çərşənbə günü, 25 noyabr 2026
     

Azərbaycan mədəniyyətinin, musiqisinin beynəlxalq sferada tanıdılması və əlaqələrimiz...

Image


Azərbaycan mədəniyyətlərin çuğlaşdığı, qovuşduğu bir məkan kimi artıq dünyada özünə şöhrət qazanıb. Respublikamızda mədəniyyət tədbirləri, incəsənətlə bağlı toplantılar, musiqi festivalları keçirilir. Sevindirici haldır ki, bir sıra musiqi festivalları beynəlxalq status alıb. Ölkəmizdə aşıq, muğam, bəstəkar, caz, estrada və digər janrlar üzrə beynəlxalq festivallar, elmi simpoziumlar, tədbirlər keçirilir. Bu festivalların əsas təşkilatçısı kimi Azərbaycan dövləti-Mədəniyyət və Turizm Nazirliyi, Heydər Əliyev Fondunun adlarını çəkə bilərik.
Sentyabr ayının 18-dən başlayan və bu ayın 29-na qədər davam edəcək Üzeyir Hacıbəyov beynəlxalq musiqi festivalı bu sırada xüsusi seçilir. Qeyd edək ki, Üzeyir Hacıbəyov beynəlxalq musiqi festivalı Üzeyir Hacıbəyovun yaradıcılığına həsr edilir. Bu festival Azərbaycanda 2009-cu ildən keçirilir. Festival çərçivəsində ölkənin bir neçə şəhərində tədbirlər keçirilsə də, əsas tədbirlər Bakıda baş tutur. Rəsmi məlumata görə, bundan əvvəl 1995-ci ildən başlayaraq hər ilin 18 sentyabr günü (Üzeyir Hacıbəyovun doğum günü) musiqi bayramı kimi qeyd olunurdu. Lakin 2009-cu ildən beynəlxalq musiqi festivalı keçirilməsi haqda qərar qəbul olunub. Festivalın işində azərbaycanlı musiqiçilərlə yanaşı, başqa ölkələrdən olan ifaçılar da iştirak edir. Festival zamanı konsertlərlə yanaşı, Üzeyir Hacıbəyovun əsərləri əsasında teatr tamaşaları da baş tutur, tamaşalarla yanaşı, dahi bəstəkarın yaradıcılıq irsini araşdıran elmi konfranslar da keçirilir. Festivalın təşkilatçıları Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Heydər Əliyev Fondudur. Onu da bildirək ki, sözügedən festival artıq ənənəvi hal alıb və hər il qeyd edilir.
Digər beynəlxalq musiqi festivalı isə Qara Qarayevin adını daşıyır. Qara Qarayev adına beynəlxalq müasir musiqi festivalı 1986-cı ildən keçirilir. Beynəlxalq status alan bu festival da ənənəvi qaydada keçirilir və burada ölkəmizlə yanaşı, başqa ölkələrin istedadları da iştirak edir.
Musiqişünaslar bildirir ki, Azərbaycan mədəniyyətinin, musiqisinin təsiri başqa ölkələrdə də duyulmaqdadır.
Mstislav Rostropoviç adına beynəlxalq musiqi festivalı
da Azərbaycanın səsini dünyaya yayan festivallardan biridir.
2007-ci ildən başlayaraq M.Rostropoviçin şərəfinə beynəlxalq musiqi festivalı keçirilir. 2007-ci il dekabrın 11-dən 18-dək keçirilən M.Rostropoviç adına I beynəlxalq musiqi festivalı çərçivəsində M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Murad Adıgözəlzadə, Aleksandra Korsantiya (ABŞ), Mixail Lidski (Rusiya) kimi tanınmış pianoçular, məşhur rusiyalı skripkaçı, dirijor Maksim Vengerov, skripkaçı Sergey Krılov, violonçeçalan Natalya Qutman, habelə dünyanın ən məşhur musiqiçilərindən biri sayılan Yuri Başmetin rəhbərliyi ilə "Moskva solistləri" kamera orkestri çıxış ediblər. Festival ənənəvi olaraq 2008-2012-ci illərdə də təşkil olunub. 2014-cü ilin mayında VII beynəlxalq M.Rostropoviç festivalı keçirilib. Beynəlxalq müsabiqələr laureatları, tanınmış Azərbaycan, Amerika, İtaliya, Rusiya və Fransa skripkaçıları, dirijorları, vokalçıları və pianoçularının çıxış etdiyi festivallar çərçivəsində dünya şöhrətli musiqiçilərin iştirakı ilə ustad dərsləri keçirilib, müxtəlif müsabiqələr təşkil olunub.
Azərbaycanda keçirilən beynəlxalq musiqi festivalları mədəni dəyərlərimizin beynəlxalq aləmdə tanıdılmasında xüsusi rol oynayır. Ümumiyyətlə, bu və digər amillər Azərbaycanın beynəlxalq mədəni əlaqələrinin qurulmasında az iş görmür.
Bildiyimiz kimi, müstəqillik illərində Azərbaycanın beynəlxalq mədəni əlaqələri sözsüz ki, xüsusi əhəmiyyətə malikdir.
