Bazar ertəsi günü, 23 noyabr 2026
     

Azərbaycan radiosu tarixi - mədəniyyətimizin tərkib hissəsi kimi...

Image


Bəzən qeyri-ixtiyari olaraq keçmiş illərin həsrətini çəkirsən. Bizi keçmişə bağlayan xatirələrin arasında radionun xüsusi yeri var. Sovet dövrünün uşaqları olduğumuzdan, istirahət günlərində, bayramlarda radioya qulaq asmaq üçün vaxtımız daha çox olurdu. Deyərdim ki, elə bir uşaq çətin tapılardı ki, radioda gedən uşaq verilişlərinə, radiotamaşalara diqqət kəsilməsin.
Oradan qulaqlarımıza dolan sehirli səslər pıçıldayırdı o həyəcanlı mətnləri qulaqlarımıza. Azərbaycan radiosu öz ənənəsi olan, böyük məktəb rolunu oynayan bir ocaqdır. Bu ocaq çoxlarımıza doğmadır. Onu da qeyd edim ki, bura həmişə insanların doğma, əziz dostu olub, özü də ehtiyac duyduğu dostu.
Mövzumuz vaxtilə radionun ən çox dinlənən, arzulanan bir janrı - radiotamaşalarla bağlıdır. Bilirik ki, Azərbaycan peşəkar teatrının tarixi böyükdür və bəlli ənənəsi var. "Radioteatr" da onun vacib qollarından biri kimi radioda inkişaf edib, onlarla rejissoru, dramaturqu, aktyoru, bəstəkarı özündə birləşdirib. Çoxlarımız radiotamaşaların təsiri altında böyümüşük və o tamaşalardan düşünməyi, sevməyi öyrənmişik. Milli radiomuzun tarixində radiotamaşaların ayrıca yeri var və onların sırası çox genişdir.
"Radioteatr" ənənəsini öyrənən, bu tarixi tədqiq edən mütəxəssislər bildirir ki, radiotamaşaların əsası görkəmli səhnə xadimi Mustafa Mərdanov tərəfindən qoyulub. Tədqiqatçılar yazır ki, 1931-ci ildə Azərbaycan radiosunda Mustafa Mərdanovun rejissorluq etdiyi "Radioteatr" yaradılıb. Azərbaycan teatr sənətinin radioya uyğunlaşdırılması prosesi aktyorların fəaliyyət imkanlarının genişlənməsinə səbəb olub. Tədqiqatçılar qeyd edir ki, istedadlı səhnə ustalarından Abbas Mirzə Şərifzadənin, Mirzağa Əliyevin, Kazım Ziyanın, Ülvi Rəcəbin, Mərziyə Davudovanın, Fatma Qədrinin, Sidqi Ruhullanın, Mustafa Mərdanovun çıxışları dinləyiciləri valeh edirdi.
Tədqiqatçılar vurğulayır ki, 1931-ci ilin dekabrında H.Cavidin "Şeyx Sənan" pyesi ilk dəfə radioda səsləndirilir. Azərbaycanın və Şərqin tarixində ilk dəfə radiotamaşanı radionun ilk əməkdaşları Q.Qasımov və S.Nəcəfov səsləndirib. Onu da vurğulamaq lazımdır ki, tanınmış aktyorların iştirak etdiyi və 1931-ci ilin dekabrında efirdə səsləndirilən bu radiotamaşada A.M.Şərifzadə, Ü.Rəcəb kimi böyük sənətkarlarla yanaşı, radionun dram qrupunun üzvləri də iştirak edib. Diktorlardan Əsgər Mövsümzadə - Şeyx Abuzər, Səməd Səmədov - Uruz, Həsən Ağayev - Özdəmir, Soltan Nəcəfov isə Dəli Dərviş rolunu oynayıb. Dinləyicilərin böyük marağına səbəb olan tamaşanın ardınca daha sonra A.S.Puşkinin "Boris Qodunov", C.Məmmədquluzadənin "Ölülər", C.Cabbarlının "Aydın", 1905-ci ildə", "Yaşar", "Sevil", V.Şekspirin "Hamlet", M.F.Axundovun "Hacı Qara", Ə.Haqverdiyevin "Dağılan tifaq" pyesləri dinləyicilərə təqdim edilib. Tədqiqatçıların verdiyi bilgiyə görə, ilk radio tamaşaları birbaşa efirə çıxarılıb. Maraqlıdır ki, dinləyicilərlə aktyorlar canlı təmasda olub. 1953-cü ildə istehsalat işində maqnit lentinin tətbiqi radio teatrının inkişafında yeni mərhələ açıb. Tədqiqatçılar qeyd edir ki, bu dövrdə S.Vurğunun "Xanlar", İ.