Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 114 cinayət faktı qeydə alınıb, onların 24-ü “isti izlər”lə açılıb.
Axtarışda olduğuna görə 23 nəfər saxlanaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanıb.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı