şənbə günü, 10 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
İşıqlı zəka, zəngin təcrübə və poetik qəlb sahibi
Tarix: 23.12.2014 / 03:36
Bölmə: Mədəniyyət
Kövrək duyğulu şair ruhu ilə müdrikliyin və aqilliyin ehtiram yaydığını 57 ildən bəri o taylı-bu taylı Azərbaycanda təbliğ edən 80 yaşlı həkim Minirə Pənahi belə sevilir
«... İşıq düşən yer zülmətdən və fəsaddan uzaq olar» deyimi hər zaman öz dəyərindədir. Elmə könül verib həyatını, işıqlı zəkasını qaranlıqların sökülməsinə sərf edənlərdən, beşikdən qəbrə qədər elm almağın ecazına bağlayanlardan biri də Tibb Universitetinin Patoloji fiziologiya kafedrasının dosenti Minirə Abbas qızı Pənahidir.
Hər sənətin elmlə kamil olduğunu yaxşı dərk edən, tibb sahəsində kamallıların, çox sayda alimlərin pedaqoqu kimi, eləcə də incə şair ruhu ilə müdrikliyin və aqilliyin ehtiram yaydığını 57 ildən bəri təbliğ edən Minirə xanımla bağlı bildiklərimi oxucularımızla bölüşmək istəyirəm. Çünki hər bir insan tarixin, zamanın bir parçasıdır və onun qəlbində qalmaq haqqını da Allahdan alır gerçəkliyinə inananlardanam. Deyilən söz yadigardır həm də. Təbii ki, dəyərlər hər kəsin zəhmətinə görədir. Bu günlərdə yubiley yaşını qeyd edən Minirə xanım da beləcə həyatda min zəhmətlə ucalıqlar zirvəsində bu haqqın ünvanı kimi özü haqqında xatirələrini, ömürlülüyünü bizimlə bölməyə çalışdı:
- Mən 22 dekabr 1934-cü ildə Cənubi Azərbaycanın Maku şəhərində, öz dövrünün açıq fikirli, elmə-ədəbiyyata yüksək həvəs göstərən, məşhur tacir, böyük şəxsiyyət, səxavət sahibi, maarifpərvər insanı sayılan Hacı Ələkbər ağanın ailəsində dünyaya gəlmişəm. Atam Abbas Pənahi Hacı Ələkbər ağanın üçüncü oğlu idi. O, İrəvan, Tiflis, İstanbul şəhərlərində atasının ticarət işləri ilə məşğul olurdu. Bu zərurətdən irəli gələn tələblərlə o, Tiflisdə olarkən ədəbi dərnəyin üzvü seçilir. İlk təhsilini molla məktəbində alan Abbas ağa sonra Tiflis və İrəvan şəhərlərində öz təhsilini davam etdirir. Həm də həmin şəhərlərin ədəbi-bədii ab-havasına köklənir. Ürəyi atlanan atam o vaxtdan ədəbi əsərlər və şeirlər yazmağa başlayır. Sonralar isə ürəyi qorxusu, həyəcanı ilə inqilabi əhval-ruhiyyəyə yelkən açır. İçindəki azadlıq istəyinə köklənərək Abbas ağa Pənahi «Makulu» təxəllüsü ilə dünya oxucularının sevə-sevə mütaliə etdiyi tarixi əsərlərini yazır. Dünyəvi aləmə çatdırılması zərurətinin də elə həmin ədəbi mühitin təsirinin əvəzsiz olduğundan yazaraq bəyan edir. Daim bir yazıçı kimi tarixi romanlarının yazılmasına yol açdığına görə mühitə və işıqlı simalara minnətdar olur. «Səttar xan»,» Gizli zindan», «Xiyabani» romanları məhz həmin mühitin yaşananlarını - əzablarını, faciələrini əks edən azadixahların ruhundan doğulan əsərlərdir.
