12/12/2019 10:18
728 x 90

Binəqədi rayonunda isə evləri talan edən oğru qadın imiş... - FOTO

img

Binəqədi Rayon Polis İdarəsi 7-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində mənzillərdən oğurluqlar edən şəxs saxlanıb.

Belə ki, zərərçəkən şəxslərdən biri polisə müraciət edərək bildirib ki, evin giriş qapısının açıq olmasından istifadə edən naməlum şəxs mənzilin dəhlizindəki dolabdan 5350 ABŞ dolları və 500 manat oğurlayaraq hadisə yerindən qaçıb. Bölmə əməkdaşları qısa zamanda qeyd edilən oğurluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Abşeron trayon sakini Günay Abdullayevanı saxlalayıblar. O, ifadəsində etdiyi cinayəti etiraf edib.

Araşdırma zamanı G.Abdullayevanın Binəqədi rayonunda daha bir neçə evdən eyni üsulla, yəni açıq qalmış qapıdan içəri daxil olmaqla oğurluqlar etiyi məlum olub. Faktla bağlı 7-ci Polis Bölməsində toplanan materiallar  araşdırılması üçün Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar vasra ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər. 

Son xəbərlər