12/12/2019 17:05
728 x 90

Bakıxanov dəmir yolu stansiyasının ərazisində soyğunçuluq edən şəxslər saxlandı - FOTO

img

Paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində dəmir yolu stansiyasının ərazisində 1981-ci il təvəllüdlü Bakı şəhər sakini Zaur Salayevə qarşı soyğunçuluq edilib.

Gecə saatlarında iki nəfər naməlum şəxs onu itələyib yerə yıxmaqla 247 manat pulunu və banklardan birinə məxsus kartı götürərək hadisə yerindən qaçıb. Zərərçəkən başına gələn hadisə barədə polisə məlumat verən kimi dərhal cinayəti törədən şəxslərin axtarışlarına başlanıb.

Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi və Sabunçu Xətt Polis Şöbəsi əməkdaşlarının “isti” izlərlə həyata keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən  Lənkəran şəhər sakini Həsən Əliyev və Sabunçu rayon sakini Cəlaləddin Məmmədov tutularaq məsuliyyətə cəlb edilib. Saxlanan şəxslər ifadələrində törətdikləri soyğunçuluq hadisəsini etiraf edib.

Faktla bağlı hər iki şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb, istintaq əməliyyat tədbirləri davam etdirilir. Bu şəxslərin əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.

Son xəbərlər