Qeyd edim ki, mən bu ailənin dördüncü övladıyam. Ətraf mühiti dərk etməyə başlayandan ailədə olan siyasi, xüsusən ədəbi ab-hava mənim inkişafıma xüsusi təsirini göstərib. Ağlımın kəsdiyi vaxtın üstündən 75 il keçməsinə baxmayaraq, öz həyatımdan çox şeyləri bugünkü kimi xatırlayıram və inanın ki, yenilənirəm. Bir epizod o ankı kimi yadımdadır. Beşikdə bir körpə bacım yatırdı, məndən böyük qardaşım da odun sobasına bişməyə kartof qoymuşdu. Bildirim ki, Cənubi Azərbaycanda kartofa yeralması deyilir. Bişdikcə xoş qoxusu ətrafa yayılan yeralmasını səbrsizliklə gözləyirdim ki, mən də payımı alam. Qardaşım bıçağı aparıb kartofu çıxarmaq istəyəndə gördü ki, onlar tamam yanıb. Əlində bıçaq qardaşım yerində mat-məəttəl durdu, mənə baxdı. Bu an beşikdə yatan körpə də oyandı. Vəziyyətin məzəliliyinə: - yeralması yandı, bıçaq dayandı, uşaq da oyandı, - sözlərini dedim. Necə deyərlər, bu mənim ilk şeirim oldu. Ondan sonra isə yenə iki qardaşım dünyaya gəldi. Şah rejimi Cənubi Azərbaycanda başlayan siyasi hərəkatı dayandırmaq məqsədilə işin təşkilatçılarından bir çoxunu həbsə aldı. Bir hissəsini isə İranın müxtəlif bölgələrinə sürgün etdirdi. Abbas Pənahi də ailəsi, uşaqları ilə birgə Cənubi Azərbaycanın Zəncan şəhərinə sürgün olundu.
Beləliklə, mən də 6 yaşında orta təhsilə Zəncan şəhərində yerləşən qızlar məktəbində başlamalı oldum. O biri bacı-qardaşlarım da eləcə. Böyük Vətən Müharibəsi dövründə müttəfiqlər İrana daxil olduqda atam da çoxları kimi sürgündən azad edildi və inqilabın beşiyi olan Təbrizə ailəsi ilə birgə qayıtdı. Mən də orda öz təhsilimi davam etdirdim. 1945-ci ildə Təbriz şəhərində közərən siyasi təlatüm, nəhayət, inqilabla bitdi və Müvəqqəti Demokratik Hökumət quruldu. Bu hökumətin başçılarından biri də Abbas Pənahi oldu. Təəssüflər olsun ki, bu hökumətin ömrü cəmi 23 ay oldu. Qatı düşmənlərin əli ilə süquta uğrayan Demokratik Hökumətin ardınca bizim ailə də 1946-cı ilin 16 dekabr tarixində Sovet Azərbaycanına emiqrasiya etməli oldu. O zaman mən hələ 5-ci sinfi bitirməmişdim. Zaman keçidində təhsilimə davam etdim. Çətinliklərin çoxluğuna baxmayaraq, mətinlik və mübarizliklə seçilməyə çalışdıq. 132 saylı orta məktəbdə dərslərimizə başladıq. Yeniyetmə bir qız olaraq məzun oldum və 1947-ci ildə, o dövrün təbirincə, Mamalıq Texnikumuna daxil oldum, oranı 1950-ci ildə əlaçı diplomla bitirdim. Elə həmin ildə də imtahansız Tibb İnstitutunun tələbəsi oldum. Ən böyük arzularımdan - xalqımın sağlamlığı keşiyində duran şərəfli həkimlərdən biri olmaq yolunda addımladım.
İş belə gətirdi ki, institutu bitirən ili Bakının Balaxanı, Suraxanı və Razin (indiki Bakıxanov) qəsəbələrində uşaqlar arasında difteriya xəstəliyinin epidemiyası baş verdi. Bakı Baş Səhiyyə İdarəsi tərəfindən epidemiyanın qarşısını almaq məqsədilə bir qrup pediatr o uşaqlara peyvənd aparmağa göndərildi. Könüllü olaraq getmək istədiyimi bildirəndə mənə yox cavabı verilsə də, onlara pulsuz olaraq çalışacağımı dedim və bundan sonra 6 ay həmin qəsəbələrdə işləməyimə icazə verildi.
