çərşənbə günü, 11 noyabr 2026
     

Fədayə Laçın "Qoca”nın həbsdən qaçması üçün öz bacısının açarını ona verdiyini etiraf etdi

Image


Xüsusi təyinatlı qatardan qaçan məhbuslarla bağlı həbs edilən müğənni Fədayə Laçının ibtidai istintaqa verdiyi ifadə məlum olub. APA-nın xəbərinə görə, istintaqa ifadəsində F. Laçın qatardan qaçan və sonradan zərərsizləşdirilən "Qoca” ləqəbli Etibar Məmmədovla münasibətlərindən danışıb.

O deyib ki, E. Məmmədovu 2013-cü ildən tanıyır: "Həmin il Hacıqabul rayonunda toyda olarkən Etibarın qardaşı Azadın toyunda da müğənni kimi iştirak etmişəm. Etibarı onda tanımışam. Lakin həmin vaxt onunla heç bir münasibət qurmamışam. Təxminən 2015-ci ilin avqustunda Şirvan şəhərində toy məclisində olarkən müğənni yoldaşlarımdan adı yadımda qalmayan şəxs mənə Hacıqabul rayonunda bir nəfərin ad günündə 1-2 saatlıq oxumağı təklif edib. Mən də həmin müğənni yoldaşın dedikləri ilə razılaşdım, axşam saat 21 radələrində toydan çıxdım. Şadlıq evinin qarşısında gözləyən maşının müşayiəti ilə Hacıqabul rayonuna getdim. Həmin məclisdə 4-5 mahnı ifa etdim. Orada mənə məlum oldu ki, həmin məclis Etibar Məmmədovundur. Həmçinin məclisdən çıxarkən özünü mənə Etibarın arvadı kimi təqdim edən Mahuzər adlı qadın barmağıma üzük taxdı, Etibarın adından hədiyyə olduğunu dedi. Mahuzər məndən mobil nömrəmi istədi. Mən də istifadə etdiyim mobil nömrəni ona verdim. Aradan təxminən 10 gün keçəndən sonra "votsap”da mesaj gəldi. Baxanda mesajı yazan şəxsin Etibar olduğunu gördüm. Mənə “Etibaram, nə sözün olsa, mənə yaza bilərsən”, - məzmunda mesaj yazmışdı. Mən də ona cavabımda “Salam Etibar, necəsən, dostum? Yaxşısanmı?” yazdım. Sonra Etibarla yazışmağa başladıq. Onda bildim ki, Etibar qəzəllər, şeir yazmaqla məşğuldur. Özüm də şair təbiətli insan olduğumdan qəzəlləri, şeriyyatı xoşlayıram. Etibarın da qəzəlləri, şeirləri çox xoşuma gəldi. Həmin vaxtdan Etibara yaxınlıq etməyə başladım. Ümumiyyətlə, bir-birimizi sevdik”.

2015-ci ildə Etibar Məmmədovun həbs olunmasından danışan F. Laçın bildirib ki, həmin il noyabrın 5-də ölüm hadisəsi baş verib: “Bir qədər sonra Etibar Məmmədov “Abdulla” kimi tanıdığım, əsl adı Ağami Əli adlı şəxslə və “Tahir Maqa” ilə birlikdə həbs olundu. Etibar həbs olunduqdan sonra onunla danışa və ya yanına gedə bilməmişəm. Həmin ilin noyabrında məhdudiyyət aradan qaldırıldıqdan sonra Etibar mənimlə telefonla danışmağa başladı”.

