Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş 47 yaşlı Cəfər Kərimov saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, ondan çaykənarı ərazidə aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 63 çətənə kolu və marixuana aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə C.Kərimovun barəsində həbs qətimkan tədbiri seçilib.
ZÜMRÜD