çərşənbə günü, 25 noyabr 2026
     

Akademik Yusif Məmmədəliyevin elmi irsinə Heydər Əliyev böyük dəyər vermişdi...

Image



Azərbaycan elminin inkişaf tarixinə nəzər salsaq görərik ki, burada ayrı-ayrı alimlərin, elm xadimlərinin, görkəmli şəxsiyyətlərin rolu əvəzsiz olub. Sözsüz ki, Azərbaycan elminin tarixi çox qədimdir, müxtəlif dövrlərdə yaşayan üləmalar, mütəfəkkirlər milli elm evimizi kərpic-kərpic hörüb. Burada kimlərin əməyi olmayıb ki? Tarixdə adı qalan, izi qalan yüzlərlə alimin, elm fədaisinin adlarını qeyd edə bilərik. Barəsində söhbət açacağımız bir elm xadimi var-Yusif Məmmədəliyev. Bu imza bizə çox şey deyir, çox informasiya verir.
Y.Məmmədəliyev Azərbaycan elminin möhtəşəm, sarsılmaz sütunlarından biridir. Bildiyimiz kimi, bu il akademik Y.Məmmədəliyevin 110 illik yubileyidir. Azərbaycan dövləti böyük alimin irsinə hər zaman böyük dəyər verib. Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti binasının həyətində Yusif Məmmədəliyevin heykəli ucaldılıb. Akademikin heykəli 16 sentyabr 1998-ci ildə qoyulub. Heykəltəraş A.Əsgərovun, arxitektor E.Əsədovun, rəssam Ç.Fərzəliyevin əməyinin məhsulu olan bu heykəl Azərbaycan Respublikasının sabiq Prezidenti mərhum Heydər Əliyevin göstərişi ilə ərsəyə gəlib və bu, Y.Məmmədəliyevə qoyulan ilk heykəldir.
Azərbaycanın şərəfli oğlunun heykəli xalqın, xüsusən də gənc nəslin, elm adamlarının, sadə vətəndaşların ziyarət yeridir.
Onu da bildirək ki, akademik Y.Məmmədəliyevin 90 illik yubileyinin keçirilməsi üçün Heydər Əliyev Sərəncam imzalamışdı və o dövrkü Respublika Sarayında-indiki Heydər Əliyev Sarayında 10 sentyabr 1996-cı il tarixində həmin yubiley tədbiri təntənə ilə qeyd edilib. Akademik Y.Məmmədəliyevin 90 illik yubiley gecəsində Heydər Əliyev də iştirak edirdi. O, böyük alimin həyatı, fəaliyyəti, elmimizə verdiyi töhfələr, onun dünya elmindəki yeri barədə olduqca məzmunlu çıxış edib: "...Y.Məmmədəliyevin 90 illik yubileyinin respublikamızda geniş miqyasda keçirilməsi, yubileyə həsr olunmuş bu təntənəli mərasim xalqımızın öz tarixində olan hörmətli, Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərinə verilən qiyməti göstərir, xalqımızın, millətimizin Azərbaycan elminə hörmətini göstərir.
Y.Məmmədəliyev 1905-ci ildə Azərbaycanın gözəl guşələrindən biri Ordubad şəhərində anadan olub, öz fitri istedadı, fədakarlığı, vətənpərvərliyi ilə qısa bir müddətdə dünyada, xalqımızın arasında, respublikamızda görkəmli yer tutub və tarixi şəxsiyyətlərdən birinə çevrilmişdir. Xalqımız Y.Məmmədəliyev kimi şəxsiyyətlərlə tanınır və fəxr edir. Çünki belə insanlar, şəxsiyyətlər Azərbaycan xalqının zəkasını, elmini, mədəniyyətini, daxili mənəviyyatını dünyaya nümayiş etdirir. Elə bunun özü Y.Məmmədəliyev kimi şəxsiyyətlərin də xalq qarşısında olan böyük xidmətidir.
Y.Məmmədəliyev xalqımızın tarixinə böyük alim, maarifçi, təşkilatçı, görkəmli ictimai-siyasi xadim kimi daxil olub. O öz elmi fəaliyyəti, elmi əsərləri, ixtiraları ilə Azərbaycan elminin inkişafına böyük təkan verib və dünya elminə, xüsusən dünya neft kimyası elminə görkəmli töhfələr veribdir. Yusif Məmmədəliyevin elmi fəaliyyəti, alimliyi həm geniş nəzəri xarakter, eyni zamanda çox əməli, tətbiqi xarakter daşıyır. Hər bir alim qiymətlidir. Hər bir alimin yaratdığı elmi əsərlər özünəməxsus qiymət alır. Ancaq nəzəriyyəni təcrübə ilə birləşdirən, nəzəri fikirlərini tətbiq edə bilən və onlardan əməli nəticə götürə bilən, cəmiyyətə, ölkəyə, xalqa konkret fayda gətirən insanlar alimlərin sırasında xüsusi yer tutur. Y.Məmmədəliyev məhz belə alim olmuşdur.
Onun elmi axtarışları böyük ixtiralara, yeni elmi konsepsiyaların, əsərlərin yaranmasına gətirib çıxarmışdır. Y.Məmmədəliyev ixtiraları, elmi tapıntıları, fikirləri Azərbaycanın neft kimyası sənayesində böyük inqilab yaratmışdır. O təkcə Azərbaycanın yox, Sovetlər İttifaqı adlanan böyük ölkənin neft kimyası sənayesində böyük inqilab yaratmış, hadisəyə çevrilmiş və bütün bunlar da neftdən yeni yüksək keyfiyyətli məhsulların istehsal olunub ölkənin istifadəsinə verilməsi kimi əməli nəticəyə gətirib çıxarmışdır. Y.Məmmədəliyevin alimliyinin, elmi xidmətinin, elmə verdiyi faydanın mənası bundan ibarətdir.
Azərbaycan neft diyarıdır. Bizim alimlərimiz neft sahəsində - neft yataqlarının axtarılması, tapılması, kəşf olunması, neftin hasilatı və xüsusən neftdən, onun emalından məhsullar alınması sahəsində daim işləmişlər. Hesab edirəm ki, bu, sənayenin ən əsas hissəsidir. Çünki yerin altında olan neft təbiətin yaratdığı sərvətdir. Amma neftdən alınan cürbəcür məhsullar, şübhəsiz ki, insanların elmi ixtiralarının, istedadının nəticəsidir. Yusif Məmmədəliyevin nəinki Azərbaycanda, keçmiş Sovetlər İttifaqında, böyük bir ölkədə bu sahədə - neft kimyası sənayesində gördüyü işlər böyük fayda vermişdir, yenə də deyirəm, yüksək qiymət almışdır.
Xüsusən İkinci Dünya, Böyük Vətən Müharibəsi zamanı, faşizmlə ölüm-dirim mübarizəsi zamanı Azərbaycan neftinin nə qədər əhəmiyyətli və hansı xidmətləri olduğunu bütün dünya artıq bilir, İkinci Dünya Müharibəsi zamanı - faşist Almaniyası Sovetlər İttifaqına hücum edəndən, Böyük Vətən Müharibəsi başlanandan sonra dörd il gedən müharibədə Azərbaycan nefti olmasaydı, faşizm üzərində qələbə çalmağın necə, hansı səviyyədə olacağını demək çətin olardı. O vaxt Sovetlər ölkəsində hasil edilən neftin 70-80 faizi Azərbaycanda, Bakıda çıxarılırdı. Ancaq iş təkcə bu neftin çıxarılması deyildi, əsas məsələ bundan neft məhsulları alınması və o məhsulların keyfiyyəti idi. Bax, bu sahədə Y.Məmmədəliyevin xidmətləri həddindən artıq qiymətlidir və tarixi əhəmiyyət kəsb edir.
Böyük Vətən Müharibəsi zamanı o böyüklükdə ölkənin neft təchizatının 70-80 faizi Azərbaycandan gedirdi. Müharibə aparan motorların - təyyarələrin, tankların, avtomobillərin, zirehli maşınların, cürbəcür digər döyüş texnikasının işləməsi üçün istifadə edilən neft məhsullarının hamısı respublikamızda istehsal olunurdu. Onların keyfiyyətindən çox şey asılı idi. Bəli, bu gün biz tarixdə qeyd edə bilərik ki, o illərdə Azərbaycanda on milyon tondan artıq yüksək keyfiyyətli, yüksək oktanlı benzin istehsal olunub, Vətənin müdafiəsi, müharibənin aparılması üçün göndərilibdir. Bunların hamısı Y.Məmmədəliyevin icad etdiyi, axtarıb tapdığı, tətbiq etdiyi elmi nəticələr əsasında olmuşdur. Ona görə də Y.Məmmədəliyevin elm sahəsindəki xidmətlərini onun təkcə elmi məqalələri, başqa əsərləri ilə yox, bax, bunlarla qiymətləndirmək lazımdır. Y.Məmmədəliyev həqiqətən, sözün əsl mənasında, çoxsahəli fəaliyyəti olan böyük bir alimdir...".
Azərbaycan Respublikasının sabiq Prezidenti Heydər Əliyevin Y.Məmmədəliyev irsinə verdiyi böyük qiyməti bütövlükdə onun yaratdığı məktəbə, milli elmimizə verdiyi töhfə kimi dəyərləndirmək olar.
Heydər Əliyev akademikin maarifçilik, müəllimlik fəaliyyətinə də böyük dəyər verib. O qeyd edirdi ki, Y.Məmmədəliyev maarifçi, müəllim olmaqla yanaşı, həm də bənzərsiz elm təşkilatçısı olub: "...Y.Məmmədəliyev Azərbaycanda elm təşkilatçılığında da böyük rol oynayıbdır. Ayrı-ayrı alimlər öz əsərləri ilə tanınır. Amma elmi təşkil edənlər, elmi inkişaf etdirənlər öz əsərlərindən savayı, xidmətləri ilə də tanınır və qiymətləndirilir. Y.Məmmədəliyev daim elmin təşkilatçısı olubdur. O, kafedra müdiri olanda da elmin təşkilatçısı olmuş, ətrafına yığdığı adamlara elmi öyrətmişdir.
O, Elmlər Akademiyasının prezidenti, universitetin rektoru işləyərkən də Azərbaycan elminin böyük təşkilatçısı olmuşdur. 1945-ci ildə Azərbaycanda Elmlər Akademiyası yaranarkən Y.Məmmədəliyev Elmlər Akademiyasını təsis edən 15 görkəmli şəxsiyyətdən biri olubdur. Ona görə də onlar Azərbaycanın ilk akademikləri hesab ediliblər. Mirəsədulla Mirqasımovla, Mustafabəy Topçubaşovla, Səməd Vurğunla, Şirokoqorovla, Yesmanla, Mikayıl Hüseynovla birlikdə Yusif Məmmədəliyev Azərbaycan Elmlər Alademiyasının təsisçisi olmuşdur. Amma eyni zamanda, Elmlər Akademiyası təşkil olunandan cəmi iki il sonra, yəni Azərbaycanda Elmlər Akademiyası ilk addımlarını atmağa başlayarkən Yusif Məmmədəliyev respublika EA-nın prezidenti seçilmiş, prezident kimi çox böyük işlər görmüşdür. Burada onun həyat yolu haqqında danışanlar bu barədə dedilər. Ancaq qeyd etmək istəyirəm ki, indi artıq 50 il yaşı olan Azərbaycan Elmlər Akademiyasının elmi tədqiqat institutlarının əksəriyyəti məhz Y.Məmmədəliyevin Elmlər Akademiyasının prezidenti işlədiyi zaman təşkil olunubdur. Bax, elmin təşkilatçısı budur. Buna görə də Y.Məmmədəliyev çox yüksək qiymətə layiq bir alimdir. Y.Məmmədəliyev 1947-ci ildən 1950-ci ilə qədər, sonra da 1958-ci ildən 1961-ci ilədək akademiyanın prezidenti olmuşdur. Akademiyanın prezidenti vəzifəsinə bu görkəmli alimin ikinci dəfə dəvət edilməsi onu göstərmişdir ki, Y.Məmmədəliyev 1950-ci ildə subyektiv səbəblərə görə vəzifədən azad olunmuşdur. O, akademiyanın tərkibində öz işini davam etdirmiş, sonra universitetin rektoru işləmiş və Elmlər Akademiyası Y.Məmmədəliyevə yenidən ehtiyac duymuşdur. O, 1958-ci ildə Elmlər Akademiyasına prezident