şənbə günü, 21 noyabr 2026
     

Azərbaycançılıq məfkurəsi və tolerantlıq...

Image


2016-cı il Azərbaycanda "Multikulturalizm ili" kimi qeyd edilir. "Multikulturalizm ili" çərçivəsində beynəlxalq və ölkə miqyaslı tədbirlər keçirilib. Bu tədbirlərdə Azərbaycanda mövcud olan tolerantlıq, multikulturalizm barəsində söhbət açılıb. Tədqiqatçılar vurğulayır ki, azərbaycançılıq məfkurəsinin, milli-mənəvi, dini dəyərlərin, tolerantlıq siyasətimizin təbliği və daha da möhkəmləndirilməsi, bu mühitin qorunub saxlanması Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir və xalqımız bunu gündəlik həyatının hər anında hiss etməkdədir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbəri Mübariz Qurbanlı qeyd edir ki, 2014-cü ildə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşavirliyi Xidmətinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun yaradılması, multikulturalizm sahəsində ən optimal model seçilən Azərbaycan nümunəsinin öyrənilməsi məqsədilə Avropa ölkələrində "Azərbaycan multikulturalizmi" fənninin tədrisinə başlanması ölkə başçımızın hər zaman müstəqil, şəffaf və dürüst siyasət tərəfdarı olduğunu bir daha təsdiq edir: "...Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bəzi gənclərimiz dini təhsil almaq məqsədilə xarici ölkələrə üz tutdular ki, bu da bəzən mənfi halların yaranmasına gətirib çıxardı. Belə ki, onların əksəriyyəti geriyə həmin ölkələrin dövlət-din münasibətlərini, özünəməxsus dini dünyagörüşünü, mentalitetini, həyat tərzini də mənimsəyərək qayıtmış, milli-mənəvi dəyərlərimizə, milli kimliyimizə zidd fikirlərin təbliğatçısına çevrilmişlər. Xalqımızın sahib olduğu humanist keyfiyyətlərinə, yaşam tərzinə zidd olan bu cür ənənələr isə cəmiyyətimizdə bir sıra problemlərin yaranmasına rəvac vermişdir. Halbuki, tarixdən də məlumdur, Azərbaycan insanı əsrlər boyu saysız-hesabsız təhdid və çətinliklər qarşısında tab gətirmiş, öz varlığını qoruyub saxlaması məhz onun milli kimlik və birlik məsələsindəki həssaslığı sayəsində mümkün olmuşdur. Milli kimliyimiz zamanla dinimizlə, onun mütərəqqi prinsipləri ilə çulğalaşaraq, qəlibləşmişdir. Sevgi, hörmət və fədakarlıq hisslərinin inkişaf etdirilməsində milli-mənəvi dəyərlərimizin rolu əvəzsizdir. Xüsusilə gənc nəsilləri bu dəyərlərə uyğun, milli ruhda yetişdirmək olduqca əhəmiyyətlidir. Çünki gənclərin dini-əxlaqi dəyərlərdən uzaqlaşması onların adət-ənənələrimizə zidd düşüncələri mənimsəməsinə, zərərli axın və ideologiyaların tələsinə düşməsinə gətirib çıxara bilər ki, bu da cəmiyyətimizin gələcəyi üçün təhdiddir. Bu təhlükənin qarşısının alınması məqsədilə sağlam dini təhsil vermək və savadlı ilahiyyatçı yetişdirmək üçün bazanın formalaşdırılması labüddür. Hazırda bu istiqamətdə fəaliyyət göstərən Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsi və Bakı İslam Universitetində təhsilin səviyyəsinin yüksəldilməsinə, maddi-texniki bazanın gücləndirilməsinə, dini dərslərlə yanaşı, dünyəvi elmlərin də yüksək səviyyədə tədrisinə, əhatəli və dərin məzmunlu dərs vəsaitlərinin hazırlanmasına, tədrisin hər hansı məzhəbçilik deyil, ümumi saf dini prinsiplər əsasında təşkil olunmasına, xurafatçılığa yol verilməməsinə, tələbələrə vətənpərvərlik ruhunun aşılanmasına və s. amillərə xüsusi diqqət yetirilir. Bütün bunlar deməyə əsas verir ki, hazırda Azərbaycanda islamşünaslıq elmi inkişaf dövrünü yaşayır. Bugünlərdə "Dini etiqad azadlığı haqqında" Qanuna xaricdə dini təhsillə bağlı edilmiş dəyişikliklər, bu sahədə dövrün tələblərinə uyğun islahatların aparılması, təhsilin keyfiyyətinin artırılması savadlı milli kadrların hazırlanmasında və dövlət-din münasibətlərinin tənzimlənməsi işində müsbət nəticələr verəcəyinə şübhə yaratmır. Dövlət-din münasibətlərinin tənzimlənməsi, dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktlarına riayət olunmasına nəzarət edilməsi məqsədilə yaradılmış Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də, öz növbəsində, son zamanlar maarifçiliyin keyfiyyətinə diqqəti daha da artıraraq, ölkəmizin bütün regionlarında dini sahə ilə bağlı aktuallıq kəsb edən mövzularda ictimaiyyətlə, dindarlarla silsilə konfranslar, seminar-treninqlər, "dəyirmi masa"lar təşkil etməkdədir. Maarifləndirmə istiqamətində işlər elektron kütləvi informasiya