Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki 2 evdən oğurluq edən şəxs saxlanıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad şəhər sakini Ə.Məmmədov Cəlilabad RPŞ-nə ərizə ilə müraciət edərək, şəhər ərazisində yerləşən ona məxsus yaşayış evindən təxminən 2 min manat dəyərində məişət əşyalarının oğurlandığını bildirib. Keçirilən əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törədən şəxs polis əməkdaşları tərəfindən saxlanıb. Aparılan araşdırmalarla onun Cəlilabad rayon sakini Ruslan Əsədov olduğu müəyyən edilib. Onun ətrafında həyata keçirilən əməliyyat tədbirləri zamanı şəhər ərazisindəki digər bir yaşayış evindən 600 manat dəyərində məişət əşyalarını oğurladığı da müəyyən edilib.
Saxlanılan zaman R.Əsədovun üzərindən şəxsi istehlak miqdarından artıq (0,641 qram) çəkidə narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Məhəmməd RZAYEV polis leytenantı