Fədayə Laçının sözlərinə görə, 2017-ci ilin mayında istintaq təcridxanasında ilk dəfə E. Məmmədovla görüşüb, həmin görüşə tək gedib. O qeyd edib ki, Lerik rayonunda konsertdə olan zaman E. Məmmədovun iyulun 2-də qatarla Lənkərana gələcəyi ona məlum idi: “2 və 3 iyul tarixlərində Etibar mənə zəng etdi və harada olduğumu soruşdu. Ona Lerikdə olduğumu dedim. Etibar mənə Lənkəranda polis şöbəsində saxlandığı yerə gəlməyimi, onunla görüşməyimi istədi. Mən də zəng olunan gündən bir gün sonra saat təxminən 17 radələrində polis şöbəsinə gəldim. Həbsdə olan şəxslərin saxlandığı yerə polis əməkdaşlarının müşayiəti ilə daxil oldum. Həmin vaxt polislər məni bir otağa keçirdilər, az sonra Etibarı da ora gətirdilər. Biz polisin yanında 15 dəqiqə görüşdük. Sonra oradan ayrıldıq. 2017-ci ilin avqustunda Etibar mənə zəng etdi. Danışıq əsnasında Bakı dəmir yolu vağzalına Bakı-Astara qatarının yanına gələrək, dustaqların daşınması vaqonuna yaxınlaşdım. Məni hərbi geyimli bir şəxs qarşıladı, dəhlizdəki bir otağa keçirdi. Etibarın hamı kimi barmaqlıqlar arxasında deyil, iki nəfər üçün nəzərdə tutulmuş kupedə olduğunu gördüm. Həmin kupeyə daxil olan zaman oranın pəncərəsində dəmir barmaqlıqlar, pərdə vardı. Otaqda hər bir şərait var idi. Belə başa düşdüm ki, həmin kupe bələdçiyə aid olub. Etibarın yanına keçən zaman nəzarətçi üstümü yoxlamadı, onun yanına buraxdı. Həmin gün Etibarla bələdçinin otağında Biləcəri stansiyasına kimi getdik. Orada vaqondan düşdüm”.

F. Laçın qeyd edib ki, təxminən sentyabr ayında ona E. Məmmədovun Aqil adlı dostunun istifadəsində olan mobil telefon nömrəsindən zəng gəlib: “Aqil telefonu konfrans edərək Etibarla danışmağa başladım. Orada Etibar dedi ki, sabah onun yanına gəlim. Ertəsi gün istintaq təcridxanasına gedərək, 4 saat orada oldum".

F. Laçın deyib ki, E. Məmmədov ondan dəmiryolçuların vaqonlarda istifadə etdiyi üçkünc açarı taparaq onun dostu Aqilə verməyini xahiş edib: "Məsələ burasında idi ki, Etibar bacım Telli Balakişiyevanın Bakı-Tibilisi qatarında rəis işlədiyini bilirdi. Etibarın bu istəyini yerinə yetirəcəyimə söz verdim. Bir müddət sonra həmin açarın qıfılının şəkilini Etibar “Votsap”la mənə göndərdi, açarı götürüb-götürməyəcəyimlə maraqlandı. Ehtimal etdim ki, Etibar həmin açarla vaqondan qaçmaq üçün istifadə edə bilər. Bu səbəbdən Tellidən həmin açarı Etibar üçün götürməyə tələsmirdim. Hər dəfə Etibarla danışanda təkidlə tələb edirdi ki, açarı Tellidən götürərək, onun dostu Aqilə verim. Hətta Etibar bu səbəbdən bir müddət məndən küsdü və danışmadı. Sonra ona dedim ki, açar bir nəfərdə var, zəng edib götürmək lazımdı. Etibar dedi ki, Aqil zəng vuracaq, açarı götürəcək. Həmin ərəfədə xəstə olduğum üçün mobil telefonumu söndürdüm, evdən çölə çıxmırdım. Bir və ya iki gün sonra mobil telefonumu açanda gördüm ki, Aqil zəng edib. Aqilin telefonunu yığaraq açarı tapdığımı bildirdim. Ona bacım Tellinin tanışı Ədalətin telefon nömrəsini verdim ki, açarı ondan götürsün. Bildiyimə görə, Aqil Ədalətlə görüşüb, açarı ondan alıb”.

F. Laçının sözlərinə görə, E. Məmmədov bir neçə gün sonra həmin açarı qatardan qaçmaq üçün istifadə edib: “Bundan sonra telefonumun yaddaşından Etibarla yazışmanı sildim. Lakin ola bilsin ki, fotoşəkillər telefonun ayrı yerində qalmış olsun. Bacım Tellinin Etibarın qaçması planından xəbəri olmayıb”.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