çərşənbə günü, 25 noyabr 2026
     

Ana dilimizin, milli ədəbiyyatımız və dəyərlərimizin tərənnümçüsü, görkəmli yazıçı Mirzə İbrahimov...

Image


Azərbaycan ədəbiyyatının, ana dilimizin, folklorumuzun, dövlətçiliyimizin təəssübünü çəkən, onun qorunmasında əlindən gələni əsirgəməyən, hətta həyatını təhlükəyə atan xalq yazıçısı Mirzə İbrahimovun fəaliyyəti unudulmazdır. Mirzə İbrahimovun qızı, respublikanın xalq artisti, tanınmış bəstəkar Sevda İbrahimova bildirir ki, atasının sənətinə, qələminə, ictimai-siyasi fəaliyyətinə, əməyinə ən yüksək qiymət Azərbaycan Respublikasının sabiq Prezidenti mərhum Heydər Əliyev tərəfindən verilib.
1981-ci ildə M.İbrahimova Sosialist Əməyi Qəhrəmanı adının verilməsinin də birbaşa Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edən S.İbrahimova hesab edir ki, H.Əliyev M.İbrahimovu bütün pisliklərdən qoruyub.
Onu da bildirək ki, 27 oktyabr 2001-ci ildə Heydər Əliyev M.İbrahimovun 90 illik yubileyinin keçirilməsi haqqında
Sərəncam imzalayıb. Böyük yazıçının 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncamı isə Prezident İlham Əliyev imzalayıb. 9 iyul 2011-ci il tarixində imzalanan sənəddə bildirilir ki, 2011-ci ilin oktyabr ayında Azərbaycanın xalq yazıçısı, dramaturq, ədəbiyyatşünas və publisist, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, akademik Mirzə Əjdər oğlu İbrahimovun 100 illiyi tamam olur. XX əsr ədəbiyyatımızın tanınmış simalarından biri kimi onun meydana gətirdiyi əsərlərdə dövrün və zamanın dolğun mənzərəsi yaradılıb. Bəlli olduğu kimi, böyük ədibin 90 və 100 illik yubileyləri dövlət səviyyəsində qeyd edilib.
M.İbrahimovun tədqiqatçıları bildirir ki, o, Azərbaycan-sovet yazıçısı, dramaturq, ictimai xadim, Azərbaycan SSR xalq yazıçısı (1961), Azərbaycan SSR Elmlər Akademiyasının akademiki (1945), SSRİ Dövlət mükafatı laureatı (1950), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1965), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1941), Sosialist Əməyi Qəhrəmanı (1981), Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri (1954-1958), 1937-1991-ci illərdə SSRİ Ali Sovetinin deputatı (fasilələrlə), Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin sədri (1946-1954), birinci katibi (1965-1975), Azərbaycan SSR maarif naziri (1942-1946), Azərbaycan SSR Ali Sovetinin (3-4-cü, 6-7-ci və 9-cu çağırış) deputatı, SSRİ xalq deputatı (1989) olub. Böyük yazıçı Beynəlxalq Nehru mükafatı (1979) ilə də təltif olunub.
M.İbrahimovun tədqiqatçıları yazır ki, Mirzə Əjdər oğlu İbrahimov 1911-ci il oktyabrın 15-də (28-də) Cənubi Azərbaycanın Sərab şəhəri yaxınlığındakı Evə kəndində anadan olub. 1918-ci ildə atası və böyük qardaşı ilə Bakıya gəlib. 1919-cu ildə atası vəfat edəndən sonra kiçik yaşlarından Balaxanı və Zabrat kəndlərində muzdurluq edərək öz zəhməti ilə bir tikə çörək qazanıb. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra, 1926-1930-cu illərdə Balaxanı fabrik-zavod məktəbində oxuyub və işləyib. Bədii yaradıcılığa da Zabrat fəhlə ədəbiyyat dərnəyinin üzvlüyündən başlayıb.
