Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi, kultivasiyası, eləcə də yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat-axtarış tədbirlərini davam etdirir.
DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, iyulun 31-də Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində rayonun Niyazabad kənd ərazisində yerləşən meşəlik ərazidə yabanı halda bitmiş, hündürlüyü 100-200 sm olan 47 ədəd çətənə kolu narkotik tərkibli çətənə bitkiləri aşkar edilib.
Narkotik tərkibli çətənə bitkiləri Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının və Xaçmaz Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə yandırılaraq məhv edilib.
Nizam HƏMİDOV DİN Mətbuat Xidmətinin əməkdaşı