seçilmiş və ömrünün sonuna qədər prezident kimi yaşamışdır. Elmlər Akademiyasının prezidenti, Azərbaycan elminin ən yüksək zirvəsində duran bir alim kimi, şəxs kimi Y.Məmmədəliyev respublika elminin bütün sahələrinin inkişaf etdirilməsində xidmətlər göstərmişdir. Onun bu xidmətləri unudulmur və bu gün də, gələcəkdə də yad ediləcəkdir. Dedim ki, Y.Məmmədəliyev böyük maarifçi olmuşdur. Onun maarifçiliyi görkəmli alimin Azərbaycan Dövlət Universitetinə rektorluq etdiyi zaman özünü ən yüksək səviyyədə, bariz şəkildə göstərmişdir. Y.Məmmədəliyev Azərbaycan Dövlət Universitetinə rəhbərlik etdiyi zaman çox işlər görmüş, universiteti genişləndirmiş, inkişaf etdirmiş, yeni kafedralar açılmışdır. Ən önəmlisi odur ki, o, universitetin elmi, ümumi mədəni səviyyəsini qaldırmışdır.
Elm xadimi kimi, ictimai-siyasi xadim kimi Azərbaycan elmində görkəmli yer tutan və respublikamızın ziyalıları içərisində çox böyük hörmət qazanan Y.Məmmədəliyev Azərbaycan mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının inkişafında da əvəzsiz xidmətlər göstərmişdir. O, Üzeyir Hacıbəyovla, Səməd Vurğunla çiyin-çiyinə respublikamızın incəsənətini, mədəniyyətini irəliyə aparmaq üçün çox işlər görmüşdür. O, humanitar sahələrə, elmin mədəniyyətlə, ədəbiyyatla, tarixlə əlaqədar sahələrinə həddindən artıq fikir vermiş və onlarla bilavasitə məşğul olmuşdur. Buna görə də Y.Məmmədəliyev bir alim kimi, bir insan kimi, hərtərəfli yüksək keyfiyyətlərə malik şəxsiyyət kimi tanınmışdır...".
H.Əliyev çıxışında vurğulayırdı ki, Y.Məmmədəliyevin elmi əsərləri, ixtiraları, qoyduğu elmi iz və yaratdığı elmi-texniki müəssisələr Azərbaycanda sonrakı dövrdə neft kimyası elminin və xüsusən neft kimyası sənayesinin inkişafında əvəzsiz rol oynayıb. Onun çıxışından oxuyuruq: "...Burada məndən öncə çıxış edən natiqlər bu barədə məlumat verdilər. 70-80-ci illərdə Azərbaycan sənayesində aparıcı və çox böyük əhəmiyyətli sahələrdən biri olan neft kimyası sənayesini biz sürətlə inkişaf etdirməyə nail olduq. Bilindiyi kimi, o vaxtlar Bakıda da, Sumqayıtda da, Azərbaycanın başqa bölgələrində də nəhəng neft kimyası kompleksləri tikildi. Onların əksəriyyəti Y.Məmmədəliyevin əsərləri, onun qoyduğu elmi irs və onun tələbələrinin əsərləri əsasında yaradılmışdır. Xatirimdədir, 70-ci illərin əvvəllərində mən Azərbaycanda neft emalının tamamilə yenidən qurulmasına dair məsələləri Moskvada qaldırarkən, Azərbaycanda yeni neft kimyası sənayesinin yaranması haqqında təkliflər irəli sürərkən və çox böyük müqaviməti dəf edərək həmin təklifləri həyata keçirməyə nail olarkən respublikada yaranmış elmi-texniki potensiala əsaslanırdım, Azərbaycanda Y.Məmmədəliyevin və onun tələbələrinin, silahdaşlarının qoyduğu elmi irsə əsaslanırdım və onların nəticəsində Azərbaycan kimyasının, neft kimyasının inkişaf etdirilməsi üçün yeni-yeni böyük sənaye müəssisələrinin yaradılmasına nail olmağa çalışırdım. Biz buna nail olduq...".
Ardı var.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