Fəlsəfə üzrə fəlsəfə doktoru Vahid Ömərov yazır ki,
1993-cü ildə Azərbaycanın dövlət müstəqilliyini tanıyan 116 dövlətdən 70-i onunla müxtəlif sahələrdə diplomatik əlaqələrin yaradılmasında iştirak edirdi. Diplomatik əlaqələr sistemində mədəni əlaqələr əsas şərtlərdən idi. Onun yazdığına görə, Azərbaycanın tarixində məhz indi, yəni müstəqil dövlətçilik şəraitində tam sərbəst və tələb olunan demokratik prinsiplər əsasında mədəni siyasət irəli sürüldü: "Bu siyasətin formalaşdırılmasında, sözsüz ki, keçmiş sovet təcrübəsinin mütərəqqi cəhətləri və müasir dünya ölkələrinin bu sahədəki səmərəli xüsusiyyətlərindən müntəzəm şəkildə istifadə olundu. Əsas məqsəd xarici ölkələrlə qarşılıqlı mədəni anlaşma və qarşılıqlı əməkdaşlıq münasibətlərini möhkəmləndirməkdən, onlarla bərabərhüquqlu və qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələri qurmaqdan ibarətdir. Bu tələbdən doğan prinsiplər Azərbaycan Respublikası Konstitusiyası, "Mədəniyyət Haqqında" Qanun, Azərbaycan Respublikasının xarici siyasəti və digər hüquqi-normativ aktlarında öz əksini tapdı. "Beynəlxalq mədəni əlaqələr" kitabında göstərilir ki, Azərbaycan Respublikası dövlət və hökumət orqanları beynəlxalq mədəni əlaqələrin qurulması və inkişafını məhz bu qanunvericilik aktları əsasında həyata keçirməklə, bu sahədə geniş şəbəkəli iş mexanizminə nail olub. Hazırda Azərbaycan Respublikasında beynəlxalq mədəni əlaqələrin inkişaf dinamikasında həm keyfiyyət, həm də kəmiyyət əmsallarına görə irəliləyişlər aydın şəkildə hiss olunmaqdadır. Müstəqil Azərbaycan Respublikasında beynəlxalq mədəni əlaqələrin təşkili sistemində dövlət və hökumət qurumlarından əlavə, beynəlxalq təşkilat, ictimai-sosial institutlar və ayrı-ayrı insanların şəxsi fəaliyyəti mühüm yer tutur. Dövlət və hökumət xəttilə beynəlxalq mədəni əlaqələr Prezident Aparatının müvafiq şöbələri, səfirlik və konsulluqlar, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Xarici İşlər Nazirliyi, Diasporla iş üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilməkdədir. Beynəlxalq təşkilatlar xəttilə bu sahədə əsas iş UNESCO, Avropa Şurası, İSESCO, "Türksoy", MDB-nin Mədəni Əməkdaşlıq Şurası, GUAM və digər qurumlarla mədəni əlaqələrdə öz təzahürünü tapır. İctimai-sosial institutlar sistemində "Vətən" cəmiyyəti və müxtəlif ölkələr üzrə çoxsaylı dostluq cəmiyyəti, mədəniyyət mərkəzləri, şirkət və ofislərin fəaliyyətini göstərmək olar. Beynəlxalq mədəni əlaqələrin təşkilində ayrı-ayrı insanların fəaliyyəti də mühüm əhəmiyyət kəsb edir. Göründüyü kimi, tarixin ilk vaxtlarından başlayaraq beynəlxalq mədəni əlaqələrin inkişaf dinamikasında aparıcı istiqamət kimi təzahür edən fərdi fəaliyyət bu sahədə hazırda sonuncu pilləni təşkil edir ki, bu da tarixi inkişaf prosesinin məntiqinə tam uyğundur. Azərbaycan Respublikası tək-tək beynəlxalq mədəni tədbirlər və qastrollardan başqa uzunmüddətli birgə layihələrə geniş yer ayıran mədəni əməkdaşlıq istiqamətinə üstünlük verir".
Tədqiqatçı qeyd edir ki, hazırda Azərbaycan Respublikasında beynəlxalq mədəni əlaqələr ikitərəfli və çoxtərəfli əməkdaşlıq istiqamətində inkişaf dinamikası keçirməkdədir. İkitərəfli mədəni əlaqələrin davam etdirilməsində 1990-2000-ci illərdə bir çox ölkələrlə - Rusiya Federasiyası, Çin Xalq Respublikası, Böyük Britaniya, Polşa Xalq Respublikası, Türkiyə Respublikası, Rumıniya, Yunanıstan, Bolqarıstan, İtaliya, eyni zamanda, keçmiş SSRİ respublikaları olan Özbəkistan, Gürcüstan, Moldova, Qazaxıstan ilə mədəni əməkdaşlıq haqqında hökumətlərarası sazişlər bağlanmış, Rusiya Federasiyası, Başqırdıstan Respublikası, Belarus Respublikası, Çin Xalq Respublikası, İran İslam Respublikası, Qırğızıstan və digərləri ilə isə mədəni əməkdaşlıq haqqında nazirliklərarası saziş və protokollar imzalanıb: "Bu əməkdaşlığın əsas prioritetlərinə təhsil, elm, maarif, incəsənətin musiqi, təsviri sənət, memarlıq sahələri üzrə qarşılıqlı əlaqələrin yaradılması daxildir".
Ekspertlər Azərbaycanın mədəniyyət sferasında beynəlxalq əlaqələrini şərh edərək bildirir ki, Azərbaycan xalqının qədim mədəni irsinin ölməz nümunəsi, Azərbaycan musiqisinin zəngin fəlsəfi təməl üzərində təşəkkül tapmasında əvəzsiz rol oynayan muğamın və Seyid Şuşinski, Xan Şuşinski, Cabbar Qaryağdıoğlu, Bülbül kimi muğam ustadlarının, Rəşid Behbudov, Şövkət Ələkbərova kimi vokal sənəti nəhənglərinin Azərbaycan mədəniyyətində xüsusi yeri var. Bəstəkarlardan Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Asəf Zeynallı, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Sultan Hacıbəyov, Tofiq Quliyev, Arif Məlikov, Cahangir Cahangirov, Süleyman Ələsgərov, Səid Rüstəmov, Rauf Hacıyev, Aqşin Əlizadə, Vasif Adıgözəlov, Rafiq Babayev, Qəmbər Hüseynli, Oqtay Kazımov, Emin Sabitoğlu və s. göstərmək olar.
Azərbaycanın mədəniyyət sferasında beynəlxalq əlaqələrindən danışan ekspertlər qeyd edir ki, mədəniyyət sferasında Azərbaycan Respublikası UNESCO (Birləşmiş Millətlərin Təhsil, Elm və Mədəniyyət Təşkilatı), İSESCO (İslam Konfransının Təhsil, Elm və Mədəniyyət Təşkilatı), Avropa Şurası kimi beynəlxalq və regional qurumlarla əməkdaşlıq və layihələrdə iştirak edir.
Onu da vurğulayaq ki, 2003-cü ilin 26-28 sentyabr tarixində Azərbaycan Respublikasında Avropa Şurasının "Avropa Mədəni İrs Günləri-2003 Kampaniyası" keçirilib. "Avropa Mədəni İrs Günləri-2003 Kampaniyası" zamanı beynəlxalq layihələr üzrə bərpası sona çatmış abidələrin açılışında iştirak, eləcə də bərpa işləri hələ də davam etdirilən abidələrə baxış, keçən illərdə olduğu kimi, növbəti (8-ci) "Photoexperiense-2003" Beynəlxalq Foto Təşəbbüsü üzrə sərginin və kataloqun təqdimatı, məktəblərdə və universitetlərdə "Avropa ümumi irs" Proqramı və Avropa Mədəni İrs günləri Kampaniyası, "Mədəni irsin qorunması-mənim vətəndaşlıq borcumdur" fakültativ dərslərinin aparılması nəzərdə tutulmuşdu.
Azərbaycan Avropa Şurasının mədəniyyət sahəsi layihəsində - "STAGE"də ("Support for Transition in the Arts in Greater Europe") iştirak edib. Layihənin əsas prinsipləri aşağıdakılardır:
mədəni özünəməxsusluğun dəstəklənməsi;
mədəni müxtəlifliyin dəstəklənməsi;
yaradıcılığın dəstəklənməsi;
ölkənin mədəni həyatında bütün təbəqələrin iştirakının dəstəklənməsi.
"STAGE" layihəsi çərçivəsində Avropa Şurasının ekspert qrupu 2001-ci ilin may ayında Azərbaycanda olub. Bu səfər zamanı ekspertlər Avropa Şurasının dəstək verə biləcəyi sahələri qeyd ediblər və Mədəniyyət Nazirliyi ilə vətəndaş cəmiyyətinin nümayəndələri tərəfindən irəli sürülən təklifləri nəzərə almışlar.
Onu da qeyd edək ki, 2001-ci il iyunun 13-dən 17-dək bu layihə çərçivəsində Tiflis şəhərində "Mədəniyyətin keçid dövründə maliyyələşdirilməsi" mövzusunda seminar keçirilib. Seminarda Azərbaycan Respublikası 6 nəfər nümayəndə heyəti ilə təmsil olunub. 2004-cü il dekabrın 9-10-da Polşanın Vrotslav şəhərində Avropa Mədəniyyət Konvensiyasının 50 illiyinə həsr edilmiş konfrans keçirilib. Konfransda Azərbaycan Respublikasının da nümayəndələri iştirak edib.
Azərbaycan mədəniyyətinin beynəlxalq sfera ilə əlaqəsini şərtləndirən bir sıra amillər, o cümlədən də beynəlxalq musiqi festivallarından danışdıq. Eyni zamanda da beynəlxalq mədəni əlaqələrimiz haqqında, bu sahədə görülən işlər barəsində söhbət açdıq. Azərbaycan mədəni sferası hər zaman beynəlxalq aləm üçün maraqlıdır. Respublikamızda keçirilən musiqi, teatr, sinema festivalları, rəsm sərgiləri, incəsənət nümunələrinin nümayişi hər zaman sevgi və hərarətlə qarşılanır.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.





VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

25.11.2026 / 14:35
Lukaşenko: “Avropa təhlükəsizliyinin gələcək arxitekturası avropalıların özlərinin iştirakı olmadan müzakirə edilə bilməz və Kreml bunu başa düşür”

25.11.2026 / 14:29
Peskov ABŞ-ın Rusiya ilə danışıqlara yanaşmasındakı dəyişikliyə münasibət bildirməkdən imtina etdi

25.11.2026 / 14:17
Lukaşenko Rusiyanın nüvə silahlarının Belarusdan çıxarılmasına icazə verdi

25.11.2026 / 14:12
Xarici ölkələrə malların ixracı ilə bağlı hesablaşmaların aparılma qaydaları hazırlanacaq

25.11.2026 / 14:10
MSK-nın nümayəndə heyəti beynəlxalq seçki forumunda iştirak edib

25.11.2026 / 14:05
ABŞ generalından dəhşətli xəbərdarlıq... NATO Rusiyanın zərbələrinə hazır deyil – Avropa şəhərləri Ukrayna kimi bombalana bilər...

25.11.2026 / 13:50
ABŞ Ukraynada böyük təhlükə gözləyir? – Səfirlikdən təcili xəbərdarlıq…

25.11.2026 / 13:33
Zəngəzurda dəmiryolunun çəkiləcəyi dəqiq vaxt deyildi...

25.11.2026 / 13:24
Gələn il 61 dövlətin lideri Bakıya gələ bilər...

25.11.2026 / 13:17
Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi yaradıldı - FƏRMAN

25.11.2026 / 13:10
Əvvəl sabiq nazir, indi sədr müavini – Fond qalmaqalı AK Partidə istefa dalğası yaratdı…

25.11.2026 / 12:55
Ukraynadan Rusiyanın neft sənayesinə növbəti ağır zərbə – “Rosneft”in iki nəhəng zavodu vuruldu…

25.11.2026 / 12:42
Zelenski onu Moskvaya dəvət edən Lukaşenkoya cavab verdi – Putini də götür, Kiyevə gəl…

25.11.2026 / 12:39
Naxçıvanda fəxri adlara görə aylıq təqaüdlə bağlı dəyişiklik...

25.11.2026 / 12:25
Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib - FOTO

25.11.2026 / 12:03
Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladı

25.11.2026 / 11:49
Hörmüz boğazında minaya düşən iki tanker alov aldı...

