çərşənbə günü, 25 noyabr 2026
     

Azərbaycan Xalq Cumhuriyyəti ordusunun keçdiyi tarixi yol...

Image



(Əvvəli ötən sayımızda)

Azərbaycan dövlətçilik tarixində önəmli rol oynayan milli ordu quruculuğu siyasəti müstəqil dövlətin görməli olduğu vacib işlərdən biridir. Bilirik ki, Azərbaycan Xalq Cumhuriyyəti (AXC) dövründə respublikamızın nizami ordusu formalaşdırılıb. Azərbaycan tarixində xüsusi yeri olan və dövlətçilik taleyimizdə mühüm rol oynayan AXC ordusu qüdrətli şəxsiyyətlərimiz tərəfindən yaradılıb.
Gənc ölkənin gənc ordusunun ömrü az olsa da, bu qısa müddətdə böyük iz qoya bilib. Əlbəttə, o dövrdə Azərbaycanın çox görkəmli övladları olub, hərbçiləri yetişib, generalları fəaliyyət göstərib.
Azərbaycan Xalq Cumhuriyyətinin ordu quruculuğunu araşdıran alimlərin fikirlərindən belə məlum olur ki, qısa zaman ərzində hökumət orduya sahib olub. Cumhuriyyət tarixçilərinin yazdığına görə, 1918-ci il iyul ayının 6-da Azərbaycan Demokratik Respublikası hökumətinin pullu hərbi mükəlləfiyyət haqqında sərəncamına müvafiq olaraq sıravilərə 50 rubl, yefreytorlara 60 rubl, kiçik unter zabitə 70 rubl, unter zabitə 90 rubl, feldfebelə 120 rubl maaş müəyyən edildi. 1918-ci il iyul ayının 11-də milli orduya çağırış haqqında əmr verildi və 1894-1899-cu illərdə anadan olmuş 24-29 yaşlı oğlanlar səfərbər edildi. Maliyyə çətinliklərinə baxmayaraq, milli zabitlər hazırlamaq məqsədilə Gəncədə hərbi məktəb yaradıldı. Görülən tədbirlər nəticəsində az vaxt ərzində 40 minə yaxın əsgəri olan milli ordu yaradılmasına başlandı. O vaxt orduda 24 min süngü, 6 min piyada, süvari, topçu və sairə qoşun növlərindən ibarət olan və ən müasir silahla silahlanan canlı qüvvə, Xəzər dənizində kiçik bir donanma var idi. Orduda hərbi intizamı möhkəmləndirmək məqsədilə Hərbi Nazirliyin yanında divani hərbi, yəni hərbi məhkəmə fəaliyyət göstərirdi.
Cumhuriyyət tarixçiləri qeyd edir ki, Azərbaycan Demokratik Respublikasının hərbi quruculuq siyasətində, milliliyə, ana dilinə xüsusi əhəmiyyət verilirdi. Hərbi nazir Səməd bəy Mehmandarovun əmrində göstərilirdi ki, orduda danışıq və dəftərxana dili ana dili olmalıdır. Əmrdə deyilirdi: "Sırada, eləcə də sıradan kənarda olarkən əsgərlərin Azərbaycanca salamlaşması-bir sözə "salam", cavabı isə "əleyküm salam" olmasını bütün zabitlərə əmr edirəm. Təltif zamanı əsgərə deyilməlidir: "mərhaba", əsgər cavab verməlidir: "çox sağ ol". Zabitlərin çoxu rusdilli olduğu üçün əsgərlərin əmrləri çətin başa düşdüyünü nəzərə alaraq danışığın Azərbaycan dilində olması zəruri idi.
Tədqiqatçılar bildirir ki, dövlətçiliyin təhlükəsizliyini qorumaq üçün hökumət ordu quruculuğuna mümkün olan qədər vəsait ayırırdı. 1919-cu ilin dövlət büdcəsində toplanan 1600 446 952 rubldan müdafiə xərcləri üçün 399452 242 rubl ayrılıb ki, bu da ümumi büdcənin 27,7 faizini təşkil edirdi.
