çərşənbə günü, 11 noyabr 2026
     

Fədayə Laçın "Qoca"nın həbsdən qaçırılmasında özünü qismən təqsirli bildi - onu 6 il həbs cəzası gözləyir

Image


Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasında təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Trend-in məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan olunub.

Penitensiar xidmətin keçmiş qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev, qarovul rəisinin digər müavini Tural Poladxanov, müğənni Fədayə Laçın, Əli Ağami, Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyev, Aqil Nəcəfov, İsrəfil Soltanov, Şahmar Bəyəlizadə, Tərlan Zeynalov özlərini ittihamlarda qismən təqsirli biliblər.

Penitensiar xidmətin Konvoy taborunun komandiri Bəhruz Abdullayevlə Anar Əsgərov isə özlərini təqsirli bilmədiklərini söyləyib.

Hakim bildirib ki, C.Səmədov, P. Hacıyev və T. Poladxanova qarşı irəli sürülən itihamlar sübuta yetirilərsə, onların hər birini 19 il həbs cəzası, Fədayə Laçını 6 il, Günay Atakişiyevanı isə 12 il həbs cəzası gözləyir.

Məhkəmə Ə.Ağamiyə sərbəst ifadə vermək üçün təklif edib. O, çıxışa hazır olmadığını, istintaqa ötən ilin noyabrında ifadə verdiyini vurğulayıb.

Daha sonra G.Atakişiyeva dindirilib. O, istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirib.

G.Atakişiteva "Qoca" ləqəbli Etibar Məmmədovu rəfiqəsi Lalə vasitəsi ilə tanıyıb: "Lalə ilə yaxın münasibəti var idi "Qoca"nın. Mənə deyirdi ki, onunla sevgilidi. Daha sonra mən də onunla danışmağa başladım, 3 ay münasibətimiz olub. Etibarın ağır cinayət törətdiyini bilirdim. 3 ayda 2 dəfə görüşmüşəm. Açarı Etibara mən verməmişəm. Aqil mənə onun paltarları olan çantanı verdi ki, Etibara çatdırım. Çantanı qatarın girişində Ceyhun məndən aldı, mənim çantamı yoxlayıb içəri buraxdı. Dedi ki, çantanı Etibara özü verəcək. Açarın çantada olmasını bilməmişəm. Aqillə Etibarın danışığında iştirak etməmişəm. Mən Biləcəridə qatara mindim, gecəni Etibarla qaldım. Mən Etibarla görüşəndə Ceyhun məndən aldığı çanta artıq Etibarda idi. Lənkəranda məni qatardan düşəndə Aqil qarşıladı. Onun maşını ilə Bakıya qayıtdım. Bakıda Aqillə mən Etibarı Biləcəridə qarşılayıb getdik Lökbatana. Lökbatandan isə Hökməliyə Fərhadgilə gəldik. Mən ordan Sumqayıta evimizə gəldim. Sonradan Etibar da gəldi bizə, gecəni bizdə qaldıq. Taksi sürücüsü tanışım var idi, onu çağırıb 150 manata danışdıq ki, bizi Ağstafaya aparsın və orda tutulduq".

G. Atakişiyev bildirib ki, əməlindən peşmandır.

Prosesdə təqsirləndirilən şəxs Əli Ağaminin ibtidai istintaqa verdiyi ifadə elan olunub.

İfadədə bildirilib: "Lənkərandan Bakıya qatarla gedərkən qatara minəndə Ceyhun Səmədov məni yoxlamadan vaqona daxil oldu. Gecə saatlarında Etibar mənim saxlandığım kameraya gələrək məni öz kamerasına çağırdı. Orda söhbət zamanı o mənə açarı göstərərək bildirdi ki, gecə qatardan qaçacaq. O mənə də qaçmağı təklif etdi. Bildirdi ki, sənə belə kömək edə bilərəm. Biz gecə Ceyhun Səmədovla görüşüb törətmədiyimiz cinayətə görə həbs olunduğumuzu bildirmişik. Səhər saat 05 radələrində Etibar açarla pəncərəni açdı. Qatar Biləcəri stansiyasına çatanda Etibar pəncərədən tullanıb qaçdı. Sonra da mən qaçdım və başqa istiqamətə getdim".

Ə. Ağəmi bildirib ki, ifadəsində Etibarla birlikdə C. Səmədovla görüşməsi yalandır: "Mən onların danışığında iştirak etməmişəm. Etibarla mən yola getmirdim. Çünki Etibara görə mən törətmədiyim cinayət üstündə həbs olunmuşam".