25.11.2026 / 11:36
Vasif Talıbovun imzaladığı 47 fərman ləğv olundu

25.11.2026 / 11:27
İslam Kərimovun qızı Gülnarənin 252,5 milyon dollarlıq sərvəti aşkarlandı – pullar Özbəkistana qaytarılır...

25.11.2026 / 11:06
Xətainin heykəlinin lövhəsindəki yazı ilə bağlı ekspert qrupu yaradıldı

25.11.2026 / 10:42
Azərbaycanda qədim yaşayış məskəni tapıldı

25.11.2026 / 10:38
Naxçıvan Qaz İstismar Xidməti ləğv edildi

25.11.2026 / 10:25
“Giləzi-Quşçuluq”da dəhşətli faktlar üzə çıxdı – 400 tondan çox təhlükəli toyuq əti aşkarlandı... Şirkətdə həbslər aparıldı...

25.11.2026 / 09:48
Türkiyədə məşhurlara qarşı genişmiqyaslı əməliyyat – Özcan Deniz və digər tanınmış simalar saxlanıldı...

25.11.2026 / 09:12
Cared Kuşnerin babasının partizanlıq qeydləri Belarusda dərc olundu

25.11.2026 / 09:05
Kəlbəcər Şəhəri Günü qeyd olunur

25.11.2026 / 08:58
Kadırovun oğlu soyadını dəyişib Serbiya vətəndaşlığı aldı - sanksiyalardan yayınmanın unikal yolu…

25.11.2026 / 08:51
Konqres üzvləri Trampı Putinin G20-yə dəvətini ləğv etməyə çağırdı

24.11.2026 / 23:25
Vaşinqtondan ŞOK SSENARİ... Trampın gizli planı üzə çıxdı – İranın rəhbər şəxslərinə sui-qəsd hazırlanır...

24.11.2026 / 22:49
Britaniyanı qarışdıran ŞOK QALMAQAL – Ukraynaya ABŞ-dan alınmış tonlarla saxta partlayıcı göndərildi...

24.11.2026 / 22:23
İrandan dünyaya neft şoku xəbərdarlığı – müharibə başlasa, neft bazarında fəlakət yaşanacaq...

24.11.2026 / 22:05
Dövlətlər BCM-dən çıxır - Trampın çağırışı ilə yox, başqa səbəbdən...

24.11.2026 / 21:49
Paşinyan erməni tarixindən “4 çarlığı” silib atdı...

24.11.2026 / 21:35
Respublikaçı konqresmenlər indidən Trampın üzünə durmağa başlayıblar...

24.11.2026 / 21:21
Ermənistanın yeni Konstitusiya layihəsi məhkəmə sistemində ajiotaj yaratdı...

24.11.2026 / 21:10
Ali Şura Zəngəzur dəhlizini Hörmüzə bənzədib hədələdi...

24.11.2026 / 20:53
Ermənistan Konstitusiyasının müzakirəsi 6 ay uzanacaq - Şübhəlidir...

24.11.2026 / 20:38
TRİPP - bu sayaq açılışı məqbul saymaq olar?

24.11.2026 / 20:25
COP 31-ci addımında Türkiyədə iflasa uğradı...

24.11.2026 / 20:17
Trampın İran uğursuzluğunun səbəbi Demokratlar Partiyasının seçki qələbəsi imiş...(?)

24.11.2026 / 19:54
Bakıdan TRIPP-lə bağlı İrəvan və Vaşinqtona mühüm mesaj - Azərbaycanın mövqeyi nəzərə alınmalıdır...

24.11.2026 / 19:33
"Gürcüstan-Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə komissiya fəaliyyətini davam etdirir" - Maka Boçorişvili

24.11.2026 / 19:27
COP31 iqlim sammiti 192 ölkəni birləşdirmək əvəzinə parçaladı...

24.11.2026 / 19:21
Rusiya erməni terrorçusuna həsr olunan filmin nümayişinə qadağa qoydu

24.11.2026 / 19:07
"Gürcüstan vasitəsilə Ermənistana neft ixracı regional əməkdaşlığa mühüm töhfə verir" - Nazir

24.11.2026 / 19:04
Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirildi

24.11.2026 / 18:57
Yeni Konstitusiya sayəsində Paşinyan müxalifəti siyasi səhnədən birdəfəlik silə bilər...

24.11.2026 / 18:42
Ermənistan Paşinyan konstitusiyasından nə vaxtsa imtina edə bilər (?)...