Sonra necə oldu əmək fəaliyyətinə başladım? İş məsələsi ilə bağlı səhiyyə nazirinin müavini mərhum Rizvan Cavadovun qəbulunda olarkən Tibb İnstitutunun Pataloji fiziologiya kafedrasının müdiri mərhum professor Tağı Paşayevlə tanış oldum. Söhbət əsnasında mənə kafedrada baş laborant yeri təklif olundu. Mən atamla və həyat yoldaşımla məsləhətləşdikdən sonra kafedraya baş laborant vəzifəsinə işə qəbul olundum. Həyat mənim qarşımda həm də elm yolunu açdı. Bir il baş laborant vəzifəsində çalışdıqdan sonra assistent vəzifəsinə keçdim. 1961-ci ildə «Naftalan neftinin cinsiyyət hormonlarına təsiri» mövzusunda Rostov şəhərində namizədlik dissertasiyası müdafiə etdim. Doktorluqla bağlı isə başıma çox olaylar gətirilsə də, 1967-ci ildən kafedranın dosenti vəzifəsində çalışıram. Bu müddət ərzində rus və Azərbaycan dillərində mühazirə və məşğələ dərsləri aparmışam.
İş sahəsində ən böyük xoşbəxtliyim kafedraya görkəmli patofizioloq, Baqomoles, Sirotinin kimi dünya şöhrətli patofizioloqların məktəbini keçmiş professor Tağı Hacı oğlu Paşayevin rəhbərlik etməsi idi. O, patofiziologiya ilə yanaşı, mükəmməl elm-sənət sahibi kimi formalaşmağımda böyük rol oynayıb. Bizə indi nə qalırğ Haqq dünyasında olan o gözəl insana ehtiramımızı dualarla bildirmək:- cənnətlik olsun! Həyatımın düz 57 ilini bu elm ocağına və bu kafedranın müəlliməsi kimi az qala minlərlə tələbənin yetişməsinə sərf etmişəm. Həyat həm də mübarizlik ruhunun çoxluğundan keçir. Kafedra kollektivnin əksəriyyətinin də müəllimi olmuşam. Onların hər birində, az da olsa, zəhmətim var. Necə deyərlər, uzun illər bütün bilik-bacarıq və vərdişlərimi tələbələrlə paylaşmağa yönəltmişəm.
Mənim rus və Azərbaycan dillərində elmi araşdırmalarım patofiziologiyadan iki məşğələ və dərs vəsaitinin müəlliflər qrupuna daxildir. Eyni zamanda, ayrı-ayrı qəzet və jurnallarda tibbin və cəmiyyətin müxtəlif problemlərinə aid məqalələrlə çıxış etməyi sevdiyim iş sanmışam.
Fəaliyyət göstərdiyim müddətdə mən bir patofizioloq, pedaqoq kimi təkmilləşərək fənnin incəliklərini tələbələrə çatdırmağa və nəzəri-praktiki cəhətdən onlara ötürməyə çalışmışam. Dəyərli təlim-tərbiyə elementləri ilə gələcəyin tibbi kadrlarının hazırlığında əlimdən gələni etmişəm. Bir alim xanım kimi kafedraya işə gələn gənc həkimlərin fənni, eləcə də onu tələbələrə yetərli şəkildə çatdırmaq bacarığı formalaşdırmaq üçün onlara yaxından kömək etməyi özümə bir müəllim borcu sanmışam.
Yeri gəlmişkən onu da bildirim ki, universitetdə çalışdığım uzun bir dövr ərzində kafedrada və təhsil sahəsinin müxtəlif ictimai-mədəni işlərində yaxından iştirak etmişəm. Kafedra tədris hissəsinin, kafedra həmkarlar qrupunun sədri vəzifəsində fəaliyyət göstərməklə yanaşı, hazırda da gücüm yetdikcə bu işlərin öhdəsindən gəlməyə can atıram.
