Bazar ertəsi günü, 23 noyabr 2026
     

Müasir Azərbaycan elmi inkişaf yolunda...

Image


Çağdaş Azərbaycan elmi yeni inkişaf mərhələsinə qədəm qoyub və bu sahədə bir sıra nailiyyətlərə imza atılıb. Əlbəttə, 15-20 il əvvəl Azərbaycan elmində durğunluq müşahidə edilirdi, elm müəssisələrinin maddi-texniki bazası olduqca zəif idi və mütəxəssislərin işləməsində ciddi əngəllər vardı. Bununla yanaşı, elm müəssisələrindəki vəziyyət elmi ictimaiyyəti, elm yolunun yolçusu olmaq istəyən gəncləri əndişəyə salırdı.
Lakin elm sahəsində durğunluq uzun sürmədi və dövlət elm sahəsinə xüsusi diqqət, qayğı göstərməyə başladı və ətalət, durğunluq inkişafla əvəzləndi.
Məlum olduğu kimi, "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"nın və "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamının böyük əhəmiyyəti var. Bəllidir ki, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında" 2008-ci il 10 aprel tarixli, 2756 nömrəli Sərəncamı da dəyərlidir.
Azərbaycan təhsilinin işıqlı gələcəyi haqqında düşünən və bu sahənin tərəqqisi üçün böyük işlər görən Heydər Əliyev deyirdi: "İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, onlarda uğurun əsas səbəbi neft-qaz deyil, bilikdir, savaddır, müasirlikdir. Bizdə isə həm bu olmalıdır, həm də təbii ehtiyatlar da var. Bu amillərin sintezi Azərbaycanı çox qabaqcıl, müasir ölkəyə çevirəcəkdir".
Məlumdur ki, elmin inkişafı Azərbaycanda dövlət siyasətinin prioritetlərindən biridir. Çünki hər bir dövlətin sosial-iqtisadi qüdrəti, rolu, ictimai rifahı dünya elminə bəxş etdiyi, zəngin intellektual və çoxşaxəli potensiala malik elmi ilə birbaşa əlaqəlidir. Azərbaycanın dünya nizamında tutduğu yer, zəngin resurslara malik bir dövlət kimi tanınması, dinamik inkişaf yoluna qədəm qoyması, regionun liderinə çevrilməsi mükəmməl elmi-təşkilati strukturun formalaşmasını zəruri edir. Müasir dövrdə ölkələrin inkişafı təkcə iqtisadi göstəricilərlə, təbii sərvətlərlə, əhalinin həyat səviyyəsi ilə deyil, elmin inkişaf səviyyəsi, elmi potensialın olması ilə şərtlənir. Bu prinsip isə ilk növbədə dövlətin elm strategiyasının necə təşkil olunmasından asılıdır. Məlum olduğu kimi, Azərbaycan elmi zəngin tarixi irsə malikdir. Varislik ənənələrinə malik bu elm Fərman Salman, Lütfi Zadə, Məsud Əfəndiyev, Natiq Atakişiyev, Tofiq Məlikov, Sabir Hüseynzadə, Qaraxan Mirzəyev, Çingiz Hüseynov, Qərib Mürşüdov, Xoşbəxt Yusifzadə və onlarla dünyaca məşhur, dünya elmi potensialının inkişafına töhfələr vermiş alimlər yetişdirib. Tədqiqatçılar qeyd edir ki, Azərbaycan dövləti elmin inkişafına hər cür yardım göstərir. Azərbaycan elminin dünya elminə inteqrasiyası haqqında yazan tədqiqatçılar bildirir ki, bura beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi, yüksək səviyyəli elmi kadrların hazırlanması, elmi tədqiqat müəssisələrinin maddi-texniki bazasının müasir tələblərə uyğun qurulması, elmi strukturun dövlət strategiyasının bütün sahələrində inkişafı, elmi-intellektual resursların inkişafı, elmi infrastrukturun müasirləşməsi, intellektual iqtisadiyyata keçidin reallaşması və s. daxildir.
Mütəxəssislər vurğulayır ki, Azərbaycan dövlətinin elm siyasəti iqtisadiyyatın neft sektorundan asılılığına son qoyulması, əldə olunan vəsaitlərin elmi-intellektual bazanın gücləndirilməsinə, insan kapitalının formalaşmasına xidmət edir. Mütəxəssislər yazır ki, Prezident İlham Əliyev əvəzsiz təbii sərvətimiz olan neftin ixracından qazanılan böyük vəsaitlərin, ilk növbədə, insan faktorunun inkişafına yönəldilməsini, elmi-texniki tərəqqinin son nailiyyətlərinin tətbiqi yolu ilə dayanıqlı milli inkişafın təmin edilməsini zəruri sayır. Azərbaycan elmi son dövrlər dinamik inkişaf yolunu seçmiş və bu yolda uğurla irəliləyir. Alimlərimiz yalnız ölkə daxilində deyil, xaricdə də Azərbaycan elmini layiqincə təmsil edir, elmi nailiyyətlərimizi isbat edirlər. Azərbaycan alimlərinin elmi nəşrlərinin dünyanın məşhur jurnallarında dərci artmaqdadır. Portuqaliyanın paytaxtı Lissabon şəhərində keçirilən elmi konfransda Azərbaycanın 6 alimlə təmsil olunmasını elm strategiyamızın dünyada doğru qəbulu kimi dəyərləndirmək olar. Çünki bəzi qabaqcıl dövlətlər belə konfransda bu sayda təmsil olunmayıb.
Azərbaycan elminin inkişafında AMEA da mühüm rol oynamaqdadır. Dövlətin elm strategiyasının bütün əsaslarını özündə əks etdirən AMEA-nın yeni rəhbəri olaraq dünya şöhrətli alimimizin təyin edilməsi Azərbaycan elminin gələcəkdə də parlaq inkişafından xəbər verir. Xüsusilə qarşıya qoyulmuş məqsəd, struktur dəyişikliklərinin həyata keçirilməsinə hazırlıq, prioritetlərin dəqiqləşdirilməsi, tədbirlər planının müəyyənləşməsi AMEA-nın Azərbaycan elminə töhfələrini davam etdirəcəyini göstərir.
Tədqiqatçılar qeyd edir ki, elmin uğurlu inkişafının təmininə səbəb olan amillər çoxdur. Uzun illərin təcrübəsi göstərir ki, elm və təhsil hər bir dövlətin davamlı sosial-iqtisadi və mədəni yüksəlişində mühüm rol oynayır. Təsadüfi deyil ki, yeni dövrün tələblərinə cavab verən fəal maarifçilik kursunun həyata keçirilməsi, mütərəqqi yeniliklərin tətbiq olunması yolu ilə milli təhsil sisteminin müasirləşdirilməsi, bir ictimai-iqtisadi formasiyadan digərinə keçid mərhələsində bu sahədə özünü göstərən obyektiv problemlərin aradan qaldırılması son 16 ildə Azərbaycanda reallaşdırılan dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilib.
Bakı Dövlət Universitetinin elmi işlər üzrə prorektoru, professor İsmayıl Əliyev yazılarından birində qeyd edir ki, Azərbaycan elminin, təhsilinin, ümumilikdə milli mədəniyyətimizin inkişafına dövlət böyük dəstək göstərib. BDU-nun professoru bildirir ki, elmin irəli getməsində Azərbaycan Respublikasının sabiq Prezidenti mərhum Heydər Əliyevin rolu böyükdür: "Elmin, təhsilin inkişafı, milli-mənəvi dəyərlərə həssas münasibət müstəqil Azərbaycan Respublikasına rəhbərliyi dövründə də ulu öndər Heydər Əliyevin fəaliyyətinin əsas leytmotivini təşkil edib. Dövlət müstəqilliyinin ilk illərində ölkə rəhbərliyinin səriştəsizliyi nəticəsində tənəzzülə uğrayan bu sahələr məhz Heydər Əliyevin xalqın israrlı tələbi ilə hakimiyyətə qayıdışından sonra inkişaf etməyə başlayıb. 1993-cü ilin iyununda Bakıya qayıdan ümummilli lider Heydər Əliyev ictimaiyyət nümayəndələri ilə ilk görüş yeri kimi Elmlər Akademiyasını seçməklə intellektual potensialın daşıyıcıları olan ziyalıların cəmiyyətdəki roluna böyük önəm verdiyini bir daha təsdiq edib. 1994-cü ildə BDU-nun 75 illik, 1999-cu ildə 80 illik yubileylərinin respublika miqyasında qeyd olunması da ulu öndərin milli inkişaf prosesində nüfuzlu elm və təhsil müəssisələrinin roluna necə böyük qiymət verdiyini bir daha göstərir. Ümummilli lider Heydər Əliyevin "Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyasının yaradılması haqqında" 30 mart 1998-ci ildə imzaladığı Sərəncam, həmçinin 