq.

Torpağın qoxusu ürəyə məlhəm,

Onsuz qərib olar ən gözəl otaq. (Abdullah Oripov)

Hələ uşaq yaşlarımdan atamın Özbəkistanla bağlı söhbətlərini doya-doya dinləyərdim və bəzən mənə elə gəlirdi ki,daha maraqla dinləyim deyə atam bir az da özü bər-bəzək vururdu. İllər keçdi ,ən böyük arzularımdan olan bu gözəl məmləkəti tanımaq fürsətim oldu. Əlbəttə zaman-zaman tələbəlik illərində təhsil alarkən,Azərbaycanla Özbəkistan arasındakı sovetlər dönəmindən bu günə qədər ardıcıl keçirilən müxtəlif səpgili festivallarda,birgə çəkilən filmlərdən(‘’Görüş’’ filmi ) ədəbi-bədii gecələrdən tanısam da canlı ünsiyyət, təkcə Özbəkistan üçün deyil bütün türk-islam sivilizasiyası üçün hər zaman əhəmiyyətini qoruyub saxlayan tarixi abidələri ürəyinin gözüylə seyr etmək,əllərini əsrlərin yaddaşını qoruyub saxlayan abidələrlə toxunmaq bir ayrı zövqdür.İllərdir TURANA gedən yolçular cərgəsində qürurla,sevgiylə həm də məsuliyyətlə addımlayan qələm sahiblərindən biri kimi Özbəkistanın paytaxtı Daşkənddə başlanan ,Səmərqənd,Buxarada davam edən Türk Dünyası şair,yazıçı və incəsənət xadimlərinin Özbəkistandakı altı gün davam edən səfər artıq hər birimizin ömür yolunda silinməz bir xatirəyə çevrildi. Özbəkistan səfərimizin ana xətti Türk dünyasının ən böyük mütəfəkkirlərindən sayılan Əlişir Nəvainin 585 illiyi,həmçinin çağdaş özbək ədəbiyyatının müstəqillik dövrü poeziyasının simvollarandan hesab olunan,Özbəkistan Xalq şairi ,Özbəkistannın dövlət himninin müəllifi ,Abdullah Oripovun 85 illik yubileyi təşkil edirdi. Özbəkistanın hava limanından çıxarkən ilk eşitdiyimiz səs- Azan səsi oldu. İçim,ruhum titrədi. Hə,bu çox gözəl xeyr-dua oldu.’’Salam olsun türk-islam və dünya sivilizasiyasının beşiyi olan gözəl Özbəkistanım’’ deyib sübh şehi qoxuyan havanı ciyərlərimə çəkdim. İlk ziyarətimiz İslam Sivilizasiya Mərkəzindən başladı. Mərkəzin əsas məqsədi Mərkəzi Asiyanın islam sivilizasiyasına bəxş etdiyi töhfələri dünyaya tanıtmaqdır. Elə ilk addımdan başa düşdüm ki,bu möhtəşəm mərkəzi ən az bir həftə boyunca gəzməlisən. Bizim üçün ayrılmış gənc bir tələbənin sevə-sevə suallarımızı cavablandırması və arada Azərbaycanla bağlı onun da verdiyi sualları cavablandırmağımız ortada isti münasibət yaratmışdı. Şərq memarlıq üslubunda eləcə də müasir texnalogiya vasitələrindən istifadə edilərək inşa edilmiş mərkəz Özbəkistanın simvollarından biri kimi tanılır.Hər gün bu Mərkəzə beş,on min arası ziyarətçi qeydə alınır. Diqqətimi ən çox çəkən müqəddəs kitabımız Quranın heç bir yerdə olmayan nüsxələri,qədim əlyazmaları,dünyaca məhşur Biruni,İbn Sina, Uluqbəy kimi alimlərin əsərlərinin təqdim olunmasıdır. Elə burdaca qeyd edim ki,bütün səfər boyu Abdullah Oripovun qızı həkim-şairə Şoira Oripova xanım bizlərlə bərabər oldu.

Mərifət yolunda çalışan insan,

Özünü tanıyar hər keçən zaman...