Tədqiqatçılar yazır ki, M.İbrahimovun "Qazılan buruq" adlı ilk şeiri 1930-cu ildə "Aprel alovları" məcmuəsində dərc olunub. Bundan sonra dövri mətbuatda şeirləri nəşr edilib. O, ilk tənqidi, publisist məqalələrini, hekayə və oçerklərini də 30-cu illərdə yazıb. 1932-ci ildə beşilliklərin nəhəng tikintilərini və sosialist sənayesinin inkişaf sürətini öyrənmək üçün Ukraynaya-Donbas şaxtalarına, Dnepropetrovsk sənaye müəssisələrinə səfərdə olub, "Giqantlar ölkəsində" adlı oçerklər kitabını qələmə alıb. Tədqiqatçılar qeyd edir ki, Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun ikiillik hazırlıq şöbəsində təhsil aldıqdan sonra 1933-cü ildə partiya onu Naxçıvan MTS siyasi şöbəsinə-"Sürət" qəzetinin redaktoru vəzifəsinə göndərib. Tədqiqatçıların yazdığına görə, ədibin 1935-ci ildə ərsəyə gətirdiyi "Həyat" pyesi bu dövrün bəhrəsidir.
Tədqiqatçılar yazır ki, 1935-1937-ci illərdə SSRİ Elmlər Akademiyasının Leninqraddakı Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil alan M.İbrahimov görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin həyatı və yaradıcılığından bəhs edən namizədlik dissertasiyasını müdafiə edir. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası təsis olunduqda 34 yaşlı M.İbrahimov Akademiyanın ilk seçilən 15 həqiqi üzvündən biri olub və daim elmi fəaliyyətlə məşğul idi. 1942-ci ildə isə 31 yaşında ikən Azərbaycan xalq maarif komissarı vəzifəsinə təyin olunub və 1942-1946-cı illər ərzində Azərbaycan SSR maarif naziri və M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru, sonra isə XKS-nin incəsənət işləri idarəsinin rəisi kimi ölkədə təhsilin və mədəniyyətin inkişafına səy göstərib.
Tədqiqatçılar qeyd edir ki, İkinci Dünya Müharibəsinin ağır sınaq illərində əsərləri, istərsə də fabrik-zavodlarda, kəndlərdə əsgəri hissələrdə odlu-alovlu çıxışları ilə qələbəyə inam, düşmənə nifrət və qəzəb aşılayırdı. 1941-ci ildə ordu sıralarında Cənubi Azərbaycanda olarkən "Vətən yolunda" qəzetinin məsul redaktoru vəzifəsində işləyib. 1942-ci ildə Uzaq Şərqdə, Xabarovsk, Vladivostok və s. hərbi dairələrdə 416-cı diviziyanın döyüşçüləri ilə görüşlərdə iştirak edir. Bu dövrlərdə əsasən Cənubi Azərbaycan mövzusunda yazdığı hekayə ("Qorxulu səs","Sənət aşiqləri","Zəhra","Yol ayrıcında", "Mələk", "Qaçaq" "Cənub hekayələri" silsiləsi - "On iki dekabr", "Azad", "Tonqal başında", "İztirabın sonu", "İki həyat"), povest ("Xosrov Ruzbeh", "Güləbətin", "Pərvizin həyatı") və romanlarla ("Gələcək gün" - (1948), "Böyük dayaq" (1957), "Pərvanə") yanaşı, səhnə əsərlərini qələmə alıb: "Həyat" (1935), "Madrid" (1937), "Məhəbbət" (1941) pyeslərindən iyirmi il fasilədən sonra "Kəndçi qızı" (1961) (əsər Mirzə Fətəli Axundov adına mükafata layiq görülüb), "Yaxşı adam" (1963) komediyaları, böyük yazıçı və dövlət xadimi Nəriman Nərimanovun həyatı və mübarizəsindən bəhs edən "Közərən ocaqlar" (1967) pyesləri ilə Azərbaycan dramaturgiyasını zənginləşdirir. V.Şekspirin "Kral Lir", "On ikinci gecə, yaxud hər nə istəsəniz", A.N.Ostrovskinin "Quduz pullar", "Müdrik olan hər kəsə kifayətdir sadəlik", A.P.Çexovun "Üç bacı", A.Satramovun "Kişilərə inanmayın", Molyerin "Don Juan" pyeslərini Azərbaycan dilinə tərcümə edib.
