DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Xaçmaz RPŞ əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanıb.
Araşdırmalarla onun rayonun Ağçay kənd sakini, əvvəllər məhkum olunmuş Həsən Qasımov olduğu məlum olub. Baxış zamanı onun üzərindən 1 bükümdə narkotik vasitə olan marixuana aşkar olunub.
Ətrafında aparılan tədbirlərlə onda əlavə narkotik maddə olduğu müəyyən edilib. H.Qasımovun yaşadığı evə baxış zamanı sellofan torbada çəkisi 460 qram olan qurudulmuş marixuana da aşkar edilib.
Saxlanan şəxs götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil verilib.
Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanıb.
Nizam HƏMİDOV polis leytenantı