Əfəndiyevin "Bahar suları", Ə.Məmmədxanlının "Şərqin səhəri", İ.Qasımovun "Xəzər üzərində şəfəq" pyesləri montaj edilərək efirdə səsləndirilib. Bunun ardınca C.Cabbarlının "Almaz" və "1905-ci ildə", N.Nərimanovun "Bahadır və Sona", S.Rəhimovun "Mehman", M.Ordubadinin "Qılınc və qələm", N.Qoqolun "Müfəttiş", A.Qriboyedovun "Ağıldan bəla", A.Puşkinin "Yevgeni Onegin", Şillerin "Vilhelm Tell", C.Bayronun "Abidos gəlini" kimi əsərləri Azərbaycan radiosunun repertuarını zənginləşdirdi. Ü.Hacıbəyovun "Arşın mal alan", "O olmasın, bu olsun" musiqili komediyalarının, N.Hikmətin "Kəllə" əsərinin tamaşaya qoyulması da cəmiyyətdə müsbət əks-səda doğurub. Tədqiqatçıların bildirdiyinə görə, 1958-ci ildə isə Mehdi Məmmədov bu tamaşanı radionun tələblərinə uyğunlaşdırıb. Bu da radiotamaşaların həyatında yeni səhifə açıb. Məlumatlara görə, radio tamaşaları yaradan bir sıra rejissor yetişib. Bunlar Əliheydər Ələkbərov, Tofiq Kazımov, Tofiq İsmayılov, Həsən Əbluc, Azərpaşa Nemətov, Rövşən Abdullayev, Nazim Yüzbaşov və başqalarıdır.
Görkəmli jurnalist, teletənqidçi, filologiya elmləri doktoru Qulu Məhərrəmli radio teatrının əhəmiyyətini mətbuata verdiyi açıqlamada qeyd edib: "1930-cu ildə radioda ədəbi-dram verilişləri redaksiyası yaradılır. Bu artıq bədii verilişləri müəyyən sistemə salmağa, o cümlədən efirə verilən kiçik səhnəciklərin sayını daha da artırmağa imkan verir. Azərbaycan Dövlət Dram Teatrının aktyorları ilə yanaşı, radionun özündə yaradılan "Dram" qrupunun üzvləri də bu sahədə püxtələşdilər. Belə bir qrupun fəaliyyətə başlaması həm 30-cu illərdə özünün qızıl dövrünü yaşayan Azərbaycan teatr sənətinin, bənzərsiz səhnə əsərlərinin efir vasitəsilə təbliği, həm də ayrı-ayrı nəsr və dram əsərlərinin səhnələşdirilməsində tarixi rol oynadı.
Azərbaycan radiosunda tezliklə radio tamaşaları yaradan bir sıra rejissor yetişdi: Əliheydər Ələkbərov, Tofiq Kazımov, Tofiq İsmayılov, Həsən Əbluc, Azərpaşa Nemətov, Rövşən Abdullayev, Nazim Yüzbaşov və başqaları. İstedadlı səhnə ustalarından Abbas Mirzə Şərifzadənin, Mirzağa Əliyevin, Kazım Ziyanın, Ülvi Rəcəbin, Mərziyə Davudovanın, Fatma Qədrinin, Sidqi Ruhullanın, Mustafa Mərdanovun çıxışları dinləyiciləri valeh edirdi".
Görkəmli qələm adamı, Azərbaycan radiosunun əfsanəvi simalarından olan İntiqam Mehdizadə məqalələrindən birində televiziya tamaşalarının əhəmiyyətindən yazıb. Daha doğrusu, radioda keçən ömrünün səhifələrinə köçən hadisələri, xatirələri yazıya alıb. Onun qəhrəmanlarından biri də görkəmli səhnə ustadı Sadıq Hüseynov olub. Vaxtilə həmsöhbət olduğu görkəmli aktyordan eşidib qələmə aldıqlarından biz də istifadə etmək istəyirik. İntiqam Mehdizadənin yazısından, Sadıq Hüseynovun söhbəti: "...Gün o gün oldu ki, böyük Füzulimizin yubileyində onun bir çox qəzəllərini oxumaq, "Leyli və Məcnun" poeması əsasında hazırlanmış radiotamaşada Məcnun surətini yaratmaq mənə