Tədqiqatçıların bildirdiyinə görə, o, milli filoloji elmi kadrların hazırlanması sahəsində böyük işlər görüb. 20 avqust 1956-cı ildə Azərbaycan SSR Ali Sovetinin "Azərbaycan SSR-in dövlət dili haqqında Azərbaycan SSR-in Konstitusiyasına maddə əlavə edilməsi haqqında qanun"u qəbul etməsi bu yüksək dövlət təşkilatının rəhbəri M.İbrahimovun böyük səyləri nəticəsində mümkün olub. Həmçinin, onun "Azərbaycan dili dövlət idarələrində" adlı məqaləsində (1956) milli məsələ ilə bağlı taleyüklü problemlər ön mövqeyə çəkilib.
Tədqiqatçılar yazır ki, o, Sovet Həmkarlar İttifaqı Heyətinin tərkibində İranda səfərdə olub. Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin sədri (1946-1954), birinci katibi (1965-1975), SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin katibi (1965-1975), Azərbaycan Respublikası Nazirlər Soveti sədrinin müavini (1946-1950) vəzifələrində işləyib, Azərbaycan KP XIV-XXVIII qurultaylarında MK üzvü seçilib. Ümumdünya parlamentlərarası ittifaqın konqresi (Helsinki, 1955; Banqkok, 1956), Ümumdünya sülh tərəfdarları konqresi (Stokholm, 1958) və s. beynəlxalq məclislərin iştirakçısı olub. O, Sov.İKP XX-XXI və XXIII-XXIV qurultaylarının nümayəndəsi, SSRİ Ali Sovetinin deputatı seçilib. 1977-ci ildən Asiya və Afrika ölkələri ilə Sovet Həmrəylik Komitəsinin sədri kimi dəfələrlə Amerika (Nyu-York), İngiltərə (London), Fransa (Paris), Portuqaliya (Lissabon), Misir (Qahirə, İskəndəriyyə), Kipr (Nikosiya), Suriya (Dəməşq), Zambiya (Lusaka) kimi ölkələrdə səfərdə olub, beynəlxalq konqres, sessiya və müşavirələrdə sovet nümayəndə heyətinə başçılıq edib. Onun başçılığı ilə komitə möhkəm sülh uğrunda mübarizə məqsədilə Əfqanıstanda, Vyetnamda, Mali adasında və digər ölkələrdə tədbirlər keçirib. BMT-nin aparteid əleyhinə mübarizə komitəsinin iclasında (Nyu-York, 1978) çıxış edib. Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda direktorluq etdiyi dövrdə dilçilik və ədəbiyyatşünaslıq elminin yeni, yüksək səviyyədə tədqiqini təşkil edib, üçcildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin yaranmasında ciddi əməyi olub (1946-1954). Sonralar İnstitutda XIX əsr Azərbaycan ədəbiyyatı tarixi şöbəsinə başçılıq edib (1960-1970). Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının üzvü seçilib (1991). Ömrünün axırınadək Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, çoxcildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin redaksiya heyətinin üzvü olub. Onun əsərləri keçmiş SSRİ xalqlarının dillərinə və bir çox xarici dillərə tərcümə edilib. 3 dəfə "Lenin" ordeni, "Oktyabr inqilabı" ordeni və digər orden və medallarla təltif olunub.
M.İbrahimov 1993-cü il dekabrın 17-də Bakıda vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.
Professor Elbrus Əzizov M.İbrahimovun ana dilimizə münasibətinə toxunaraq yazır ki, sovet dövründə Azərbaycan ədəbi dilinin inkişafında və zənginləşməsində böyük uğurlar qazanılsa da, dövlət idarələrində Azərbaycan dilinin işlədilməsində əngəllər vardı: "İdarəetmənin yuxarı pilləsində Azərbaycan dili, demək olar ki, işlədilmir, ictimai təşkilatlarda Azərbaycan dilinə etinasızlıq göstərilirdi. Son illərin araşdırmalarından aydın olur ki, 1956-cı ildə Azərbaycan dilinin dövlət dili olması tələbi ilə partiya və hökumət rəhbərlərinə ünvanlanan açıq və anonim məktubların, müraciətlərin və vərəqələrin sayı xeyli artmışdı. Belə bir şəraitdə 1954-cü ilin mart ayından Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsində işləyən M.İbrahimovun təşəbbüsü ilə Azərbaycan dilinin dövlət dili olması məsələsi Azərbaycan KP MK-nın 1956-cı ilin iyul ayında keçirilən büro iclaslarında iki dəfə müzakirə edilib bəyənildikdən sonra, 1956-cı ilin avqust ayında Azərbaycan SSR Ali Sovetinin üçüncü sessiyasında "Azərbaycan SSR-in dövlət dili haqqında Azərbaycan SSR Konstitusiyasına (Əsas qanununa) maddə əlavə edilməsi haqqında qanun" qəbul edilir. Beləliklə, Azərbaycan dilinin dövlət dili olması məsələsi qanuni bir şəkil alır.
"Kommunist" qəzetinin 1956-cı il 25 oktyabr tarixli nömrəsində M.İbrahimovun dövlət idarələrində Azərbaycan dilinin işlədilməsinin zəruriliyini əsaslandıran
"Azərbaycan dili dövlət idarələrində" məqaləsi nəşr edilir. Məqalənin əvvəlində çarizmin ruslaşdırma siyasətini, milli mədəniyyətlərə və milli dillərə qarşı təcavüzkar hərəkətlərini ifşa etdikdən sonra o yazırdı: "Respublikamızda sovet hakimiyyətinin birinci on ili ərzində dövlət idarələrində Azərbaycan dilinin işlənməsinə xüsusi diqqət verilir və təhriflərin qarşısı alınırdı. Lakin təəssüflə demək lazımdır ki, son on beş-iyirmi ildə bu cəhətdən kobud təhriflərə yol verilmişdir. Bəzi idarələrdə və bəzi adamlarda Azərbaycan dilinə biganə, laqeyd münasibət yaranmışdır. Hələ onu demirik ki, vətəndaşların azərbaycanca olan ərizələrinə, yaxud bu və ya digər azərbaycanca olan yazılara ana dilində cavab verməyən, ya da bunları tamamilə cavabsız buraxan bürokratlar da tapılır". M.İbrahimov həmin məqaləsində dövlət idarələrində ana dilinin işlədilməsi zərurətini xalqın pozulmaz hüququ kimi əsaslandırmışdı: "Respublikanın dövlət idarələrində və ictimai təşkilatlarında işlərin azərbaycanca aparılması isə qanuni bir haldır. Çünki bir xalqın öz idarələrini ana dilində idarə etmək arzusundan təbii bir şey ola bilməz. Bu hüquqa hörmət etmək hamının vətəndaşlıq borcudur". Azərbaycan dilinin dövlət dili olması haqqında qanunun qəbul edilməsindən və bu qanunun əsas təşəbbüsçüsü M.İbrahimovun "Azərbaycan dili dövlət idarələrində" məqaləsinin nəşr olunmasından sonra dövlət dili məsələsi geniş müzakirələrə səbəb olur, 1957-1959-cu illərdə keçirilən bir sıra yüksək səviyyəli iclaslarda M.İbrahimov dəfələrlə tənqid edilir. Bu iclaslarda ona qarşı yönəlmiş çıxışlar Azərbaycan KP MK-nın 1959-cu il iyun ayının 16-17-də keçirilmiş 8-ci plenumunda xüsusilə amansız idi. Plenumda çıxış edən natiqlərin, demək olar ki, hamısı dil haqqında qanunun əsas təşəbbüsçüsü M.İbrahimovun əleyhinə kəskin tənqidi fikirlər söyləmişlər. Böyük həyat yolu keçən, ana dilini ürəkdən sevən milli təəssübkeş bir yazıçı və müdrik bir insan kimi M.İbrahimov bütün hücumlara mərdliklə sinə gərərək dövlət dili məsələsindəki mövqeyinə görə ona irad tutanların, "millətçi" damğası vurmaq istəyənlərin qarşısında geri çəkilməmiş, onlara tutarlı cavablar vermişdi...".
Böyük ədibin ana dilimizə sayğı və hörməti, dilimizin keşiyində durması, onun bu yöndə gördüyü işlər indiki nəsillərin də bilməli olduğu məsələdir. Hesab edirik ki, M.İbrahimov yaradıcılığından, fəaliyyətindən öyrənəcəyimiz çox məsələlər var.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

25.11.2026 / 14:35
Lukaşenko: “Avropa təhlükəsizliyinin gələcək arxitekturası avropalıların özlərinin iştirakı olmadan müzakirə edilə bilməz və Kreml bunu başa düşür”

25.11.2026 / 14:29
Peskov ABŞ-ın Rusiya ilə danışıqlara yanaşmasındakı dəyişikliyə münasibət bildirməkdən imtina etdi

25.11.2026 / 14:17
Lukaşenko Rusiyanın nüvə silahlarının Belarusdan çıxarılmasına icazə verdi

25.11.2026 / 14:12
Xarici ölkələrə malların ixracı ilə bağlı hesablaşmaların aparılma qaydaları hazırlanacaq

25.11.2026 / 14:10
MSK-nın nümayəndə heyəti beynəlxalq seçki forumunda iştirak edib

25.11.2026 / 14:05
ABŞ generalından dəhşətli xəbərdarlıq... NATO Rusiyanın zərbələrinə hazır deyil – Avropa şəhərləri Ukrayna kimi bombalana bilər...

25.11.2026 / 13:50
ABŞ Ukraynada böyük təhlükə gözləyir? – Səfirlikdən təcili xəbərdarlıq…

25.11.2026 / 13:33
Zəngəzurda dəmiryolunun çəkiləcəyi dəqiq vaxt deyildi...

25.11.2026 / 13:24
Gələn il 61 dövlətin lideri Bakıya gələ bilər...

25.11.2026 / 13:17
Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi yaradıldı - FƏRMAN

25.11.2026 / 13:10
Əvvəl sabiq nazir, indi sədr müavini – Fond qalmaqalı AK Partidə istefa dalğası yaratdı…

25.11.2026 / 12:55
Ukraynadan Rusiyanın neft sənayesinə növbəti ağır zərbə – “Rosneft”in iki nəhəng zavodu vuruldu…

25.11.2026 / 12:42
Zelenski onu Moskvaya dəvət edən Lukaşenkoya cavab verdi – Putini də götür, Kiyevə gəl…

25.11.2026 / 12:39
Naxçıvanda fəxri adlara görə aylıq təqaüdlə bağlı dəyişiklik...

25.11.2026 / 12:25
Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib - FOTO

25.11.2026 / 12:03
Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladı

25.11.2026 / 11:49
Hörmüz boğazında minaya düşən iki tanker alov aldı...

25.11.2026 / 11:36
Vasif Talıbovun imzaladığı 47 fərman ləğv olundu

25.11.2026 / 11:27
İslam Kərimovun qızı Gülnarənin 252,5 milyon dollarlıq sərvəti aşkarlandı – pullar Özbəkistana qaytarılır...

25.11.2026 / 11:06
Xətainin heykəlinin lövhəsindəki yazı ilə bağlı ekspert qrupu yaradıldı

25.11.2026 / 10:42
Azərbaycanda qədim yaşayış məskəni tapıldı

25.11.2026 / 10:38
Naxçıvan Qaz İstismar Xidməti ləğv edildi

25.11.2026 / 10:25
“Giləzi-Quşçuluq”da dəhşətli faktlar üzə çıxdı – 400 tondan çox təhlükəli toyuq əti aşkarlandı... Şirkətdə həbslər aparıldı...