Ə. Ağəmi bildirib ki, onların qaçmasından kovboy əməkdaşlarının xəbəri olmayıb.

Təqsirləndirilən şəxs Aqil Nəcəfov bildirib ki, Etibarı rayondan tanıyıb: "Qardaşına zəng vurmuşdu, onda danışdıq, məndən telefon nömrəmi götürdü və bildirdi ki, gələrsən yanıma. Mən də getdim Kürdəxanıya yanına. Bir dəfə Etibar zəng vurdu ki, Günayı aparım yanına, mən də apardım. Sonra da Fədayə, mən və Lalə getdik görüşdük Etibarla.

Hadisə olan gün gecə saat 3 radələrində Etibar mənə zəng vurdu ki, Fədayədə açar var və onu götür. Bir nəfər açarı gətirib mənə verdi. Etibar zəng vurdu dedi ki, həmin açarı bağlamaya qoy ver Günaya. Mən də bağlamanı Günaya verdim. Bağlamada siqaret, alt paltarı və açar var idi. Vaqonun pəncərəsindən Etibarla danışdım və qayıdıb getdim. Günay isə mindi vaqona. Etibardan soruşdum ki, açarı neynirsən? O da dedi ki, təcridxanada ayı qəfəsi var, onu açacam. Bunu Fədayə də bilirdi. Etibar gecə mənimlə əlaqə saxladı ki, gəl Şirvan şəhərinə, Günayı ordan götür. İsrafillə gəldim Şirvan şəhərinə Günayı götürdüm. Etibara dedim ki, qaçma, telefonlara qulaq asarlar ilişərik. Sonra Etibar zəng elədi ki, gəl Biləcəriyə məni götür. Mən də gəldim götürdüm. Səhv eləmişəm, bilirəm ki cinayətkaram. Etibarı uşaqlıqdan tanıyıram. Amma, 15 il idi görmürdüm".

Təqsirləndirilən şəxs İsrafil Soltanov ifadəsində bildirib ki, Aqil Nəcəfovun tanışıdır: "O mənə dedi ki, Şirvandan bir qız var onu götürməliyik. Gəldik vağzala, 1 saat qatarı gözlədik, Aqil getdi qızı götürdü gəldi. Sonradan bildim ki, Günaydı. Onu götürdük gəldik Bakıya. Sonra dedilər, Biləcəriyə gedək adam götürəcəyik. Mənim Etibarın qaçmasından xəbərim olmayıb. Maşına oturandan sonra bildim ki, Etibar qaçıb. Polisə təqdim etmək ağlıma gəlmədi. Plan qurulmasında iştirak etməmişəm. Sadəcə işə düşmüşəm. Bir dəfə də cavan vaxtı belə bir işə düşmüşdüm.

Etibarın qardaşını tanıyıram. Etibarı da bir yerli kimi tanımışam, münasibətim olmayıb. Kəndçi kimi. Amma 5-6 il idi ümumiyyətlə görmürdüm onu".

İş üzrə məhkəmənin növbəti iclası avqustun 13-nə təyin olunub.

Qeyd edək ki, ötən il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 304.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaq qrupu yaradılıb, dərhal təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.

Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinin iştirakı ilə hadisə yerinin müfəssəl müayinəsi həyata keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində 2017-ci ilin oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə Bakı şəhərinə müşayiət zamanı xüsusi vaqondan qaçmış, 1989-cu ildə Şirvan şəhərində anadan olmuş, əvvəllər məhkum olunmamış, Cinayət Məcəlləsinin 120.2.2 və 228.1-ci maddələri ilə təqsirləndirilən Əli Ağami Şirvan şəhərində tutularaq istintaq təcridxanasına yerləşdirilib, araşdırma aparılır. “Qoca” ləqəbli Etibar Məmmədov isə saxlanılan zaman atışmada ölüb.

Xatırladaq ki, cinayət işi üzrə 13 nəfər təqsirli bilinir və 1 nəfər barəsində isə axtarış elan olunub. Həbsdə olan şəxslər müğənni F.Laçın, Penitensiar xidmətin Konvoy taborunun komandiri, Penitensiar xidmətin üç əməkdaşı - qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov, Əli Ağami, Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyevlə yanaşı, Aqil Nəcəfov, Anar Əsgərov, İsrafil Soltanov, Şahmar Bəyəlizadə və Tərlan Zeynalovdur.

İttiham aktına əsasən, 7 nəfər - Müzəffər Məmmədov, Emil Səfərov, Ramil Səlimov, Hətəm Əliyev, Vüsal Abbasov, Rövşən Camalov və Rəşad Məmmədov zərərçəkmiş şəxs qismində tanınır.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