Avqustun 6-dən 7-dək Respublikanın daxili işlər orqanları gün ərzində 108 cinayət faktı qeydə alıb ki, onların da 24-ü “isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 23 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 11 nəfər saxlanaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 19 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanıb.