Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Cəmşid Manafovun cinayət işi üzrə bu gün məhkəmə prosesi başa çatıb. Trend-in məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə C.Manafov barəsində heç yerə getməməklə bağlı qətimkan tədbiri ləvğ edilib və o, 10 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, qəza Siyəzən-Qalaaltı yolunun 8-ci kilometrliyində baş verib. Siyəzən rayon sakini, 1971-ci il təvəllüdlü Manafov Cəmşid Qərib oğlunun idarə etdiyi VAZ 2107 sərt döngədə idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində sərnişin, Siyəzən rayon sakini, 1974-cü il təvəllüdlü Əliyeva Gülnarə Əlirza qızı hadisə yerində dünyasını dəyişib.