vasitələri, mətbu orqanlar və Dövlət Komitəsi tərəfindən hazırlanan elektron nəşrlər vasitəsilə də həyata keçirilir. Bu məqsədlə müxtəlif ədəbiyyatlar çap olunaraq, dini icmalara paylanır. Çap olunan nəşrlər arasında "Heydər Əliyev siyasəti: Tolerantlıq", "İlham Əliyev: Azərbaycan tolerantlıq örnəyidir", "Tolerantlıq: Bildiklərimiz və bilmədiklərimiz", "İslamda Vətən və dövlət sevgisi" və s. kitablar müasir dövrdə Azərbaycanın dünya ölkələri sırasında öz layiqli yerini tutması, milli-mənəvi dəyərlərimizin qorunması və təbliği, ölkəmizdə tarixən mövcud olan tolerantlıq və multikultural ənənələrinin inkişaf etdirilməsi, o cümlədən Vətənə, dövlətə bağlılıq, dövlət atributlarına ehtiramın gücləndirilməsi baxımından çox önəmlidir. Dövlət Komitəsinin mətbu orqanları - "Dövlət və din" jurnalı, "Cəmiyyət və din" qəzeti, həmçinin İctimai Televiziyada yayımlanan və müəllif proqramımız olan "Din və cəmiyyət" verilişi, "Space TV"dəki "İnam" verilişi əhaliyə sağlam dini bilgilərin verilməsi sahəsində fəaliyyətlərini davam etdirir. Dövlət Komitəsi 2015-ci il ərzində ölkənin bütün regionlarında, o cümlədən şəhər və rayonlarında "Ənənəvi İslam dəyərləri və müasirlik", "Dini radikalizmlə mübarizədə dini icmaların rolu" və s. mövzularda regional konfranslar, seminar-treninqlər, görüşlər keçirmiş, digər dövlət qurumları və dini icmalarla birgə fəaliyyətin uğurlu davamı ilə əlaqədar müzakirələr aparmışdır. Bölgələrin spesifik xüsusiyyətləri nəzərə alınmaqla təşkil olunan bu cür tədbirlərdə fərqli din və məzhəb mənsubları arasında dözümsüzlük, ayrıseçkilik, qarşıdurma, zorakılıq hallarına yol verilməməsi, dini icmaların fəaliyyətində tolerantlığın gücləndirilməsi, cəmiyyətdə radikalizm meyllərinin qarşısının alınması və dini icmaların bu işə cəlb olunması məqsədilə maarifləndirici mövzularda çıxışlar olmuşdur".
Komitə sədri vurğulayır ki, Azərbaycan dövlətinin milli-mənəvi dəyərlərimizin, ümumilikdə dinimizin təbliği istiqamətində atdığı addımlardan biri də ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dövlət başçısı cənab İlham Əliyevin 27 noyabr 2014-cü il tarixli Sərəncamıdır. M.Qurbanlının bildirdiyinə görə, dövlət tərəfindən dini icmalara maliyyə vəsaitinin ayrılması milli dövlətçilik tariximizdə bir ilk idi və bu addımın dini icmaların xarici qüvvələrin təsir dairəsinə düşmək ehtimalının qarşısının alınmasında müsbət rol oynayacağı, onlara dini radikalizm, ekstremizm, məzhəb ayrıseçkiliyi, narkomaniya kimi müasir dövrün bəlalarına qarşı mübarizə istiqamətində geniş təbliğat-təşviqat işləri aparmasına şərait yaradacağı şübhəsizdir: "2014-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Dini Qurumalarla İş üzrə Dövlət Komitəsinə ayrılmış 2.5 milyon manat vəsait hazırda mərhələli şəkildə xüsusi layihələr çərçivəsində dini icmalara paylanır. İndiyədək 68 islam, 19 qeyri-islam dini icmasına maddi vəsait ayrılmışdır. Vəsaitin səmərəli şəkildə sərf edilməsi və işlərin yüksək səviyyədə təşkil olunması üçün Dövlət Komitəsi tərəfindən dini icmalara həm təşkilati, həm də informasiya dəstəyi verilməkdədir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi milli-mənəvi dəyərlərimizin, ölkədəki tolerant mühitin qorunması, dini radikalizmin, ekstremizmin, ayrıseçkiliyin zərərlərinin qarşısının alınması, gənclərdə əxlaqi-mənəvi keyfiyyətlərin yüksəldilməsi, vətənpərvərlik hisslərinin aşılanması, dövlət-din münasibətlərinin tənzimlənməsi kimi mövzularla bağlı maarifləndirmə işinin effektivliyini artırmaq məqsədilə bir sıra dövlət qurumları ilə birgə fəaliyyətə də xüsusi diqqət yetirmişdir. Bu məqsədlə Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Dövlət Sərhəd Xidməti ilə tədbirlər planı və əməkdaşlıq haqqında memorandumlar imzalanmış, icrasına başlanmışdır. Ötən müddət ərzində Dövlət Komitəsi dini icmalarla əlaqələrin səmərəliliyinin artırılması, din xadimlərinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə Qafqaz Müsəlmanları İdarəsi ilə əməkdaşlıq çərçivəsində bir sıra maarifləndirmə tədbirləri təşkil etmişdir. Eyni zamanda, Dövlət Komitəsi Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, digər mərkəzi və yerli icra hakimiyyəti orqanları, vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlıq edir, müxtəlif dini mövzularda birgə