15 iyun 1999-cu il tarixdə təsdiqlədiyi "Azərbaycan Respublikasının təhsil sahəsində islahat proqramı" təhsil islahatlarının uğurla həyata keçirilməsi, Azərbaycanda təhsil standartlarının yeni dövrün tələblərinə uyğunlaşdırılması prosesinə böyük təkan verib. Bu sənədlərdə müəyyənləşdirilən vəzifələrə uyğun olaraq milli təhsilimizin məzmunca təkmilləşdirilməsi, müasir dünya təcrübəsi və milli ənənələr əsasında inkişafı təmin edilmiş, azərbaycançılıq ideologiyasını özündə əks etdirən tədris proqramları, çoxsaylı dərsliklər hazırlanmış, ayrı-ayrı təhsil sahələri və fənlər üzrə yeni standartlar tətbiq edilib.
Ümummilli liderin "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" 13 iyun 2003-cü il tarixli Fərmanı, habelə "Azərbaycan Respublikası ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında" 4 oktyabr 2002-ci il tarixli Sərəncamı və digər sənədlər təhsil sisteminin müasirləşdirilməsi baxımından böyük əhəmiyyətə malikdir. Bu illər ərzində ömrünü gənc nəslin maariflənməsinə həsr edən professor-müəllimlərin, elm sahəsində çalışan insanların sosial problemləri də diqqətdən kənarda qalmamış, onların məvacibləri ardıcıl olaraq artırılmış, elmi-pedaqoji kontingent dövlət qayğısı ilə əhatə olunmuş, şərəfli ictimai status sayılan alim-müəllim adının cəmiyyətdəki nüfuzu yenidən bərpa edilib.
Azərbaycan xalqının nicat yerinə çevrilmiş Heydər Əliyevin siyasi kursu bu gün də inamla davam etdirilir. Dövlət başçısı cənab İlham Əliyev milli intibaha və yüksəlişə hesablanmış fəal maarifçilik missiyası həyata keçirir. Ölkə başçısının rəhbərliyi altında son 6 ildə həyata keçirilən ardıcıl tədbirlər təkcə sosial-iqtisadi inkişafa deyil, həm də elmi-intellektual tərəqqiyə, təhsildə dövrün tələbi ilə uzlaşan elm və təhsil islahatlarının həyata keçirilməsinə, insan kapitalının möhkəmləndirilməsinə, elm tutumlu texnologiyaların inkişafına yönəlib. Cənab İlham Əliyev Azərbaycan xalqının gələcəyinin məhz elm və təhsillə bağlı olduğunu çıxışlarında hər zaman bildirməklə yanaşı, fəal milli maarifçilik xətti yeridir. Respublikamız inkişafını, sadəcə, təbii sərvətlərin gətirdiyi dividendlərə bağlamır və mövcud resurslarını sırf insan faktorunun prioritetə çevrilməsi istiqamətinə yönəldir. Ölkə iqtisadiyyatının yüksək inkişaf tempi, ictimai-siyasi sabitliyin davamlı xarakter daşıması, təhsilin və elmin dünya standartları səviyyəsinə qalxması üçün daha çevik islahatlar aparmağa imkan yaradır. Eyni zamanda, cəmiyyət həyatındakı sürətli dəyişikliklər milli təhsil konsepsiyasının daim müasirləşdirilməsini, iri dövlətlərin maarifçilik ənənələrinin mənimsənilməsini, eləcə də mənəvi-intellektual intibaha xidmət edən siyasətin yeni əsaslarla davam etdirilməsini vacib məsələ kimi gündəmə gətirir".
Professor vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin milli təhsil sisteminin inkişafı və problemlərinin həlli istiqamətində son illər həyata keçirdiyi davamlı siyasətin qayəsində də məhz bu ali məqsəd dayanıb.
Dünyaya nəzər saldıqda XX əsrin ortalarından başlayaraq aparıcı dövlətlərin ən mühüm prioritetləri içərisində insan kapitalının yaradılmasının xüsusi yer tutduğunu görərik.
Azərbaycan təhsilinə dövlət qayğısının miqyası çox genişdir. Odur ki, onu bir-iki yazıda ifadə etmək çətindir. Fikrimizcə, Azərbaycan elmi bundan sonra da böyük nailiyyətlər əldə edəcək.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