nəsib oldu. Gənc idim, əruzun sirlərindən o qədər hali deyildim. O zamankı radio rəhbərliyi, rejissorlar meydana atılıb mənə ürək-dirək verdilər, bu şərəfli işə həvəsləndirdilər. Repertuarımda kimlər olmayıb! Mirzə Fətəli Axundov, Mirzə Cəlil, Nəcəf bəy Vəzirov, Səməd Vurğun, Maksim Qorki, Ostrovski, Tvardovski, Şekspir... Bunların əsərlərinin hər birisi mənim üçün böyük bir məktəb olub. Müxtəlif xarakterli keyfiyyətlər, tiplər qalereyası və bütün bunların efir təcəssümü. Radio bir aktyor kimi məni yüksəldib, xalqın gözündə ucaldıb. Mən radionu taleyimin ən mənalı, ən tutarlı, ən xoşbəxt amili hesab edirəm. Radio mənə daha nə verib? Savalan baba! Bəli, uşaq verilişi "Biləyən"dəki Savalan baba. Uşaqların sevimlisi olmaq. Bundan artıq səadət mənim heç yuxuma da girməzdi. Bu ad ilə respublikanı dolaşanda kiçik yaşlıların mənə olan sevgisini görüb, açığı doluxsunurdum. Bu əlbəttə radionun sayəsində idi. Bəzən uşaqlar sual verirdilər ki, baba hey, bundan sonra daha nə etmək, nələri yaratmaq istərdin? Hər yerdə, hər zaman bircə cavabım olurdu: Savalan baba mənim yaradıcılığımın zirvəsidir. Radio isə həm yaradıcılığımın, həm həyatımın ən yüksək şəhadət zirvəsidir".
Görkəmli sənətkar, aktyor Şahmar Ələkbərov da İntiqam müəllimə radiotamaşalarda iştirakından danışıb. Aktyor Şahmar Ələkbərov 1985-ci ildə "Radio mənim taleyimdə" adlı verilişdə İntiqam müəllimə müsahibə verib: "1963-cü ilin yaz ayları idi. 3-cü kursda oxuyurdum. Tələbənin böyük arzularla yaşadığı hamıya məlumdur. Mənim də arzularımın həddi-hüdudu yox idi. Qəribədir ki, kinodan daha çox məni televiziya, radio cəlb edirdi. Xüsusən radio tamaşalarına böyük məmnuniyyətlə qulaq asır, onlardan hədsiz zövq alırdım. Ələsgər Ələkbərovun, Əli Zeynalovun, Həsənağa Salayevin səsləri adamı valeh edirdi. Mən ümumiyyətlə radioya qulaq asmağı xoşlayıram. Onda nə isə izaholunmaz bir sehr var. Efirdə dinlədiyim şeiri, poemanı, hər hansı bir bədii parçanı həmən özümünküləşdirir, onu öz həllimdə görür, öz aləmimdə canlandırıram. Radio hər bir dinləyiciyə diqqətlə qulaq asmaq, özünə intim şərait yaratmaq imkanı verir. Maşında yol gedə-gedə, evdə rahat kresloda əyləşərək, lap uzandığı yerdəcə. Belə şəraitdə dinləyici əsəri daha yaxşı qavraya bilir, aktyorla daha çox yaradıcılıq əlaqəsi yaradır, dolayısı ilə, hətta dinlədiyinin tamaşaçısına çevrilir, ətrafdan heç bir maneə, reaksiya hiss etmədən, qavrama qabiliyyəti, fantaziyası daha da güclənir. Bəlkə də bu mənə belə gəlir, mən belə qulaq asıram, deyə bilmərəm. Ancaq 50-ci illərdə yazılan "Məşədi İbad", "Durna" və bir çox radiotamaşalar indiyə kimi gözümün qabağında canlanır. 