tədbirlər təşkil olunur. Keçirilmiş çoxsaylı tədbirlərə misal olaraq, "Dini və milli tolerantlıq - millətlərarası münasibətlərin inkişaf etdirilməsində medianın rolu" mövzusunda beynəlxalq forumu, görmə qabiliyyəti məhdud olan, yaxud görmə qabiliyyətini tamamilə itirmiş insanlar üçün Dövlət Komitəsi tərəfindən Brayl əlifbası ilə çap olunmuş 7 cildlik Qurani-Kərim kitabının təqdimat mərasimini, "Tolerantlıq: milli kimliklə vəhdət", "Qafqazda mədəni-dini irsin qorunması", "Dini radikalizmlə mübarizə: əsas hədəflər" və s. mövzularda elmi-praktiki konfransları göstərmək olar. Geridə qoyduğumuz 2015-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Azərbaycan həqiqətlərinin, tolerantlıq, birgəyaşayış mədəniyyətimizin tanıdılması, təbliğatı istiqamətində ölkə hüdudlarından kənarda aparılan işlərin iştirakçısı və bilavasitə təşkilatçısı olmuşdur. Belə tədbirlərə örnək kimi, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Parisdə Azərbaycanın dini dözümlülük modelinin təbliğinə həsr olunmuş "Azərbaycanda dini tolerantlıq-birgəyaşayış mədəniyyəti" konfransını, DQİDK-nin dəstəyi ilə Brüsseldə "Tolerantlıq və birgəyaşayış modelləri: Yeni Avropa üçün Azərbaycan örnəyi" mövzusunda beynəlxalq simpoziumu, Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində "İslam dini ekstremizm və terrorizmə qarşıdır" mövzusunda beynəlxalq konfransı və onların əhəmiyyətini vurğulamaq olar. Həmin tədbirlərdə Azərbaycanın dünya ictimaiyyətinə sivilizasiyaların və dinlərin qovuşduğu tarixi məkan kimi tanıdılması, dövlətimizin din siyasətinin, xalqımızın tolerant və multikultural dəyərlərinin beynəlxalq miqyasda təbliğ edilməsi, həmçinin ölkəmizin dünyada dinlərarası və mədəniyyətlərarası dialoq prosesini aktiv dəstəkləmək iradəsi avropalı ekspertlər vasitəsilə nümayiş etdirilmişdir. Bununla yanaşı, dünyəvi dövlət olan Azərbaycanda dini konfessiyaların sərbəst fəaliyyət göstərdiyi, dövlətimizin din siyasətinin əksər ölkələr üçün nümunəvi model olduğu geniş şəkildə təbliğ olunmuşdur.
Bütün bunlar deməyə əsas verir ki, ölkəmizdə dövlət-din münasibətləri sağlam təməllər üzərində qurulmuşdur və dini dözümlülük, tolerantlıq mədəniyyətinin inkişaf etdirilməsi, o cümlədən radikalizmin, ekstremizmin qarşısının alınması sahəsində maarifləndirmənin alternativi yoxdur. Çünki məşhur deyimlə ifadə etsək, təhsilsiz insan cilasız aynaya bənzəyir, bu güzgünü cilalamaq, onun vasitəsilə aydın gələcəyə işıq tutacaq yolu göstərmək bilik və maarifləndirmə vasitəsilə mümkündür. Məhz buna görə də "müasir dövrün vəbası" hesab edilən dini radikalizmə, ekstremizmə, tarix boyu dini dəyərlərin təhrifinə yol açan xurafata və cəmiyyəti zülmətə sürükləyən cəhalətə səbəb olan amillərin qarşısını kəsmək, milli-mənəvi dəyərlərimizi, tolerantlıq, multikulturalizm ənənəmizi yaşadan, ailəsinə, Vətəninə faydalı, təhsilli, savadlı nəsil yetişdirmək üçün maarifləndirici tədbirlərin kəmiyyətini, keyfiyyətini və arealını artırmaq bundan sonrakı fəaliyyətimizin əsas istiqamətlərindən olacaq. Dövlət başçısı cənab İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə təşkil olunan iftar mərasimində məsələnin əhəmiyyətinə diqqət çəkərək bildirmişdir: "Milli, dini dəyərlərimiz bizim üçün hər şeydən üstündür. Biz çalışmalıyıq və çalışırıq ki, bizim gənclərimiz də milli ruhda böyüsünlər, tərbiyə alsınlar. Milli ruhda, eyni zamanda multikulturalizm ruhunda. Burada heç bir ziddiyyət yoxdur. Hər bir vətənpərvər insan, öz vətənini, millətini sevən insan böyük hörmətə layiqdir. Eyni zamanda, başqa dinlərə hörmət edən, başqa millətdən olan insanlara hörmətlə yanaşan insan da böyük hörmətə layiqdir. Ona görə bizim gənclərimiz bax bu ruhda tərbiyə olunmalıdır".
Azərbaycandakı multikulturalizm mühitinin başqa ölkələrə çatan əks-sədası dövlətimiz haqqında müsbət imic yaradır. Azərbaycançılığın bir qolu olan multikulturalizm müxtəlif mədəniyyətlərin, dinlərin vahid səsinə çevrilib. Multikulturalizm anlayışı ölkəmizdə yaşayan bütün xalqları azərbaycançılıq ətrafında birləşdirir.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 12:58
Bakıda narkotik həblər satanlar saxlanıldı, aralarında bir vəkil də var - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Azərbaycan-NATO hərbi logistika əməkdaşlığı müzakirə olunub

