Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan Sabunçu rayonu, Balaxanı qəsəbə sakini Emin Əliyev saxlanıb.
Onun üzərinə hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman 23,631 qram heroin, “Metadon” həbləri, 12,104 qram psixotrop maddə olan “Metamfetamin” və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.
Saxlanan şəxs ifadəsində bir müddətdir yaşadığı Balaxanı qəsəbəsində narkotik maddələrin satışı ilə məşğul olduğunu etiraf edib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. Zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.