Söhbətin davamı olaraq qeyd edim ki, Minirə xanım, bunlarla yanaşı, bir sıra qruplara kurator olmaqla tələbələrin dərslərə hazırlığını, yataqxanadakı yaşamını, imtahanlara hazırlaşmasını mütəmadi nəzarətdə saxlayıb. Daim gənclərə, gələcəyin həkimlərinə analıq, insanlıq və humanizim diqqəti göstərməyə nail olub. Fakültə səviyyəsində tez-tez mavi işıq gecələri təşkil edərək tələbələri respublikanın görkəmli yazıçı, rəssam, şairləri, bəstəkarları, bir sözlə, tanınmış simaları ilə yaxından tanış etməyə, onların tələbələrə öz tövsiyələrini vermələrinə şərait yaradıb. Minirə xanım fikirlərimə qoşulur: - Yaradıcılıq imkanlarıma gəldikdə isə, mənim 200-dən artıq elmi və publisistik məqalələrim cəmiyyətdə diqqət çəkə bilib. O cümlədən, məqalələr və tədqiqat əsərlərim Rusiya, Gürcüstan, Ukrayna, Türkiyə, Orta Asiya, Finlandiya, Dubay və başqa ölkələrdə keçirilən elmi konfransların materiallarında nəşr olunub. Patofiziologiyadan Azərbaycan və rus dillərində hazırlanmış praktik dərs vəsaitinin müəllif qrupuna daxiləm.
Tibbin müxtəlif sahələrinə aid elmi-kütləvi məqalələrimlə ölkənin ayrı-ayrı qəzetlərində tədqiqat yazıları ilə çıxış etmişəm. Şeirə, ədəbiyyata böyük həvəsimin olmasını atamdan mənə ötürülən genetik xüsusiyyətlərdən biri sanmışam. Hind xalq məsəlində deyilir: «Mən valideynlərimin yaşayan bu günüyəm». Məhz şeir yazmaq xüsusiyyətimi çox sevdiyim atamın yazıçı ruhunun davamı sanıram. Şeiriyyətlə məşğul olmağı özümün hobbim hesab edirəm. Sevinci, kədəri, sevgini, nifrəti poetik şəkildə söyləmək ruhumu açır. Təbiətin və ətraf aləmin gözəlliklərini, müxtəlif məzmunlu kitabları çox sevirəm. Saatlarla günəşin batmasına, gecənin düşməsinə, dənizin dalğasına, yağışın yağmasına, ağacların qızılı rəngə boyanmasına baxıb düşüncələrə dalmaq bir növ yaşadır məni. Fikirlərin qanadında xatirələrimin bəhrə tutduğu obalara, əzizlərimin gəzib-dolaşdığı yerlərə gedib çıxıram.
İki vətənim var - deyən Minirə xanım vurğuladı ki, 1992-ci ildə doğulduğu və uşaqlığının əziz məkanı Makuya səfər edib.
- Düz 40 ildən sonra xatirələrimin isti qucağına getdim. Həyat yoldaşım və nəvəmlə orada qoyub gəldiyim uşaqlığıma qayıdırdım. Yolboyu ürəyimin döyüntülərini qulaqlarımda hiss edirdim. Makuda olarkən öz hiss və həyəcanlarımı sözə çevirdim:
İçimdə bir təlatüm, bir həyəcan var,
Ana torpağa aparır məni yollar.
Keçən uzun illər kino lenti tək
Ötür gözüm önündən səhnə tək.
Gör, altmış ildə nələr olmamış,
Uşaqlıq xatirəsə - olan tək qalmış.
Oradan qayıdanda sanki geridə qalanlarla təzələnərək qayıtmışdım. Öz-özümə deyirdim: - Hər iki vətənimdən ötrü ölümə gedərəm. 57 illik müəllimlik dövrümdə tələbə-gənclərə onlara doğma olanların dəyərini bilmək duyğuları təlqin etmişəm. İtirəndən sonra heyifslənməyin və peşmanlığın nə mənası var - fikrini aşılamışam. Azərbaycan kimi gözəl bir ölkənin vətəndaşı olmaqdan qürur duymalarını təlqinə cəhd etmişəm. Millət varsa, vətən var, vətən varsa, qorumaq da var, - demişəm.
Qiymətini almaq məsələsinə toxunduqda isə Minirə xanım dedi: - Xalqımı, millətimi sevməkdən, ona xidmətimdən qarşılıq gözləməmişəm. Tam şəkildə dəyər Allahdan gələr bəndəsinə. Ancaq doğma təhsil ocağında apardığım fəaliyyətimə görə keçmiş SSRİ-nin «Lenin yubiley medalı», «Bilik» Cəmiyyətinin xətti ilə gördüyüm işlərə görə fəxri fərmanlarla təltif edilmişəm. Müxtəlif səpkili ictimai işlərə görə respublika Həmkarlar Təşkilatının birinci dərəcəli medalı ilə mükafatlandırılmışam. Sağ olsun hörmət və ehtiram göstərənlər. Zəhməti Allah rövnəqləndirir. Qoy işğal altında olan Qarabağın azadlığı hər birimizin daxili bütövlüyünə və mükafatına vəsilə olsun. Tökülən qanlar yerdə qalmasın. Amin!