Tədqiqatçılar qeyd edir ki, 15 yanvar 1919-cu ildə müvafiq idarə və şöbələri birləşdirən nazirliyin geniş səlahiyyətli Baş Qərargahı yaradıldı və general Süleyman bəy Sulkeviç onun rəisi təyin edildi. O da vurğulanır ki, Qərargahın yanında xüsusi mətbəə, hərbi məhkəmə və hərbi prokuror nəzarəti, hərbi nazirin yanında hərbi şura təsis edildi. Gözlənilən təhlükələri nəzərə alaraq 1919-cu ilin iyun ayında dövlət müdafiə komitəsi yaradıldı.
Tədqiqatçıların yazdığına görə, ordu quruculuğu proqramını həyata keçirmək və güclü ordu yaratmaq məqsədilə Azərbaycan Demokratik Respublikasının parlamenti 9 qanunvericilik aktını müzakirə edib, hərbi nazirliyi kifayət qədər vəsaitlə təmin etmək üçün müvafiq qərarlar qəbul edib. Bu xüsusi diqqət onunla əlaqədar idi ki, ölkədə hərbi baza zəif idi, hərbi proqramla 1919-cu ildə 25 minlik, 1920-ci ildə 40 minlik ordu yaradılmalı idi. Ordunu milli zabit kadrları ilə təmin etmək üçün hərbi təhsil müəssisələrinə zərurət olduğunu yazan tədqiqatçılar qeyd edir ki, bu məqsədlə 1918-ci ilin iyun ayında Gəncədə hərbi məktəb yaradıldı və bu təhsil müəssisəsi 1919-cu ilin noyabr ayında öz funksiyasını genişləndirdi. Hərbi məktəbin üç şöbəsində - ümumi, topçuluq və mühəndislik şöbələrində 250 dinləyici oxuyurdu. 1919-cu ilin sonunda, 1920-ci ilin əvvəlində topçuluq və snayper məktəbləri yaradıldı. Bu tədris müəssisələrində dərs demək üçün mütəxəssislər dəvət edildi. 1918-1920-ci illərdə türk və rus zabitlərinin köməkliyi ilə piyada və atlı alaylar, artilleriya briqadası, diviziyası yaradıldı. 1919-cu ilin sonunda milli ordunun tərkibində 2 piyada diviziyası, bir kavaleriya diviziyası var idi. Birinci piyada diviziyasına birinci Cavanşir, ikinci Zaqatala və üçüncü Gəncə alayları daxil idi. İkinci piyada diviziyasına dördüncü Quba, beşinci Bakı və altıncı Göyçay alayları daxil idi. Şirvan alayı bazasında üçüncü piyada diviziyasının yaradılması başlandı. Birinci tatar, ikinci Qarabağ və üçüncü Şəki atlı alayları bazasında kavaleriya diviziyası yaradıldı.
Tədqiqatçıların qeyd etdiyinə görə, cənubda təhlükəsizliyi qorumaq üçün Lənkəranda ehtiyat taboru və "yardım alayı"- milis alayı yaradıldı. Azərbaycan Demokratik Respublikasının Parlamentini mühafizə etmək məqsədilə xüsusi bölmə, respublikanın ərazisində asayişi qorumaq üçün mobil dəstələr təsis edildi. Ordunun tərkibinə iki artilleriya briqadası, bir yüngül artilleriya diviziyası, üç zirehli qatar, beş aeroplan, bir neçə hidroaeroplan, altı ağır və yüngül bronlu avtomobil daxil idi. İngilislər köçüb getdikdən sonra hərbi nazirlik hərbi liman yaratdı, Xəzər hərbi donanmasını yenidən qurdu, "Qars" və "Ərdahan" adlı gəmiləri, "Astrabad", "Araz" və "Nargin" adlı qayıqları onun sərəncamına verdi. Azərbaycan Demokratik Respublikası hökuməti ordunun müvafiq silah növləri və hərbi sursatla təmin edilməsi üçün daim axtarışlar aparır və ciddi tədbirlər həyata keçirirdi. Bu sahədə Azərbaycan Parlamentinin 27 iyun 1919-cu ildə təsdiq etdiyi "Azərbaycan-Gürcüstan hərbi müdafiə paktı" böyük rol oynayıb. Bu müqaviləyə müvafiq olaraq Azərbaycan Tiflisdən 12 yüngül, 12 dağ topu, 24 "Maksim" tipli pulemyot, 3 min tüfəng, çoxlu hərbi sursat aldı. Silah-sursat almaq üçün İtaliya Hərbi Nazirliyi ilə danışıqlar başlandı.
