Astara Rayon Polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri ilə özgəsinə məxsus yaşayış evinə daxil olaraq quldurluq yolu ilə ev sahibinin pulunu ələ keçirən şəxs saxlanıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara rayonunun Şahağacı kənd sakini olan bir qadın DİN-in "102 xidməti-zəng mərkəzi"nə müraciət edərək, iyulun 27-də gecə saatlarında üzünə maska geyinmiş naməlum şəxsin onun yaşadığı evə pəncərədən daxil olaraq əlindəki bıçaq və mişarla hədələyib 5000 rus rublu və 2000 manat pulunu ələ keçirdiyini bildirib. RPŞ əməkdaşlarının "isti izlərlə" keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət hadisəsini törətməkdə şübhəli bilinən şəxs saxlanıb. Aparılan araşdırmalarla həmin şəxsin Astara rayonunun Şahağacı kənd sakini Rövşən Abdullayev olduğu müəyyən edilib və saxlandıqdan sonra cinayət hadisəsi zamanı istifadə etdiyi əlcək, maska və quldurluq yolu ilə əldə etdiyi 5000 rus rublu maddi sübut kimi götürülüb.
Faktla bağlı Astara RPŞ-nin istintaq bölməsində cinayət işi başlanıb, araşdırma davam etdirilir.
Məhəmməd RZAYEV polis leytenantı