Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində növbəti əməliyyat tədbiri də uğurla nəticələnib.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında Balakən RPŞ əməkdaşlarının avqustun 6-da keçirdiyi əməliyyat-axtarış tədbirlər zamanı rayonun Tülü kənd sakini İsmayıl Murtuzəliyev saxlanıb. Onun yaşadığı kəndin “Qıraq oba“ adlanan sahibsiz ərazisində əkib-becərdiyi, ümumi çəkisi 99 kiloqrama yaxın 60 ədəd narkotik tərkibli çətənə kolu aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Mahir MƏNSİMOV DİN Mətbuat Xidmətinin əməkdaşı