60-cı illərdə lentə alınan "Hamlet", "Ölülər", "Dəli yığıncağı" və başqa sənət əsərlərini bəzən mənə elə gəlir ki, görmüşəm. Bəli, məhz görmüşəm. Səsin təsiredici qüvvəsi ilə bu və ya digər əsərin özlüyündə, öz gözünə görünən variantını yaradırsan. Mübaliğəli görünsə də, mən radioya mütaliə kimi insana zövq aşılayan, onun fərdi yaradıcılığını gücləndirən, fantaziyasına qol-qanad verən sənət növü kimi baxıram. Mənim radiodakı ilk çıxışım uğurlu olub. Respublika radiosu efirində böyük bir verilişin aparıcısı olmaq hər bir aktyor üçün fəxrdir. Uzun illər respublika radiosunun seçilən proqramlarından olmuş "Ulduz"un ilk sayını mən oxumuşam. Özü də o zaman respublikamızda tanınıb sevilən Əminə Yusifqızı ilə birgə. Sınaq oxunuşları gedirdi. Bir sıra tanınmış sənətkarla birlikdə həmin sınaq oxunuşuna məni də dəvət etmişdilər. Mənim üzərimdə dayanası oldular. Əlbəttə, redaksiya əməkdaşlarının bu işdə "təqsiri" çox oldu. Rejissorun bütün şübhələrini bir dəqiqədə alt-üst elədilər, çoxdankı arzularımın həyata keçməsinə yol açdılar. Digəl, burada bir əngəl ortaya çıxdı. Məsələ burasındaydı ki, verilişin mətnini yaxşı oxusam da, başlığın öhdəsindən gələ bilmirdim. Lenti nə qədər geri fırladırdılarsa, başlığı (radio dilində şapkanı) yaxşı oxumur, bir növ "xoruz" buraxırdım. Nəhayət ki, rejissorun, operator və redaktorların ciddi-cəhdi ilə ilk baxışda sadə görünən, əslindəsə professional radio işçisi üçün qəbuledilməz olan o çətin vəziyyətdən məni çıxara bildilər. Ancaq boynuma alıram ki, mən o başlığı yetərincə oxuya bilmədim ki, bilmədim. Bu da radionun unikal özəlliklərindən biridir. O vaxtdan illər keçib. Hər dəfə çıxış üçün radioya dəvət olunanda böyük məmnunluqla razılıq verir və hələ o zaman öhdəsindən gələ bilmədiyim o qüsurumu xatırlayaraq mənə tapşırılan mətnin oxunuşuna böyük gərginlik sərf edir, hədsiz məsuliyyətlə yanaşıram".
Qeyd edək ki, Abbasov Əşrəf və Cahangir Məmmədovun "Həyətim mənim həyatım mənim", B.Adıgözəlov və Ə.Kürçaylının "Boşanaq evlənərik", Mirzə Fətəli Axundovun "Molla Xəlil İbrahim Kimyagər", Əzizə Cəfərzadənin "Bəla" povesti əsasında radiotamaşalar o dövrki tamaşaçıları valeh edirdi.
Əzizə Cəfərzadənin "Cəlaliyyə", "Gülüstandan öncə" tarixi povesti əsasında səsləndirilən radiotamaşa, Süleyman Ələsgərovun "Hardasan ay subaylıq", S.Ələsgərov və Ş. Qurbanovun "Özümüz bilərik", M.Hüseynin "Alov" əsəri dinləyicilərin diqqətini cəlb edirdi. Bu tamaşada Mehdi Məmmədov, İsmayıl Osmanlı, Leyla Bədirbəyli, Əlağa Ağayev iştirak edib. Rejissor Mehdi Məmmədovdur. Ş.Qurbanov və S. Ələsgərovun "Olmadı elə, oldu belə", A.Məşədibəyovun "Toy kimindir", M.Paşayevin "Dirilən adam" radiotamaşası maraqla dinlənirdi. Tamaşada Lütfi Məmmədbəyov, Həsənağa Salayev, Ətayə Əliyeva iştirak edir və rejissoru Rauf Kazımovski olub. Natiq Rəsulzadənin "Tramvay" hekayəsi, Şekspirin "Qış nağılı", İsmayıl Şıxlının "Dəli Kür", Bəxtiyar Vahabzadənin "Təyyarə kimi" və başqa radiotamaşalar yaddaqalan olub. Onu da bildirmək lazımdır ki, bu radiotamaşaların böyük əksəriyyəti radionun "Qızıl fond"unda qorunub saxlanır.
Azərbaycan radiosu tarixində radiotamaşaların əhəmiyyəti böyükdür, bu, aktyorların yetişməsində, ədəbi dəyərlərin qorunmasında, təbliğində böyük rol oynayıb. Bu gün də Azərbaycan radiosunun sadiq dinləyiciləri var və onlar müasir yazarların da əsərləri əsasında radiotamaşaların olmasına ehtiyac duyur.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

