29/01/2020 17:47
728 x 90

Hüseyn Abdullayev məhkəmədən bəraət istədi

img

Bakı Apelyasiya Məhkəməsində sabiq deputat Hüseyn Abdullayev, anası Zeynəb Abdullayeva, Həbib İbrahimov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov, Pərviz Kazımov, Zaur Quliyev və Nazim Əliyevin apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

“Trend”in məlumatına görə, hakim Faiq Qasımovun sədrlik etdiyi iclasda son söz deyən Hüseyn Abdullayev məhkəmədən barəsindəki hökmün ləğv edilməsini və bəraət verilməsini istəyib.

Proses dekabrın 10-da davam edəcək.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə H.Abdullayev 6 il müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilənlər - Namiq Balayev 4 il, Nazim Əliyev 3 il müddətinə azadlıqdan məhrum edilib. Zeynəb Abdullayeva isə 4 min manat cərimə edilib.

İntiqam Süleymanova şərti azadlıqdan məhrumetmə cəzası verilib və məhkəmə zalından azadlığa buraxılıb. Ev dustaqlığında olan Z.Abdullayeva, H.İbrahimov, Z.Quliyev və P.Kazımova da şərti cəza verilib.

Son xəbərlər