25.11.2026 / 14:10
MSK-nın nümayəndə heyəti beynəlxalq seçki forumunda iştirak edib

25.11.2026 / 14:05
ABŞ generalından dəhşətli xəbərdarlıq... NATO Rusiyanın zərbələrinə hazır deyil – Avropa şəhərləri Ukrayna kimi bombalana bilər...

25.11.2026 / 13:50
ABŞ Ukraynada böyük təhlükə gözləyir? – Səfirlikdən təcili xəbərdarlıq…

25.11.2026 / 13:33
Zəngəzurda dəmiryolunun çəkiləcəyi dəqiq vaxt deyildi...

25.11.2026 / 13:24
Gələn il 61 dövlətin lideri Bakıya gələ bilər...

25.11.2026 / 13:17
Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi yaradıldı - FƏRMAN

25.11.2026 / 13:10
Əvvəl sabiq nazir, indi sədr müavini – Fond qalmaqalı AK Partidə istefa dalğası yaratdı…

25.11.2026 / 12:55
Ukraynadan Rusiyanın neft sənayesinə növbəti ağır zərbə – “Rosneft”in iki nəhəng zavodu vuruldu…

25.11.2026 / 12:42
Zelenski onu Moskvaya dəvət edən Lukaşenkoya cavab verdi – Putini də götür, Kiyevə gəl…

25.11.2026 / 12:39
Naxçıvanda fəxri adlara görə aylıq təqaüdlə bağlı dəyişiklik...

25.11.2026 / 12:25
Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib - FOTO

25.11.2026 / 12:03
Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladı

25.11.2026 / 11:49
Hörmüz boğazında minaya düşən iki tanker alov aldı...

25.11.2026 / 11:36
Vasif Talıbovun imzaladığı 47 fərman ləğv olundu

25.11.2026 / 11:27
İslam Kərimovun qızı Gülnarənin 252,5 milyon dollarlıq sərvəti aşkarlandı – pullar Özbəkistana qaytarılır...

25.11.2026 / 11:06
Xətainin heykəlinin lövhəsindəki yazı ilə bağlı ekspert qrupu yaradıldı

25.11.2026 / 10:42
Azərbaycanda qədim yaşayış məskəni tapıldı

25.11.2026 / 10:38
Naxçıvan Qaz İstismar Xidməti ləğv edildi

25.11.2026 / 10:25
“Giləzi-Quşçuluq”da dəhşətli faktlar üzə çıxdı – 400 tondan çox təhlükəli toyuq əti aşkarlandı... Şirkətdə həbslər aparıldı...

25.11.2026 / 09:48
Türkiyədə məşhurlara qarşı genişmiqyaslı əməliyyat – Özcan Deniz və digər tanınmış simalar saxlanıldı...

25.11.2026 / 09:12
Cared Kuşnerin babasının partizanlıq qeydləri Belarusda dərc olundu

25.11.2026 / 09:05
Kəlbəcər Şəhəri Günü qeyd olunur

25.11.2026 / 08:58
Kadırovun oğlu soyadını dəyişib Serbiya vətəndaşlığı aldı - sanksiyalardan yayınmanın unikal yolu…

25.11.2026 / 08:51
Konqres üzvləri Trampı Putinin G20-yə dəvətini ləğv etməyə çağırdı

24.11.2026 / 23:25
Vaşinqtondan ŞOK SSENARİ... Trampın gizli planı üzə çıxdı – İranın rəhbər şəxslərinə sui-qəsd hazırlanır...