(Əlişir Nəvai)

Növbəti ziyarətimiz Yangi Özbəkistan Boği idi. Heç kəs aramsız yağan yağışdan nəinki narahat deyildi elə mərkəzin qarşısındaca əl qaldırıb rəqs edən,poz verərək şəkil çəkdirən,ucadan şeir deyən qazax,qırğız,özbək bacı -qardaşlarımıza yoldan ötən maşınlar biganə qalmayıb əl etdiklərini görüncə sevincdən gözlərim dolub -boşalırdı... Son illərin tikililərindən olan və kifayət qədər geniş əraziyə malik olan park özbəklərin və qonaqların ən çox sevdiyi məkanlardan biri kimi tanılır və burda dövlət tədbirləri,bayram şənlikləri,kitab sərgiləri keçirilir.’’ Müstəqillik’’ monumenti heç kəsi biganə qoymadı. Abidə təxminən 60 metr hündürlükdə yerləşir və lap başında isə əzəmətli görüntüsüylə heç kəsi biganə qoymayan Xumay (Humo) quşu. Verilən məlumatdan bildik ki,Xumay quşu türk və fars mifologiyasında azadlıq, mənəviyyat simvoludur və divarlardakı insan fiqurları Özbəkistanın 3000 illik tarixini göstərmək üçün yaradılıb. Bu daşdan yapılmış fiqurlar milli dövlətçilik və müstəqillik uğrunda mücadilə etmiş böyük şəxsiyyətlərin(alim,sərkərdə,şair ,dövlətçilik uğrunda mücadilə aparan) fiqurları idi. Əlbəttə Şoira xanım əziz atası Abdullah Oripovun qarşısında dayanarkən qürurlu və təvəzökar baxışları diqqətimi çəkdi. Bu baxışlarda həm də Şoira xanım sanki bizlərə ‘’O həm də sizlərin-bütün TURANIN atasıdır ‘’ deyirdi.

Şoira xanımın verdiyi bilgini hər kəs yaddaşına köçürtmək üçün kameranı açaraq bir cümləsini də ötürmək istəmirdi .Gəzintidən sonra dillər əzbəri özbək mətbəxi təamlarıyla xoş əhval ruhiyyəylə bizim üçün ayrılmış restorana gəldik.

Növbəti görüşümüz Abdullah Oripovun ocağında baş tutdu. Yaşıllıqlar içərisində yerləşən ev muzeydə gördüklərimiz bir daha sübut etdi ki, özbək xalqı qonaqpərvərliyi ilə çoxlarını geridə qoyar,həm də necə. Evin həyətində düzənlənən rəsmi və bədii hissədən sonra hər kəs sərbəst şəkildə illərlə bu divarlar arasında ömür sürən böyük şairin mənzilini ziyarət etdi. Çox qeyri-adi hisslər yaşadım. İçimdə qopan fırtınanı nə qədər çaba göstərsəm də yatıra bilmədim. Bir an soyuq tər basdı,ayaqlarımın altından sanki yer tərpəndi. Geri çəkilib bir neçə dəqiqə toparlanmaq üçün bir küncə qısıldım. İçimdəki səs sanki’’ Sən bu məkanı gəlib tək ziyarət etməlisən’’ dedi. Ayaqlarımı sürüyərək pilləkanları endim və keçirtdiyim hisslər haqda bir neçə gün sonra Şoira xanmla paylaşdım... Muzey ziyarətimiz həyətdə böyük zövqlə hazırlanmış süfrə ətrafında davam etdi. Musiqi sədaları altında təltiflər oldu. Turan yolçularının bir qisminə Mustafa Kemal Atatürk medalyonu,bir qisminə Türk Xalqları Birliyi və bir qısminə Abdullah Oripov medalları təqdim olundu.