Cumhuriyyət tarixçilərinin qeyd etdiyinə görə, ağqvardiyaçıların Şimali Qafqazda məğlub edilməsindən sonra cənuba qaçan denikinçilər 1920-ci ilin mart ayında Azərbaycan Ordusuna 20 top, 100 pulemyot, 9 təyyarə, 15 min tüfəng, 10 milyon patron verdilər. Azərbaycan Ordusunu silah-sursatla təmin etmək məqsədilə hökumətin 1920-ci ilin yanvar ayında hərbi sənaye kompleksinin yaradılması haqqında qanun layihəsini, Gəncədə tikiləcək hərbi zavodun smetasını və ştatını hazırladığını yazan tədqiqatçılar bildirir ki, 1920-ci ilin fevral ayının 23-də parlament hərbi zavodun tikilməsi və onun üçün 670 milyon vəsaitin ayrılması haqqında qanun qəbul edib. Nəzərdə tutulmuş proqramın həyata keçirilməsi üçün Azərbaycan Demokratik Respublikası hökuməti Antantanın Ali Şurasına memorandum göndərib və hərbi zavodun müasir texnologiya ilə təmin edilməsini xahiş edib.
Azərbaycan Demokratik Respublikasının qurucularından biri olan Məhəmməd Əmin Rəsulzadə təcrübədən bilirdi ki, ordu dövlətin dayağıdır, onun ərazi birliyinin təminatçısıdır. Tarixi təcrübədən aydındır ki, bir ölkəni zəiflətmək, sarsıtmaq və məhv etmək üçün hər şeydən əvvəl onun ordusunu dağıdırlar. Belə məqamda orduda təfriqə salmaq, zabitlərin əqidəsini yad ideologiya ilə zəhərləmək və onun əli ilə dövlət çevrilişi təşkil etmək təcrübəsi çoxdur. Bu təhlükəni aradan qaldırmaq üçün Azərbaycan Demokratik Respublikası hökuməti şəxsi heyətin siyasətlə məşğul olmasına yol verə bilməzdi. Hərbi nazirin əmrində deyilirdi ki, zabitlər və əsgərlər dünyada baş verən hadisələri bilməli və onları təmsil etdikləri dövlətlərin mənafeyi baxımından qiymətləndirməlidirlər. Odur ki, zabitlər və əsgərlər hər hansı bir siyasi partiyanın üzvü ola bilməz, hərbçi üçün əzəli partiya onun dövlətçiliyidir. Azərbaycan Demokratik Respublikasının hökuməti partiyasız, siyasətsiz ordunun yaradılmasını məqsədəuyğun sayırdı. Çünki zabit bir partiyanın üzvü olsa, əsgərlər başqa partiyanın üzvü ola bilər, beləliklə də orduda xaos, qarşıdurma yarana bilər.
Bu barədə də Cumhuriyyət tarixçilərinin yazılarında qeyd edilir. Onlar yazır ki, Azərbaycan Demokratik Respublikasının ordu quruculuğu siyasətində milli hiss, milli birlik, milli iftixar, vətənə, torpağa bağlılıq duyumu əsas prinsiplərdən biri idi. Tədqiqatçılar qeyd edir ki, hər bir zabit və əsgər özünün tarixini, keçmişini, kökünü, soyunu bilməli, onlara qırılmaz köklərlə bağlı olmalıdır. Əsgər və zabit hər şeydən əvvəl