23.11.2026 / 15:40
Pekindəki "üçlü görüş formatı" heç vaxt təkrar olunmayacaq - Putin eyham vurdu

23.11.2026 / 14:57
Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident Əliyevə təşəkkür etdi

23.11.2026 / 14:52
Ukrayna ilə saziş naminə Putin yeni şərt irəli sürdü - Avropa liderləri getsin...

23.11.2026 / 14:17
Bəzi hərbi qulluqçuların leytenantlıq müddəti artırılır

23.11.2026 / 14:12
Prezident ətraf mühitin mühafizəsi ilə bağlı qanunlara edilən dəyişiklikləri təsdiqlədi

23.11.2026 / 14:10
TRIPP layihəsinin icrasına start verildi – Naxçıvanla quru bağlantısı reallaşır...

23.11.2026 / 13:53
Ukrayna-Rusiya savaşı Aralıq dənizinə də sıçradı – iki rus gəmisi və helikopteri dənizdə batırıldı...

23.11.2026 / 13:35
Ukraynadan Rusiyanın neft sənayesinə ağır zərbə – Vahid Ələkbərovun şirkətində yanğınlar başladı...

23.11.2026 / 13:18
Ermənistanın yeni Konstitusiya layihəsində kilsəsi ilə bağlı dəyişiklik edildi...

23.11.2026 / 13:03
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Antonio Tayanini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

23.11.2026 / 12:48
Rusiya ilə Hollandiya arasında gərginlik pik həddə – Moskva Haaqaya müharibə mesajı verdi...

23.11.2026 / 12:39
Azərbaycan-İtaliya biznes-forumu çərçivəsində bir sıra sənədlər imzalandı

23.11.2026 / 12:24
Türkiyədən Paşinyana çağırış – sülh istəyirsinizsə, Metsamor AES-i bağlayın...

23.11.2026 / 12:10
Prezident İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul etdi FOTO

23.11.2026 / 12:09
Paşinyan “topu” erməni xalqına atdı...

23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb – SİYAHI

23.11.2026 / 11:43
Ukraynanın gələcəyi ilə bağlı sensasiyalı iddia – Putin NATO modelinə razılaşdı, Donbası tələb edir...

23.11.2026 / 11:27
Çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edildi

23.11.2026 / 11:12
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan etdi

23.11.2026 / 11:07
Astarada saxlanan şəxslərdən 10 kq-dan artıq narkotik aşkarlandı

23.11.2026 / 10:43
Ukrayna Tatarıstandakı neft anbarlarını yenidən vurdu...

23.11.2026 / 10:34
Azərbaycanda ən yüksəkgərginlikli yeni enerji dəhlizi yaradılır

23.11.2026 / 10:29
Ermənistanın yeni Konstitusiya layihəsi açıqlandı – Azərbaycanla sülhə mane olan müddəa çıxarıldı...

23.11.2026 / 10:21
Bakıda Azərbaycan-İtaliya biznes-forumu keçirilir

23.11.2026 / 10:10
Asif Əsgərov “Şöhrət” ordeni ilə təltif edildi

23.11.2026 / 09:52
Hörmüz boğazında təhlükəli eskalasiya – İranın gəmilərə hücumları rekord həddə çatdı...

23.11.2026 / 09:39
Trampdan demokratlara sərt ittiham – onların qələbəsi İran daha da aqressivləşdirdi...

23.11.2026 / 09:24
Şəhərdə təmizliyi pozanları bu qədər cərimə gözləyir...

23.11.2026 / 09:02
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

23.11.2026 / 08:46
Lavrov Almaniya müdafiə naziri və britaniyalı siyasətçini “qeyri-adekvat” adlandırdı

23.11.2026 / 08:40
COP31 danışıqları iflasa uğradı - qalıq yanacaqlarla bağlı mübahisə səbəbindən…

22.11.2026 / 23:18
Tramp İrana yeni ilədək vaxt verdi - hücumları bərpa edəcəyik...

22.11.2026 / 22:46
Pezeşkian həyəcan təbili çaldı – vəziyyətimiz yaxşı deyil... İranda qışda elektrik böhranı yaşana bilər...

22.11.2026 / 22:23
Aralıq dənizində Rusiya gəmisi vuruldu – hücumun arxasında Ukraynanın dayandığı iddia olunur...

22.11.2026 / 21:43
BMT-nin iqlim sammitində qalıq yanacaqlar maneəyə çevrildi - Yekun sənəd imzalanmadı...

22.11.2026 / 20:30
ABŞ Milli Kəşfiyyatının rəhbəri il ərzində ölkədə kiberinsidentlərin sayını açıqlayıb

22.11.2026 / 20:12
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib - FOTO

22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb

22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək

22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi

22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”

22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”

22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"

22.11.2026 / 12:55
Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik etdi

22.11.2026 / 12:14
Cənubi Koreyanın təhsil naziri bu səbəbdən istefa verib

22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir - “Üçüncü eşelon” kim(lər)dir?

22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