2018-ci il iyul ayının 24-dən 25-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat.
- Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 114 cinayət faktı qeydə alınmış, onların da 21-i “isti izlər”lə açılmışdır.
- Əvvəlki dövrlərdən bağlı qalmış 17 cinayətin açılması təmin olunmuşdur.
- Axtarışda olduğuna görə ümumilikdə 13 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 2 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər xəsarət almışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11 fakt müəyyən edilmişdir.
- Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılmışdır.
Natiq Cavadov, DİN Mətbuat Xidmətinin əməkdaşı