vətəndaş, vətənpərvər olmalı, vətənini, dilini, millətini sevməlidir, onların qeyrətini çəkməlidir. Bu milli xüsusiyyətləri nəzərə alan Səməd bəy Mehmandarov əsgər və zabitlərin xalqımızın tarixini, qəhrəmanlıq ənənələrini əks etdirən kitablarla təmin edilməsinə xüsusi fikir verir, bu kitabları oxumaq üçün onlara şərait yaradırdı. Səməd bəy Mehmandarov yazırdı: "Ziyalılarımızın ən mühüm vəzifələrindən biri xalqı və əsgərləri öz tarixi ilə tanış etməkdir. Bu, şübhəsiz ki, xalqın milli hisslərini və türk irqinə məxsusluğu ilə iftixarını artıracaq". Bu ideya da dövlətin daxili siyasətini əhatə edən bir mətləbin təzahürü idi: "Xalqla ordu yekdildir". Ardıcıl görülən tədbirlər şəxsi heyətin mənəvi-psixoloji hazırlığını yüksəldir, vətənpərvərlik tərbiyəsini möhkəmləndirir, döyüş qabiliyyətini və mübarizlik əzmini gücləndirirdi.
Tarixçilər bildirir ki, Səməd bəy separatçılara, ölkəni parçalamağa səy göstərənlərə xatırladırdı ki, Azərbaycanın güclü, nizamlı ordusu var, bu ordu cinayətkarlara dövlət əleyhinə fəaliyyət göstərməyə imkan verməyəcək. Lakin real vəziyyətdən xəbərdar olan bəzi düşmən qüvvələr Azərbaycan Demokratik Respublikasının gənc ordusunun döyüş hazırlığının aşağı səviyyədə olduğunu zənn edərək ona qarşı təxribat əməliyyatları həyata keçirməyə səy göstərirdilər. Tarixçilərin yazdığına görə, elə bu təsəvvürlə erməni daşnakları Dağlıq Qarabağı Azərbaycandan qoparmaq məqsədilə 1920-ci ilin mart ayının 22-də Əsgəran keçidini bağladılar və Qarabağın dağlıq hissəsini blokadaya aldılar. Bu təhlükəli vəziyyəti aradan götürmək və daşnaklara dərs vermək üçün Azərbaycan Demokratik Respublikası hökuməti operativ və çox ciddi tədbirlər gördü. Hərbi nazir Səməd bəy Mehmandarovun əmri ilə general Həbib bəy Səlimovun komandanlığı altında Əsgəran ətrafına güclü hərbi qüvvə göndərildi və başlanan döyüşdə düşmən darmadağın edildi, erməni hərbi dəstələrinin başçısı Dəli Qazar öldürüldü, erməni yaraqlılarının qərargahı Keşişkənd dağıdıldı, daşnak qiyamı yatırdıldı, milli ordu özünün döyüş qabiliyyətini nümayiş etdirdi.
Bolşeviklər XX əsrin əvvəllərində qurulan birinci respublikamızın süqutuna nail olsa da, bu, ordunun şan-şöhrətinin üzərinə kölgə sala bilmədi. Əlbəttə,
Azərbaycan Demokratik Respublikasının ordu quruculuğu proqramı, onun acı tarixi dərslərinin bu gün müasir Azərbaycanın müdafiə strategiyasının əsas istiqamətlərindən birini təşkil etdiyini vurğulayan tarixçilər bildirir ki, Azərbaycan Demokratik Respublikasının təcrübəsi və günümüzün müasir reallığı təsdiq edir ki, güclü milli ordu ölkəmizin təhlükəsizliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün qarantıdır. Müstəqil Azərbaycan mövcuddur və onun ordusu var. Hazırkı ordumuz o ordunun davamçısı kimi öz varlığını təsdiq edib və şanlı zəfərlərə hazırdır.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.





VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı - İrəvan hər fürsətdə “vurulur”...

25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır - ABŞ nə edəcək...

25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...

25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...

25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...

25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...

25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...

25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər - “Düşmənlər” hərəkətə keçdi...

25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb - Nazir narahat eyham vurdu...

25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi

25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...

25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb - qiymətlər əsas rol oynayır...

25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal – Tonoyana ağır ittiham irəli sürüldü...

25.11.2026 / 18:11
Lukaşenkodan sensasiyalı açıqlama – ondan sonra Belarusu kim idarə edəcək...

25.11.2026 / 17:56
Keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu - SİYAHI

25.11.2026 / 17:43
Zelenski Krım körpüsünü ən kritik yerdən vurdu, Rusiyanın alternativ yolu qalmadı...

25.11.2026 / 17:25
COP31 prezidenti Murat Kurum konfransda işləri korladı, Afrika ölkələrindən üzr istədi, lakin... - VİDEO

25.11.2026 / 17:10
Rusiyanın "Merkuri" gəmisi inanılmaz əməliyyatla vuruldu - şok detallar...

25.11.2026 / 16:57
Milyondan çox pensiyaçının gözlədiyi xəbər – pensiyalar artırılır...

25.11.2026 / 16:43
Ceyhun Bayramov litvalı həmkarı ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdi

25.11.2026 / 16:37
Sumqayıtda marketdə ahıl qadının pul kisəsi belə oğurlandı - VİDEO

25.11.2026 / 16:29
Paşinyan Putinlə mürəkkəb "dəmiryolu danışıqlarına" gedir... Kritik görüş...

25.11.2026 / 16:02
İran liderlərinə qarşı ABŞ-İsrail cəza terrorunun yeni dalğası müzakirə olunur...

25.11.2026 / 15:46
Azərbaycanın bu şəhəri erməniləri əvvəl “sevindirmişdi”, sonra bellərini qırdı...

25.11.2026 / 15:33
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan

25.11.2026 / 15:05
Prezident İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

25.11.2026 / 14:35
Lukaşenko: “Avropa təhlükəsizliyinin gələcək arxitekturası avropalıların özlərinin iştirakı olmadan müzakirə edilə bilməz və Kreml bunu başa düşür”

25.11.2026 / 14:29
Peskov ABŞ-ın Rusiya ilə danışıqlara yanaşmasındakı dəyişikliyə münasibət bildirməkdən imtina etdi

25.11.2026 / 14:17
Lukaşenko Rusiyanın nüvə silahlarının Belarusdan çıxarılmasına icazə verdi

25.11.2026 / 14:12
Xarici ölkələrə malların ixracı ilə bağlı hesablaşmaların aparılma qaydaları hazırlanacaq

25.11.2026 / 14:10
MSK-nın nümayəndə heyəti beynəlxalq seçki forumunda iştirak edib

25.11.2026 / 14:05
ABŞ generalından dəhşətli xəbərdarlıq... NATO Rusiyanın zərbələrinə hazır deyil – Avropa şəhərləri Ukrayna kimi bombalana bilər...

25.11.2026 / 13:57
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü

25.11.2026 / 13:50
ABŞ Ukraynada böyük təhlükə gözləyir? – Səfirlikdən təcili xəbərdarlıq…

25.11.2026 / 13:33
Zəngəzurda dəmiryolunun çəkiləcəyi dəqiq vaxt deyildi...

25.11.2026 / 13:24
Gələn il 61 dövlətin lideri Bakıya gələ bilər...

25.11.2026 / 13:17
Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi yaradıldı - FƏRMAN

25.11.2026 / 13:10
Əvvəl sabiq nazir, indi sədr müavini – Fond qalmaqalı AK Partidə istefa dalğası yaratdı…

25.11.2026 / 12:55
Ukraynadan Rusiyanın neft sənayesinə növbəti ağır zərbə – “Rosneft”in iki nəhəng zavodu vuruldu…

25.11.2026 / 12:42
Zelenski onu Moskvaya dəvət edən Lukaşenkoya cavab verdi – Putini də götür, Kiyevə gəl…

25.11.2026 / 12:39
Naxçıvanda fəxri adlara görə aylıq təqaüdlə bağlı dəyişiklik...

25.11.2026 / 12:25
Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib - FOTO

25.11.2026 / 12:03
Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladı

25.11.2026 / 11:49
Hörmüz boğazında minaya düşən iki tanker alov aldı...

25.11.2026 / 11:36
Vasif Talıbovun imzaladığı 47 fərman ləğv olundu

25.11.2026 / 11:27
İslam Kərimovun qızı Gülnarənin 252,5 milyon dollarlıq sərvəti aşkarlandı – pullar Özbəkistana qaytarılır...

25.11.2026 / 11:06
Xətainin heykəlinin lövhəsindəki yazı ilə bağlı ekspert qrupu yaradıldı

25.11.2026 / 10:42
Azərbaycanda qədim yaşayış məskəni tapıldı

25.11.2026 / 10:38
Naxçıvan Qaz İstismar Xidməti ləğv edildi

25.11.2026 / 10:25
“Giləzi-Quşçuluq”da dəhşətli faktlar üzə çıxdı – 400 tondan çox təhlükəli toyuq əti aşkarlandı... Şirkətdə həbslər aparıldı...

25.11.2026 / 09:48
Türkiyədə məşhurlara qarşı genişmiqyaslı əməliyyat – Özcan Deniz və digər tanınmış simalar saxlanıldı...