24.11.2026 / 22:49
Britaniyanı qarışdıran ŞOK QALMAQAL – Ukraynaya ABŞ-dan alınmış tonlarla saxta partlayıcı göndərildi...

24.11.2026 / 22:23
İrandan dünyaya neft şoku xəbərdarlığı – müharibə başlasa, neft bazarında fəlakət yaşanacaq...

24.11.2026 / 22:05
Dövlətlər BCM-dən çıxır - Trampın çağırışı ilə yox, başqa səbəbdən...

24.11.2026 / 21:49
Paşinyan erməni tarixindən “4 çarlığı” silib atdı...

24.11.2026 / 21:35
Respublikaçı konqresmenlər indidən Trampın üzünə durmağa başlayıblar...

24.11.2026 / 21:21
Ermənistanın yeni Konstitusiya layihəsi məhkəmə sistemində ajiotaj yaratdı...

24.11.2026 / 21:10
Ali Şura Zəngəzur dəhlizini Hörmüzə bənzədib hədələdi...

24.11.2026 / 20:53
Ermənistan Konstitusiyasının müzakirəsi 6 ay uzanacaq - Şübhəlidir...

24.11.2026 / 20:38
TRİPP - bu sayaq açılışı məqbul saymaq olar?

24.11.2026 / 20:25
COP 31-ci addımında Türkiyədə iflasa uğradı...

24.11.2026 / 20:17
Trampın İran uğursuzluğunun səbəbi Demokratlar Partiyasının seçki qələbəsi imiş...(?)

24.11.2026 / 19:54
Bakıdan TRIPP-lə bağlı İrəvan və Vaşinqtona mühüm mesaj - Azərbaycanın mövqeyi nəzərə alınmalıdır...

24.11.2026 / 19:33
"Gürcüstan-Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə komissiya fəaliyyətini davam etdirir" - Maka Boçorişvili

24.11.2026 / 19:27
COP31 iqlim sammiti 192 ölkəni birləşdirmək əvəzinə parçaladı...

24.11.2026 / 19:21
Rusiya erməni terrorçusuna həsr olunan filmin nümayişinə qadağa qoydu

24.11.2026 / 19:07
"Gürcüstan vasitəsilə Ermənistana neft ixracı regional əməkdaşlığa mühüm töhfə verir" - Nazir

24.11.2026 / 19:04
Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirildi

24.11.2026 / 18:57
Yeni Konstitusiya sayəsində Paşinyan müxalifəti siyasi səhnədən birdəfəlik silə bilər...

24.11.2026 / 18:42
Ermənistan Paşinyan konstitusiyasından nə vaxtsa imtina edə bilər (?)...

24.11.2026 / 18:32
Mənzil satışı adı altında 172 nəfərə qarşı dələduzluq... şirkət direktoru məhkəmə qarşısına çıxarılır...

24.11.2026 / 18:27
Prezident sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavinini qəbulu ilə bağlı videoçarx paylaşılıb

24.11.2026 / 18:25
Tramp demokratlara qarşı plan hazırlayıb - yanvaradək...

24.11.2026 / 18:10
Rusiya-Ukrayna müharibəsində yeni cəbhə xətti: Finlandiya savaş meydanına çevrilir

24.11.2026 / 18:02
İki baş həkim vəzifəsindən azad edildi

24.11.2026 / 17:50
Paşinyan Zəngəzur dəhlizində ilkin olaraq elektrik xəttini açmaq istəyir...

24.11.2026 / 17:33
Ramiz Mehdiyevin kürəkəni Əli Kərimlinin məhkəməsində hakimdən nə xahiş edib?..

