12/12/2019 09:44
728 x 90

Polislər Gəncədə narkobaron tutdular... - FOTO

img

DİN-in Mətbuat Xidmətinin Gəncə Regional qrupundan verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış  tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Şəmkir rayon Dəllər qəsəbə sakini, 31 yaşlı Sənan Əliyev saxlanaraq  “Lada Priora” markalı avtomobili ilə birlikdə Gəncə ŞBPİ-nə gətirilib.

Şübhəli şəxsə və avtomobilə qanunvericiliklə müəyyən edilmiş qaydada baxış keçirilən zaman avtomobilin salonundan göy rəngli sellofan torbanın içərisindən 33 ədəd kibrit qutusunda qablaşdırılmış formada, ümumi çəkisi 295.5 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq S. Əliyevin Gəncə şəhərində kirayə yaşadığı mənzilə baxış keçirilib və oradan 8 ədəd ayrı-ayrı sellofan bükümlərdə, ümumi çəkisi 1 kiloqram 21 qram çəkidə qurudulmuş marixuana aşkar edilərək götürülüb. İlkin dindirilmə zamanı o, narkotik maddəni satış məqsədilə əldə etdiyini bildirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər