Rusiyanın Perm şəhərində azərbaycanlı saxlanılıb. Anspress-in məlumatına görə, saxlanılan gənc taksi sürücüsünü qətlə yetirməkdə ittiham edilir. "Kommersant" gəncin bu gün saxlanıldığını yazıb.
Azərbaycan vətəndaşı Vüsal Məmmədov 2013-cü ilin avqust ayından axtarışda olub.
Qeyd edək ki, qətl hadisəsi ötən il avqustun 13-də Pionerski küçəsində qeydə alınıb.
23 yaşlı azərbaycanlı ilə 38 yaşlı sürücü arasında münaqişə baş verib. Bundan sonra V.Məmmədov kişiyə 5 dəfə travmatik tapançadan atəş açıb.
Sürücü dərhal xəstəxanaya yerləşdirilib. Lakin bir necə gün sonra o ölüb. Şübhəli şəxsin yerini müəyyən etmək üçün sürücünün çalışdığı şirkət mükafat təyin etmişdi. Mükafat fondu isə 100 min rubl olub.
Qeyd edək ki, şübhəli şəxs, həmçinin 2011-ci ilin payızında Permdə Rusiya Federasiyası Kommunist Partiyasının seçkiqabağı qərargah rəhbəri olan Vladislav Suxoruçenkova hücum işinin fiqurlarından biri olub. Belə ki, o zaman bir necə gənc dəyənəklərlə onu, mühafizəçisini və köməkçisini döymüşdü.