25.11.2026 / 09:48
Türkiyədə məşhurlara qarşı genişmiqyaslı əməliyyat – Özcan Deniz və digər tanınmış simalar saxlanıldı...

25.11.2026 / 09:12
Cared Kuşnerin babasının partizanlıq qeydləri Belarusda dərc olundu

25.11.2026 / 09:05
Kəlbəcər Şəhəri Günü qeyd olunur

25.11.2026 / 08:58
Kadırovun oğlu soyadını dəyişib Serbiya vətəndaşlığı aldı - sanksiyalardan yayınmanın unikal yolu…

25.11.2026 / 08:51
Konqres üzvləri Trampı Putinin G20-yə dəvətini ləğv etməyə çağırdı

24.11.2026 / 23:25
Vaşinqtondan ŞOK SSENARİ... Trampın gizli planı üzə çıxdı – İranın rəhbər şəxslərinə sui-qəsd hazırlanır...

24.11.2026 / 22:49
Britaniyanı qarışdıran ŞOK QALMAQAL – Ukraynaya ABŞ-dan alınmış tonlarla saxta partlayıcı göndərildi...

24.11.2026 / 22:23
İrandan dünyaya neft şoku xəbərdarlığı – müharibə başlasa, neft bazarında fəlakət yaşanacaq...

24.11.2026 / 22:05
Dövlətlər BCM-dən çıxır - Trampın çağırışı ilə yox, başqa səbəbdən...

24.11.2026 / 21:49
Paşinyan erməni tarixindən “4 çarlığı” silib atdı...

24.11.2026 / 21:35
Respublikaçı konqresmenlər indidən Trampın üzünə durmağa başlayıblar...

24.11.2026 / 21:21
Ermənistanın yeni Konstitusiya layihəsi məhkəmə sistemində ajiotaj yaratdı...

24.11.2026 / 21:10
Ali Şura Zəngəzur dəhlizini Hörmüzə bənzədib hədələdi...

24.11.2026 / 20:53
Ermənistan Konstitusiyasının müzakirəsi 6 ay uzanacaq - Şübhəlidir...

24.11.2026 / 20:38
TRİPP - bu sayaq açılışı məqbul saymaq olar?

24.11.2026 / 20:25
COP 31-ci addımında Türkiyədə iflasa uğradı...

24.11.2026 / 20:17
Trampın İran uğursuzluğunun səbəbi Demokratlar Partiyasının seçki qələbəsi imiş...(?)

24.11.2026 / 19:54
Bakıdan TRIPP-lə bağlı İrəvan və Vaşinqtona mühüm mesaj - Azərbaycanın mövqeyi nəzərə alınmalıdır...

24.11.2026 / 19:33
"Gürcüstan-Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə komissiya fəaliyyətini davam etdirir" - Maka Boçorişvili

24.11.2026 / 19:27
COP31 iqlim sammiti 192 ölkəni birləşdirmək əvəzinə parçaladı...

24.11.2026 / 19:21
Rusiya erməni terrorçusuna həsr olunan filmin nümayişinə qadağa qoydu

24.11.2026 / 19:07
"Gürcüstan vasitəsilə Ermənistana neft ixracı regional əməkdaşlığa mühüm töhfə verir" - Nazir

24.11.2026 / 19:04
Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirildi

24.11.2026 / 18:57
Yeni Konstitusiya sayəsində Paşinyan müxalifəti siyasi səhnədən birdəfəlik silə bilər...

24.11.2026 / 18:42
Ermənistan Paşinyan konstitusiyasından nə vaxtsa imtina edə bilər (?)...

24.11.2026 / 18:32
Mənzil satışı adı altında 172 nəfərə qarşı dələduzluq... şirkət direktoru məhkəmə qarşısına çıxarılır...

24.11.2026 / 18:27
Prezident sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavinini qəbulu ilə bağlı videoçarx paylaşılıb

24.11.2026 / 18:25
Tramp demokratlara qarşı plan hazırlayıb - yanvaradək...

24.11.2026 / 18:10
Rusiya-Ukrayna müharibəsində yeni cəbhə xətti: Finlandiya savaş meydanına çevrilir

24.11.2026 / 18:02
İki baş həkim vəzifəsindən azad edildi

24.11.2026 / 17:50
Paşinyan Zəngəzur dəhlizində ilkin olaraq elektrik xəttini açmaq istəyir...

24.11.2026 / 17:33
Ramiz Mehdiyevin kürəkəni Əli Kərimlinin məhkəməsində hakimdən nə xahiş edib?..

24.11.2026 / 17:24
Gənclərin PUA-lar barədə praktiki vərdişlərə yiyələnməsi təmin ediləcək

24.11.2026 / 17:18
Mətbuat Şurası media subyektlərini jurnalist etikası qaydalarına əməl etməyə çağırdı

24.11.2026 / 17:02
Azərbaycan Vatikan Apostol Arxivi ilə əməkdaşlığın yeni istiqamətlərini müəyyən edən sənəd imzalayıb - FOTO

24.11.2026 / 16:48
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib - FOTO

24.11.2026 / 16:37
"...yoxlasan, babası lütün biri olub" - Siyavuş Novruzov

24.11.2026 / 16:21
Vüqar Rəhimzadə: Hər daşı, qayası tarix olan Kəlbəcər canlı təbiət muzeyini xatırladır

24.11.2026 / 16:12
İran Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında iki tankerin minaya düşdüyünü açıqlayıb

24.11.2026 / 15:59
Portuqaliyada qatarların yarıdan çoxu maşinistlərin tətili səbəbindən yoldan çıxıb

24.11.2026 / 15:57
Tramp və Rutte noyabrın 25-də danışıqlar aparacaqlar

24.11.2026 / 15:50
TRIPP-in açılışı Rusiya və İranın Ermənistana hücumlarını artırır...

24.11.2026 / 15:46
Tehrandan Vaşinqtona 7 maddəlik ultimatum – şərtlər qəbul edilməsə, müharibə genişlənəcək...

24.11.2026 / 15:38
Zelenski nöqtəni qoydu - "Krım körpüsü mövcud olmayacaq"...

24.11.2026 / 15:37
“Özbəkfilm” neyroşəbəkələr vasitəsilə film çəkməyə başlayacaq

24.11.2026 / 14:37
Memarlıq və İncəsənət İnstitutunun əməkdaşının məqaləsi Türkiyədə çapdan çıxıb

24.11.2026 / 14:18
Yunanıstan pasportunda Xankəndi “Stepanakert” kimi göstərilib - XİN faktı araşdıracaq

24.11.2026 / 13:50
ABŞ-da Azərbaycan bayrağı ilə bağlı yayılan məlumatlar təkzib edildi

24.11.2026 / 13:25
İlham Əliyev Beynəlxalq Konqres qarşısında vəzifə qoydu - İpək yolunun bərpa imkanları... - İpək yolunun bərpa imkanları...

24.11.2026 / 12:49
Qafqazda və Azərbaycan memarlığında Kəlbəcər abidələrinin yeri və rolu

24.11.2026 / 12:46
Azərbaycançılıq: milli suverenlik və dövlətçilik ideologiyası

24.11.2026 / 12:31
"Heç bir dastanımızda Azərbaycan kişisinin iki qadını yoxdur" – Gündüz İsmayılov

24.11.2026 / 12:18
Prezidentin sosial şəbəkə hesablarında Monteneqronun Baş nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

24.11.2026 / 11:56
Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib - FOTO

24.11.2026 / 11:55
"Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib" - Prezident

24.11.2026 / 11:31
Prezident İlham Əliyev Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət ünvanlayıb

24.11.2026 / 11:25
Yaxın Şərq müharibəsi Avropaya sıçraya bilər – Tehran ABŞ-ın Avropadakı müttəfiqlərinə xəbərdarlıq etdi

24.11.2026 / 11:05
ABŞ Suriyaya yenidən qoşun göndərir – 15 ölkənin iştirakı ilə hərbi missiya planı...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