12/12/2019 09:48
728 x 90

Polis Şəkidə akkumulyator oğrularını zərərsizləşdirdi - FOTO

img

Noyabrın 16-da Şəki şəhər sakini Yusif Yusifov DİN-in “102”- Zəng Mərkəzi Xidməti ilə əlaqə saxlayaraq, atasına məxsus akkumulyator təmiri emalatxanasından yeni akkumulyatorların oğurlanması barədə məlumat verib. Müraciət aidiyyatı üzrə Şəki Şəhər Rayon Polis Şöbəsinə yönləndirilib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Zərərçəkmişə məxsus emalatxanadan ümumi dəyəri 350 manat olan 5 ədəd akkumulyatorun oğurlandığı müəyyən edilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluq hadisəsini törədən şəxslərin Şəki şəhər sakinləri Nicat Salmanov, Elvin Həmidli və bir yeniyetmə olduğu müəyyən edilərək, onlar şübhəli şəxs qismində saxlanıb. Dindirilmə zamanı onlar törətdikləri cinayət əməlini etiraf ediblər və oğurladıqları akkumulyatorlar onlardan maddi sübut kimi götürülüb.

Faktla bağlı Şəki ŞRPŞ-nin İstintaq bölməsində cinayət işi başlanıb, istintaq aparılır.

Son xəbərlər