2018-ci il iyul ayının 31-dən avqust ayının 1-dək daxili işlər orqanlarında
qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat.
- Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 116 cinayət faktı qeydə alınmış, onların da 22-si “isti izlər”lə açılmışdır.
- Əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunmuşdur.
- Axtarışda olduğuna görə ümumilikdə 24 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 13 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüş, 4 nəfər xəsarət almışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilmişdir.
- Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılmışdır.
Natiq Cavadov, DİN Mətbuat Xidmətinin əməkdaşı