23.11.2026 / 14:57
Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident Əliyevə təşəkkür etdi

23.11.2026 / 14:52
Ukrayna ilə saziş naminə Putin yeni şərt irəli sürdü - Avropa liderləri getsin...

23.11.2026 / 14:17
Bəzi hərbi qulluqçuların leytenantlıq müddəti artırılır

23.11.2026 / 14:12
Prezident ətraf mühitin mühafizəsi ilə bağlı qanunlara edilən dəyişiklikləri təsdiqlədi

23.11.2026 / 14:10
TRIPP layihəsinin icrasına start verildi – Naxçıvanla quru bağlantısı reallaşır...

23.11.2026 / 13:53
Ukrayna-Rusiya savaşı Aralıq dənizinə də sıçradı – iki rus gəmisi və helikopteri dənizdə batırıldı...

23.11.2026 / 13:35
Ukraynadan Rusiyanın neft sənayesinə ağır zərbə – Vahid Ələkbərovun şirkətində yanğınlar başladı...

23.11.2026 / 13:18
Ermənistanın yeni Konstitusiya layihəsində kilsəsi ilə bağlı dəyişiklik edildi...

23.11.2026 / 13:03
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Antonio Tayanini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

23.11.2026 / 12:48
Rusiya ilə Hollandiya arasında gərginlik pik həddə – Moskva Haaqaya müharibə mesajı verdi...

23.11.2026 / 12:39
Azərbaycan-İtaliya biznes-forumu çərçivəsində bir sıra sənədlər imzalandı

23.11.2026 / 12:24
Türkiyədən Paşinyana çağırış – sülh istəyirsinizsə, Metsamor AES-i bağlayın...

23.11.2026 / 12:10
Prezident İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul etdi FOTO

23.11.2026 / 12:09
Paşinyan “topu” erməni xalqına atdı...

23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb – SİYAHI

23.11.2026 / 11:43
Ukraynanın gələcəyi ilə bağlı sensasiyalı iddia – Putin NATO modelinə razılaşdı, Donbası tələb edir...

23.11.2026 / 11:27
Çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edildi

23.11.2026 / 11:12
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan etdi

23.11.2026 / 11:07
Astarada saxlanan şəxslərdən 10 kq-dan artıq narkotik aşkarlandı

23.11.2026 / 10:43
Ukrayna Tatarıstandakı neft anbarlarını yenidən vurdu...

23.11.2026 / 10:34
Azərbaycanda ən yüksəkgərginlikli yeni enerji dəhlizi yaradılır

23.11.2026 / 10:29
Ermənistanın yeni Konstitusiya layihəsi açıqlandı – Azərbaycanla sülhə mane olan müddəa çıxarıldı...

23.11.2026 / 10:21
Bakıda Azərbaycan-İtaliya biznes-forumu keçirilir

23.11.2026 / 10:10
Asif Əsgərov “Şöhrət” ordeni ilə təltif edildi

23.11.2026 / 09:52
Hörmüz boğazında təhlükəli eskalasiya – İranın gəmilərə hücumları rekord həddə çatdı...

23.11.2026 / 09:39
Trampdan demokratlara sərt ittiham – onların qələbəsi İran daha da aqressivləşdirdi...

23.11.2026 / 09:24
Şəhərdə təmizliyi pozanları bu qədər cərimə gözləyir...

23.11.2026 / 09:02
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

23.11.2026 / 08:46
Lavrov Almaniya müdafiə naziri və britaniyalı siyasətçini “qeyri-adekvat” adlandırdı

23.11.2026 / 08:40
COP31 danışıqları iflasa uğradı - qalıq yanacaqlarla bağlı mübahisə səbəbindən…

22.11.2026 / 23:18
Tramp İrana yeni ilədək vaxt verdi - hücumları bərpa edəcəyik...

22.11.2026 / 22:46
Pezeşkian həyəcan təbili çaldı – vəziyyətimiz yaxşı deyil... İranda qışda elektrik böhranı yaşana bilər...

22.11.2026 / 22:23
Aralıq dənizində Rusiya gəmisi vuruldu – hücumun arxasında Ukraynanın dayandığı iddia olunur...

22.11.2026 / 21:43
BMT-nin iqlim sammitində qalıq yanacaqlar maneəyə çevrildi - Yekun sənəd imzalanmadı...

22.11.2026 / 20:30
ABŞ Milli Kəşfiyyatının rəhbəri il ərzində ölkədə kiberinsidentlərin sayını açıqlayıb

22.11.2026 / 20:12
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib - FOTO

22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb

22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək

22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi

22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”

22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”

22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"

22.11.2026 / 12:55
Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik etdi

22.11.2026 / 12:14
Cənubi Koreyanın təhsil naziri bu səbəbdən istefa verib

22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir - “Üçüncü eşelon” kim(lər)dir?

22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