DİN orqanları bir gündə 25 cinayətin üstünü “isti izlər”lə açdı

Noyabrın 14-dən 15-dək Respublikanın daxili işlər orqanları gün ərzində törədilmiş 25 cinayətin üstünü “isti izlər”lə açıb.
Əvvəlki dövrlərdən bağlı qalmış 12 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 25 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 4 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanıb.
Natiq CAVADOV
DİN Mətbuat Xidmətinin əməkdaşı