Şəmkir və Tovuz rayonları ərazilərində baş verən silsilə oğurluq hadisələrinin üstü açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, müxtəlif vaxtlarda Şəmkirdə 4, Tovuzda isə 2 evdən ümumilikdə 25 min manat dəyərində pul və qızıl-zinət əşyaları oğurlanıb. Polisin keçirdiyi tədbirlərlə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 41 yaşlı Babək Sadıqov müəyyən edilərək saxlanılıb.
Araşdırmalar davam etdirilir.
ZÜMRÜD