24.11.2026 / 18:32
Mənzil satışı adı altında 172 nəfərə qarşı dələduzluq... şirkət direktoru məhkəmə qarşısına çıxarılır...

24.11.2026 / 18:27
Prezident sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavinini qəbulu ilə bağlı videoçarx paylaşılıb

24.11.2026 / 18:25
Tramp demokratlara qarşı plan hazırlayıb - yanvaradək...

24.11.2026 / 18:10
Rusiya-Ukrayna müharibəsində yeni cəbhə xətti: Finlandiya savaş meydanına çevrilir

24.11.2026 / 18:02
İki baş həkim vəzifəsindən azad edildi

24.11.2026 / 17:50
Paşinyan Zəngəzur dəhlizində ilkin olaraq elektrik xəttini açmaq istəyir...

24.11.2026 / 17:33
Ramiz Mehdiyevin kürəkəni Əli Kərimlinin məhkəməsində hakimdən nə xahiş edib?..

24.11.2026 / 17:24
Gənclərin PUA-lar barədə praktiki vərdişlərə yiyələnməsi təmin ediləcək

24.11.2026 / 17:18
Mətbuat Şurası media subyektlərini jurnalist etikası qaydalarına əməl etməyə çağırdı

24.11.2026 / 17:02
Azərbaycan Vatikan Apostol Arxivi ilə əməkdaşlığın yeni istiqamətlərini müəyyən edən sənəd imzalayıb - FOTO

24.11.2026 / 16:48
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib - FOTO

24.11.2026 / 16:37
"...yoxlasan, babası lütün biri olub" - Siyavuş Novruzov

24.11.2026 / 16:21
Vüqar Rəhimzadə: Hər daşı, qayası tarix olan Kəlbəcər canlı təbiət muzeyini xatırladır

24.11.2026 / 16:12
İran Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında iki tankerin minaya düşdüyünü açıqlayıb

24.11.2026 / 15:59
Portuqaliyada qatarların yarıdan çoxu maşinistlərin tətili səbəbindən yoldan çıxıb

24.11.2026 / 15:57
Tramp və Rutte noyabrın 25-də danışıqlar aparacaqlar

24.11.2026 / 15:50
TRIPP-in açılışı Rusiya və İranın Ermənistana hücumlarını artırır...

24.11.2026 / 15:46
Tehrandan Vaşinqtona 7 maddəlik ultimatum – şərtlər qəbul edilməsə, müharibə genişlənəcək...

24.11.2026 / 15:38
Zelenski nöqtəni qoydu - "Krım körpüsü mövcud olmayacaq"...

24.11.2026 / 15:37
“Özbəkfilm” neyroşəbəkələr vasitəsilə film çəkməyə başlayacaq

24.11.2026 / 14:37
Memarlıq və İncəsənət İnstitutunun əməkdaşının məqaləsi Türkiyədə çapdan çıxıb

24.11.2026 / 14:18
Yunanıstan pasportunda Xankəndi “Stepanakert” kimi göstərilib - XİN faktı araşdıracaq

24.11.2026 / 13:50
ABŞ-da Azərbaycan bayrağı ilə bağlı yayılan məlumatlar təkzib edildi

24.11.2026 / 13:25
İlham Əliyev Beynəlxalq Konqres qarşısında vəzifə qoydu - İpək yolunun bərpa imkanları... - İpək yolunun bərpa imkanları...

24.11.2026 / 12:49
Qafqazda və Azərbaycan memarlığında Kəlbəcər abidələrinin yeri və rolu

24.11.2026 / 12:46
Azərbaycançılıq: milli suverenlik və dövlətçilik ideologiyası

24.11.2026 / 12:31
"Heç bir dastanımızda Azərbaycan kişisinin iki qadını yoxdur" – Gündüz İsmayılov

24.11.2026 / 12:18
Prezidentin sosial şəbəkə hesablarında Monteneqronun Baş nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

24.11.2026 / 11:56
Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib - FOTO

24.11.2026 / 11:55
"Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib" - Prezident

24.11.2026 / 11:31
Prezident İlham Əliyev Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət ünvanlayıb

24.11.2026 / 11:25
Yaxın Şərq müharibəsi Avropaya sıçraya bilər – Tehran ABŞ-ın Avropadakı müttəfiqlərinə xəbərdarlıq etdi

24.11.2026 / 11:05
ABŞ Suriyaya yenidən qoşun göndərir – 15 ölkənin iştirakı ilə hərbi missiya planı...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