Moskvanın mərkəzi kafelərindən birində saxlanılan Ded Xasanın varisi, kriminal avtoritet Yuri Asoyana cinayət işi açılıb. "Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, Usoyana narkotik vasitələrin qanunsuz saxlanması ilə bağlı iş açılıb.
Məlum olub ki, o, saxlanılan zaman üzərində 3,5 qram amfetamin aşkar edilib.
Xatırladaq ki, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı paytaxt kafesində "sxodka” təşkil edən və aralarında Ded Xasanın varisi də olmaqla 17 nəfər "qanuni oğru” saxlanılmışdı.