25.11.2026 / 09:12
Cared Kuşnerin babasının partizanlıq qeydləri Belarusda dərc olundu

25.11.2026 / 09:05
Kəlbəcər Şəhəri Günü qeyd olunur

25.11.2026 / 08:58
Kadırovun oğlu soyadını dəyişib Serbiya vətəndaşlığı aldı - sanksiyalardan yayınmanın unikal yolu…

25.11.2026 / 08:51
Konqres üzvləri Trampı Putinin G20-yə dəvətini ləğv etməyə çağırdı

24.11.2026 / 23:25
Vaşinqtondan ŞOK SSENARİ... Trampın gizli planı üzə çıxdı – İranın rəhbər şəxslərinə sui-qəsd hazırlanır...

24.11.2026 / 22:49
Britaniyanı qarışdıran ŞOK QALMAQAL – Ukraynaya ABŞ-dan alınmış tonlarla saxta partlayıcı göndərildi...

24.11.2026 / 22:23
İrandan dünyaya neft şoku xəbərdarlığı – müharibə başlasa, neft bazarında fəlakət yaşanacaq...

24.11.2026 / 22:05
Dövlətlər BCM-dən çıxır - Trampın çağırışı ilə yox, başqa səbəbdən...

24.11.2026 / 21:49
Paşinyan erməni tarixindən “4 çarlığı” silib atdı...

24.11.2026 / 21:35
Respublikaçı konqresmenlər indidən Trampın üzünə durmağa başlayıblar...

24.11.2026 / 21:21
Ermənistanın yeni Konstitusiya layihəsi məhkəmə sistemində ajiotaj yaratdı...

24.11.2026 / 21:10
Ali Şura Zəngəzur dəhlizini Hörmüzə bənzədib hədələdi...

24.11.2026 / 20:53
Ermənistan Konstitusiyasının müzakirəsi 6 ay uzanacaq - Şübhəlidir...

24.11.2026 / 20:38
TRİPP - bu sayaq açılışı məqbul saymaq olar?

24.11.2026 / 20:25
COP 31-ci addımında Türkiyədə iflasa uğradı...

24.11.2026 / 20:17
Trampın İran uğursuzluğunun səbəbi Demokratlar Partiyasının seçki qələbəsi imiş...(?)

24.11.2026 / 19:54
Bakıdan TRIPP-lə bağlı İrəvan və Vaşinqtona mühüm mesaj - Azərbaycanın mövqeyi nəzərə alınmalıdır...

24.11.2026 / 19:33
"Gürcüstan-Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə komissiya fəaliyyətini davam etdirir" - Maka Boçorişvili

24.11.2026 / 19:27
COP31 iqlim sammiti 192 ölkəni birləşdirmək əvəzinə parçaladı...

24.11.2026 / 19:21
Rusiya erməni terrorçusuna həsr olunan filmin nümayişinə qadağa qoydu

24.11.2026 / 19:07
"Gürcüstan vasitəsilə Ermənistana neft ixracı regional əməkdaşlığa mühüm töhfə verir" - Nazir

24.11.2026 / 19:04
Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirildi

24.11.2026 / 18:57
Yeni Konstitusiya sayəsində Paşinyan müxalifəti siyasi səhnədən birdəfəlik silə bilər...

24.11.2026 / 18:42
Ermənistan Paşinyan konstitusiyasından nə vaxtsa imtina edə bilər (?)...

24.11.2026 / 18:32
Mənzil satışı adı altında 172 nəfərə qarşı dələduzluq... şirkət direktoru məhkəmə qarşısına çıxarılır...

24.11.2026 / 18:27
Prezident sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavinini qəbulu ilə bağlı videoçarx paylaşılıb

24.11.2026 / 18:25
Tramp demokratlara qarşı plan hazırlayıb - yanvaradək...

24.11.2026 / 18:10
Rusiya-Ukrayna müharibəsində yeni cəbhə xətti: Finlandiya savaş meydanına çevrilir

24.11.2026 / 18:02
İki baş həkim vəzifəsindən azad edildi

24.11.2026 / 17:50
Paşinyan Zəngəzur dəhlizində ilkin olaraq elektrik xəttini açmaq istəyir...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