24.11.2026 / 17:24
Gənclərin PUA-lar barədə praktiki vərdişlərə yiyələnməsi təmin ediləcək

24.11.2026 / 17:18
Mətbuat Şurası media subyektlərini jurnalist etikası qaydalarına əməl etməyə çağırdı

24.11.2026 / 17:02
Azərbaycan Vatikan Apostol Arxivi ilə əməkdaşlığın yeni istiqamətlərini müəyyən edən sənəd imzalayıb - FOTO

24.11.2026 / 16:48
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib - FOTO

24.11.2026 / 16:37
"...yoxlasan, babası lütün biri olub" - Siyavuş Novruzov

24.11.2026 / 16:21
Vüqar Rəhimzadə: Hər daşı, qayası tarix olan Kəlbəcər canlı təbiət muzeyini xatırladır

24.11.2026 / 16:12
İran Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında iki tankerin minaya düşdüyünü açıqlayıb

24.11.2026 / 15:59
Portuqaliyada qatarların yarıdan çoxu maşinistlərin tətili səbəbindən yoldan çıxıb

24.11.2026 / 15:57
Tramp və Rutte noyabrın 25-də danışıqlar aparacaqlar

24.11.2026 / 15:50
TRIPP-in açılışı Rusiya və İranın Ermənistana hücumlarını artırır...

24.11.2026 / 15:46
Tehrandan Vaşinqtona 7 maddəlik ultimatum – şərtlər qəbul edilməsə, müharibə genişlənəcək...

24.11.2026 / 15:38
Zelenski nöqtəni qoydu - "Krım körpüsü mövcud olmayacaq"...

24.11.2026 / 15:37
“Özbəkfilm” neyroşəbəkələr vasitəsilə film çəkməyə başlayacaq

24.11.2026 / 14:37
Memarlıq və İncəsənət İnstitutunun əməkdaşının məqaləsi Türkiyədə çapdan çıxıb

24.11.2026 / 14:18
Yunanıstan pasportunda Xankəndi “Stepanakert” kimi göstərilib - XİN faktı araşdıracaq

24.11.2026 / 13:50
ABŞ-da Azərbaycan bayrağı ilə bağlı yayılan məlumatlar təkzib edildi

24.11.2026 / 13:25
İlham Əliyev Beynəlxalq Konqres qarşısında vəzifə qoydu - İpək yolunun bərpa imkanları... - İpək yolunun bərpa imkanları...

24.11.2026 / 12:49
Qafqazda və Azərbaycan memarlığında Kəlbəcər abidələrinin yeri və rolu

24.11.2026 / 12:46
Azərbaycançılıq: milli suverenlik və dövlətçilik ideologiyası

24.11.2026 / 12:31
"Heç bir dastanımızda Azərbaycan kişisinin iki qadını yoxdur" – Gündüz İsmayılov

24.11.2026 / 12:18
Prezidentin sosial şəbəkə hesablarında Monteneqronun Baş nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

24.11.2026 / 11:56
Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib - FOTO

24.11.2026 / 11:55
"Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib" - Prezident

24.11.2026 / 11:31
Prezident İlham Əliyev Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət ünvanlayıb

24.11.2026 / 11:25
Yaxın Şərq müharibəsi Avropaya sıçraya bilər – Tehran ABŞ-ın Avropadakı müttəfiqlərinə xəbərdarlıq etdi

24.11.2026 / 11:05
ABŞ Suriyaya yenidən qoşun göndərir – 15 ölkənin iştirakı ilə hərbi missiya planı...

24.11.2026 / 10:54
ABŞ-ın hərbi müşayiəti də kömək etmədi – Hörmüzdə daha üç tanker alov aldı...

24.11.2026 / 10:46
ABŞ senatoru Prezident Əliyevi və Paşinyanı təbrik etdi

24.11.2026 / 10:23
Sürücülük hüququ olmayan şəxs ailəsi ilə birlikdə qəzaya düşdü...

24.11.2026 / 10:07
Yaxın Şərq yeni qarşıdurmanın astanasında – Qətər Vaşinqtona xəbərdarlıq etdi...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