Bakıdaquldurluqla məşğul olan dəstə üzvləri həbs edilib. Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumatagörə, sentyabrın 30-da RəşadQuliyevin evinə daxil olan maskalışəxslər ev sahibinin və onun ailə üzvlərinin əl-qolunu bağlayaraq pul tələb ediblər.
Naməlumşəxslər evdə bir milyon manat pul olduğunu və həmin pulu götürməyəcəkləritəqdirdə ailə üzvlərini öldürəcəkləri ilə hədələyiblər. Ev sahibi isə onlaraevdə o qədər pul olmadığını, mənzildə 1200 manat,200 ABŞ dolları və qızıl əşyaların olduğunu deyib. Evdə axtarışaparan naməlum şəxslər əlavə pul tapa bilməyiblər. Evdə olan pulu, qızıl-zinətəşyalarını və bir ədəd ov tüfəngini götürən maskalı şəxslərəl-ayağıvə ağızları bağlanmış ailə üzvlərinin hamısınıvanna otağına salıb qapını da bağlayaraq mənzili tərk ediblər.
Bubarədə polisə məlumat daxil olan kimi Daxili İşlər Nazirliyini Baş Cinayət-Axtarışİdarəsi və Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarındanibarət əməliyyat qrupu yaradılıb.
Həyatakeçirilən tədbirlər nəticəsində quldurluq törədən dəstənin başçısının MircavidMirbağırov olduğu müəyyən edilib. Dəstə başçısının yaşadığı evdə gizlənməsi barədədaxil olan məlumat əsasında əməliyyat qrupu həminünvana gedib. Evdə axtarış aparan polis əməkdaşlarımənzildə heç kimi tapa bilməyiblər. Əməliyyatçılar mənzili tərk etmək istəyərkənyataq otağında böyük yük çantasının aşdığını görüblər. Dərhalçantaya baxış keçirən əməliyyatçılar M.Mirbağırovun çantada gizləndiyini aşkar ediblər.
Dəstəbaşçısı tutulandan sonra onunla birgə quldurluq etməkdə şübhəli bilinən digər dəstəüzvləri - əvvəllər məhkum olunmuş Salman Zeynalov, Yaşar Yusifov, Şamil Quliyevvə Cəlilabad rayon sakini Mais Abıyev tutulublar.
Hazırdadəstə üzvlərinin digər cinayət əməllərinin olub-olmadığıaraşdırılır.