Növbəti gün iki avtobusla üz tutduq İpək Yolunun ən məhşur mərkəzləri hesab olunan, qədim memarlığı,mavi günbəzləri,mədrəsələri ilə tanınan Səmərqəndə. Səmərqənd dediyimizdə həm də ilk ağlımıza gələn Əmir Teymur oldu. Əlbəttə bu tarixi şəxsiyyətə haqlı olaraq hər birimizin öz baxış bucağı var. Nə deyim... Səmərqəndə keçən ilin payızında gəlmişdim. Şahi-Zində kompleksi,Uluqbəyin elmə açdığı pəncərə olan rəsədxanası -bunların hər biri türk-islam mədəniyyətinin necə böyük bir zirvə yaratdığını göstərir. O vaxt da bu səfərdə də hər yerdə küçələrdə, insanların baxışlarında Əmir Teymur əzəməti, nəfəsi duydum Dünyaca məhşur Registanı əminəm ki,bircə dəfə gəzib-dolaşan əsla unutmayacaq.Bu səfərimizdə dostlar hər gecə bəlli saatda lazer şüalarıyla bütün Registan boyu divarlarda göstərilən tamaşanı izləmək fürsəti olmasa da Səmərqəndə gələn qonaqlar bu möhtəşəm 15 dəqiqəlik tarixi video görüntüləri izləmədən geri dönmürlər.Bilənlər bilir,Səmərqəndin dillər əzbəri bazarını da gəzməmək burda günah sayılır desəm inanın. Səmərqənddən bu tezliklə ayrılmaq istəməsək də, proqrama uyuğun hərəkət etdiyimiz üçün üz tutduq Buxaraya. Zaman yenə də məhdud olduğuna baxmayaraq görüb ziyarət etdiklərimiz də bir ömürlük yaddaş kodumuzda oturdu. Avtobusla hərəkət etsək də içimdə,ruhumda gəzib dılaşan min illərin içindən gəzib dolaşan Poi-Kalyan kompleksi,qədim məscidlər,mədrəsələr,tozlu-torpaqlı olsa da isti nəfəsli dar küçələr, ,görə bildiyimiz qədər tarixi abidələr sözün əsil mənasında böyük türk mənəviyyatının göstəricisidir. karvan səslərini eşitdikcə eşidirdim....həm də necə..

Səhərisi gün səhər yeməyindən sonra ürəyimizi Buxarada ayaqlarımızı avtobsa tərəf çüvirib VƏTƏNDƏN VƏTƏNƏ yola çıxdıq.On saatdan artıq davam edən yolçuluqda yaşananlardan danışmaq üçün ən azı on saat danışmam lazım. Mikrafonu əlimə alıb bir-bir hər kəsə söz verərək daha da isti ortam yaratdıq. Bəxtimizdən Şoira xanım da bizimlə eyni avtobusda idi. Bir daha əziz atası Abdullah Oripvla bağlı xatirələrini paylaşaraq bir neçə şeir dedi. Çağdaş ədəbiyyatımızın sevilən böyük şairi Ayaz Arabaçı, Cahit Günay, Elli Atayurd, Aysel Fikrət,Arzu Yılmaz Dağdemir,Zahid Avşaroğlu,Gülnara Raximcan,Aida Şirinovanın , Adilə Aslanova,Zöhrə Qara qızın,Elmira Aslanlının çıxışları da yadda qalan oldu. Ayrılıq vaxtı gəlmişdi.Bir-birinə sarılıb heç ayrılmaq istəməyən insanları seyr etmək adamı kövrəltsə də o qədər xoş idi ki.....

PS Bir daha əmin oldum ki,Bu səfərin mənim üçün xüsusi mənəvi anlamı var idi. Özbək xalqının böyük oğlu,milli istiqlal ruhunun qüdrətli şairi ,tərcüməçi və böyük ziyalı Abdullah Oripovun 85 illiyi qeyd olunurdu .Eyni zamanda böyük türk mütəfəkkiri Əlişir Nəvainin 585 illiyi münasibəti ilə hazırlatdırdığım portretləri hədiyyə etmək mənim üçün böyük qürur və mənəvi borc idi. Ancaq bunu da deməsəm olmaz. İllərdir tanıdığım və bu səfərdə bir az da yaxından tanıdığım gözəl ana,gözəl dost, böyük Turançı, gözəl şairəmiz Şoira Oripovanı tanıdığım üçün uca Tanrıma sonsuza qədər minnətdaram. Hədiyyələri təqdim edərkən çıxışımı bitirdiyim son cümləmlə bu yazımı bitirmək istəyirəm. ‘’MƏNİ QINAMAYIN ƏLBƏTTƏ ABDULLAH ORİPOV ÇOX BÖYÜK ƏSƏRLƏR QOYUB TÜRK DÜNYAMIZA,ANCAQ ONUN ƏN BÖYÜK ŞAH ƏSƏRİ BÜTÜN VARLIĞIYLA ,YARADICILIĞIYLA TÜRK DÜNYASINA TƏMƏNNASIZ XİDMƏT EDƏN QIZI ŞOİRA XANIM ORİPOVADIR.’’