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib

20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb

20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...

20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı - körpülər vuruldu...

20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi - sonra ondan üzr istəyirəm...

20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...

20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi

20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…

20.11.2026 / 12:21
Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdə iştirak edib

20.11.2026 / 12:14
Uşaqların energetik içkilərə marağı artır – nəzarət gücləndirilə bilər...

20.11.2026 / 12:01
Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edildi

20.11.2026 / 11:50
İspaniya futbolunun dörd nəhəngi İstanbulda üz-üzə gəlir

20.11.2026 / 11:37
Jurnalist müsabiqəsində sosial media aktivliyi də nəzərə alınacaq - YENİ QAYDA...

20.11.2026 / 11:23
Keçmiş təhsil nazirinə yeni vəzifə verildi...

20.11.2026 / 11:09
Dəbilqəsiz elektroskuter sürmək qadağan edilə bilər - Ombudsmandan təklif...

20.11.2026 / 10:54
Bu halda media subyektinə yardım dayandırılacaq...

20.11.2026 / 10:36
Sülhə mane olan sənəd Ermənistanın rəsmi saytlarında açılmır

20.11.2026 / 10:18
Prezident İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb - FOTO/YENİLƏNDİ

20.11.2026 / 10:03
Tramp İrana yeni hücumla bağlı yeni tarix açıqladı – nələrin baş verəcəyini görəcəyik…

20.11.2026 / 09:47
Abşeron-Xızı Təhsil İdarəsinin müdiri yeni vəzifəyə təyin edildi...

20.11.2026 / 09:30
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir

20.11.2026 / 09:20
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub - FOTO/YENİLƏNDİ

20.11.2026 / 08:41
Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət etdi - FOTO

20.11.2026 / 08:21
Ukraynanın NATO-ya üzvlüyü gündəmdə - yalnız ərazi güzəşti qarşılığında…

20.11.2026 / 08:11
Netanyahunun əsas rəqibi hərəkətə keçdi - Ayzenkot ərəb partiyaları ilə koalisiyaya gedir

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