DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinə rayonun Çarxı sakini Ş.Nadirovanın kənd ərazisində icarəyə götürdüyü kafedə əxlaqsızlıq yuvası təşkil etdiyi barədə məlumat daxil olub.
İyulun 30-da gecə saatlarında Xaçmaz Rayon Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində kənd ərazisindəki kafedə əxlaqsızlıqla məşğul olan 2 qadın saxlanıb.
Faktla bağlı Xaçmaz RPŞ-də araşdırmalar aparılır.
Nizam HƏMİDOV polis leytenantı