Jalə Cəfərova. Filologiya üzrə fəlsəfə doktoru,yazıçı-publisist.

Daşkənd-Bakı-Vaşınqton. 2026.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

25.09.2026 / 18:37
Büdcəmizin 8 faizi Qarabağın bərpasına ayrılacaq...

25.09.2026 / 18:22
Prezident İlham Əliyev Tokayevə başsağlığı verdi

25.09.2026 / 18:10
Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 90,8 milyarda çatdı...

25.09.2026 / 17:51
TRİPP Hörmüz boğazının ən güclü alternativinə çevrilə bilər...

25.09.2026 / 17:27
Formula 1 - Corc Rassel sıralama turunu birinci sırada bitirdi

25.09.2026 / 17:22
Ermənistan Azərbaycana görə xarici siyasətini tamam dəyişir...

25.09.2026 / 17:16
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzura yatırdığı investisiyanın həcmi açıqlandı - 6 ildə 25 milyard dollar...

25.09.2026 / 17:05
Tarix və Etnologiya İnstitutunun əməkdaşları Qəbəldə ekspedisiyada olublar...

25.09.2026 / 16:59
Paşinyan Zəngəzurdan qabaq Türkiyə ilə keçidin açılmasına inamını hələ itirməyib...

25.09.2026 / 16:45
Azərbaycan-Ermənistan sərhəd delimitasiyası ilyarımdır dayanıb...

25.09.2026 / 16:30
Erməni həyasızlığının son həddi - QAİ revanşistərin saxta iddialarını alt-üst etdi...

25.09.2026 / 16:12
Naxçıvana yeni təhsil naziri təyin edildi

25.09.2026 / 15:57
Gürcüstan Patriarxlığı da erməni kilsəsinin yolunu tutdu - Azərbaycan XİN-dən sərt açıqlama gəldi...

25.09.2026 / 15:48
Lənkəranda keçmiş məhkum 14 kq narkotiklə tutuldu

25.09.2026 / 15:36
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik etdi

25.09.2026 / 15:33
Trampın Körfəz ölkələri ilə anti-İran toplantısına Ərdoğan niyə qatılıb?..

25.09.2026 / 15:32
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları təltif edildi - SİYAHI

25.09.2026 / 15:31
Allahverən İsmayılova “general-leytenant” ali hərbi rütbəsi verildi

25.09.2026 / 15:16
Hörmüz boğazı 7 gündən sonra açılacaq - İrandan Vaşinqtona yeni təklif...

25.09.2026 / 15:07
Zaqatalada əməliyyat - iranlıdan aldığı narkotiki satarkən yaxalandı...

25.09.2026 / 14:55
Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub

25.09.2026 / 14:46
"Azərbaycan Orta Dəhlizin inkişafında mühüm mövqeyə malikdir" - ABŞ səfirliyinin müvəqqəti işlər vəkili

25.09.2026 / 14:30
İkinci Beynəlxalq İnvestisiya Forumunda ölkəmizin regionlar arasında strateji keçid kimi rolu müzakirə olundu

25.09.2026 / 14:25
Rusiya Kiyevdə Ali Ədliyyə Şurasının binasını vurdu… - FOTO

25.09.2026 / 14:12
Dövlət qulluğuna qəbul elə çətinləşdirildi ki, tək-tək adamlara qismət olacaq...

25.09.2026 / 14:02
Zəngəzurun açılması üçün sürətləndirici mexanizmlər işə salınır...

25.09.2026 / 13:59
Xüsusi şərtlərlə pensiyaya çıxan dövlət qulluqçularının pensiyaları dəyişildi

25.09.2026 / 13:45
Ukraynanın dron zərbələri Rusiyanın daha bir neft zavodunu iflic etdi…

25.09.2026 / 13:42
Suriya-Azərbaycan Birgə Biznes Şurası yaradıldı

25.09.2026 / 13:32
Vaşinqton Ukrayna-ABŞ-Rusiya danışıqlarının BƏƏ-də keçirilməsini təklif etdi…

25.09.2026 / 12:58
Bu şəxslərə dövlət qulluğu vəzifəsini tutmaq qadağan edilir...