Nəsil şəcərəsinin bu günündən danışsam, ömür-gün yoldaşım İsfəndiyar Həsənqulu oğlu haqqın rəhmətinə qovuşub. Ailə bütövlüyümüzün iki yadigarı - bir oğlum Səid, qızım Pərvanə toxtaqlıq yerimdir. Onların üç balası arxa-dayağımdır. Səidə, Nigar, Aysel də cəmiyyətimizin gözəl ziyalılarındandır.
Bizə də qalır, Allah qorusun! - duası. İşıqlı zəka, zəngin təcrübə, həyat məktəbinin müəllimi, pedaqoqu, poetik qəlb sahibi Minirə xanıma və onun parlaq ziyalı nəslinin davamçılarına cansağlığı və uğurlar diləyirik. Onların hamısına Cənabi-Haqqdan xoş nəzər-diqqətini əskik etməməsini, özünün lütfkar cazibəsini və ətasını təmənna edirik! Elə bütün xalqımıza və millətimizə də bu dualardan pay düşsün! - söyləyirəm.
Ad gününüz mübarək, Minirə xanım!
Sülhiyyə MUSAQIZI,
yazıçı-jurnalist
DİGƏR XƏBƏRLƏR
Tarix: 10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...
Tarix: 10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi
- məsuliyyətli davransınlar...
Tarix: 08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...
Tarix: 08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək
- XƏBƏRDARLIQ...
Tarix: 07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ:
SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ
Tarix: 07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək
Tarix: 06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...
Tarix: 06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu:
Tarixi irslik və müasir parametrlər...
Tarix: 05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...
Tarix: 03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim
Tarix: 30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...
Tarix: 29.09.2026 / 11:02
Şair-publisist Dəyanət Osmanlının yeni nəşrləri oxuculara təqdim edilib
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...
Tarix: 08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
SON XƏBƏRLƏR
10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi
- Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…
10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...
10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
- FOTO
10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar
- FOTO
10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib
10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi
- FOTO
10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi
10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...
10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib
10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...
10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub
10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi
- məsuliyyətli davransınlar...
10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi
- SƏRƏNCAM
10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib
10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır
- ABŞ administrasiyasına çağırış edildi...
10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi"
- ABŞ Prezidenti
10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı -
terrorçu Hassuna görə
10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi -
Ukrayna şokda…
10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış -
11 sentyabr örnəyi…
09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur...
Hicab yalnız məsciddə və məişətdə uyğundur...
09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı
09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…
09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi
– bu əxlaqsızlıqdır…
09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...
09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi...
"əks halda məhvə gedirsiniz"...
09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb
- Deputat əla dedi...
09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...
09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...
09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb
09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...
09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...
09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...
09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...
09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...
09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...
09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb
- Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...
09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI
09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir
09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub
09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...
09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək
09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər
09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...
09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb
09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib
09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...
09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…
09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək
09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır
09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…
09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...
09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib
- FOTO/YENİLƏNDİ
09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir"
- Prezident
09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"
09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...
09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər"
Prezidentdən xəbərdarlıq...
09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…
09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir"
- Prezident
09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"
09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar
09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib
- FOTO/YENİLƏNDİ
09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub
- FOTO
09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır
- qanun layihəsi Milli Məclisə təqdim olundu...
09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb
09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb
09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"
09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
- YENİLƏNİB
09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...
09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu
– qırıcılar İran dəstəkli üsyançıları bombaladı…
09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır”
- Paşinyan
09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı…
DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...
09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır"
- Prezident
09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"
09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
- Prezident
09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"
09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib -
həm də seçki öncəsi…
09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı
- 133 dollar...
09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib
- FOTO/YENİLƏNdİ
09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib
- FOTO
09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...
Populyar xəbərlər
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.
Tarix: 16.09.2026 / 08:29
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib
- FOTO
Tarix: 20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…
XƏBƏR ARXİVİ