25.09.2026 / 12:43
Suraxanıda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

25.09.2026 / 12:38
"İnvestisiyalara yanaşmamız yalnız kapital cəlb etməklə məhdudlaşmır" - Prezident İlham Əliyev

25.09.2026 / 12:29
Prezident: "TRIPP Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək"

25.09.2026 / 12:26
"Azərbaycan getdikcə daha çox ölkə üçün etibarlı enerji tərəfdaşıdır" - Prezident

25.09.2026 / 12:21
Mikayıl Cabbarov Azərbaycanın iqtisadi inkişafında rol oynayan əsas amilləri açıqladı

25.09.2026 / 12:19
Prezident “Global Infrastructure Partners” şirkətinin rəhbərini qəbul edib - FOTO

25.09.2026 / 12:05
Prezident İlham Əliyev İrakli Kobaxidzeyə zəng etdi

25.09.2026 / 12:03
Prezident 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət etdi

25.09.2026 / 12:02
Prezident İlham Əliyev “Brookfield Asset Management” şirkətinin baş icraçı direktorunu qəbul edib - FOTO

25.09.2026 / 11:47
Prezident “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktorunu qəbul edib - FOTO

25.09.2026 / 11:34
“Birliyin Gücü – 2026” təlimində aviasiya vasitələri şərti hədəflərə zərbələr endirdi - FOTO/VİDEO

25.09.2026 / 11:21
Prezident İlham Əliyev Tacikistanın Baş nazirini qəbul etdi - FOTO

25.09.2026 / 11:05
Məhkəmə Trampı jurnalistləri Ağ Evə buraxmağa vadar etdi

25.09.2026 / 10:59
Azərbaycanın Mərkəzi Asiyada hərbi təsir gücü də sürətlə artır

25.09.2026 / 10:38
Xəzərdə itkin düşən daha iki qazax hərbçinin meyiti tapıldı...

25.09.2026 / 10:15
Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir

25.09.2026 / 10:02
Formula 2 - Sprint yarışında zəncirvari qəza baş verib

25.09.2026 / 09:10
Azərbaycan və Ermənistan birbaşa dialoqu davam etdirmək barədə razılığa gəldi - FOTO

25.09.2026 / 07:25
Bu dəfə Netanyahunun “radar”ında Nyu-York meridir - qarşılıqlı ittihamlar baş alıb getdi

25.09.2026 / 07:10
Qazaxıstanda hərbi təlimdə faciə - 12 hərbçi Xəzərdə batdı…

25.09.2026 / 06:52
Çin lideri Trampla görüş öncəsi “şərti şumda kəsdi” - həm də 4 şərti…

24.09.2026 / 23:37
İran qonşu ölkələrdəki hava limanlarını bağlamaqla hədələdi - ABŞ-a qoşulsalar...

24.09.2026 / 23:18
“Üç dövlətin taleyi: İngiltərənin Azərbaycan siyasəti (1918–1920)”

24.09.2026 / 22:14
“Azərbaycandan da qaz alacağıq” - Ermənistan TŞ katibi

24.09.2026 / 21:55
Paşinyan hakimiyyəti ilə diaspor arasında ölüm-dirim savaşı başladı

24.09.2026 / 21:32
BMT-də Tramp-Pezeşkian görüşü baş tutmadı...

24.09.2026 / 21:16
İran səfiri Azərbaycanla Ermənistan arasında “real güc balansı” deyilən ziyanlı narrativ verdi...

24.09.2026 / 20:50
Türk dünyasında hərbi təlimə - hələlik 3 dövlət qatıldı - İlham Əliyev tarixi təşəbbüs qaldırdı...

24.09.2026 / 20:33
Milyarder Əlişir Usmanova görə Zelenski Makronu bağışlamayacaq...

24.09.2026 / 20:31
Nazirlər Kabinetində geniş iclas keçirilib

24.09.2026 / 20:16
Naxçıvanın Qızıldağ massivində sovet dövründəki “erməni qəsdi” açılır... Prezident ipucu verdi...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